Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi elml



Yüklə 229,14 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix23.11.2017
ölçüsü229,14 Kb.
#11911
1   2   3   4   5   6   7

122 

 

mış olan görkəmli rus filosofu A.İ.Gertsen fəlsəfə ilə təbiətşünaslığın münasi-



b

əti  məsələsini  düzgün  qoyaraq  qeyd  etmişdi  ki, «təbiətşünaslıq  fəlsəfəsiz 

mümkün 

olmadığı kimi, fəlsəfə də fəlsəfə də təbiətşünaslıq olmadan mümkün 



deyildir» (7,93). 

Əslində də təbiəti olduğu kimi öyrənməyə çalışan elmi, dialektik-mate-

rialist  f

əlsəfə  ilə  konkret  təbiət  elmləri  tədqiqatçıdan  asılı  olmayan  obyektiv 

qarşılıqlı  əlaqədədir;  bu  əlaqənin  əsası  maddi  dünyanın  özündədir.  Həmin 

əlaqənin obyektiv əsası dünyanın maddi vəhdəti, materiyanın mövcudluğu və 

inkişafında ümumi və spesifik olanın, onların ümumi və spesifik qanunlarının 

v

əhdətidir.  Həmin  bilik  sahələrinin  qarşılıqlı  əlaqəsinin  obyektiv  əsası  da 



onların  hər  ikisinin  müxtəlif  cəhətdən  öyrəndikləri  tədqiqat  obyektinin 

ümumiliyidir: h

əm təbiət elmləri, həm də elmi, dialektik-materialist fəlsəfə bu 

obyektiv al

əm-təbiəti öyrənir. Ayrı-ayrı təbiət elmləri təbiətin konkret sahələ-

rini,  orada  f

əaliyyət  göstərən  ümumi  və  xüsusi,  spesifik  qanunları  öyrənir. 

Ümumi 


dünyagörüşü xarakteri daşıyan fəlsəfə isə bütövlükdə dünyanı öyrənir, 

onun  bütün  sah

ələrində  fəaliyyət  göstərən  və  varlığın  ayrı-ayrı  elmlər 

t

ərəfindən  öyrənilən  konkret  sahələrində  spesifik  şəkildə  təzahür  edən  ən 



ümumi  qanunlardan,  insan-dünya  münasib

ətlərindən, varlıq və idrak nəzəriy-

y

əsi  məsələlərindən  bəhs  edir.  Fəlsəfə  ilə  təbiətşünaslığın  üzvi  qarşılıqlı 



əlaqəsi və təsiri də bu obyektiv əsas üzərində meydana gəlib inkişaf etmişdir. 

Dem


əli, fəlsəfə ilə xüsusi elmlərin, o cümlədən təbiətşünaslığın qarşılıqlı 

əlaqəsi və asılılığının əsasında onların tədqiqat obyektlərinin ümumiliyi durur. 

F

əlsəfə və konkret təbiət elmlərinin tədqiqat obyektini təşkil edən təbiət həm 



f

əlsəfənin öyrəndiyi ümumi, həm də konkret təbiət elmlərinin öyrəndiyi xüsusi 

c

əhətlərə  malik  olub  onların  vəhdətində  mövcuddur.  Bu  da  göstərir  ki, 



f

əlsəfənin  predmetini  təşkil  edən  ümumi  ilə  konkret  təbiət  elmlərinin 

predmetini t

əşkil edən xüsusi qarşılıqılı əlaqədədir. Beləliklə, fəlsəfə və xüsusi 

elml

ərin, bu halda təbiətşünaslığın qarşılıqlı əlaqədə olması müddəası həmin 



bilik  sah

ələrinin  hər  ikisinin  tədqiqat  obyektini  təşkil  edən  təbiətin,  onların 

öyr

əndikləri  ümumi  və  xüsusinin,  təkcənin  obyektiv  surətdə  mövcud  olan 



dialektik 

əlaqəsinə əsaslanır. Dünyanı olduğu kimi əks etdirməyə çalışan elmi 

dialektikaya  gör

ə,  gerçəklik  ona  obyektiv  surətdə  xas  olan  ümumi  və 

xüsusinin,  t

əkcənin  vəhdətində  mövcuddur,  həmin  vəhdət  isə  bundadır  ki, 

ümumi  ancaq  xüsusi  v

ə  təkcələr  vasitəsilə  və  onlarda,  təkcələr  isə  onları 

ümumi  il

ə  bağlayan  əlaqədə  mövcuddur.  Fəlsəfə  ilə  xüsusi  elmlərin, 

bütövlükd

ə təbiətşünaslığın qarşılıqlı əlaqəsi və bir-birindən asılılığı məhz bu 

dialektik 

əlaqədən irəli gəlib onunla şərtlənir. 

Ümumi 

dünyagörüşü  xarakteri  daşıyan  fəlsəfə  bütövlükdə  dünyanı 



öyr

ənməklə  onun  haqqında  ümumi  baxışlar  sistemi  verdiyindən  onun 

qanunları  və  kateqoriyaları  ən  ümumilik  əhəmiyyətinə  malik  olub  təbiət, 

c

əmiyyət və təfəkkürün bütün sahələrində fəaliyyət göstərir. Onlar gerçəkliyin 



ayrı-ayrı elmlər tərəfindən öyrənilən xüsusi, spesifik əlaqələri və münasibətlə-

rind


ən,  onları  ifadə  edən  spesifik  qanun  və  kateqoriyalardan  kənarda  deyil, 


123 

 

onlar  vasit



əsilə  özünəməxsus  şəkildə  təsir  göstərir  və  ümumi  və  xüsusinin 

v

əhdəti  kimi  çıxış  edir. Predmet  və  hadisələri  əhatə  etməsi,  dərəcəsinə,  təsir 



sah

əsinin  genişliyinə  görə  müxtəlif  olan  bu  iki  tip  qanun  və  kateqoriyaların 

ayrılmaz əlaqəsi də buradan irəli gəlir. 

F

əlsəfə  ilə  təbiətşünaslığın  qarşılıqlı  münasibətinin  məhz  bu  baxımdan 



öyr

ənilməsi insan idrakının bir-biri ilə sıx bağlı olan bu iki mühüm sahəsinin 

bir-biri  üçün  mühüm 

əhəmiyyətini  açmağa  imkan  verir.  Həmin  bilik 

sah

ələrinin bir-biri üçün əhəmiyyətini təbiətşünaslığın dialektikləşməsi, onun 



nailiyy

ətlərinin  fəlsəfi  təhlili  və  ümumiləşdirilməsi  nəticəsində  yaranan  və 

inkişaf  edən  dialektik-materialist  fəlsəfə  ilə  təbiətşünaslığın  münasibəti 

timsalında aydın görmək olar. 

T

əbiət  elmlərinin  nailiyyətlərinə  və  obyektiv  məzmununa,  inkişaf 



m

əntiqinə  uyğun  olan  dialektik-materialist  fəlsəfə  təbiətşünaslığın  xüsusi 

sah

ələrindəki  konkret  nailiyyətlərin  mahiyyətinin  və  dünyagörüşü  mənasının 



aydınlaşdırılması,  idraki  əhəmiyyətinin  açılması  və  bütövlükdə  təbiətşünas-

lığın  inkişafı  üçün  metodoloji  əsaslar,  ümumnəzəri  ideyalar,  prinsiplər, 

müdd

əalar  verir.  Təbiətşünaslıq  onların  təsiri  və  nəzərə  alınması  sayəsində 



müv

əffəqiyyətlə  inkişaf  edə  bilər.  Fəlsəfənin  təbiətşünaslıq  üçün  əhəmiyyəti 

v

ə  səmərəli  təsiri  bununla  müəyyən  olunur  ki,  təbiət  elmləri  öz  inkişafında, 



xüsusil

ə böyük kəşflərlə müşayiət olunan dönüş dövrlərində təbii-elmi biliklər 

z

əminində meydana çıxan və elmin sonrakı inkişafı üçün həlli zəruri olan bir 



sıra metodoloji problemlərlə qarşılaşır. Fəlsəfə və təbiətşünaslığın qovşağında 

yaranan  v

ə  sintetik  xarakter  daşıyan  həmin  problemlərin  təbiəti  elədir  ki, 

onları yalnız təkcə təbiət elmlərinin üsul və vasitələri ilə həll etmək mümkün 

deyildir; 

onların  həllində  elmi  fəlsəfə  təbiətşünaslığa  yaxından  kömək 

etm

əlidir. Çünki həmin problemləri elmi fəlsəfə ilə tanış olub onun müddəala-



rını öz elminin fəlsəfi-metodoloji problemlərinin həllinə tətbiq etməyi bacaran 

t

əbiətşünaslarla  konkret  təbiət  elmlərinin  fəlsəfi  problemlərinin  işlənməsi 



sah

əsində  səriştəsi  olan  filosofların  birgə  əməkdaşlığı  şəraitində  həll  etmək 

olar. Buradan 

aydın olur ki, elmlərin diferensiasiyasının getdikcə genişləndiyi, 

dar 

ixtisaslaşmanın dərinləşdiyi və bunun nəticəsi olaraq bəzən, hətta eyni bir 



elm daxilind

ə tədqiqat sahələrinin və tədqiqatçıların bir-birindən ayrı salındığı 

müasir 

şəraitdə sintetik dünyagörüşü olub onların birləşdiricisi kimi çıxış edən 



f

əlsəfə  konkret  elmlərə  münasibətdə  inteqrativ,  sintezləşdirici  funksiyanı 

yerin

ə yetirir, ayrı-ayrı elmi fənnlərin qarşılıqlı əlaqəsi və təsirinin metodoloji 



m

ərkəzi kimi çıxış edir. 

Tarix

ən  qabaqcıl  fəlsəfə  təbiətşünaslığın  inkişafına  müsbət  təsir 



göst

ərmiş,  onun  sonrakı  gedişini  düzgün  istiqamətləndirmişdir.  Elmi  idrakın 

inkişaf tarixi buna çoxlu nümunələr verir. Elmin, xüsusilə də təbiətşünaslığın 

dünyagörüşü  və  metodoloji  xarakterli  bir  çox  fundamental  müddəaları  və 

qanundarı,  mühüm  ideyaları  əvvəlcə  dialektik  konsepsiyalar  əsasında  fəlsəfi 

prinsipl


ər  və  fəhmlər  kimi  irəli  sürülmüş,  yalnız  sonralar  təbii-elmi  nəzəriy-


Yüklə 229,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə