Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə89/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   85   86   87   88   89   90   91   92   ...   137

X mühazirə 
 
 
347
döyüşə girərək onlardan ikisini məhv etmişdi. Müharibənin 
dördüncü günü, iyunun 25-də Qara Dəniz Donanmasının 63-cü 
aviasiya briqadasının təyyarəçisi Məzahir Abbasov hitlerçilərin 
bazasını bombalamaq tapşırığını yerinə yetirərkən düşmən 
təyyarələrinin hücumuna məruz qalır. Qorxmaz şahin 
təyyarəsini düz düşmən təyyarəsinin üstünə  şığıyır, onlardan 
birini vurub yerə salır, digər düşmən təyyarəsini isə qaçmağa 
məcbur edir. Ancaq təyyarəsinin yandığını görən Məzahir onu 
ustalıqla dənizə endirə bilmiş  və bir neçə gün su üzərində 
qalmışdı. Göstərdiyi igidliyinə görə  Qırmızı Bayraq ordeni ilə 
təltif edilmişdi. Baltik səmasının qorunmasında Rizvan 
Zeynalov da fərqlənmiş  və igidlik göstərmişdi. Məzahir 
Abbasov və Rizvan Zeynalov 1941-ci ildə ilk dəfə olaraq 
Berlinin bombardman edilməsində iştirak etmişlər.
 
1941-ci ilin yayında Poltava yaxınlığında gedən 
döyüşlərdə R.Rəfiyevin tankçılar bölməsi düşmənin 2 tankını, 
16 topunu, 50-dən artıq əsgərini məhv etmişdi.
 
Müharibənin ilk günlərində  Qərb cəbhəsində gedən 
döyüşlərdə 11 min həmyerlimiz iştirak etmiş, böyük igidliklər 
göstərmişlər. Moskva uğrunda qanlı vuruşmalarda Azərbaycan 
döyüşçüləri fərqlənmişdilər. Tank hissəsinin komandiri, kapitan 
Həzi Aslanov qeyri-adi sərkərdə bacarığına və göstərdiyi 
qəhrəmanlığa görə Qırmızı Ulduz ordeni ilə təltif olundu. 1941-
cü ilin noyabrında Moskva ətrafında göstərdiyi  şücaətə görə 
Müseyib Allahverdiyev Qırmızı Ulduz ordeninə layiq 
görülmüşdü. Leytenant M.Paşayevin zenitçiləri Moskva 
ətrafında 10 düşmən təyyarəsini vurmuşdu. M.Paşayev Qırmızı 
Ulduz ordeni ilə  təltif olunmuşdu. Pulemyotçu İdris Vəliyev 
Borodino çölündə ağır yaralanmasına baxmayaraq, 75-dən artıq 
faşisti məhv etmişdi. İ.Vəliyev Qırmızı Bayraq ordeni ilə təltif 
edilmişdi. Moskva uğrunda gedən döyüşlərdə baş serjant İsrafil 
Məmmədovun  əfsanəvi igidliyi bütün ölkəyə yayıldı. 
İ.Məmmədovun dəstəsi Novqorod vilayətinin Pustınka kəndi 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
348
yaxınlığında mövqe tutmuşdu. Güclü top atəşindən sonra minə 
qədər faşist bu mövqeyə hücum etdi. İ.Məmmədov cəsarətli 
əmr verdi: düşmən 10-15 metr məsafəyə buraxılsın. 10 saat 
qanlı vuruşma getdi, sonra əlbəyaxa vuruşma başladı. 
Döyüşlərdə yüksək iradə 
və 
qəhrəmanlıq göstərən 
İ.Məmmədov özü təkbaşına 700 faşist öldürdü. Göstərdiyi 
igidliyə görə  İsrafil Məmmədova 1941-ci il dekabrın 11-də 
Sovet  İttifaqı  Qəhrəmanı adı verildi. İsrafil Məmmədov Sovet 
İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlı idi. 
Düşmənə qarşı ölüm-dirim mübarizələrində göstərdiyi 
şücaətə və igidliklərə görə gənc zabit N.Bağırov Qırmızı Ulduz, 
kapitan A.Abbasov Qırmızı Bayraq ordenlərinə layiq 
görülmüşdülər. Stalinqrad yaxınlığında döyüşlərdə  fərqlənən 
pulemyotçu  Ə.Rəcəbov Lenin ordeni ilə, A.Axundov Qırmızı 
Bayraq və Qırmızı Ulduz ordenləri ilə, təyyarəçi qadın Züleyxa 
Seyidməmmədova «Stalinqradın müdafiəsi uğrunda»medalı ilə 
təltif edilmişlər. Stalinqrad ətrafında 55-ci xüsusi tank alayının 
komandiri podpolkovnik Həzi Aslanov mahir hərbi sərkərdə 
istedadı nümayiş etdirdi. Həzi Aslanovun tank briqadası  ağır 
döyüşlər apararaq bir neçə yaşayış  məntəqəsini düşmənlərdən 
azad etdi. Bu döyüşlərdə düşmənin 49 tankı, 14 minamyot 
batareyası, 3 piyada rotası, 50 avtomobili məhv edildi, 1400 
hitlerçi  əsir götürüldü. 1942-ci il dekabrın 31-də SSRİ Ali 
Sovetinin Rəyasət Heyyətinin fərmanı ilə Həzi Aslanova Sovet 
İttifaqı Qəhrəmanı adı verildi. 
Qeyd etmək lazımdır ki, Sovet ordusu Stalinqrad uğrunda 
gedən vuruşmada alman-faşist qoşunlarına sarsıdıcı  zərbə 
endirdi, Hitlerin ən çox inandığı, feldmarşal Paulüs başda 
olmaqla 24 general, 330 min nəfər  əsgər və zabit əsir alındı. 
Faşistlər Stalinqrad uğrunda gedən döyüşlərdə 1,5 milyon canlı 
qüvvə, 3 mindən çox tank, top və minamyot, 4,4 min döyüş və 
nəqliyyat təyarəsi itirdilər. Stalinqrad döyüşlərində böyük və 
həlledici dönüş baş verdi və Sovet ordusunun əks - hücum 


X mühazirə 
 
 
349
əməliyyatları genişləndi. 
Kəşfiyyatçı Əli Kərimov və baş leytenant Həmzə Sadıxov 
qorxmaz kəşfiyyat işləri apararaq feldmarşal Paülsün əsir 
alınmasında fəal iştirak etdiklərinə görə Qırmızı Ulduz ordeninə 
layiq görülmüşlər. 1600-dən artıq azərbaycanlı «Stalinqradın 
müdafiəsi uğrunda» medalı ilə təltif olunmuşdur. 
Hitlerin işğal planında Qafqaz, o cümlədən Azərbaycan, 
xüsusilə Bakı diqqət mərkəzində idi. Moskva yaxınlığında 
darmadağın edilən faşist orduları Hitleri qəzəbləndirdi və cənub 
istiqamətində güclü hücum planını hazırladı. Stalinqrad və 
Qafqaz uğrunda ağır döyüşlər aparılırdı. Qafqaz uğrunda 
döyüşlər 1942-ci ilin iyulunda başlandı. Qafqazı  işğal etmək 
üçün Hitler nəhəng ordu və canlı texnikanı bu istiqamətə 
yeritdi. Qafqaz xalqlarının ağır günləri başlandı. Zaqafqaziya 
xalqlarının faşist  əsarəti altına düşmək təhlükəsi ilə bağlı 
Azərbaycanda mürəkkəb vəziyyət yarandı. Cəbhəni təchiz 
etmək üçün şimaldan əlaqə kəsildi. Mərkəzlə əlaqə Orta Asiya 
vasitəsilə saxlanırdı. Bu isə  işi xeyli çətinləşdirirdi. Belə bir 
zamanda Azərbaycanda olan iri müəssisələrlə yanaşı, xırda 
müəssisələr də gecə-gündüz işləmək zorunda qaldı. 1942-ci il 
avqustun 23-də Tbilisidə Zaqafqaziya xalqlarının antifaşist 
mitinqi keçirildi. Mitinqdə  Səməd Vurğun alovlu nitq söylədi 
və bütün Zaqafqaziya xalqlarını düşmənə qarşı ölüm-dirim 
mübarizəsinə  səslədi. Beş ay davam edən Qafqaz uğrunda 
döyüşlərdə (25 iyul – 31 dekabr 1942) yüz mindən çox 
həmyerlimiz həlak oldu. 
Qafqaz uğrunda gedən döyüşlərdə Xanqulu Sadıqov bir 
döyüşçü ilə 1942-ci ildə avqustun 25-dən 29-dək düşmənin 300 
canlı qüvvəsini məhv etmişdi. X.Sadıqov igidliyinə görə Lenin 
ordeni ilə  təltif olundu. 1942-ci ilin oktyabrında Qafur 
Məmmədov  şücaət və igidlik göstərərək 13 faşisti məhv etdi. 
Qafur Məmmədov alman avtomatçısının rota komandiri 
Z.Santskini nişan aldığını görərək, sürətlə irəli atıldı  və öz 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
350
həyatı bahasına onu xilas etdi. 1943-cü il martın 31-də SSRİ 
Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Qafur Məmmədova 
ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi. 
«Bir addım da geri çəkilməməli, irəli, yalnız irəli!»- deyə 
döyüşçü yoldaşlarını  qələbəyə ruhlandıran və döyüş 
meydanında igidlik göstərən  İdris Süleymanov Mozdok 
rayonunda qəhrəmanlıq nümunələri göstərmişdir. 13 dekabr 
1942-ci il tarixli fərmanla  İ.Süleymanov Sovet İttifaqı 
Qəhrəmanı adına layiq görülmüşdür.  
Mozdok rayonunda 402-ci atıcı diviziyasının 833 saylı 
alayının komandiri Akim Abbasovun döyüşçüləri düşmənin 96 
tankını, 2 zirehli maşınını  və çoxlu faşist məhv etmişdi. 
Göstərdikləri igidliyə görə alayın 72 döyüşçüsü orden və 
medallarla, mayor A.Abbasov isə  Qırmızı Bayraq ordeni ilə 
təltif olunmuş, ona podpolkovnik hərbi rütbəsi verilmişdi.
 
 
Qafqazın müdafiəsi uğrunda döyüşlərdə leytenant Ziya 
Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvəsini və 
texnikasını məhv etmişdi. Göstərdiyi igidliyə görə Z.Bünyadov 
Qırmızı Ulduz ordeni ilə  təltif olunmuşdu. 1945-ci ilin 
yanvarında Plitsa çayı üstündəki körpü uğrunda göstərdiyi 
şücaətə görə Ziya Bünyadova Sovet İttifaqı  Qəhrəmanı adı 
verildi. Tibb işçisi Qüdrət  İsmayılov igidliyinə görə  Qırmızı 
Ulduz ordeni ilə təltif edilmişdi. 
İgid  şahin Adil Quliyev düşmənin 18 təyyarəsini məhv 
etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. 
Kursk qövsündə 800 faşisti məhv edən və qeyri-bərabər 
döyüşdə özü də  qəhrəmancasına həlak olan İ.İlyasova 
ölümündən sonra Sovet İttifaqı  Qəhrəmanı adı verilmişdi. 
Pulemyotçu Ağaşirin Cəfərov 500-dən artıq faşist öldürmüşdü. 
Göstərdiyi igidliyə görə A.Cəfərov 1943-cü il 1 noyabr tarixli 
fərmanı ilə Sovet İttifaqı  Qəhrəmanı adına layiq görülmüşdü. 
1943-cü ilin oktyabrında 300 hitlerçini məhv edən Mehdi 
Quliyev 1943-cü il 17 noyabr tarixli fərmanla Sovet İttifaqı 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə