Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə105/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   101   102   103   104   105   106   107   108   ...   137

XI mühazirə 
 
 
410
iqtisadi siyasəti respublikanın sosial-iqtisadi həyatında böhranlı 
vəziyyət yaratdı. Vəziyyətdən çıxmaq üçün cəhdlər göstərilsə 
də, bunlar bir nəticə vermədi. 
XX yüzilliyin 60-cı illərinin sonunda, demək olar ki, 
bütün mikroiqtisadi və digər istehsal göstəricilərinə görə, 
Azərbaycan keçmiş ittifaqın bütün müttəfiq respublikaları 
içərisində sonuncu pillədə dururdu. 
1969-cü ilin iyul plenumunda V.Axundovun fəaliyyəti 
tənqid olundu və o, Azərbaycan KP MK-nın birinci katibi 
vəzifəsindən azad edildi, plenum H.Ə.Əliyevi Azərbaycan KP 
MK-nın birinci katibi seçdi. H.Ə.Əliyevin Azərbaycana 
rəhbərliyi dövründə – 1969-1982-ci illərdə respublikanın 
ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər 
baş verdi. 
 
4. 1946-60-cı illərdə  
respublikanın sosial-mədəni həyatı 
 
50-60-cı illərdə respublikamızda sosial və  mədəni 
quruculuğun bütün sahələrində xeyli nailiyyətlər  əldə edilmiş, 
yeni sosial və  mədəniyyət sahələri yaradılmışdı. Elmdə, 
təhsildə, incəsənətdə  və sosial siyasətdə bir sıra yeniliklər 
edilmişdi.  İqtisadiyyatda baş verən müsbət dəyişikliklər 
əhalinin sosial tərkibinə, istehlak tələblərinin ödənilməsi 
səviyyəsinə  təsir göstərmişdi. 60-cı illərin sonunda əhalinin 
sayı artaraq 5 milyonu ötüb keçmişdi. 70-ci illərin əvvəllərində 
isə bu rəqəm 5.117 mln. nəfər olmuşdu. Elmi nailiyyətlərin 
istehsalata tətbiqi, savadlı, universal kadrların hazırlanması, 
iqtisadi strukturların elmi prinsiplər üzrə qurulması  və inkişaf 
etdirilməsi sosial mədəniyyət sahəsində siyasətin başlıca 
tələbləridir.  İnsanların sağlamlığının qorunması, onların 
həyatının və  əməyinin mühafizəsi sosial siyasətin başlıca 
şərtlərindəndir. Bəhs etdiyimiz dövrdə respublikada təhsil və 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
411
maarif sahəsində ciddi irəliləyişlər baş vermiş, bu sahənin 
inkişafı yeni mərhələyə daxil olmuşdu. Təhsilin səmərəli 
inkişafı  gənc nəslin təlim və  tərbiyəsi sahəsində başlıca 
əhəmiyyətə malikdir. Həmin dövrdə dövlət və hökumət 
orqanları öz fəaliyyətlərində bu sahənin hərtərəfli inkişafına 
xüsusi diqqət yetirmişdi. Respublikada məktəblərin sayı xeyli 
artmış, onların tədris, maddi bazası yaxşılaşmışdı. 
Respublikanın 15 ali məktəbində 92 ixtisas üzrə 34 mindən 
artıq tələbə oxuyurdu. 
Ali məktəblər hər il 5000-ə  qədər mütəxəssis buraxırdı. 
Respublikada 76 elmi-tədqiqat idarəsi, təqribən, 5000 elmi işçi, 
o cümlədən 162 elmlər doktoru, 1664 elmlər namizədi vardı. 
Şərqşünaslığı daha da inkişaf etdirmək, şərq xalqlarının tarixini, 
mədəniyyətini, iqtisadiyyatını öyrənmək üçün Azərbaycan 
Elmlər Akademiyasının yanında  Şərqşünaslıq  İnstitutu 
yaradılmışdı. Neft-kimya, neft emalı, energetika, fizika, 
riyaziyyat, mexanika və başqa elm sahələrində müsbət nəticələr 
əldə edilmişdi. 
50-ci illərin ikinci yarısında Azərbaycanda çoxlu 
yeddiillik və onillik musiqi məktəbləri, Dövlət 
Konservatoriyası  və  Bəstəkarlar  İttifaqı yaradılmışdı. Həmin 
dövrdə Azərbaycanda (1956-cı ildə) komediya teatrı  bərpa 
edilmiş  və 1958-ci ilə  qədər 11 tamaşa göstərilmişdi. 
Azərbaycanın musiqi incəsənətinin xəzinəsi daha bir görkəmli 
əsərlə - bəstəkar Qara Qarayevin «İldırımlı yollarla» baleti ilə 
zənginləşmişdi. Fikrət  Əmirovun «Sevil» operasını da xüsusi 
qeyd etmək lazımdır. Bu illərdə mətbuatda milli dəyərlərə uyğun 
inkişafa diqqət xeyli artmışdı. Respublikada 160 min nüsxə ilə 
18 jurnal, 175 min nüsxə ilə 111 respublika, vilayət, şəhər, rayon 
qəzeti və çoxtirajlı  qəzet nəşr edilmişdi. 1958-ci ilin yanvar 
ayından başlayaraq «Bakı» axşam qəzeti çıxmağa başladı. 
Həmin qəzetdən sonra «Göyərçin» jurnalı çapdan çıxdı. 
Azərbaycan tarixinin tədrisinə ayrılan saatların miq-darı 


XI mühazirə 
 
 
412
artırılmalı, eyni zamanda, ali məktəblərdə, texnikomlarda və 
başqa orta ixtisas məktəblərində  tədrisin keyfiyyətinin 
yüksəldilməsinə  və bütün tədris-tərbiyə  işinin kökündən 
yaxşılaşdırılmasına nail olunmalı, həm də  tələbələrin tədris-
istehsalat təcrübəsinin yaxşılaşdırılmasına xüsusi diqqət 
verilməli və bu sahədə ciddi tədbirlər görülməli idi. 
Respublikanın ali məktəblərində 2088 nəfər elmi-pedaqoji işçi 
vardı. Respublikanın elmi-tədqiqat idarələrində  və ali 
məktəblərində 4304 nəfər elmi işçi, o cümlədən 162 nəfər 
elmlər doktoru, 1476 nəfər elmlər namizədi işləyirdi. Elmlər 
Akademiyasının 22 nəfər həqiqi üzvü, 13 nəfər müxbir üzvü 
var idi. Akademiyanın elmi idarələrinin maddi-texniki bazasını 
möhkəmləndirmək üçün bir sıra tədbirlər görülmüşdü. 1954-cü 
ildə Akademiya şəhərciyi tikilməyə başlamışdı. Elmlər 
Akademiyasının institutları bir sıra elmi problemlər işləyib 
hazırlamış, çoxlu elmi əsərlər və monoqrafiyalar, o cümlədən 
Geologiya, Torpaq, Azərbaycanın heyvanat aləminə dair əsər-
lərini nəşr etdirmişdilər. Azərbaycanda hər cür təhsil növü ilə 
750 mindən artıq adam əhatə olunmuşdu. Fəhlə  və  kəndli 
gənclər, habelə yaşlılar məktəblərə daxil olmaqla ümumtəhsil 
məktəblərində oxuyanların sayı 1958-1959-cu dərs ilində 1957-
ci ilə nisbətən 18 min nəfərdən çox artmışdı. Respublikada orta 
məktəblərin sayı 77 ədəd çoxalmışdı. Ali və orta ixtisas 
məktəblərində 63 min tələbə oxuyurdu. 1958-ci ilin payızında ali 
məktəblərin gündüz şöbələrinə  qəbul edilmiş  tələbələrin 23 
faizini orta məktəbi qurtardıqdan sonra əməli iş stajı olan 
şəxslər təşkil edirdi. 1958-ci ildə Azərbaycanda mədəni-maarif 
ocaqları şəbəkəsi genişlənmiş, klubların sayı 22 ədəd və yaxud 
2 faiz, kütləvi kitabxanaların sayı 88 ədəd, yaxud 10 faiz 
artmışdı. Respublikada səhiyyənin,  əhaliyə tibbi xidmətin 
yaxşılaşdırılması üçün mühüm tədbirlər görülmüşdü. 
Səhiyyənin təşkilinin müxtəlif səmərəli formalarından istifadə 
olunmuşdu. Xəstəxanaların, poliklinikaların, tibb 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
413
məntəqələrinin işi qaydaya salınmış, onların maddi-texniki 
bazasının möhkəmləndirilməsinə dövlət idarəetmə orqanları 
daha yaxından kömək göstərmişdi. Respublikada səhiyyə 
büdcəsi 28,5 faiz artmışdı. Respublikada 479 xəstəxana, 666 
ambulatoriya və poliklinika, 305 həkim və feldşer məntəqəsi, 
74 sanatoriya və istiharət evi vardı. Kənd yerlərində tibbi 
xidməti yaxşılaşdırmaq üçün bu dövrdə respublikanın 
rayonlarına 518 həkim, 3000 nəfər orta tibb işçisi 
göndərilmişdi. 1500 nəfərə qədər həkim, 19 min nəfərdən çox 
orta tibb işçisi əhaliyə tibbi xidmət göstərirdi. XX yüzilliyin 50-
60-cı illərində respublikada tikinti işləri genişləndirilir, yeni 
konstruksiyalar tətbiq edilir, tikinti prosesləri 
mexanikləşdirilirdi. 
Bu illərdə iqtisadiyyatda nəqliyyat infrastrukturu da 
inkişaf etdirilirdi. Burada dəmir yolu nəqliyyatı yüklərin 
daşınmasında başlıca vasitə olaraq qalırdı. 1955-ci ildə 
Azərbaycanda Dəmir yol İdarəsi yaradıldı. Nəqliyyat 
infrastrukturunda dəniz və hava nəqliyyatı da önəmli yer 
tuturdu. Dəniz nəqliyyatı ilə yük göndərilməsi və su yolu ilə 
respublikaya yük gətirilməsi xeyli artmışdı. Azərbaycanda 
avtomobil yük nəqliyyatı da sürətlə inkişaf edirdi. 60-cı illərdə 
avtomobil yollarının yenidən qurulmasında, şosse yollarının çə-
kilməsində  əhəmiyyətli işlər görülürdü. Sərnişindaşıma key-
fiyyyətcə yaxşılaşmış, yüklərin daşınması xeyli artmışdı. Dəmir 
yolu, dəniz, avtomobil nəqliyyatının və Milli Hava 
Donanmasının işləri nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdı. 
1957-ci ildə Azərbaycan dəmir yolunda yükdaşıma 1955-ci ilə 
nisbətən 22 faiz artmışdı. 1958-ci ildə  dəmir yolu ilə  hər cür 
yüklər göndərilməsi 1957-ci ilə nisbətən 8 faiz artmışdı. Neft 
və neft məhsulları, habelə  hər cür filiz göndərilməsi tapşırığı 
102 faiz, mineral tikinti materialları göndərilməsi tapşırığı 117 
faiz, qara metal qırıntıları göndərilməsi tapşırıqları 96 faiz 
yerinə yetirilmişdi. Azərbaycan SSR Avtomobil Nəqliyyatı 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə