Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə99/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   95   96   97   98   99   100   101   102   ...   137

XI mühazirə 
 
 
386
Moskva, nə  də Ermənistan razı olmadı, çünki Türkiyə ilə 
Azərbaycan hesabına yaradılmış «erməni ərazisi» bununla ləğv 
edilərdi. 
Sovet hakimiyyəti dövründə ilk dəfə olaraq Azərbaycan 
rəhbərlərindən M.Bağırov itirilmiş tarixi Azərbaycan torpaqları 
problemini önə  gətirir. O, K.M.Malenkova cavab məktubunda 
bildirir ki, Dağlıq Qarabağın Ermənistana güzəştə gediləcəyi 
halda müxtəlif zaman kəsiyində Ermənistana, Gürcüstana və 
Rusiyaya verilmiş bir çox tarixi Azərbaycan torpaqlarının onun 
özünə qaytarılmasını qətiyyətlə tələb edir. 
M.Bağırov yaxşı bilirdi ki, ermənilər buna razı olmayacaq 
və həm ermənilərin, həm də havadarlarının – Mos-kvanın planı 
pozulacaq. Moskva problemin nə  qədər təhlükəli olduğunu 
anladı. Problemin həllini mümkün hesab etməyən Mərkəz 
ermənilərin iddialarını  rədd etdi. Bununla yanaşı, Moskva 
Türkiyə ilə sərhəddə ermənilərin mövqeyini möhkəmləndirmək 
üçün işə başladı. Hələ 1943-cü il noyabrın 28-dən dekabrın 1-
dək SSRİ, ABŞ  və  İngiltərənin iştirakı ilə Tehranda keçirilən 
konfransda Sovet-İran məsələsi müzakirə edilərkən ermənilərlə 
bağlı  məsələyə toxunulmuşdur. Belə ki, gələcəkdə «Böyük 
Ermənistan» dövləti yaratmaq arzusunda olan ermənilər 
konfrans zamanı SSRİ xarici işlər naziri V.Molotova müraciət 
edib, İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş 
etmişdilər. V.Molotov İ.Stalinin razılığını aldıqdan sonra İranda 
yaşayan ermənilərin Ermənistan SSR-ə köçürülməsinə icazə 
verilmişdi. 1946-cı il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət 
Heyəti xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR 
ərazisinə köçürülməsi haqqında qərar qəbul edildi. 
Bu köçürülmə azərbaycanlıların yaşadıqları torpaqların 
boşaldılması hesabına həyata keçirilməli idi. Yəni 
azərbaycanlıların öz ata-baba torpaqlarından qovulması  və 
onların yaşadıqları 
əraziyə köçürülən ermənilərin 
yerləşdirilməsi nəzərdə tutulurdu. Bu işə «Daşnaksütyun» 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
387
partiyası ilə birlikdə Qriqorian kilsəsi də öz xeyir-duasını 
vermişdi. 
Lakin Molotovun təklifi o zaman Ermənistan KP MK-nın 
1-ci katibi Q.H.Harutyunovla Stalinin razılığa gəlməsindən 
sonra xeyli dəyişdirildi. Qərara alındı ki, köçürüləcək ermənilər 
Ermənistanda yerləşdirilsinlər,  əvəzində isə Ermənistan SSR 
ərazisində yaşayan azərbaycanlılar Azərbaycana köçürülsünlər. 
Bununla da Mərkəzin rəhbərliyi və xeyir-duası ilə azər-
baycanlıların Ermənistan SSR ərazisindəki ata-baba 
torpaqlarından qovulmasının növbəti mərhələsi başlandı. 
Köçürülmənin həyata keçirilməsi 1947-ci il dekabrın 23-də 
SSRİ Nazirlər Sovetinin «Ermənistan SSR-dən kolxozçuların 
və başqa azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-Araz 
ovalığına köçürülməsi haqqında» qəbul etdiyi 4083 saylı 
qərarla rəsmiləşdirildi. Daha sonra SSRİ Nazirlər Sovetinin 
1948-ci il 10 mart tarixli «Ermənistan SSR-dən kolxozçuların 
və digər azərbaycanlı  əhalinin Azərbaycan SSR-in Kür-Araz 
ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında» yeni bir 
qərarı ilə bu prosesin həyata keçirilməsini sürətləndirmək üçün 
konkret tədbirlər planı hazırlandı. Qərarda göstərilirdi ki, bu, 
«SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarına 
əlavədir». Bu qərara görə, 100 min azərbaycanlı 1948-1950-ci 
illərdə; 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə 
isə 50 min nəfər «könüllülük prinsipinə  əsasən» Azərbaycana 
köçürülməli idi. Qərarın on birinci maddəsində göstərilirdi ki, 
Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, 
azərbaycanlıların köçürülməsi ilə bağlı onların boşaltdıqları 
tikililərdən, yaşayış evlərindən xarici ölkələrdən Ermənistan 
SSR ərazisinə köçürülən erməniləri yerləşdirmək üçün istifadə 
etsinlər. O zaman Ermənistan SSR-də öz ata-baba torpaqlarında 
0,5 (yarım) milyondan çox azərbaycanlı yaşayırdı. 1948-ci ildə 
Ermənistan SSR-dən planlı  və mütəşəkkil  şəkildə Azərbaycan 
SSR-ə 1.799 təsərrüfat, 7.747 nəfər azərbaycanlı 


XI mühazirə 
 
 
388
köçürülmüşdü. Köçürülmə zorakılığa, təzyiqlərə  məruz 
qalmaqla həyata keçirilirdi. Bu üsulla 1948-ci ildə 429 
azərbaycanlı ailəsi (2.834 nəfər) pərakəndə halda Azərbaycana 
köçürülmüşdü. 1948-ci ilin payızına qədər köçürülənlərin sayı 
10.584 nəfərə çatmışdı. 
SSRİ NS-nin 1948-ci il martın 10-da qəbul etdiyi qərarda 
köçürülmə ilə bağlı konkret tədbirlərdən bəhs olunurdu: 
köçürülən  əhali  əsas istehsal vasitələrini – kənd təsərrüfatı 
maşınlarını, avadanlığı, canlı və mexaniki qoşqu vasitələrini, ev 
heyvanlarını  və s. apara bilərdi. Həmçinin SSRİ NS-nin 
qərarlarından irəli gələn vəzifələri yerinə yetirmək üçün Azər-
baycan SSR Nazirlər Soveti 1948-ci il fevralın 2-də və aprelin 
14-də xüsusi qərarlar qəbul etmişdi.  
Köçürməni qısa müddətdə başa çatdırmaq üçün xüsusi 
köçkünlər komissiyası yaradılmışdı. Komissiya üzvlərinə 
göstəriş verilmişdi ki, camaat arasında izahat işi aparsınlar və 
bu «siyasi» kampaniya tezliklə başa çatdırılsın. Komissiyanın 
tərkibinə azərbaycanlılardan – Yerevan şəhəri Spandaryan 
rayon soveti icraiyyə komitəsinin sədri Rza Şeyxzadə, Qarabağ 
rayon partiya komitəsinin katibi İbiş Abbasov, «Sovet 
Ermənistanı» qəzetinin redaktoru Rəhim Allahverdiyev, 
Keşişkənd rayonu partiya komitəsinin 2-ci katibi Əziz Cəfərov 
və b. daxil idilər. 
Azərbaycan SSR və Ermənistan SSR rəhbərləri arasında 
(respublika  əhalisinin rəyi nəzərə alınmadan)  əldə olunmuş 
razılaşmaya görə, 1949-cu ildə 15.713 nəfər (5420 nəfər yazda, 
10.293 nəfər isə payızda) və 3818 təsərrüfat köçürülməli idi. 
Lakin SSRİ Nazirlər Soveti Azərbaycan SSR və Ermənistan 
SSR hökumətləri arasında  əldə edilmiş razılaşmanı  təsdiq 
etmədi. Mərkəzin rəsmi nümayəndəsi S.Çeremuşin Azərbaycan 
SSR Nazirlər Sovetinin sədri T.Quliyevdən Ermənistan SSR-
dən Azərbaycana əvvəlcədən müəyyənləşdirilmiş 40.000 nəfər 
azərbaycanlının köçürülməsini tələb etdi. 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
389
Azərbaycan hökuməti vəziyyətin çətinliyini görüb 
Mərkəzi hökumətə – SSRİ Nazirlər Soveti sədrinin müavini 
K.M.Malenkova müraciət etdi. Müraciətdə bildirildi ki, bir 
dəfəyə 40.000 nəfər  əhalinin köçürülməsi və yerləşdirilməsi 
üçün Azərbaycanın imkanı yoxdur. Müraciətdə  həm də 1949-
1950-ci illər üçün əvvəllər müəyyənləşdirilmiş köçürülmə 
planlarına yenidən baxılması  və «Ermənistan SSR-dən olan 
azərbaycanlı kolxozçuların və digər  əhalinin 10 min nəfərinin 
1949-cu ildə, 15 min nəfərinin isə 1950-ci ildə köçürülməsinə 
icazə verilməsi» xahiş edildi. 
Bu məsələdə Azərbaycan rəhbərliyi qətiyyətsizlik gös-
tərdi. Köçürülməsi nəzərdə tutulan əraziyə Ermənistanın 22 
rayonu,  əsasən azərbaycanlıların ata-baba torpaqları olan 
Basarkeçər, Zəngibasar, Noyemberyan, Mikoyan, Dilican, 
Astarxan, Kirovakan daxil idi. Bu ərazilər azərbaycanlıların 
yığcam  şəkildə yaşadıqları dağlıq və dağətəyi bölgələrdən 
ibarət idi. 
Ermənistan SSR-dən köçürülən azərbaycanlılar 
Azərbaycan SSR-in Kür-Araz ovalığında və digər rayonlarda 
yerləşdirilirdilər. Deportasiya edilmiş azərbaycanlılar Kür-Araz 
ovalığında yaşayan ermənilər tərəfindən təqib olunurdular. Bu 
cür böhtanlar nəticəsində ermənilər Azərbaycan SSR Şamxor 
(Şəmkir) rayonuna deportasiya edilmiş 150 nəfər 
azərbaycanlının öz təsərrüfatları ilə birlikdə ra-yondan sürgün 
edilməsinə nail olmuşdular. Ermənilərin Azərbaycanda 
özbaşınalığına respublika rəhbərinin gözü qarşısında  şərait 
yaradan respublikanın XDİN-də, partiya və sovet orqanlarında 
rəhbər vəzifə sahibi olan Markaryan, Qriqoryan, Yemelyanov, 
Borşov və başqaları idi. Onlar deportasiya olunan 
azərbaycanlıların ermənilərin sıx yaşadıqları Dağlıq Qarabağ 
Muxtar Vilayəti  ərazisində  və onun ətraf rayonlarda 
yerləşdirilməsinə imkan vermiş, M.Bağırova saxta, böhtan 
xarakterli arayışlar təqdim edirdilər. Respublika Təhlükəsizlik 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə