XII mühazirə
422
komsomol, həmkarlar təşkilatlarının
fəaliyyətində formalizm
daha da dərinləşdi. Yerli Sovetlərin, deputatların statusu
haqqında bir neçə qanun qəbul edildi. Həmçinin 1977-ci ildə
qəbul olunmuş SSRİ konstitusiyasına müvafiq olaraq 1978-ci
ilin aprelində Azərbaycan SSR-in, may ayında isə Naxçıvan
MSSR-in yeni Konstitusiyaları qəbul edildi.
80-ci illərin ortalarından başlayaraq Azərbaycanın da
ictimai-siyasi həyatında durğunluq və geriləmə prosesi başladı.
İctimai təşkilatların, o cümlədən ilk partiya təşkilatlarının,
komsomolun, həmkarlar ittifaqlarının, sovetlərin hüquqları
məhdud xarakter daşıyırdı. 1977-ci ildə qəbul edilmiş SSRİ və
1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR konstitusiyalarının
6-cı maddəsində göstərilir ki, Kommunist partiyası sovet
cəmiyyətinin rəhbər və istiqamətverici qüvvəsidir. O illərdə
demokratiyanın genişləndirilməsindən danışılırdı, lakin bu, hay-
küydən başqa bir şey deyildi.
Yüksək vəzifə tutmaq üçün partiyanın üzvü olmaq başlıca
şərt idi.
Bu illərdə – 70-80-ci illərdə respublika mərkəzin xammal
mənbəyinə çevrilmişdi. 1982-ci ilin 10 noyabrında Heydər
Əliyev Sov.İKP MK Siyasi Bürosuna üzv seçilib, Moskvaya,
SSRİ Nazirlər Sovetinin birinci müavini
vəzifəsinə tə-yin edildi
və Azərbaycanda rəhbərliyə Kamran Bağırov gətirildi. Onun
dövründə dövlətçilik, idarəetmə zəiflədi, siyasi sistemdə çürümə
prosesi başladı. Mərkəzdə isə Heydər Əliyevə qarşı çıxan
qüvvələr, onun nüfuzunu zəiflətməyə çalışırdılar, bu isə
alınmırdı.
1987-ci ildə Heydər Əliyevin Moskvada vəzifədən uzaq-
laşdırılmasından sonra respublikada siyasi vəziyyət daha da
mürəkkəbləşdi, daxili sabitlik pozulmağa başladı. Bir il sonra
1988-ci ildə isə mərkəzin himayə etdiyi ermənilərin Azərbay-
cana qarşı ərazi iddiaları yenidən baş qaldırdı. Dağlıq Qarabağ
problemi yarandı.
Azərbaycan SSR XX yüzilliyin
70-80-ci illərində
423
2. Azərbaycan SSR-in sənayesi 70-80-ci illərdə
XX yüzillikdə Azərbaycanın sosial-iqtisadi və mədəni
inkişafının ən yüksək mərhələsi 70-ci illərlə 80-ci illərin birinci
yarısına düşür.
Sovetlər Birliyi dövründə ittifaq respublikalarının hər
birinin iqtisadiyyatı ümumi xüsusiyyətlərlə yanaşı, çox mühüm
fərqləndirici cəhətlərə malik idi. 1969-1982-ci illərdə
respublikaya rəhbərlik etmiş Heydər Əliyevin iş təcrübəsi
əsasında Azərbaycanın iqtisadi həyatında əldə edilən böyük
uğurlar ölkəmiz üçün fərqləndirici haldır.
Azərbaycan KP MK-nın 1969-cu və 1970-ci il avqust
plenumlarında respublikada iş intizamı, iqtisadiyyatda yaranmış
uzun sürən geriliyin, mövcud nöqsanların, qüsurların
səbəbləri
müzakirə edilmiş, onların aradan qaldırılmasının yolları
açıqlanmışdı. Plenumlardan sonra Heydər Əliyevin rəhbərliyi
altında respublika iqtisadiyyatının dinamik inkişafını təmin
etmək üçün kompleks tədbirlər görülmüşdür. Respublika rəhbəri
kimi Heydər Əliyev mərkəzdə olan nüfuzundan istifadə edərək
Sov.İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən Azərbaycan
SSR-in iqtisadi, sosial və mədəni həyatında köklü dəyişiklikləri,
intensiv inkişafı təmin edən, respublika əhalisinin maddi həyat
səviiyyəsinin yüksəlməsinə gətirib çıxaran bir sıra mühüm
qərarların qəbuluna nail olmuşdu: 1) 1970-ci il iyulun 23-də
«Azərbaycan SSR xalq təsərrüfatını inkişaf etdirmək tədbirləri
haqqında»; 1970-ci il iyulun 25-də «Azərbaycan
SSR-də kənd
təsərrüfatı istehsalını daha da inkişaf etdirmək tədbirləri
haqqında»; 3) 1975-ci il iyulun 9-da «Azərbaycan SSR-də kənd
təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri
haqqında»; 4) 1976-cı il iyulun 27-də «1976-1980-ci illərdə
respublika sənayesinin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə
dair Azərbaycan KP MK-nın təkliflərinin nəzərdən keçirilməsi
XII mühazirə
424
nəticələri barəsində»; 5) 1979-cu il fevralın 22-də «Azərbaycan
SSR-də kənd təsərrüfatını daha da ixtisaslaşdırmaq, üzümçülüyü
və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında» və s.
70-ci illərin əvvəllərindən respublika sənayesinin
inkişafında yeni mərhələ başladı. Sənayenin strukturunda əsaslı
dəyişikliklər baş verdi. 1970-ci ildə sənaye məhsulu istehsalı 8,6
faiz artdı.
Bu illərdə neft sənayesində uzun illərdən bəri yığılıb
qalmış problemlər
həll edilmiş, Azərbaycan neft sənayesinin
inkişafı yeni mərhələyə daxil olmuşdu. Respublikada neft
tariximizin son yüzilində 1 milyard ton neft çıxarılmışdı. Təkcə,
1971-ci ildə 18 milyon tondan çox neft hasil olunmuşdu. Geoloji
kəşfiyyat işlərinin genişləndirilməsi nəticəsində üç yeni neft
yatağı: Siyəzəndə Zəyli-Zeyvə, Cənubi Kür vadisində Kürsəngi,
Muradxanlı yataqları kəşf olunmuşdu. Sov.İKP MK-nın 1971-ci
il 5 yanvar tarixli «Neft sənayesində və geoloji kəşfiyyat
təşkilatlarında qabaqcıl qazma briqadalarının iş təcrübəsinin
yayılması haqqında» qərarına
uyğun olaraq, «Azneft»in və
«Xəzərdənizneft»in işi təkmilləşdirilmişdir.
70-ci illərdə Azərbaycana yeni texnologiya və «Şelf-2»,
«Şelf-3», «Şelf-4», «Şelf-5» qazma qurğuları gətirildi. Bu,
respublikada yeni neft sahələrinin açılmasına – «İstiqlal» və
«Dədə Qorqud» qurğularının işə salınmasına səbəb oldu.
Xəzərdə «28 aprel», «Bahar», «Azəri», «Günəşli» və digər zən-
gin neft və qaz kondensatı yataqları aşkar edildi. Sualtı neft
kəməri çəkildi. Dənizdə qazma işləri yeni texnologiya əsasında
daha da təkmilləşdirildi. Dənizdə 2800-6500 metr dərinlikdə neft
quyuları qazılmağa başlandı.
Azneft və Xəzər Dəniz Neft Birliklərinin, respublika Neft
sənayesi Nazirliyinin fəaliyyəti daima diqqət mərkəzində idi.
Geoloji kəşfiyyat işlərinin genişləndirilməsinə diqqət daha da
artırılmışdı.
Neft hasilatında azalmanın qarşısı xeyli alınmış, yəni 7,2
Azərbaycan SSR XX yüzilliyin
70-80-ci illərində
425
faizdən 2,3 faizə enmişdi.
Neft sənayesində neft emalı da aparıcı yer tutur. Bu sahədə
mövcud olan qüsurlar və nöqsanlar Azərbaycan KP MK-nın
1969-cu il avqust plenumunda açıqlanmış və onların aradan
qaldırılması ilə bağlı kompleks tədbirlər görülmüşdü. Nəticədə
neft emalı müəssisələri inkişaf
etdirilmiş, 1976-cı ildə Yeni Bakı
Neftayırma, 1982-ci ildə isə Bakı neftayırma zavodunda neftin
ilkin emalı üçün ELOU-AVT qurğusundan istifadəyə
başlanmışdı. Bu müəssisələrdə 90 adda müxtəlif neft məhsulları
– təyyarə, reaktiv qurğu, avtomobil, dizel yanacağı, sürtkü
yağları, aşqarlar, bitum, neft-kimya sənayesi üçün xammal
istehsal olunurdu.
A – 76, Aİ – 93 markalı benzin istehsalı 12,5 faiz çoxalmış,
bütövlükdə neftayırma sənayesində məhsul istehsalı 1,4 dəfə
artmışdı.
70-80-ci illərdə respublikanın neft maşınqayırma sənayesi
öz inkişafının
yeni mərhələsinə daxil olmuş, sahənin
strukturunda ciddi dəyişikliklər baş vermiş, əsas sexlər yenidən
qurulmuş, yeni istehsal sahələri işə salınmışdı. 1985-ci ildə
Dərin dəniz özülləri zavodu, 1983-cü ildə Qroznı-Bakı neft
kəməri istifadəyə verilmişdi.
1969-1982-ci illərdə əlvan metallurgiya sənayesində
məhsul istehsalı 2,2-2,5 dəfə artmışdı.
70-80-ci illərdə Azərbaycanın iqtisadi xəritəsi, təqribən,
100 sənaye sahəsini əhatə edirdi. Onlardan biri də kimya
sənayesi idi.
Müasir sənaye inkişafını kimyasız
təsəvvür etmək mümkün
deyil. Hal-hazırda kənd təsərrüfatında, tikintidə, nəqliyyatda,
sənayenin digər sahələrində kimyanın nailiyyətlərindən geniş
istifadə olunur. Kimyəvi maddələr bir sıra qiymətli məhsulları,
o cümlədən müxtəlif növ yunu, ipəyi, pambığı, mineral
gübrələri, boyaq vasitələrini əvəz edir.
Maddi istehsalın inkişafında kimya sənayesinin