XI mühazirə
390
Nazirliyinin rəhbəri Yemelyanovun hazırlayıb M.Bağırova
təqdim etdiyi rəsmi arayışda deportasiya olunan
azərbaycanlıların ermənilər tərəfindən sıxışdırılmaları barədə
kollektiv imza ilə göndərdikləri məktub və ərizələri
«millətçilik», «siyasi təxribat» kimi xarakterizə edilirdi.
Bunlara isə M.Bağrov inanırdı.
Beləliklə, 1949-cu ildə Ermənistan SSR ərazisindən –
qədim Qərbi Azərbaycan torpaqlarından 15.276 nəfər adam
Şimali Azərbaycana deportasiya edildi. Deportasiya olunanlar
Şimali Azərbaycanın Saatlı, Mirbəşir (Tərtər), Göyçay, İmişli,
Əli-Bayramlı, Zərdab, Salyan, Kürdəmir, Xaldan, Sabirabad,
Jdanov (Beyləqan), Yevlax, Ucar, Bərdə, Gədəbəy rayonlarında
yerləşdirildi. Ən çətini, dözülməzi ondan ibarət idi ki, dağlıq və
dağətəyi ərazilərdə dünyaya göz açıb, yaşayan bu əhali indi
birdən-birə çox isti olan Kür-Araz ovalığına köçürülürdü.
Sonrakı ildə – 1950-ci il martın 14-də və avqustun 25-də
daha 3419 təsərrüfatın və 14.361 nəfər azərbaycanlının
Ermənistan SSR-dən Azərbaycana köçürülməsi haqqında
Azərbaycan və Ermənistan respublikalarının hökumətləri birgə
qərar qəbul etdilər.
Köçürülənlərin sosial və məişət problemlərinə vaxtında
diqqət yetirilmirdi. Bunun nəticəsi idi ki, 1950-ci ildən
başlayaraq Kür-Araz ovalığından əhalinin bir hissəsi
Ermənistana – öz keçmiş ata-baba yerlərinə qayıtmağa
başlamışdı. Deportasiya olunanların digər bir qismi isə
Azərbaycan hökumətinə və Mərkəzə şikayət məktubları
göndərir və onlara olan diqqətsizlikdən, qeyri-insani
münasibətdən söz açırdı. Lakin onların şikayət və tələblərinə
cavab verən tapılmırdı. Əksinə, 1950-ci ilin payızında
Ermənistan SSR ərazisindən Azərbaycana yeni 2907 təsərrüfat
və 12.332 nəfər adam köçürülmüşdü.
Bütün bunlara baxmayaraq, erməni millətçiləri, onların
himayədarları SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il və
Şimali Azərbaycan İkinci dünya
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə)
391
10 mart 1948-ci il tarixli qərarlarının icra olunması
vəziyyətindən narazılıq edirdilər. Nəticədə, onların təkidi ilə 28
fevral 1951-ci ildə SSRİ Nazirlər Soveti «1951-ci ildə
köçürülmə planı haqqında» 605 saylı tam məxfi olan yeni qərar
qəbul etməli olmuşdu. Qərarda köçürülmənin sürətləndirilməsi
və qısa müddətdə başa çatdırılması öz əksini tapmışdı. Lakin bu
qərar da erməniləri təmin etmədi. Çünki erməni millətçilərinin
istəyinə rəğmən deportasiya olunanların geriyə qayıtması ara
vermir, əksinə, artırdı.
1952-1953-cü illərdə Ermənistan SSR ərazisindən daha
3155 təsərrüfat və 1.376 nəfər azərbaycanlı Azərbaycana
köçürüldü. Bununla yanaşı geri qayıdanların sayı da artırdı.
Bunun başlıca səbəbi Azərbaycanın Kür-Araz ovalığında adi
şəraitin olmaması idi.
Dövlət sənədlərində göstərilir ki, 1953-cü ildə
köçürülənlərdən 1115 ailə geri qayıtmışdı.
Beləliklə, 1948-1953-cü illərdə Ermənistan SSR
ərazisində yaşayan 150 min nəfər azərbaycanlı öz doğma
torpaqlarından zorla köçürüldü. Bu, mərkəzin və Ermənistan
hökumətinin qeyri-insani fəaliyyətindən, qatı millətçilikdən,
şovinist münasibətdən başqa bir şey deyildi. Bu, adi insan
hüquqlarının kobudcasına pozulması, anti-demokratik hərəkət
idi.
Köçürülmə sonrakı illərdə də davam etdi. 1954-1956-cı
illərdə 1316 təsərrüfat, 5876 nəfər azərbaycanlı Ermənistandan
deportasiya olunmuş, etnik təmizləmənin növbəti mərhələsi
keçirilmişdi.
Onu da təəssüflə qeyd edək ki, deportasiya olunanların
hər üç nəfərindən biri yeni şəraitə, isti və quru iqlimə, adi
məişət təminatsızlığına dözə bilməyib, aclıq və xəstəlikdən
ölürdü.
Beləliklə, 1948-1956-cı illərdə Stalin-Beriya-Mikoyan
üçlüyünün məkrli, antiazərbaycan siyasəti və M.Bağırovun
XI mühazirə
392
qətiyyətsizliyi nəticəsində Ermənistan SSR-də
azərbaycanlıların sayı xeyli azaldı. Vaxtilə Vedi, Keşişkənd
rayonlarının
əhalisinin etnik tərkibinin 72 faizini
azərbaycanlılar təşkil etdiyi halda, deportasiyadan sonra orada
cəmi 15-17 faiz azərbaycanlı qalmışdı. Azərbaycanda isə
əksinə, ermənilərin sayı artırdı. Azərbaycanın əsas iri
şəhərlərində – Bakıda, Sumqayıtda, Gəncədə, Əli-Bayramlıda,
Mingəçevirdə, Daşkəsəndə və s. şəhərlərdə ermənilərin sayının
artması ilə yanaşı, erməni gizli təşkilatları yaranırdı.
1948-1956-cı illərdə Ermənistan SSR-dən, öz tarixi
torpaqlarından köçürülən azərbaycanlıların bu faciəsi hüquqi
cəhətdən 1948-ci ildə BMT-nin İnsan Hüquqları
Komissiyasının qəbul etdiyi qərarın II maddəsinə uyğun olaraq
soyqırım və etnik təmizləmə kimi qiymətləndirilməli idi, lakin
hələ bu günə qədər buna beynəlxalq miqyasda hüquqi qiymət
verilməyib.
80-ci illərin sonunda isə soydaşlarımız Ermənistan SSR-
dən sonuncu nəfərinədək zorla qovuldu və ermənilər tərəfindən
azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə sona
çatdırıldı.
Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın faciəsinə
düzgün qiymət ilk dəfə olaraq Azərbaycan Respublikasının
Prezidenti, ümummilli liderimiz Heydər Əliyev tərəfindən
verildi. O, 1997-ci il dekabrın 18-də «1948-1953-cü illərdə
azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik
torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» fərman
imzalandı. Bu fərmanla Ermənistan SSR ərazisində azər-
baycanlılara qarşı tətbiq edilən etnik təmizləmə və soyqırımı
siyasətinin mürtəce mahiyyəti dünya sivilizasiyasına çatdırıldı.
«1948-1953-cü illərdə azərbaycanlıların
Ermənistan SSR ərazisindəki tarixi-etnik
torpaqlarından kütləvi surətdə deportasiyası
Şimali Azərbaycan İkinci dünya
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə)
393
haqqında» Azərbaycan Respublikası Prezidentinin
FƏRMANI
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı
məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və
soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə,
milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ
gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində
azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min
illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından di-
dərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış,
xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış
məskəni dağıdılıb viran edilmişdir.
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083
nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları
Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur.
Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox
azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba
yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur.
Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı
avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş
tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr
ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki
sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu
işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin
cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan
rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza
qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində
iştirakı da az rol oynamamışdır.
Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların
Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50
il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi
qiymət verilməmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq qərara alıram:
Dostları ilə paylaş: |