Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə102/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   98   99   100   101   102   103   104   105   ...   137

XI mühazirə 
 
 
398
etdi. 
Daha sonra dəniz mədənlərinin yaradılması və inkişafında 
«Azərbaycan SSR-də dəniz neft yataqlarının kəşfi və işlənməsi 
üzrə  işlərin təşkilini yaxşılaşdırmaq tədbirləri haqqında» SSRİ 
Nazirlər Sovetinin 1949-cü il 31 oktyabr tarixli yeni qərarı 
qəbul edildi. Bu qərardan sonra dəniz neft yataqlarının 
işlənməsini gücləndirmək və bu işə  rəhbərliyi yaxşılaşdırmaq 
məqsədilə 1950-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə yeni 
neft Birliyi – «Azərdənizneft» yaradıldı. Bundan əlavə, 
dünyada ilk dəfə olaraq açıq dənizdə neft-mədən 
estakadalarından istifadə olunmağa başlandı. Artıq 1948-ci ildə 
tikintisinə başlanılmış estakadanın uzunluğu 1950-ci ildə 18,9 
km-ə çatdı. Nəticədə qısa müddətdə neft hasilatı 1,4 dəfə artdı. 
Neft hasilatı artıqca neft emalı səna-yesi də inkişaf edirdi. Neft 
emalı zavodları yeniləşdirilir, yeni texnologiya tətbiq edilirdi. 
Bakıda elektrik təmiri və 1949-cü ildə Binəqədi boru 
təmiri zavodlarının da tikilib istifadəyə verilməsi neft 
mədənlərinin istismar-qaldırıcı mexanizmlər ilə  təmin 
edilməsində mühüm rol oynadı. 
Neft sənayesinin inkişafı Azərbaycanda digər  əlaqədar 
sənaye sahələrinin, o cümlədən maşınqayırma, kimya 
sənayesinin də inkişafına əhəmiyyətli təsir göstərirdi. 
Maşınqayırma sənayesi inkişaf etdikcə, onun yeni istehsal 
sahələri yaranır, istehsal gücü artırdı. 1946-1950-ci illərdə neft 
maşınqayırma zavodları 438 növ yeni maşın, mexanizm və yeni 
avadanlıqlar istehsal etmişdi. 1947-ci ildə Bakı elektrik 
maşınqayırma zavodu, Bakı diyircəklər zavodu, yeni 
cihazqayırma və elektromexanika məmulatı zavodu tikilib 
istifadəyə verilmişdi. 
1946-cı ildən başlayaraq Azərbaycanda elektrik 
enerjisinin istehsalına olan tələbatı ödəmək üçün mühüm işlər 
görülmüşdü. İlk növbədə, enerji sisteminin işi yenidən quruldu, 
yeni enerji istehsalı yaradıldı. O cümlədən, Sumqayıt  İstilik 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
399
Elektrik Stansiyasının istehsal gücü xeyli artırıldı. 
SSRİ XKS-in 1945-ci il mayın 6-da qəbul etdiyi qərara 
uyğun olaraq Mingəçevir SES-in tikintisi bərpa edildi. Su qov-
şağının  əsas obyektlərinin tikintisini sürətləndirmək məqsədilə 
1948-ci ildə «Mingəçevir-SES tikinti» idarəsi yaradıldı. Bu 
idarə Mingəçevir SES-in tikintisinin qısa müddətdə başa 
çatdırılmasında mühüm rol oynadı. 
1946-1950-ci bərpa illərində Azərbaycanda sənayenin 
digər sahələri – tikinti materialları, yüngül, toxuculuq, yeyinti 
və yerli sənaye bərpa olunur, quruculuq işləri sürətlə inkişaf 
etdirilirdi. Yüngül və toxuculuq sənayesinə  vəsait qoyuluşu 
xeyli artırılmış, onların yeni texnika və texnologiya ilə  təchiz 
edilməsi genişləndirilmişdi. Nəticədə  əsas istehlak mallarının 
istehsalı 1950-ci ildə müharibədən  əvvəlki səviyyəni ötüb 
keçmişdi. 
1946-1950-ci illərdə respublikada iqtisadiyyatın mühüm 
sahəsi olan kənd təsərrüfatının bərpa və inkişaf etdirilməsi 
sahəsində də uğurlu işlər görülmüşdü. ÜİK(b) P MK-nın 1947-
ci il fevral Plenumu «Müharibədən sonrakı dövrdə  kənd 
təsərrüfatını yüksəltmək tədbirləri haqqında» məsələ müzakirə 
etmiş  və müvafiq qərar qəbul edilmişdi. Qərardan irəli gələn 
vəzifələrin həyata keçirilməsinin nəticəsi kimi Azərbaycanın kənd 
təsərrüfatının istehsalat-texniki bazası xeyli möhkəmləndirildi. 
Respublika kənd təsərrüfatına qoyulan əsaslı vəsait artırıldı. 
1946-1950-ci illərdə Azərbaycana 4200 traktor, 273 taxıl 
kombaynı  və çoxlu miqdarda digər kənd təsərrüfatı maşını 
gətirilmişdi. Bu texnikanın sayı durmadan artırılırdı. Xüsusilə, 
MTS-lərin  şəbəkəsi genişlənmiş, 12 MTS və 3 maşın – 
heyvandarlıq stansiyası təşkil olunmuşdu. 
Bərpa illərində suvarma sistemi, irriqasiya tikintisi 
genişləndirildi. Kür-Araz ovalığında, Samur-Dəvəçi kanalı 
zonasında və respublikanın digər regionlarında suvarma işini 
yaxşılaşdırmaq üçün mühüm tədbirlər görüldü. 


XI mühazirə 
 
 
400
Kənd təsərrüfatının inkişafında koxozların təşkilat-tə-
sərrüfatca möhkəmləndirilməsi sahəsində  də  əhəmiyyətli təd-
birlər həyata keçirildi. «Kolxozlarda kənd təsərrüfatı arteli 
Nizamnaməsinin pozuntularını ləğv etmək tədbirləri haqqında» 
SSRİ XKS və ÜİK(b) P MK-nın 1946-cı il 19 sentyabr tarixli 
qərarının respublikada həyata keçirilməsi nəticəsində 
kolxozların ictimai mülkiyyətini möhkəmləndirmək, torpaqdan 
istifadəni yaxşılaşdırmaq, işin və  əməyin səmərəliliyini 
artırmaq, kənd təsərrüfatının ictimai mülkiyyətini daha da 
inkişaf etdirmək, kolxozçuların  əmək fəallığını artırmaq 
mümkün olmuşdu. 
Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi və 
koxozçuların təşkilat-təsərrüfatca möhkəmləndirilməsində 
SSRİ Nazirlər Sovetinin «Xırda kolxozların iriləşdirilməsi 
haqqında» 1950-ci il 7 iyun tarixli qərarının da əhəmiyyəti az 
olmamışdı. Artıq 1950-ci ilin sonunda respublikanın kənd 
təsərrüfatında kolxozlarla yanaşı, sovxozlar da meydana gəlirdi. 
Respublikada 3136 artel, 1615 kolxoz və 46 sovxoz var idi. 
Kolxozların iriləşdirilməsi nəticəsində onların sayı azalaraq 
1951-ci ildə 1359-a enmişdi. 
1947-ci ildə dövlətin kolxozlara münasibəti dinc dövrə 
uyğunlaşdırılmamış qalırdı. MTS-lər bərpa olunsa da, onların 
işi yaxşı təşkil olunmamışdı. 
Müharibədən sonra tikinti işləri yenidən qurulurdu. Bu 
işlərini icra etmək üçün fəaliyyətdə olan 
«Azərneftzavodtikinti», «Qafqazneftenerjitikinti» kimi iri 
tikinti təşkilatları ilə yanaşı, «Mingəçevirtikinti», 
«Daşkəsənfiliztikinti», «Kür-Arazsutikinti», «Bakı tikinti-
quraşdırma» tresti, «Azneftdəniztikinti» və digər tikinti 
təşkilatları işə salınmışdı. 
Müharibədən sonrakı dövrdə Zaqafqaziyada ən böyük 
Daşkəsən dəmir filizi yatağı  əsasında filiz-mədən sənayesi 
yaradılmağa başlandı. Burada əmək məhsuldarlığının 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
401
artmasında mühüm rol oynayan Daşkəsən dəmir mədəninin 
əsası qoyuldu. Müharibə ilə  əlaqədar tikintisi dayandırılmış 
Daşkəsən mədəninin tikintisi bərpa edildi. 
Azərbaycanda nəqliyyat və rabitə sahələri də inkişafa 
başladı. 1945-ci ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı 
ilə ayrıca Azərbaycan Dəmiryol  İdarəsi təşkil olundu. Bu da 
Azərbaycanın müxtəlif bölgələrini birləşdirən dəmiryol 
şəbəkəsinin genişləndirilməsində, 
əhalinin nəqliyyat 
vasitələrinə olan ehtiyacının təmin edilməsində az rol 
oynamamışdı. 
1946-1950-ci illərdə respublika daxilində su, avtomobil 
və hava nəqliyyatı da xeyli inkişaf etmişdi. Onların texniki 
təchizatı yaxşılaşmışdı ki, bu da yük dövriyyəsini və  sərnişin 
daşımasını artırmağa imkan vermişdi. 
Rabitə müəssisələrinin  şəbəkəsi, poçt mübadiləsi 
genişlənirdi. Teleqraf-telefon rabitəsi yenidən quruldu. 
Beləliklə, 1946-1950-ci illərdə Azərbaycanın xalq 
təsərrüfatında bərpa işləri,  əsasən, başa çatdırıldı, sənaye və 
kənd təsərrüfatı işləri dinc dövrə uyğun olaraq yenidən quruldu, 
tikinti, nəqliyyat, rabitənin texniki səviyyəsi yüksəldildi. 
Sənayenin ümumi məhsulu 78 faiz artdı. 
Azərbaycanın neft-qaz sənayesinin inkişafı  nəticəsində 
neft hasilatı 28, qaz çıxarılması isə 26 faiz çoxaldı. Neft emalı 
zavodlarının istehsal gücü artırıldı. Neft emalının həcmi 1,3, 
bütün əlvan neft məhsullarının həcmi 14 dəfə, aviasiya benzin 
növləri 7,5, dizel yanacağı 6,5, bütün növ yağların istehsalı isə 
1,75 dəfə çoxaldı. 
Kənd təsərrüfatı bitkilərinin  əkin sahələri genişləndirildi. 
Ümumi məhsulun istehsalı 1950-ci ildə 1946-ci ilə nisbətən 32 
faiz çox oldu. 
Heyvandarlıqda irəliləyişlər baş verdi. Bütünlükdə isə 
maldarlığa münasibət o qədər də yaxşı deyildi. Heyvandarlığın 
inkişafında kolxoz və sovxozların imkanlarından tam istifadə 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə