Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə95/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   91   92   93   94   95   96   97   98   ...   137

XI mühazirə 
 
 
370
ədəbiyyat və incəsənət üzərində «hakim» ideologiya getdikcə 
güclənirdi. 1946-1950-ci illərdə  fəlsəfə, tarix, siyasi iqtisad, 
biologiya, fiziologiya, dilçilik və digər elm sahələri üzrə 
diskussiyalar açılsa da, bunlar formal xarakter daşıyırdı.  
Totalitar rejimin inkişafına və möhkəmləndirilməsinə 
xidmət edən, «hakim ideologiya»ya tabe olan ictimai, 
humanitar, xüsusilə  də tarix elmində  şəxsiyyətə  pərəstişin 
nəticələri özünü daha çox göstərirdi. 
II Dünya müharibəsindən sonrakı dövr Azərbaycanın 
ictimai-siyasi həyatında çox ziddiyyətli və mürəkkəb dövr 
olaraq qalırdı. 1946-1950-ci illərin  əvvəllərində respublikada 
gedən siyasi proseslər, bütün hallarda Mircəfər Bağırovun 
nəzarəti altında olmuş və «qurama» işlər üstündə 30-cü illərin 
repressiyaları bu dövrdə də davam etdirilmiş, yüzlərlə günahsız 
insan, ilk növbədə, görkəmli ictimai-siyasi və elm, təhsil 
xadimləri həbs edilib cəzalandırılmışdı. 
Azərbaycanda Mircəfər Bağırovun qüsurlu rəhbərlik 
metodu davam etməkdə idi. M.Bağırovun əlaltıları –xalqımızın 
düşmənləri – Yemelyanov, Borşov, Markaryan, Qriqoryan, 
Sumbatov-Topuridze, Atakişiyev xalqımızın  ən görkəmli 
ziyalılarına, şəxsiyyətlərinə çox qəddar münasibət bəsləyirdilər. 
Həmin dövrdə xalqımızın ən qabaqcıl nümayəndələrindən olan 
neftçi alimlərimiz  Ə.Əlizadə, B.Sultanov, Ə.M.Cəmil, 
filosoflarımız Heydər Hüseynov, Əli  Əlizadə, yazıçı 
Ə.Ələkbərzadə,  şair S.Vurğun, bəstəkar Ü.Hacıbəyov və 
digərləri təqiblərə məruz qaldılar. 
Həmçinin ədəbi jurnallar, teatr repertuarları və kino sənəti 
haqqında ÜİK(b) P MK-nın 1946-1948-ci illərdə  qəbul etdiyi 
qərarlarda bədii formanın sosialist ideyalarına tabe edilməsinə 
şərait yaradılmışdı.  
Xalqın nadir incilərindən olan Azərbaycan dastanları 
feodal münasibətləri təbliğ etməkdə ittiham olunurdu. «Kitabi-
Dədə Qorqud» dastanı «irticaçı feodal-xan eposu» 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
371
adlandırılmış  və onun tədqiqatçıları  təqiblərə  məruz qalmışdı. 
A.A.Bakıxanov idealizmdə, xan və  bəyləri müdafiə etməkdə 
günahlandırılmış, M.M.Kazım bəy «çarizmin sadiq qulu», 
akademik M.A.Dadaşzadə «Türkiyə casusu» adlandırılmışdı. 
Mərkəzi hökumət azərbaycanlılara etibar etməməkdə 
davam edirdi. Dövlət, hökumət, xüsusilə güc orqanlarında 
mühüm vəzifələrə azərbaycanlılar buraxılmırdı. 
Müharibədən sonrakı dövrdə inzibati-amirlik üsuli-ida-
rəsinin güclənməsi, sözdə verilmiş «demokratik» hüquqların 
təmin olunmaması ictimai-siyasi və sosial həyatda yeni 
problemlər yaradır, insanları  fəal həyat mövqeyindən uzaq-
laşdırırdı. 
Bütün bunlara baxmayaraq, mərkəzin totalitar idarə 
üsuluna qarşı gizli narazılıqlar, çıxışlar baş verirdi. Siyasi 
dünyagörüşü yüksək olan gənclər arasında mövcud quruluşun 
ziddiyyətlərini, problemlərini dərk etməyə çalışanların sayı 
artırdı. Gizli təşkilatlar yaranırdı. Belə  təşkilatlardan birinin – 
«İldırım» təşkilatının üzvlərindən 
İsmixan Rəhimov, 
Gülhüseyn Abdullayev (Hüseynov), Hacı Zeynalov, Kamal 
Əliyev, Aydın Vahidov və digərləri Azərbaycanın müstəqilliyi 
üçün xalqa onun qüvvələrini birləşdirə biləcək güclü, tanınmış 
bir rəhbərin başçılıq etməsini vacib bilərək S.Vurğuna gizli 
məktubla müraciət etmişdilər. Lakin təşkilata qarşı  təzyiq və 
təqiblər gücləndiyindən, 1947-ci ildə o, fəaliyyətini 
dayandırmışdı. 1948-1949-cu illərdə «İldırım» təşkilatının fəal 
8 üzvü həbs edildi və sonra sürgün olundu. 
Müharibədən sonrakı dövrdə xarici ölkələrdə  fəaliyyət 
göstərən siyasi mühacirlərin də Azərbaycandakı Sovet rejiminə 
qarşı mübarizəsi xeyli güclənmişdi. Xarici ölkələrdə  fəaliyyət 
göstərən Azərbaycan mühacirləri «əski» və «yeni» mühacirlər 
adlanan qruplara bölünmüşdülər, çox təəssüf ki, onlar arasında 
birlik yox idi. 
M.Ə.Rəsulzadə 1949-cu ildə Ankarada «Azərbaycan 


XI mühazirə 
 
 
372
kültür dərnəyi»ni yaratmışdı.  Əsas məqsədi maarifçiliyi təbliğ 
etmək idi. Onun rəhbərliyi ilə 1952-ci ildən Ankarada 
«Azərbaycan» jurnalı da nəşr olunurdu. 
Bolşevizmə qarşı mübarizədə 1945-1954-ci illərdə 
Almaniyanın Münhen şəhərində  fəaliyyət göstərən «Azadlıq» 
radiostansiyanın da rolu böyük olmuşdu. «Azadlıq» radiosunda 
Azərbaycan şöbəsinin redaktoru Ə.Fətəlibəyli-Düdənginski idi. 
O, 1954-cü ildə Sovet casusu tərəfindən öldürülmüşdü. 
Sovet rejiminə qarşı mübarizə aparanlardan biri də Mirzə 
Bala Məmmədzadə idi. Onun fəaliyyətində maarifçilik başlıca 
yer tuturdu. Ankarada M.B.Məmmədzadə Azərbaycan tarixinə 
dair bir neçə kitabı nəşr olunmuşdu. 
Beləliklə, II dünya savaşından sonrakı illərdə dünyanın 
geosiyasi mənzərəsində çox ciddi dəyişikliklər baş verdi. Milli 
müstəmləkə sistemi dağıldı, müstəqil dövlətlər yarandı, milli-
azadlıq hərəkatı, dünyanın inkişafı özünün yeni mərhələsinə 
daxil oldu. Dünya sosializm sistemi yarandı. 1946-cı ildən 
başlayaraq iki sistem – Dünya kapitalizm və Dünya sosializm 
sistemi arasında «soyuq» müharibə başladı. 
Digər tərəfdən, dünya sosializm düşərgəsinə  rəhbərlik 
edən SSRİ-də, o cümlədən, onun tərkibinə daxil olan 
Azərbaycanda totalitar, inzibati idarə üsulu, həyatın bütün 
sahələrində kommunist ideologiyasının inhisarı daha da 
gücləndi. 
50-ci illərin ikinci yarısı – 60-cı illərdə respublikanın 
həyatında siyasi sistemin təkmilləşdirilməsi ilə bağlı edilən 
cəhdlər mühüm yer tutur. Xüsusilə,  İ.V.Stalinin ölümündən 
(1953-cü il 5 mart) sonra N.S.Xruşşov Sov.İKP MK katibi kimi 
nəzarət etdiyi partiya aparatının və ali hərbi rəhbərlərin köməyi 
ilə siyasi rəqiblərinə – L.P.Beriyaya, Q.M.Malenkova və 
digərlərinə qalib gələrək Sovet dövlətinə rəhbərliyi ələ keçirdi, 
1953-cü ilin sentyabrında Sov. İKP MK-nın birinci katibi 
seçildi. 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
373
N.S.Xruşşov hakimiyyətdə olduğu (1953-1964) dövr-də 
nüfuzlu dövlət başçısı səviyyəsinə yüksələ bilmədi. Xaraktercə 
olduqca zəif olan Xruşşov partiya aparatında oyuncağa çevrildi. 
O, başladığı  işləri sona çatdıra bilmədi. N.S.Xruşşov Stalinin 
şəxsiyyətinə pərəstişi tənqid etməklə, bu yolda bir sıra yarımçıq 
tədbirlər həyata keçirməklə özünü göstərməyə, tanınmağa, 
nüfuz qazanmağa çalışırdı. O, Sovet cəmiyyətində, siyasi 
sistemdə mövcud olan qüsurları Stalinin şəxsiyyətinə pərəstişlə 
bağlayır, partiya həyatında «Lenin normalarının» pozulmasının 
təzahürü kimi qələmə verməyə çalışırdı. 
1956-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının 
(Sov.İKP) XX qurultayında o, «Sosialist demokratiyasını 
dərinləşdirməklə» partiyanın xalqla əlaqəsini genişləndirməklə 
partiyanı daha da möhkəmləndirmək kimi qeyri-real bir xətt 
götürdü. Qurultay «Şəxsiyyətə  pərəstiş  və onun nəticələrini 
aradan qaldırmaq haqqında» qərar qəbul etdi. Stalinin 
şəxsiyyətinə pərəstiş tənqid olundu, onun təzahürləri göstərildi. 
Nöqsanların, qüsurların böyük bir hissəsi Stalinin 
şəxsiyyətinə pərəstişdən irəli gəlmiş və bir qismi də Beriyanın 
himayəçiliyi ilə Azərbaycanda rəhbər partiya, dövlət 
vəzifələrinə soxulmuş  məmurların, 1934-1953-cü illərdə 
Azərbaycana rəhbərlikdə birinci şəxs olmuş M.C.Bağırovun 
fəaliyyəti ilə bağlı olmuşdur. M.C.Bağırovun cinayətkar əməli 
ilə görkəmli partiya və dövlət xadimləri (29 min nəfəri ziyalı 
olmuş), elm və  mədəniyyət işçiləri, böyük mütəxəssislər həbs 
olunaraq məhv edilmişdir. 
M.C.Bağırov cinayətkar  əməllərinə görə 1953-cü ildə 
tutduğu vəzifəsindən uzaqlaşdırıldı. O, bir müddət Kuybışev 
Neft Birliyinin rəis müavini vəzifəsində işlədi və sonra Bakıda 
SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası tərəfindən mühakimə 
edilib, 1956-cı il aprel ayında xalq düşməni kimi ölüm cəzasına 
– güllələnməyə məhkum olundu. 
Məhkəmə prosesində M.C.Bağırov öz günahlarını etiraf 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə