Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə101/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   97   98   99   100   101   102   103   104   ...   137

XI mühazirə 
 
 
394
1. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR 
ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə 
deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına 
qarşı dövlət səviyyəsində  həyata keçirilmiş bu tarixi cinayətə 
hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq 
ictimaiyyətə çatdırılması  məqsədilə dövlət komissiyası 
yaradılsın. 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
fərmanın icrası ilə bağlı məsələləri həll etsin. 
 
Heydər ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 19 dekabr 1997-ci il 
 
 
3. Müharibənin ağır nəticələri və onların aradan  
qaldırılması. Azərbaycan iqtisadiyyatı 50-60-cı illərdə 
 
II Dünya savaşı dünya əhalisinin 4/5 hissəsinin yaşadığı 
61 ölkəni əhatə etmiş, 22 milyon kvadrat kilometr ərazidə hərbi 
əməliyyatlar aparılmışdır. Müharibədə iştirak edən ölkələrdə 60 
milyondan çox adam həlak oldu. Onun da təxminən 27 milyonu 
keçmiş SSRİ-nin payına düşdü. Müharibə zamanı (1939-1945-
ci illər) Almaniya 13,6 milyon, Polşa 6 milyon, Çin 5 milyon, 
Yaponiya 2 milyon, Yuqoslaviya 1,7 milyon, Fransa 600 min, 
İngiltərə 370 min, ABŞ 300 min nəfər adam itirmişdir. II 
Dünya savaşı  bəşəriyyətə 4 trilyon dollara başa gəlmişdi. 
Müharibədə  iştirak edən bütün ölkələrdə  məhv edilmiş maddi 
sərvətlərin ümumi də-yəri 316 milyard dollara bərabər olmuş, 
bu məbləğin 41 faizi SSRİ-nin payına düşmüşdü. 
Müharibə Azərbaycana və onun təsərrüfatına da ağır 
zərbə vurmuşdu. Müharibə illərində  səfərbərliyə alınmış 640 
mindən çox adamın 420 minə  qədəri cəbhədə  həlak olmuşdu. 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
395
Minlərlə ziyalı, mütəxəssis, ixtisaslı kadr müharibədən 
qayıtmadı. 
1941-1945-ci illərdə Azərbaycan öz milli sərvətlərinin 
üçdə – bir hissəsindən məhrum edildi. Müharibə zamanı 
adamlar doğmalarını, yaxınlarını itirmiş, sahibsiz uşaqların, 
başsız ailələrin sayı artmışdı. 
Müharibə dövründə  kənd təsərrüfatının bir çox 
sahələrində, o cümlədən texniki bitkilər sahəsində istehsalın 
səviyyəsi aşağı düşmüşdü. Respublikada təkcə pambıq istehsalı 
154 min tondan 65 min tona qədər azalmışdı. 
Müharibə respublika əhalisinin sayına da ciddi təsir 
göstərmişdi. Əhalinin 1940-cı ildəki sayı 3304,1 min nəfər idi. 
Bu rəqəm müharibənin sonuna 17,6 faiz azalmışdı,  əmək 
qabiliyyətli əhalinin sayı kəskin şəkildə aşağı düşmüşdü. Fəhlə 
və qulluqçuların sayı 1940-cı ildəki 456 min nəfərdən 1945-ci 
ildə 396 minə enmişdi. Müharibə Azərbaycanın  əmək 
ehtiyatlarının istifadəsinə  də  mənfi təsir göstərmişdi. 
Respublikanın xalq təsərrüfatında fəhlə, kolxozçu və 
qulluqçuların sayı xeyli azalmışdı, yerlərdə  işçi qüvvəsi 
çatışmırdı. 
İqtisadiyyatın müxtəlif sahələrində texniki avadanlığa 
ehtiyac artmışdı. Müharibə dövründə bir sıra kənd təsərrüfatı 
texnikası  və digər avadanlıqlar istehsal edən müəssisələr 
profilini dəyişdiyindən, bu sahədə  də istehsalın səviyyəsi 
azalmışdı. 
Sənayenin istehsalı, o cümlədən aparıcı sahə olan neft 
hasilatı və emalı 2,1 dəfə azalmışdı. Kənd təsərrüfatı sahəsində 
də istehsalın dinamikası aşağı düşmüşdü. 
Respublikanın xalq təsərrüfatının bərpası 
işinə 
müharibənin gedişində, hələ  işğal olunmuş  ərazilər azad 
edilərkən başlanılmışdı. 1945-ci il mayın 26-da SSRİ Dövlət 
Müdafiə Komitəsi «Silah istehsalının azaldılması ilə  əlaqədar 
olaraq sənayeni yenidən qurmaq sahəsində tədbirlər haqqında» 


XI mühazirə 
 
 
396
qərar qəbul etdi. Azərbaycan hökuməti respublika xalq 
təsərrüfatının, xüsusilə neft sənayesinin bərpası və inkişafı üçün 
xeyli işlər gördü. Azərbaycanda neft sənayesinin bərpası  və 
inkişaf etdirilməsində  Mərkəz də çox maraqlı idi. Odur ki, 
1945-ci il mayın 28-də SSRİ DMK «Bakıda neft hasilatını 
artırmaq tədbirləri haqqında» qərar qəbul etdi. Bu, hər  şeydən 
əvvəl, mərkəzin Azərbaycanın sərvətlərini acgözlüklə istismar 
etməsinə yönəldilmişdi. 
Mərkəzin Azərbaycan nefti ilə bağlı qəbul etdiyi qərarda 
neft sənayesini mümkün qədər çox inkişaf etdirməyin 
(mənimsəməyin) proqramı hazırlanmışdı. Müharibədən sonra iş 
rejimində  dəyişiklik oldu. Belə ki, müharibə dövrünün 
qaydaları, o cümlədən iş vaxtından artıq işləmək ləğv oldu. 8 
saatlıq iş rejimi və illik məzuniyyətlər bərpa edildi. 1945-ci il 
dekabrın 1-dən müharibə illərində istifadə edilməmiş 
məzuniyyətlərin əvəzi ödənilməyə başlandı. 
Respublika sənayesinin aparıcı sahələrindən biri olan 
maşınqayırma sənayesi bərpa olunmağa başladı. Bu sahədə 
neft-mədən və yeni neft avadanlıqları istehsalına başlanıldı. 
1946-cı ilin əvvəlindən başlayaraq «Aznetfmaş» trestinin işi 
yenidən quruldu və müharibədən  əvvəlki istehsal vəziyyəti 
bərpa olundu, bir sıra yeni növ neft-maşınqayırma 
avadanlıqlarının buraxılışına başlanıldı. 
Neft-maşınqayırma avadanlıqlarının istehsalını artırmaqla 
yanaşı, təmir və ehtiyat hissələrinin hazırlanmasına diqqət 
artırıldı. Geoloji kəşfiyyat və quyuların bərpası  işi 
sürətləndirildi. Nəticədə neft hasilatı 1948-ci ildə 4 faiz artdı. 
Müharibədən sonrakı 1946-1950-ci illərdə Azərbaycanın 
iqtisadiyyatı dinc quruculuq dövrünün qanunlarına uyğun 
yenidən quruldu. Artıq 1948-ci ildə  sənayedə  məhsul istehsalı 
müharibədən  əvvəlki səviyyəyə çatdı. Fəhlə, kolxozçu və 
qulluqçuların sayı xeyli artdı. Neft sənayesində yeni 
texnologiya və texnika tətbiq edilməyə başladı. Müharibədən 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
397
sonrakı illərdə SSRİ-nin 80-dən çox zavodu Azərbaycan neft 
sənayesinin sifarişlərini yerinə yetirirdi. 1946-1950-ci illərdə 
Hövsan, Qaradağ, Qum adası, Girovdağ, Buzovna, Maştağa, 
Gürgandəniz, Gəncə (1947-ci il), Umbakı (1948-1950-ci illər), 
Neft daşları (1950-ci il), Darvin bankası (1950-ci il) və sairə 
yeni neft-qaz yataqları kəşf edilmiş və sənaye üsulu ilə işləmək 
üçün istifadəyə verilmişdi. Bu onu göstərirdi ki, Azərbaycanın 
neft sənayesinin bərpa və inkişaf etdirilməsi SSRİ hökumətinin 
diqqət mərkəzindədir. 
1946-cı ildən başlayaraq respublikanın neft mədənlərində 
turbin qazma üsulu genişləndirilməyə başladı. 1946-1950-ci 
illərdə Azərbaycan neft sənayesində yeni texnikanın, üsulların 
və quyuların istismar işinin sürətləndirilməsi hesabına böyük 
uğurlar əldə edildi, neft hasilatı əhəmiyyətli dərəcədə artdı. Bu 
müvəffəqiyyətə 1948-1950-ci illərdə 2800-ə  qədər dayanmış 
quyuların bərpa edilməsinin də böyük təsiri olmuşdu. 
Keçmiş Sovet imperiyasının  əsas neftçıxarma mərkəzi 
sayılan Azərbaycan artıq müharibədən sonrakı dövrdə bütün 
ölkənin – SSRİ-nin yanacağa olan tələbatını ödəyə bilmirdi. 
Bu, Xəzər neft yataqlarının kəşf edilməsi və istifadəyə 
verilməsini zərurətə çevirdi. 
Bir çox mütəxəssislər  əsaslandırmağa çalışırdılar ki, 
Xəzərdə neftçıxarma iqtisadi cəhətdən səmərəli ola bilməz. 
Buna baxmayaraq, 1949-cu ildə dünyada ilk dəfə Azərbay-
canda açıq dənizdə neft çıxarılmasına başlanıldı. Beləliklə, 
Azərbaycan neftçilərinin çox gərgin  əməyi nəticəsində onların 
qazdığı  kəşfiyyat quyusu 1949-cu il noyabrın 7-də fontan 
vurdu. 
Dəniz neft yataqlarında qazma işlərini genişləndirmək 
üçün 1949-cu ildə «Azneft» Birliyi nəzdində «Dəniz qazma» 
tresti yaradıldı. Həmin il mayın 7-də SSRİ Nazirlər Soveti 
«Azərbaycan SSR-də  dəniz neft yataqlarının kəşfini və 
işlənməsini üzən vasitələrlə təmin etmək haqqında» qərar qəbul 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə