Aslan HƏBİBOV
408
bu kimsələrin unutduqları bir xüsus vardır ki, Şiə sadəcə ilk dövrdən ibarət
deyildir. Hər zaman özünü yeniləyən Şiə haqqında danışmaq üçün 14 əsrlik
bir zamana diqqət yetirmək lazımdır. Biz bu məqaləmizdə ilk dövr Şiə
təfsirlərindən nümunələr təqdim edərək, bu dövrdəki İmamiyyə Şiəsi
müfəssirlərinə görə mübhəmat məsələsini ələ almağa çalışacağıq. Ancaq
bunu edərkən bu müfəssirlərin səhvlərini göz ardı etməyəcəyik.
İmamiyyə Şiəsinə görə bəzi Quran ayələri hər nə qədər müəyyən
şəxslərlə əlaqədar enmiş olsa da, sonrakı dövrə aid hadisə və şəxslərə rahat
bir şəkildə tətbiq edilə bilər. Bu mövzuda İmam Sadiqdən nəql edilən bir rə-
vayətə görə, Quranda bir ayə bir qrup haqqında vəhy edilmiş olsa və onların
ölümləriylə də ortadan qalxmış olsa, bu təqdirdə Quranın heç bir şeyi hə-
yatda qalmaz. Əksinə, Quranın başı da eynilə sonu kimi davamlı olaraq, sə-
malar və yer üzü var olduğu müddətcə tətbiq ediləcək. Daha da sonrası, bü-
tün insanlar üçün tilavət etdikləri bir vəhy parçası tapılmaqda və xoşbəxtlik
ya da iztirab içindəki həyatlarına görə özləriylə əlaqədar ola bilməkdədir. (4,
I, 21) Bir başqa rəvayətdə isə bu vəziyyət daha diqqətə çarpan bir şəkildədir.
Əbdürrəhim b. Qasir belə deməkdədir:
"Bir gün Əbu Cəfər Məhəmməd əl-Baqir (ə)in yanındaydım. Mənə ey
Əbdürrəhim, deyə səsləndi. Mən buyur, dedim. İmam, Allahın "Sən tək bir
xəbərdarlıqçısan və hər qövmün bir hidayət edicisi vardır" (Rad, 13/7) sözü
ilə əlaqədar olaraq Rəsulullah, "Mən xəbərdarlıqçıyam və Əli hidayətə
çatdırandır" buyurmuşdur. Yaxşı bu gün hidayətə çatdıran kimdir? deyə
soruşdu. Mən uzun bir müddət səssiz qaldım. Daha sonra başımı qaldıraraq,
sənə fəda olum, bu sizinlə əlaqədardır. Siz onu bir-birinizdən miras almısı-
nız. Sonunda sizə çatmışdır. Sənsən, sənə fəda olum, hidayətə çatdıran" de-
dim. Bunun üzərinə İmam belə dedi:
"Doğru söylədin ey Abdurrahim. Quran diridir, ölməz. Ayə də diridir,
ölməz. Əgər bir ayə müəyyən qövmlərlə əlaqədar ensə, o qövmlər öldükdən
sonra ayə də ölərmi? Halbuki o ayə keçmişdəkilər üçün olduğu kimi gələ-
cəkdəkilər üçün də caridir. "(4, II, 218-219)
Beləcə İmam Baqir (ə), ayədə mübhəm buraxılan şəxsin İmam Əli oldu-
ğunu söyləməklə ilk olaraq ayənin nüzul dövründəki mənasını ortaya qoy-
maqdadır. Quranın hər daim canlı olduğunu, buna görə ayələrin hər dövrdə
misdak və müxatəblərinin tapıldığını, bir ayəni öz üzərində tətbiq edərək
açıqlamaqdadır. Bu anlayış da Şiə təfsirinə cari və adaptasiya xüsusiyyətini
İlk dövr İmamiyyə şiəsi müfəssirlərinə görə Qurandakı mübhəmlər
409
verməkdədir. (2, 187-188) Əslində Hz. Peyğəmbərdən nəql edilən bu hədisə
Sünni təfsirlərdə də rast gəlinməkdədir. (13, XIII, 108; 8, II, 129-130; 10,
XIX, 14)
Ən çox tənqid alan ilk dövr Şiə təfsirçilər, mübhəm ayələri iki şəkildə
açıqlamışlar. Bunlardan ilki Əhl-i Sünnə təfsirlərində də olan nümunələr
kimidir. İkinci qrup isə məzhəbi anlayışa uyğun olaraq açıqlananlardır.
İlk dövr Şiə təfsirçilər xüsusilə keçmiş ümmətlərlə əlaqədar bir çox ayə-
də mübhəm buraxılan yerləri Əhl-i Sünnə təfsirçiləri ilə eyni şəkildə şərhə
çalışmışlar. Məsələn Qummi, "şəhərin uzaq nöqtəsindən bir adam qaçaraq
gəldi"(Yasin, 36/20) ayəsində bəhs edilən kimsənin Həbib ən-Nəccar
olduğunu bəyan etməkdədir. (5, II, 214) Burada məzhəbi ayırıma getmədən
həm Əhl-i Sünnə həm də Şiə müfəssirləri İsrailiyatdan istifadə etdikləri üçün
tənqid oluna bilər. Bu da əsl mövzumuz olmadığı üçün bu haqda daha çox
söz söyləməyəcəyik.
Digər tərəfdən Quranın endiyi zaman ərzində yaşanan bir sıra hadisələri
əks etdirən ayələrlə əlaqədar olaraq da eyni rəftarı davam etdirməkdədirlər.
Məsələn "və dedilər ki, bu Quran iki şəhərdən, böyük bir adama endirilməli
deyil idimi? "(Zuhruf, 43/31) ayəsində iki şəhərin Məkkə və Taif, böyük
adamın isə Urvə ibn Məsud olduğunu açıqlamaqdadır. (5, II, 283) Yenə
"Kitab əhlindən elələri vardır ki, Allaha inanarlar, sizə endirilənə və özlərinə
endirilənə inanırlar..."(Al-i İmran, 3/199) ayəsindəki Kitab əhlinin İslama
girən bir qrup Yəhudi və Xristian olduğunu, Nəcaşi və yoldaşlarının da bu
qrup içərisində olduğunu söyləməkdədir. (5, I, 129) Ayrıca "geri buraxılan o
üç adamın da tövbəsini qəbul etdi"(Tövbə, 9/118) ayəsində bəhsi keçən üç
adamın Kəb, Murare ibn ər-Rəbi və Hilal ibn Ümeyyə olduğunu açıqlamaq-
dadırlar. (4, II, 121)
Bu qrup mübhemat mövzusunda ilk dövr İmamiyyə Şiəsənin Əhl-i Sün-
nədən fərqli düşünmədiyi ortaya çıxmaqdadır. Bu kimi nümunələrin Şiə təf-
sirində bol miqdarda olmasını göz ardı edərək, "İmamiyyə məzhəbi, Quran-
dakı mübhəm kəlmələrin tamamını subyektiv qəbulları istiqamətində şərh
etməyi sanki təfsirdə üsul halına gətirmişdir" şəklində bir ifadənin, (9, 449)
əskik araşdırmanın nəticəsi olduğunu düşünürük.
Bir qrup mübhəmlər də vardır ki xüsusən ilk dövr Şiə təfsirçilər bu
ayələri bəzi şəxslərə tətbiq etmək surətiylə şərh etmə yoluna getmişlər. Bu
cür mübhəmlərin bir qisimini Əhl-i Beyt və onların tərəfdarlarına, digər
Aslan HƏBİBOV
410
qisimini isə onların müxaliflərinə tətbiq etmişlər. Burada edilən şey, əslində
ümumi məna ifadə edən ayənin, təfsirçi tərəfindən yaşadığı xüsusi şərtlərə
tətbiq olunmasıdır. Qısacası ümum ifadə edən ayə xüsusiləşdirilmişdir. Əsas
mübahisə də bu cür örnəklərdə ortaya çıxmaqdadır.
Məsələn "o kəslərə Allah da lənət edər lənət edənlər də lənət edər"
(Bəqərə 2/159) ayəsindəki lənət edənləri, İmam Sadiqin "onlar bizik" şəklin-
də açıqladığı xəbər verilməkdədir. (4, I, 91)" Yenə ümumi məna ifadə edən
"yaxşı niyyətlə yönələni özünə çatdırar"(Şura, 42/13) ayəsindəki "yaxşı niy-
yətlə yönələn"in İmamlar olduğunu açıqlamaqdadır. (5, II, 273; Ayrıca bxn:
I, 141, 303).
Bu mövzu ilə əlaqədar verəcəyimiz bir nümunə əslində ilk dövr Şiə
təfsirçilərin bir ayənin mənasını xüsusiləşdirərkən onun ümumi olduğunu
inkar etmədiklərini göstərməkdədir. Qummi, "Mömin kişiləri və mömin
qadınları etmədikləri bir şeylə (günahlandırıb) incidənlər, bir böhtan və açıq
bir günah yüklənmişlər"(Əhzab, 33/58) ayəsindəki mömin kişi və mömin
qadından məqsədin İmam Əli və Hz. Fatimə olduğunu, ancaq bu ayənin
bütün insanlar üçün etibarlı olduğunu söyləməkdədir. (5, II; 196)
İbn Teymiyyə bu təfsir tərzini "örnəkləmə" olaraq adlandırmaqda və
sələf alimləri tərəfindən də istifadə edildiyini ifadə etməkdədir. İbn
Teymiyyənin bildirdiyinə görə, (Əhl-i Sünnənin) sələf üləması bəzən ümumi
bir ismin bəzi növlərinə, izah edilmək istənən şeyin ümumi və xüsusi bütün
xüsusiyyətlərini içinə alacaq tam bir tərif şəklində deyil də, dinləyiciyə növ
haqqında fikir verəcək bir misal şəklində işarə etmişlər. Məsələn "Sonra biz,
qullarımızdan seçdiklərimizi Kitaba varis etdik. Deyərkən onlardan kimi
özünə zülmeden (zalım), kimi ortada gedən (muktesid) kimi də xeyrlərdə
qabaqda gedən (sabiq) oldu"(Fatır, 35/32) ayəsindəki zalım, muktesid və
sabiq sözlərini sələf alimləri namazı ilk vaxtında edən (sabiq), namazı vaxtı
içində əda edən (muktesid) və əsr namazını günəşin qızarma zamanına qədər
gecikdirən (zalım) olaraq təfsir etmişlər. (6, 44)
İbn Teymiyyənin təqdim etmiş olduğu nümunədə də görüldüyü kimi,
ümumi olan bu kəlmələr xüsusiləşdirilmişdir. Yuxarıda ilk dövr Şiə təfsir-
lərindən təqdim etdiyimiz nümunələrdə də vəziyyət bu şəkildədir. Məsələn "
o kəslərə Allah da lənət edər lənət edənlər də lənət edər"(Bəqərə, 2/159)
ayəsindəki lənət edənlər, ümumi olduğu halda, İmam Sadiq " onlar bizik"
şəklində açıqlamaqdadır. Yenə "Mömin kişiləri və mömin qadınları etmədik-
Dostları ilə paylaş: |