Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə96/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   92   93   94   95   96   97   98   99   ...   137

XI mühazirə 
 
 
374
edərək demişdi: «O illərdə Azərbaycan XDİK orqanları 
tərəfindən həbs olunmuş partiya-sovet fəallarının bu qədər çox 
olması  mənə indi aydın olur. O vaxtlar mən bunu o qədər də 
hiss etmir, buna nəzarət etmir, MDİK-nin işini yoxlamırdım. 
Bu da kökündən səhv və yolverilməzdir. An-caq bu, məhz belə 
olub. Mənim bu səhlənkarlığım ciddi tənbehə  və  cəzaya 
layiqdir». 
M.C.Bağırov həm də qeyd edirdi ki, «Mənim əsas səhvim 
odur ki, Beriya və onunla bağlı olan və onun düşmən 
mövqeyini müdafiə edən orqanlarda birgə iş üzrə onunla uzun 
illər boyu əlaqədar olan Sumbatova, Borşevə, Qriqoriyana, 
Markaryana və digərlərinə göz yummuşam, onların iç üzünü 
tanımamışam. 
Mən onlara inararaq XDİK orqanlarını onlara etibar 
etmişəm. Bu işdə xalqın qarşısında günahlarım o qədər 
böyükdür ki, məni güllələmək azdır, asmaq lazımdır, məni 
şaqqalamaq, parça-parça eləmək lazımdır». 
Geniş repressiyalar dövründə respublikada bütün bu ci-
nayətlərin törədilməsində günahlandırılan Bağırovla birlikdə 
onun  ən yaxın  əlaltıları – Azərbaycan SSR Fövqəladə 
Komissiyası, Baş Siyasi İdarəsi, Xalq Daxili İşlər Komissarlığı, 
Dövlət Təhlükəsizlik Nazirliyi orqanlarında məsul vəzifələrdə 
çalışmış Sumbatov-Topuridze, Atakişiyev, Markaryan, 
Qriqoryan, Borşev, Yemelyanov həbs edilib mühakimə 
olundular. SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası Borşev 
Timofey Mixayloviçi, Markaryan Ruben Ambarsumoviçi, 
Qriqoryan Xoren İvanoviçi güllələnməyə məhkum etdi. 
Məhkəmə prosesində Xoren Qriqoryanın 1937-ci ildə 
Bakıdan atasına yazdığı  məktub oxundu. O, məktubda 100 
nəfərin güllələndiyini, 500 nəfərin isə növbə gözlədiyini 
bildirmişdi. 
1953-cü il martın 27-də SSRİ Ali Sovetinin amnistiya 
haqqında fərmanı oldu. Siyasi məhbuslar saxlanılan düşərgələrə 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
375
rəhbərlik edən  İslah  Əmək Düşərgələri Baş  İdarəsi – 
«QULAQ» ləğv edildi. Repressiyaya məruz qalanların işinə 
yenidən baxılması üçün komissiyalar yaradıldı. 
1956-cı il iyunun 22-də SSRİ Ali Məhkəməsinin cinayət 
işləri üzrə  məhkəmə kollegiyası  İsmixan Rəhimovun, 
Gülhüseyn Abdullayevin, Hacı Zeynalovun, Aydın Vahidovun, 
Azər Ələsgərovun, Musa Abdullayevin, Kamal Əliyevin, Kamil 
Rzayevin işlərində cinayət tərkibi olmadığı üçün Azərbaycan 
SSR Ali Məhkəməsinin 1949-cu il 21-22 mart tarixli hökmünü 
ləğv etdi. 
1949-cu ildə H.N.Hüseynovun «XIX əsr Azərbaycanda 
ictimai və  fəlsəfi fikir tarixindən» adlı kitabı  nəşr olunmuş  və 
əsərdə  Şeyx  Şamil hərəkatı çar Rusiyasına qarşı milli-azadlıq 
hərəkatı kimi verilmişdi. Bu ideya M.C.Bağırovu möhkəmcə 
qəzəbləndirmişdi. O, H.Hüseynovun kitabına cavab olaraq 
«Müridizm və Şamilin hərəkatının xarakteri haqqında məsələyə 
dair» adlı  məqalə çap etdirmişdi və H.Hüseynovun bu əsərini 
tənqid etməklə, ona iftiralar yağdırmış,  Şeyx  Şamili ingilis 
casusu adlandırmışdı. Hətta H.Hüseynov bütün vəzifələrdən 
azad edilmiş, ona verilən Stalin mükafatı geri alınmış, 
Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvlüyündən 
çıxarılmış, özü isə nəzarət altına götürülmüşdü. Bütün bunlara 
dözə bilməyən filosof intihar etmişdi. 
Azərbaycan Xalq Cümhuriyyəti – bütün Şərqdə ilk 
Demokratik Respublika xalqa burjua respublikası kimi təq-dim 
edilmişdi. «Kitabi-Dədə Qorqud» dastanına xalqdan uzaq 
feodal-xan eposu damğası vurulmuş, dastanın tədqiqatçıları isə 
təqiblərə  məruz qalmışdı. Azərbaycanın böyük tarixçi-
şərqşünası M.M.Kazım bəy «çarizmin sadiq qulu» hesab 
edilmişdi. Həmçinin, Azərbaycanın onlarla şairi, yazıçısı, 
mədəniyyət və dövlət xadimləri, o cümlədən yazıçı 
M.İbrahimov, professor A.O.Makolevski elmi-siyasi sayıqlığı 
itirməkdə günahlandırılmış, Azərbaycan SSR Elmlər 


XI mühazirə 
 
 
376
Akademiyasının akademiki M.A.Dadaşzadə «Türkiyə casusu» 
adlandırılmışdı. Xalq şairi S.Vurğuna da hücumlar edilmişdi. 
M.C.Bağırov Azərbaycan K(b) P-nin XIX qurultayında (1952-
ci il) Səməd Vurğunun sözünü kəsərək demişdi: «Sən 
ləngimədən kommunizmin əlifbasından başlamalısan, yoxsa 
məhv olacaqsan». Həmin qurultayda M.İbrahimov, Səid 
Rüstəmov,  Şəmsi Bədəlbəyli və digərləri M.C.Bağırovun 
ölümlə hədələyən tənqidlərinə məruz qalmışdılar. 
1953-cü il iyulun 12-13-də Azərbaycan Kommunist 
Partiyası  Mərkəzi Komitəsinin və Bakı Komitəsinin birləşmiş 
plenumu Sov. İKP MK iyul (1953-cü il) plenumunun 
yekunlarını müzakirə edərək Azərbaycan partiya təşkilatlarının 
işində mövcud olan nöqsanları, qüsurları  aşkar etdi. Partiya 
təşkilatlarında kollektiv rəhbərlik prinsipinə  əməl edilməsi, 
respublika Daxili İşlər Nazirliyinin, onun yerlərdəki 
orqanlarının fəaliyyətində  nəzarətsizliyə son qoyulması 
tələbləri qarşıya qoyuldu. 1954-cü ilin fevralında Azərbaycan 
KP-nin XX qurultayında Azərbaycan KP MK-nın işi yartımaz 
hesab edildi. 
Azərbaycan KP MK-nın plenumu İmam Daşdəmir oğlu 
Mustafayevi Azərbaycan KP MK-nın birinci katibi seçdi. 
(İmam Daşdəmir oğlu Mustafayev (1910-1997) Zaqatala 
qəzasının Qax kəndində anadan olub. O, Azərbaycan SSRİ EA-
nın akademiki (1950) olmuş, 1934-1940-cı illərdə AKTİ-də 
işləmiş, 1940-1953-cü illərdə Az.SSR Dövlət Nəzarəti 
Komissarının 1-ci müavini, Xalq Torpaq Komissarının 1-ci 
müavini, Az.SSR kənd təsərrüfatı naziri, AKP Gəncə Vilayət 
Komitəsinin 1-ci katibi, 1954-1959-cu illərdə isə AKP 1-ci 
katibi işləmişdir). Sadıx Rəhimov Az.SSR Nazirlər Sovetinin 
sədri, yazıçı Mirzə  İbrahimov isə Ali Sovetin Rəyasət 
Heyətinin sədri təyin olundular. Onu da qeyd edək ki, 
təkpartiyalı siyasi sistemdə yüksək hakimiyyət pilləsində olan 
rəhbərin  şəxsi keyfiyyətlərindən çox şey asılı olur. 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
377
Respublikanın ictimai-siyasi həyatında yeni bir mərhələ – milli 
oyanış, dirçəliş başladı. 
İ.Mustafayevin həyata keçirdiyi ən böyük tədbirlər-indən 
biri Bakı  şəhərində  əhalinin etnik tərkibində azərbaycanlıların 
sayının artırılması ilə bağlı gördüyü işlər idi. Belə ki, XX əsrin 
50-ci illərinin  əvvəllərində Bakı  şəhərində azərbaycanlıların 
sayı o qədər də çox deyildi. Respublika rəhbərinin düzgün 
sosial və iqtisadi siyasəti nəticəsində Bakı  şəhərində  sənaye 
sürətlə inkişaf etdirilməklə çoxlu sayda yeni iş yeri açıldı. Kəndli 
gənclər bu iş yerlərinə  cəlb olundu. Bütün bunların nəticəsində 
Bakıda azərbaycanlıların sayı xeyli artdı, demoqrafik vəziyyət 
dəyişdi. Bu, Moskvanın, N.S.Xruşşovun və onun erməni 
dostlarının beynəlmiləl  şəhər olan Bakını Azərbaycanın 
tərkibindən çıxarıb müstəqil inzibati bölgü kimi birbaşa 
Mərkəzə tabe etmək planını pozdu. 
50-ci illərin ikinci yarısında görülən tədbirlər içərisində 
bir çox ziyalılarımızın, geniş xalq kütləsinin milli əhval-ruhiy-
yəsinin yaranmasına gətirib çıxaran hadisələrdən biri 1956-cı 
ilin avqustunda dil haqqında qanunun qəbul edilməsi oldu. 
Həmçinin, 1956-cı il avqustun 21-də Azərbaycan SSR 
Konstitusiyasına Azərbaycan SSR dövlət dili barəsində maddə 
əlavə edildi və  həmin maddə  aşağıdakı kimi yazıldı: Maddə 
151. «Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir». 
Azərbaycan SSR ərazisində yaşayan millətlərin həm mədəniyyət 
idarələrində, həm də dövlət idarələrində ana dilini sərbəst inkişaf 
etdirmək və işlətmək hüququ təmin edildi. 
Azərbaycan SSR-in şəhər və  kənd yerlərində yeddiillik 
ümumi təhsilin həyata keçirilməsi ilə  əlaqədar, habelə orta 
məktəblərin yuxarı siniflərində, orta ixtisas məktəblərində və ali 
məktəblərdə  təhsil pulunun ləğv edilməsilə  əlaqədar olaraq, 
Azərbaycan SSR Konstitusiyasının 128-ci maddəsinə müvafiq 
dəyişikliklər edildi və 12-ci maddədə göstərildi ki, Azərbaycan 
SSR vətəndaşları təhsil hüququna malikdirlər. 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə