XI mühazirə
418
kommunal xidməti sahəsində tələbatla müqayisədə sosial-
mədəni quruculuq çox ləng və keyfiyyətsiz idi. Şəhər əhalisinin
mənzilə olan ehtiyacı ödənmirdi. Tikilən evlərdə (Xruşşov
evləri, dəmir-beton planlı evlər) yararsız idi. Kənd rayonlarında
elektrik enerjisinə olan tələbat çox aşağı səviyyədə ödənilirdi.
Yüzlərlə kənd enerjidən istifadə imkanından məhrum idi.
Ədəbiyyat
1.
Əliyev H.Ə. «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan
SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə
deportasiyası haqqında» Azərbaycan Respublikası prezidentinin
fərmanı. 18 dekabr, 1997
2.
Dulayeva Z.N. Sumqayıt Azərbaycanın sənaye mərkəzidir. Bakı:
1962
3.
Həsənli C. SSRİ-Türkiyə: Soyuq müharibənin sınaq meydanı.
Bakı: 2005
4.
Həsənli C. Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar
(1954-1959). Bakı: 2008
5.
İmanov R. Daşkəsən. Bakı: 1979
6.
Mir Cəfər Bağlırov xatirələrdə. Bakı: 2006
7.
Zeynalov İ.X. Azərbaycanın iqtisadi və sosial inkişafı (70-80-ci
illər). Bakı: 1996; Yenə onun. Azərbacyanın sosial-iqtisadi inkişafı
XX əsrin II yarısında. Bakı: Azərnəşr, 2005; Qasımlı M.
Azərbaycanın Baş nazirləri. Bakı: 2005
8.
Исмаилов Э.Р. Власть и народ. Послевоенный сталинизм в
Азербайджане. Баку: 2003
9.
Исмаилов Э.Р. Азербайджан: 1953-1956 гг. Первые годы «от-
тепели». Баку: 2006.
10.
Гасанлы Дж. Хрущевская «оттепель» и национальный во-
прос в Азербайджане (1954-1959). М.: 2009.
XII mühazirə
418
prof. İ.X.Zeynalov
dos. X.M.Abbasova
XII. AZƏRBAYCAN SSR XX YÜZİLLİYİN
70-80-ci İLLƏRİNDƏ
1.
Siyasi həyat. H.Ə.Əliyevin Azərbaycan SSR-ə birinci
rəhbərlik dövrü
2.
Azərbaycan SSR-in sənayesi 70-80-ci illərdə
3.
70-80-ci illərdə respublika iqtisadiyyatında kənd
təsərrüfatının xüsusi çəkisinin artması
4.
Sosial-mədəni quruculuq
1. Siyasi həyat. H.Əliyevin Azərbaycan SSR-ə
birinci rəhbərlik dövrü
XX yüzilliyin 60-cı illərinin sonuna yaxın Azərbaycanın
sosial-iqtisadi həyatını dərin böhran bürüdüyü,
olduqca mürək-
kəb, ağır bir şəraitdə, respublikamızın iqtisadi inkişaf gös-
təricilərinə görə keçmiş Sovetlər Birliyində sonuncu yerdə
olduğu bir zamanda, 1969-cu ilin iyulunda hakimiyyətə gələn
Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik et-
mişdir. Uzun illər Dövlət Təhlükəsizlik Komitəsində işləyən,
1967-1969-cu illərdə bu orqana rəhbərlik edən Heydər Əliyev
respublikada idarəçiliyi gücləndirməyə, rüşvətxorluğa, korrup-
siyaya qarşı barışmaz mübarizə aparmağa başladı.
Heydər
Əliyev mərkəzdəki nüfuzundan respublikanın sosial-iqtisadi,
mədəni inkişafı üçün səmərəli istifadə etməyə çalışırdı.
Heydər Əliyevin təşəbbüsü ilə 1969-cu il avqustun 5-də
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
(Azərb.KP MK) plenumu oldu. Burada Azərbaycanın tarixində
ilk dəfə olaraq respublikanın sosial-iqtisadi, siyasi və mədəni
həyatı dərindən, hərtərəfli təhlil olundu, uzun illərdən bəri yığılıb
Azərbaycan SSR XX yüzilliyin
70-80-ci illərində
419
qalmış problemlər müzakirə eldildi və çıxış yolları
müəyyənləşdirildi. Həmin vaxtdan da Azərbaycanda tənəzzüldən
tərəqqiyə dönüş başladı. Cəmiyyətin keyfiyyətcə irəliyə, milli
özünüdərkə, milli özünə qayıdışa dönüş mərhələsinin başlanğıcı
qoyuldu. 1969-cu ildən respublikanın ictimai-siyasi, iqtisadi və
sosial-mədəni həyatında intibah dövrü başlandı.
Az müddətdə
respublikanın idarəçilik sistemi xeyli möhkəmləndirildi. Heydər
Əliyev Sovetlər Birliyində, onun mərkəzi aparatında işgüzar,
prinsipial bir dövlət xadimi kimi böyük nüfuz qazandı, o,
fenomenal siyasi və dövlət xadiminə çevrildi. Onun
Azərbaycana rəhbərlik etdiyi birinci mərhələ – 1969-1982-ci
illər XX əsr Azərbaycanının ictimai-iqtisadi, siyasi və mədəni
inkişaf tarixində ən parlaq dövr hesab edilir. Bu illərdə əldə
edilmiş uğurlar, Heydər Əliyevin uzaqgörən siyasətinin
düzgünlüyünü və həyatiliyini göstərir. 1969-1982-ci illərdə
Azərbaycan SSR-də qazanılan nailiyyətlər müstəqil Azərbaycan
Respublikasında hüquqi, dünyəvi və demokratik dövlət
quruculuğu üçün mühüm təməl oldu.
Heydər Əliyev kiçik fasilələrlə XX əsrin son otuz ilində
Azərbaycana rəhbərlik etmişdir (1969-1982-ci illər və 1993-2003-
cü illərdə Azərbaycana
rəhbərlik etmiş, 1982-1987-ci illərdə SSRİ
Nazirlər Sovetinin birinci müavini işləmiş, iyun 1990-1993-cü
illərdə isə Naxçıvan MR Ali Məclisinin sədri, Azərbaycan
Respublikası Milli Məclisinin sədr müavini olmuşdur).
Heydər Əliyev hakimiyyətə gəldiyi vaxtdan respublikanın
bütün təşkilatlarını dövlət və
əmək intizamını
möhkəmləndirməyə, respublikada mənəvi-psixoloji mühiti
sağlamlaşdırmağa çağırırdı. O, Azərbaycan KP MK-nın
plenumlarında, qurultaylarında, zona müşavirələrində və digər
toplantılarda etdiyi məruzə və çıxışlarında, bir qayda olaraq,
təsərrüfat və mədəni quruculuq məsələlərini təhlil edir,
nöqsanları aşkarlayır, onları aradan qaldırmağın yollarını
müəyyənləşdirirdi. Bu illər Azərbaycanın iqtisadi, ictimai-siyasi
XII mühazirə
420
həyatında dönüş başladı, respublikanın dinamik inkişafı üçün
kompleks proqramlar hazırlandı.
Azərbaycan Kommunist Partiyası XXVIII qurultayının
qəbul etdiyi qətnamədə deyilirdi: «Partiya, sovet və təsərrüfat
orqanlarının fəaliyyətində yol
vermiş böyük nöqsanlar,
mədəniyyət və təsərrüfat quruculuğu işlərində, kadrların seçil-
məsində və yerləşdirilməsində respublikanın əvvəlki rəhbərliyi
tərəfindən buraxılmış ciddi səhvlər nəticəsində respublika
iqtisadiyyatı uzun müddət ləng, ittifaq üzrə orta səviyyədən xeyli
geri qalan bir sürətlə inkişaf etmişdir, sənaye və kənd təsərrüfatı
istehsalının tam bir sıra göstəriciləri üzrə Azərbaycan SSR
ölkədə axırıncı yerlərdə olmuşdur».
1969-cu il avqust plenumunda, sonrakı plenum və
qurultaylarda, müşavirələrdə Heydər Əliyevin çıxışlarında,
nitqlərində respublikanın iqtisadi, siyasi həyatında mövcud olan
vəziyyət
təhlil edilmiş, rəhbərlik prinsiplərində ciddi
dəyişikliklər olunmuş, kadrlara qarşı
tələbkarlıq
gücləndirilmişdi.
Tezliklə mərkəzdə böyük nüfuz qazanan, öz rəhbərlik
prinsipləri ilə fərqlənən Heydər Əliyev 1976-cı ildə Sov.İKP MK
Siyasi Bürosu üzvlüyünə namizəd və 1982-ci ildə Sov.İKP MK
Siyasi Bürosuna üzv seçilmişdir. Heydər Əliyevin hakimiyyəti
dövründə (1969-1982-ci illərdə) 250-dən çox zavod, fabrik,
istehsal sexləri və digər istehsal müəssisələri istifadəyə verilmiş,
630 min yeni iş yeri açılmışdı. Müasir istehsal sahələri
yaradılmış, metallurgiya, radiotexnika elektrotexnika sahələri
inkişaf etdirilmişdi. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı
nəticəsində yapon texnologiyası əsasında məişət kondisionerləri
zavodu tikilib istifadəyə verilmişdir. Bakı, Gəncə, Sumqayıt və
digər şəhərlərdə yeni istehsal sahələri açılmış, abadlaşdırma
aparılmışdı.
1969-1982-ci illərdə Heydər Əliyevin
Azərbaycana
rəhbərliyi dövründə əldə edilən sosial-iqtisadi nəticələr
XX əsrin
Azərbaycan SSR XX yüzilliyin
70-80-ci illərində
421
90-cı illərinin ortalarından başlayaraq respublikamızda müstəqil
dövlət quruculuğunun həyata keçirilməsində bünövrə rolunu
oynamışdır.
XX əsrin 70-80-ci illəri Azərbaycanın tarixində ən parlaq
zaman kəsiyidir. 70-ci illərin əvvəllərindən başlanan iqtisadi
inkişaf, sosial, milli-mədəni dirçəliş, milli özünüdərk getdikcə
gücləndi və 80-ci illərin sonlarından başlanan milli dövlətçilik
ideyasının formalaşmasına, milli-azadlıq mübarizəsinə böyük
təsir göstərdi.
1982-ci ildə Heydər Əliyev görkəmli,
böyük iş təcrübəsinə
malik, mərkəzdə böyük nüfuzu olan bir siyasi xadim kimi
Sovetlər Birliyində yüksək vəzifəyə seçildi. SSRİ Ali Soveti Rə-
yasət Heyətinin 22 noyabr 1982-ci il tarixli qərarı ilə Heydər
Əlirza oğlu Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini
təyin edildi və 1987-ci il oktyabrın 21-ə kimi bu vəzifədə yüksək
bacarıqla işlədi.
1987-ci il oktyabrın 21-də Sov.İKP MK-nın plenumu
«Səhhətinə görə pensiyaya çıxması ilə əlaqədar Sov.İKP MK
Siyasi Bürosunun üzvü vəzifəsindən azad edilməsi barədə
H.Ə.Əliyev yoldaşın xahişini təmin etmişdir».
Həmin il oktyabrın 24-də «Pravda» qəzetində dərc olunmuş
məlumatda bildrilirdi: «SSRİ Ali Soveti Rəyasət Heyəti səhhətinə
görə pensiyaya çıxması ilə əlaqədar SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsindən azad edilməsi barədə Heydər Əliyev
yoldaşın xahişini təmin etmişdir».
1988-ci ildən isə Dağlıq Qarabağ hadisələri başladı. XX əsrin
80-ci illərin ikinci yarısından keçmiş SSRİ-də gedən ictimai-
siyasi proseslər Azərbaycanın da sosial-iqtisadi və siyasi
həyatına təsir etməyə başladı. Azərbaycanda dövlət müstəqilliyi
uğrunda mübarizəyə yol açıldı.
1977-ci ildə Dağlıq Qarabağ məsələsi yenidən qaldırılsa
da, onun qarşısı alındı. 70-80-ci illərdə SSRİ-də inzibati-amirlik
daha da gücləndi, ictimai-təşkilatların, o cümlədən partiya,