Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə103/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   99   100   101   102   103   104   105   106   ...   137

XI mühazirə 
 
 
402
olunmurdu. 
Respublikada tikinti-quraşdırma işləri genişləndirilmiş, 
tikinti təşkilatlarının texniki və maddi bazası inkişaf etmişdi. 
Bununla yanaşı, ixtisaslı kadrlar çatışmırdı. Mədəni-maarif, tibb 
ocaqlarının tikintisi, abadlaşdırma işləri ləng gedirdi. Nəqliyyat, 
rabitə sistemində xeyli uğurlar əldə olundu. 
XX yüzilliyin 50-60-cı illərində Azərbaycan keçmiş 
Sovetlər Birliyinin tərkibində olduğundan ölkənin xalq 
təsərrüfatı da mərkəzləşdirilmiş qaydada idarə olunurdu. O vaxt 
Azərbaycanda xalq təsərrüfatının bütün sahə strukturlarının 
yaradılması, planlaşdırılması və idarə edilməsi mərkəzin qərarı 
ilə nizamlanırdı. 
1955-ci ilin iyulunda Sov. İKP Mərkəzi Komitəsi 
istehsalın texniki səviyyəsini yüksəltməyə dair xüsusi proqram 
qəbul etdi. Xalq təsərrüfatının idarə edilməsi yenidən qurul-
mağa başladı. 1956-cı ilin mayında Sov.İKP MK və SSRİ 
Nazirlər Sovetinin qərarı ilə xalq təsərrüfatının idarə 
olunmasında müttəfiq respublikaların rolu artırıldı.  Əsaslı 
tikinti, maddi-texniki təchizat,  əmək məhsuldarlığı, məhsulun 
maya dəyəri və satışı, habelə maliyyə  məsələləri ilə indi 
respublikalar özləri məşğul olmağa başladılar. Kənd təsərrüfatı 
idarələri ləğv edildi. 
Sov. İKP MK-nın 1957-ci il fevral plenumunun və SSRİ 
Ali Sovetinin həmin ilin mayında keçirilən sessiyasının 
qərarlarına əsasən, sənaye və tikintinin idarə olunması yenidən 
qurulmağa başladı. Təsərrüfat nazirlikləri ləğv edildi. Operativ 
idarəçiliyin mərkəzdən yerlərə verilməsi üçün iqtisadi rayonlarda 
Xalq Təsərrüfatı  Şurası yaradıldı  və 400-dən çox sənaye 
müəssisəsi onun ixtiyarına verildi. Sənaye məhsulunun, demək 
olar ki, hamısı respublikaya tabe olan müəssisələrdə istehsal 
olunurdu. SSRİ Ali Sovetinin 1958-ci il 31 mart tarixli 
qanununa  əsasən, MTS ləğv olunmuş, onların texnikası 
kolxozlara satılmışdı. Bu, təsərrüfatların iqtisadi vəziyyətini 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
403
xeyli pisləşdirmişdi. 
1955-ci ildə istehsal vasitələri istehsalı 1950-ci il səviy-
yəsindən beşinci beşillik planda nəzərdə tutulan 80 faiz 
əvəzinə, 84 faiz olmuşdu. Xam və dincə qoyulmuş torpaqlardan 
müvəffəqiyyətlə istifadə edilirdi. Taxıl istehsalı 1954-cü 
ildəkindən 135 mln. pud artıq istehsal edilmişdi. Heyvandarlıq 
məhsullarının istehsalı və tədarükü artmışdı. Ağır səna-yenin və 
kənd təsərrüfatının  əldə edilmiş artımı yüngül sənayenin və 
yeyinti sənayesinin müvəffəqiyyətlə inkişafı üçün, 
zəhmətkeşlərin maddi rifahının və  mədəni səviyyəsinin yük-
səldilməsi üçün möhkəm təməl yaratmışdı. 
1954-1955-ci illərdə respublikaların, demək olar ki, bütün 
sənaye sahələri dövlət plan və tapşırıqlarının yerinə 
yetirilməsini təmin etmişdi. 1955-ci ilə nisbətən 1957-ci ildə 
sənayenin ümumi məhsul istehsalı 43,5 faiz artmışdı. 
Respublikada sənayenin əsas sahəsi olan neft sənayesi ilə 
yanaşı, qara və  əlvan metal sənayesi, kimya sənayesi, enerji 
istehsalı sənayesi də sürətlə inkişaf etmişdi. 
Ağır sənayenin inkişaf etdirilməsi ilə  bərabər, yüngül və 
yeyinti sənayesinin inkişafına da böyük diqqət verilirdi. 
Mingəçevirdə iri toxuculuq kombinatı, Bakıda kamvol fabriki 
və digər yerlərdə bir sıra müəssisələr tikilmişdi. 
1956-cı ildə ümumi sənaye məhsulu 1954-cü ilə nisbətən 
7, 1955-ci ilə nisbətən 13,5 faiz artmışdı. Plandan əlavə 259,7 
mln. manatlıq məhsul verilmişdi. Respublikada 1913-cü 
ildəkindən 13,7 dəfə artıq sənaye məhsulu buraxılmışdı. Prokat 
istehsalı 5,5 dəfə, elektrik enerjisi istehsalı 6 faiz, açıq neft 
məhsulları istehsalı 17 faiz və etil spirti istehsalı 56 faiz 
artmışdı. Elektrik enerjisi istehsalı üst-üstə Türkiyə,  İran, 
Pakistan,  Əfqanıstanda istehsal edilən elektrik enerjisindən 
təqribən bir dəfə yarım və Rusiyada istehsal edilən elektrik 
enerjisindən 2,5 dəfə artıq idi. 
Sov.İKP MK fevral plenumunun və SSRİ Ali Soveti 


XI mühazirə 
 
 
404
yeddinci sessiyasının qərarlarına uyğun olaraq 1957-ci ilin 
iyulunda Azərbaycan Xalq Təsərrüfatı  Şurası  təşkil edilmişdi. 
Ləğv edilən ittifaq - respublika və respublika nazirliklərinin 
bütün müəssisələri respublika Xalq Təsərrüfatı  Şurasına 
verilmişdi. Xalq Təsərrüfatı Şurasının ixtiyarında 381 müəssisə 
vardı ki, bundan 269-u sənaye müəssisələri idi. 
Respublikada bir sıra yeni istifadə qurğuları, Sumqayıt 
boru-prokat zavodunda prokat sexi, Sumqayıt sintetik kauçuk 
zavodunda kauçuk bölməsi və s. işə salınmışdı. Kirovabad 
(Gəncə) alüminium oksidi zavodunun, zəylik alunit mədəninin, 
Bakı  Şin zavodunun tikilməsinə başlanmışdı. Respublikada 
elektrotexnika malları istehsal edən dörd ixtisaslaşdırılmış 
zavod və elektrotexnika sənaye elmi-tədqiqat institutu təşkil 
edilmişdi. 
Ağır sənayenin inkişaf etdirilməsi ilə yanaşı, yüngül 
sənayenin və yeyinti sənayesinin inkişaf etdirilməsinə çox fikir 
verilirdi. Mingəçevir  şəhərində böyük toxuculuq kombinatı, 
Bakıda kamvol fabriki, Əli-Bayramlı rayonunda yağ kombinatı 
və bir sıra başqa müəssisələr tikilmişdi.  İstehsal 
texnologiyasının təkmilləşdirilməsi, qabaqcıl təcrübənin tətbiq 
edilməsi, istehsal prosesinin mexanikləşdirilməsi nəticəsində 
iki il ərzində ümumən bütün respublika sənayesində  əmək 
məhsuldarlığı planı artıqlaması ilə yerinə yetirilmişdi. 1957-ci 
ildə əmək məhsuldarlığı 1955-ci ilə nisbətən 12 faiz artmışdı. 
50-ci illərin ortalarından başlayaraq SSRİ-nin  əsas 
neftçıxarma mərkəzi sayılan Azərbaycan bütün ölkənin neft 
məhsullarına olan ehtiyatını ödəyə bilmirdi. Buna görə  də, 
Xəzər neft yataqlarının aşkar edilməsinə başlanıldı. Bu isə 
Azərbaycan neft sənayesinin inkişafında çox böyük hadisə 
oldu. 
Dəniz neft yataqlarının istismarı üçün «Azneft» Birliyi 
nəzdində «Dəniz qazma» tresti yaradıldı. 
Girovdağ, Qaradağ, Zəyli, Mişovdağ kimi neft və qaz 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
405
yataqlarının kəşf edilməsi, sənaye miqyasında işlədilməyə 
başlanması, habelə «Neft Daşları», «Palçıqtəpə» sahələrində 
neft yataqlarının tapılması neft çıxarılmasını artırmaq işində 
çox böyük rol oynamışdı. Bütün bunlar respublikada neft və 
qazın sənaye ehtiyatlarını xeyli artırmışdı. 
Qeyd olunan nəticələrin  əldə olunmasında 1949-cu il 
mayın 7-də «Azərbaycan SSR-də dəniz neft yataqlarının kəşfini 
və  işlənməsini üzən vasitələrlə  təmin etmək haqqında», dəniz 
mədənlərinin yaradılması  və inkişafında «Azərbaycan SSR-də 
dəniz neft yataqlarının kəşfi və  işlənməsi üzrə  işlərin təşkilini 
yaxşılaşdırmaq tədbirləri haqqında» 1949-cu il oktyabrın 31-də 
SSRİ Nazirlər Sovetinin qəbul etdiyi qərarların, həmçinin 
1950-ci ildə SSRİ hökumətinin qərarı ilə yeni neft Birliyinin - 
«Azərdənizneft»in yaradılmasının mühüm əhəmiyyəti oldu. 
Azərbaycan neft sənayesinin inkişafında 1953-cü ildə 
neftçıxarma sənayesinə  rəhbərlik edən üç birliyin – 
«Azdənizneft», «Azneftkəşfiyyat» və «Azneft» Birliyində 
birləşdirilməsinin, 1954-cü ildə isə Azərbaycan SSR Neft 
Sənayesi Nazirliyinin yaradılmasının çox böyük əhəmiyyəti 
oldu. 
1954-cü il iyunun 9-da SSRİ Nazirlər Sovetinin «SSRİ 
neft sənayesinin daha da inkişaf etdirilməsinə dair tədbirlər 
haqqında» qəbul etdiyi qərara uyğun olaraq, əsas diqqət SSRİ-
nin yeni neft rayonlarının yaradılmasına yönəldildiyi halda, 
Azərbaycan neft sənayesinə diqqət azaldı  və Azərbaycan neft 
hasilatı üzrə SSRİ-nin ən perspektivsiz rayonları sırasına daxil 
edildi.  
Görülmüş  tədbirlər nəticəsində 50-ci illərdə  Xəzər 
dənizində neft sahələrinin aşkar edilməsi və  işlənməsi xeyli 
sürətləndi. Darvin bankası, Cilov adası, Neft daşlarının  şimal-
şərq hissəsi, Qum adası  və digər neftli yataqların istismarına 
başlanıldı ki, bu da dənizdə neft hasilatının sürətlə artmasına 
səbəb oldu. 1960-cı ildə neft hasilatı 17,8 mln. ton təşkil 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə