Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə61/73
tarix14.07.2018
ölçüsü1,91 Mb.
#55525
1   ...   57   58   59   60   61   62   63   64   ...   73

Mirniyaz Mürsəlov 
188 
həmin ayənin hansı surədə, hansı ayədən sonra yazılmalı olduğunu da 
bildirmişdir.
5
 Bununla da Qurani-Kərim dərilərin üzərinə, daşlara, kürək 
sümüklərinə, xurma ağaclarının qabıqlarına və başqa  şeylərə yazılırdı.
6
 
Yazılan ayələr Peyğəmbərə  ərz olunur, əgər bir nöqsan olsaydı onu 
düzəldirdi.
7
 Rəsulullahın (s.ə.s.) nazil olan hər ayəni katiblərinə yazdırması 
Quranın öyrədilməsi və islam ümməti arasında yayılmasında böyük faydaları 
olmuşdur. Həzrəti Peyğəmbərin (s.ə.s.) vəfatından sonra Quranın cəm 
edilməsi işində yazılmış səhifələr mühüm rol oynamışdır. Buradan da aydın 
olur ki, Quranın qiraətinin öyrədilməsində yazının böyük əhəmiyyəti 
olmuşdur. Elə Allah Təala özü də Quranı “Kitab” deyə adlandırmaqla onun 
müqəddəs bir mətn kimi, yazılaraq mühafizə edilməsini buyurmuşdur. 
2. Müşafəhə (şifahi olaraq təlim) 
Həzrəti Peyğəmbər (s.ə.s.) Quranın təlimində kitabət üsulu ilə yanaşı, 
müşafəhə üsuluna da böyük əhəmiyyət vermişdir. Hətta müşafəhə üsulunu 
birinci planda tutduğu qeyd edilə bilər. 
İlahi Kəlamın necə oxunuacağını Allah Təala öz Peyğəmbərinə  vəhy 
mələyi Cəbrayıl  əleyhissalam vasitəsiylə öyrətmişdir. Məhşur bir rəvayətə 
görə hər il Ramazan ayında Cəbrayıl əleyhissalam yer üzərinə enərək bütün 
Quranı (o günə  qədər nazil olan hissəsini) Həzrəti Məhəmmədlə (s.ə.s.) 
oxuyar, onun mətni başdan-ayağa yenidən təkrar edilərdi. Yalnız 
Peyğəmbərimiz (s.ə.s.) vəfat etdiyi il bu hadisə iki dəfə təkrar olunmuşdur.
8
 
Həzrəti Məhəmməd (s.ə.s.) müşafəhə yolu ilə Cəbrayıl əleyhissalamdam 
aldığı vəhyi, eyni yolla da ümmətinə öyrətmişdir. Allahın Rəsulunun vəhyi 
ümmətinə oxuyuş  şəkli Quranın ona öyrətdiyi üsula uyğun olmuşdur. 
Aşağıdakı ayədə bunu açıq-aydın görmək mümkündür: 
“İnsanlara aramla (yavaş-yavaş) oxuyasan deyə, Biz Quranı hissələrə 
ayırıb (ayə-ayə, surə-surə) göndərdik...”
9
 
İslam Peyğəmbəri Quranı ümmətinə həm səma, həm də ərz yolu ilə təlim 
etmişdir. Elə özü də  səma yolu ilə Quranı Cəbrayıl əleyhissalamdan almış, 
öyrəndiyini ona ərz etmişdir. Cəbrayıl  əleyhissalamın ona uyğuladığı  təlim 
                                                 
5
 Zərkeşi, əl-Burhan I. səh. 232. 
6
 Buxari, Səhih, Fədail 4, (VI.99). 
7
 M. Həmidullah, Qurani-Kərim tarixi (trc. M.S. Mutlu) səh. 43. 
8
 Buxari, Səhih, K.Fədail, 7 (VI.101). 
9
 İsra 106. 


İlahiyyat fakültələrində Quranın qiraətinin öyrədilməsinin bəzi metodik xüsusiyyətləri 
189 
üsulunu eyni şəkildə  səhabələrinə  tətbiq etmişdir. Nazil olan ayələri 
səhabələrinə oxuması səma üsulunu, səhabələrindən Quranı dinləməsi də ərz 
üsulunu tətbiq etdiyini göstərməkdədir. Hər iki üsulun tətbiqi zamanı istər 
fərdi, istərsə də toplu halda təlimlərin aparılması mümkündür. 
Quranın qiraətinin öyrədilməsində ustadın ağzından dinləmək və ustadın 
tələbəni dinləməsi kimi iki üsul vardır. Bunlar səma və  ərz üsullarıdır. 
Sonrakı dövrlərdə bu iki üsul birləşdirilərək yeni bir üsul ortaya atılmışdır ki, 
buna əda üsulu deyilir. 
İndi isə, Quranın qiraətinin öyrədilməsində  tətbiq edilən bu üsullar 
haqqında qısaca məlumat verək. 
a) Səma üsulu 
“Səma” lüğətdə  eşitmək və dinləmək mənasını verir. İlk öncə  Cəbrayıl 
əleyhissalam Quranı Allahdan almış  və  Məhəmməd (s.ə.s.) peyğəmbərə 
səma yolu ilə öyrətmişdir.
10
  Səma üsulunun əsas xüsusiyyəti müəllim 
oxuyarkən tələbə ətrafla bütün əlaqəsini kəsməli və mütləq bir təslimiyyətlə 
müəllimini dinləməlidir. Quranın qiraətinin səma üsulu ilə  tədrisi qeyd 
etdiyimiz kimi islamın ilk dövlərində tətbiq edilmiş, sonralar səhabə, tabiun 
və  ətbaut-tabiun dövrlərində  də bu üsula geniş yer verilmişdir. Yeddinci 
qiraət imamı Kisai də qiraətin tədrisi zamanı bu üsuldan istifadə etmişdir.
11
 
Səma üsulu istər tələbələrə fərdi, istərsə də toplu halda tətbiq edilmişdir. 
b) Ərz üsulu 
“Ərz” lüğətdə bir şeyi bir kimsəyə göstərmək, izhar etmək mənalarını 
verir. Tələbənin oxuması müəllimin isə dinləməsi şəklində  tətbiq edilən bu 
üsul da səma üsulu kimi Həzrət Peyğəmbərə (s.ə.s.) dayanmaqdadır. 
Süyuti “Qiraəti müəllimə dinlətmək adəti Peyğəmbərin (s.ə.s.) hər il 
Ramazan ayında Quranı  Cəbrayıl  əleyhissalama  ərz etməsinə dayandığını” 
deyir.
12
 Bu üsulla Peyğəmbər (s.ə.s.) Quranın qiraətini Cəbrayıl 
əleyhisalama, səhabələr peyğəmbərə, tabiun səhabəyə,  ətbaut-tabiun da 
tabiuna  ərz etmiş  və bu gün islam ümməti arasında bu üsul öz varlığını 
qoruyub saxlamışdır. Müəllimin tələbəni dinləməsi,  əgər xətası varsa onu 
düzəltməsi ərz üsulunun əsas özəlliyidir. Buna hətta ərz üsulunun üstünlüyü 
                                                 
10
 Zərqani, Mənahil I. səh. 48. 
11
 İbn Cəzəri, Tayyibətun Nəşr (trc. Ali Osman Yüksel) səh. 172. 
12
 Süyuti, əl-İtqan I. Səh. 99. 


Mirniyaz Mürsəlov 
190 
də demək mümkündür. Ərz üsulu da səma üsulu kimi tələbələrə həm fərdi, 
həm də toplu halda tətbiq edilmişdir. 
c) Əda üsulu 
“Əda” lüğətdə yerinə yetirmək mənasını verir. Əda üsulunun əsas 
xüsusiyyəti Quranın qiraəti zamanı müəllimin oxuduğu yeri ardınca 
tələbənin təkrar etməsidir.
13
 Bu üsulun üstünlüyü ondan ibarətdir ki, tələbə 
müəllimlə üz-üzə oturaraq onun oxuduğunu təkrar edir, əgər xətalı oxuyarsa 
müəllim dərhal onun xətasını düzəldir. Əslində bu, səma və ərz üsulunun bir 
yerdə  tətbiq edilməsidir. Bu üsul Quranın qiraətini tələbələrə toplu olaraq 
öyrətmək üçün geniş imkan yaradır. 
Bu gün ölkəmizdə Qurani-Kərimin qiraəti dini təmayüllü məktəblərdə və 
ilahiyyat fakultələrində öyrədilməkdədir. Biz indi Respublikamızdakı 
ilahiyyat fakultələrində Quranın qiraətinin öyrədilməsinin bəzi metodik 
xüsusiyyətlərindən danışacağıq. Yuxarıda deyilənlərdən də göründüyü kimi 
bu metodik xüsusiyyətlər Quranın peyğəmbərimizə öyrətdiyi üsluba və nazil 
olmasından bu günə qədər keçmiş olduğu təcrübəyə əsaslanır. 
İlk öncə qeyd etmək lazımdır ki, Qurani-Kərim ilahi kitab olduğu üçün 
onun tədrisi digər dərslərdən fərqləndirilməlidir. Nəzərə alsaq ki, 
tələbələrimiz ilahiyyat fakultələrinə  qəbul olarkən, demək olar ki, onların 
böyük  əksəriyyətinin Qurani-Kərimlə bağlı  məlumatları  sıfra bərabər olur, 
hər şeydən əvvəl onlarda bu fənnə qarşı həvəs və sevgi oyadılmalıdır. Buna 
görə  də yeni qəbul olan tələbələrlə, Peyğəmbərimizdən gələn hədislər 
işığında bu müqəddəs kitabın qiraətini öyrənib, onu başqalarına da 
öyrətməyin çox fəzilətli bir iş olması haqqında mütəmadi söhbətlər aparılır.  
Ölkəmizdəki ilahiyyat fakultələrində “Qurani-Kərimin təcvidi və qiraəti” 
adı altında keçilən bu dərs tələbələrimizə dörd il boyunca tədris olunur. 
Qurani-Kərim  ərəbcə olduğu üçün ilk olaraq tələbələrə bu dilin əlifbası, 
hərflərin yazılışı, tələffüzü (məxaricul-huruf) və xüsusiyyətləri (sifatul-
huruf), bunun ardınca isə Qurani-Kərimdən seçilərək götürülmüş ayrı-ayrı 
kəlimələrin oxunuşu öyrədilir. I kursda əsasən surələrin əzbərlətdirilməsi və 
Təcvid qaydalarının (Quranı doğru oxumaq üçün tətbiq edilən qaydalar) 
öyrədilməsi ağırlıq təşkil edir. Bu məqsədlə  tələbələrə Quranın “namaz 
surələri” adlandırılan kiçik surələri əzbərlətdirilir. Bu zaman əda üsulundan 
                                                 
13
 Əliyyul-Qari, əl-Minəhul-Fikriyyə, səh. 18. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə