Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə97/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   93   94   95   96   97   98   99   100   ...   137

XI mühazirə 
 
 
378
Milli dilin, mədəniyyətin, milli dəyərlərin itib-batmaq 
səviyyəsinə çatdığı bir dövrdə bunları xilas etmək üçün 
Azərbaycan dili haqqında qanunun qəbul edilməsi çox böyük 
cəsarət idi. 
Rəsul Rza öz çıxışında yana-yana bildirirdi: «Doğma 
Azərbaycan dilinin formal yox, əsl həqiqətdə bütün həyat və 
işimizdə özünə layiq olan yeri tutmasını təmin etmək lazımdır. 
Milli siyasətimizin ruhuna uyğun olaraq dilimizin tərəqqi və 
inkişafı uğrunda mübarizə aparmaq lazımdır». 
Azərbaycan dili haqqında qanunun qəbul edilməsindən 
sonra Bəxtiyar Vahabzadənin «Gülüstan», Rəsul Rzanın «Qızıl 
gül olmayaydı» poemaları,  İsa Hüseynovun ilk povestləri 
yazıldı. 
Respublikada rəsmi sənədlərin, kargüzarlıq işlərinin 
Azərbaycan dilində aparılması üçün konkret tədbirlər görüldü. 
1957-1959-cu illərdə  «İncəsənət» almanaxı, 1958-ci ildə 
«Bakı» axşam qəzeti, uşaqlar üçün «Göyərçin» jurnalı  nəşr 
olunmağa başladı. 1956-cı ildə Bakı televiziyası işə düşdü. 
Ali Sovetin Rəyasət Heyəti bir sıra fərmanlar qəbul 
etmişdi. Həmin fərmanlardan birinə əsasən 2 aprel 1956-cı ildə 
Dəstəfur rayonunun adı  dəyişmiş  və rayon mərkəzinin adına 
uyğun olaraq Daşkəsən rayonu adlandırılmışdı. 
Respublikada həm  şəhərdə, həm də  kənddə ümumi 
yeddillik təhsil həyata keçirilmiş, iri şəhərlərdə isə,  əsasən 
onillik təhsil tətbiq olunmuşdu. Hökumətin qərarı ilə orta 
ixtisas məktəblərində  və ali məktəblərdə  təhsil pulu ləğv 
edilmişdi. 
Lakin bütün bu nailiyyətləri mərkəz qısqanclıqla 
qarşılayır, bu proseslərə rus şovinizminin gözü ilə baxırdı. 
Həmçinin Azərbaycanda milli dirçəliş meylləri mərkəzdə rus 
şovinizminin güclənməsinə  səbəb olur və ciddi müqavimətə 
rast gəlirdi. 
Azərbaycan dili haqqında qanun partiyanın milli si-
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
379
yasətinə zidd hal kimi qiymətləndirildi və  əhalidə millətçi 
əhval-ruhiyyə yaradılması kimi səciyyələndirildi. 
İ.Mustafayevə millətçi damğası vurulsa da, məhz o, 
Azərbaycana rəhbərlik etdiyi dövrdə (1954-1959-cu illər) öz 
əməli və dövlətçilik fəaliyyəti ilə  dərin milli hisslərə malik 
dövlət rəhbəri olduğunu sübut etdi. O, kənd təsərrüfatına, 
sənayeyə, ideoloji işə  rəhbərlik sahəsində, kadrların seçilməsi, 
yerləşdirilməsi və tərbiyəsi işində çox işlər görmüşdü. 
1954-1958-ci illərdə  kənd təsərrüfatı  məhsulları 
istehsalında artım  əvvəlki beşillik dövrünə nisbətən aşağıdakı 
kimi olmuşdur: pambıq istehsalı - 28,5 faiz, taxıl – 19,2 faiz, 
tütün – 31,5 faiz, yaşıl çay yarpağı – 2,4 dəfə, üzüm – 1,5 dəfə, 
tərəvəz – 2 dəfə, barama – 11,2 faiz, süd istehsalı 1953-cü 
ildəkinə nisbətən 1958-ci ildə 230 min tondan 402 min tona, ət 
istehsalı 50 min tondan 64,5 min tona, yun istehsalı 5,9 min 
tondan 8 min tona çatdırılmışdı. 
Mərkəz isə hər şeyi qeyri-obyektiv izah etməyə çalışıaraq 
texniki bitkilərin, xüsusilə  də taxıl bitkilərinin daha sürətlə 
inkişaf etdirilməsində  İmam Mustafayevin səhvə yol verdiyini 
iddia edirdi  
Son anda mərkəz  İ.D.Mustafayevi vəzifədən götürmək 
qərarına gəldi. Bu cəza isə «əsaslandırılmalı» idi. Bu baxımdan 
da N.S.Xruşşovun göstərişi ilə Azərbaycan partiya təşkilatının 
işini yoxlamaq üçün Sov.İKP MK təşkilat  şöbəsi müdirinin 
müavini  Şikinin başçılığı ilə 26 nəfərdən ibarət komissiya 
göndərildi. Komissiya iftiralarla dolu, mərkəzi təmin edən bir 
hesabat yazdı. Yoxlamanın nəticələri Azərbaycan KP-də 
müzakirə olunmadan, Azərbaycan rəhbəriliyinə göstərilmədən 
Moskvaya təqdim edildi. Yoxlama materialları İ.D.Mustafayevi 
vəzifədən götürmək üçün əsas oldu. Yoxlamada önə  çəkilən 
iradlardan bəzilərini xatırlatmaq yerinə düşərdi. Guya 
Azərbaycanda  Əzizbəyovun ev-muzeyi əzəmətli bir binada 
yerləşdiyi halda, S.M.Kirovun adına olan muzey çox görkəmsiz 


XI mühazirə 
 
 
380
bir binada yerləşir. Halbuki, Kirovun ev-muzeyi onun Bakıda 
yaşadığı ikimərtəbəli yaraşıqlı daş evdə olduğu halda, 
Əzizbəyovun ev-muzeyi birmərtəbəli binada, birbaşa küçədən 
girişi olan bir dəhlizdə yerləşirdi. 
İttihamlardan biri də o idi ki, Azərbaycanda guya oktyabr 
inqilabının tarixi obyektiv öyrənilmir, yazılmır. 
Daha sonra dil haqqında: guya Azərbaycan SSR Ali 
Sovetinin sessiyasının müzakirəsinə verilmiş qanun layihəsində 
deyilirdi ki, bütün məktəblərdə  uşaqların təhsili ancaq 
Azərbaycan dilində aparılmalıdır. 
Digər bir iradda göstərilirdi ki, başqa ittifaq 
respublikalarında neft sənayesi nazirliyi ləğv olunduğu halda, 
Azərbaycanda 
İ.D.Mustafayev onun ləğvinə imkan 
verməmişdir. Sənayedə isə «planların» yerinə yetirilməsi ilə 
kifa-yətlənilir. Bütün iradlar bu cür qeyri-obyektiv xarakter 
daşıyırdı. 
Guya  əməkçi insanların beynəlmiləl tərbiyəsinə, xalqlar 
dostluğu ideyalarının təbliğinə də diqqət tələb olunan səviyyədə 
deyildi və s. 
İ.D.Mustafayevin vəzifədən uzaqlaşdırılmasına 
yuxarıdakı «səbəblərlə» yanaşı, N.S.Xruşşovun partiya, sovet 
və  təsərrüfat orqanlarının  əsassız olaraq yenidən qurulması, 
xalq təsərrüfatının planlaşdırılması ilə bağlı göstərişlərinin 
birmənalı  qəbul edilməsi, Azərbaycanda ancaq pambıqçılığın 
yox, kənd təsərrüfatının başqa sahələrinin də inkişaf 
etdirilməsində  təkid edilməsi və buna nail olunması  və s. 
məsələlər də  səbəb olmuşdur. O da məlumdur ki, «müttəfiq» 
respublikalara rəhbərlərin təyinatı  və onların işdən azad 
olunması bilavasitə Moskvada həll edilirdi. Ancaq guya 
İ.D.Mustafayev 1959-cu ilin iyulunda keçirilən Azərbaycan KP 
MK IX plenumunun qərarı ilə vəzifədən uzaqlaşdırıldı. 
Azərbaycan KP MK IX plenumunda çıxış edən «deputat 
yoldaş»larının ikili xarakterə malik olmaları burada üzə  çıxdı. 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
381
Azərbaycan dili haqqında qanun qəbul edilərkən onlar 
İ.Mustafayevi alqışlamış, dilimizin zənginliyindən
üstünlüyündən danışmışdılar. 
Məsələn, Azərbaycan SSR Ali Sovetinin üçüncü 
sessiyasında Mirzə  İbrahimovun çıxışından: «Biz hamımız -
bütün məsul işçilərimiz ana dilini mükəmməl surətdə bilməlidir 
və ana dilini bilməmək eyibdir. Dövlət idarələrinin və ictimai 
təşkilatların ana dilində idarə olunması milli siyasətin tələbatı 
əsasında aparılan işlərdir». 
Cəfərovun çıxışından: «Sovet hakimiyyəti illərində 
xalqımızın  əldə etdiyi böyük nailiyyətlərdən biri də budur ki, 
respublikada Azərbaycan dili dövlət dili səviyyəsinə qalx-
mışdır və  şübhəsiz, bu vəziyyət getdikcə daha da 
möhkəmlənəcəkdir. Bütün bunları  nəzərə alaraq Azərbaycan 
dilinin respublikamızda dövlət dili olması barədə 
Konstitusiyamıza xüsusi bir maddə 
əlavə etmək 
məqsədəuyğundur». 
Rəsul Rzanın dediklərindən: «Azərbaycan dilinin formal 
yox,  əsl həqiqətdə bütün həyat və  işimizdə özünə layiq olan 
yeri tutmasını  təmin etmək lazımdır. Milli siyasətin ruhuna 
uyğun olaraq dilimizin tərəqqi və inkişafı  uğrunda mübarizə 
aparmaq lazımdır». 
Onu da qeyd etməliyik ki, Mirzə  İbrahimov məşhur 
əsərlərindən biri olan «Azərbaycan dili» kitabını da həmin 
dövrdə (1957-ci il) yazmış, dilimizin zənginliyindən, onun 
mənəvi qüdrət və vüsətindən danışaraq göstərmişdir ki, 
Azərbaycan dili hər zorakı  təsirə qarşı uzun əsrlər boyu ciddi 
mübarizə aparmış və həmişə qalib gəlmişdir. Bu dildə hələ yüz 
illər bundan əvvəl dünya ədəbiyyatı  xəzinəsinin  ən gözəl 
inciləri yaradılmış, böyük elmi əsərlər yazılmışdır. 
Çox təəssüf ki, bu dilin zənginliyindən danışmış Mirzə 
İbrahimov Mərkəzin təzyiqi nəticəsində öz fikrinin üstündə 
dayana bilməmiş, bu işdə  İ.Mustafayevi günahlandırmışdı. 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə