Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi elml



Yüklə 229,14 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix23.11.2017
ölçüsü229,14 Kb.
#11911
1   2   3   4   5   6   7

126 

 

birind



ən ayrı sayılan maqnetizm və elektrik cərəyanı kimi iki hadisə, həmçinin 

mexaniki  h

ərəkət  və  maqnetizm  arasında  əlaqə  aşkara  çıxarıldı.  Optik 

hadis


ələrin  xalis  mexaniki  hadisələrə  müncəredilməzliyi  məlum  oldu.  Əgər 

daha 


yaxın  olan  fiziki  hadisələrin  mexanikaya  müncər  edilməsi  mümkün 

deyildirs

ə, onda aydındır ki, materiya hərəkətinin kimyəvi və bioloji hərəkət 

kimi  daha  mür

əkkəb  formalarını  mexanika  qanunları  ilə  izah  etmək  heç  cür 

mümkün  deyildir.  XIX 

əsrin  ortalarına  doğru  təbiətşünaslığın  əldə  etdiyi 

mühüm nailiyy

ətlər mexanisizmin əsassızlığını göstərməklə onunla bağlı olan 

metafizik 

baxışı  da  sarsıdaraq  dünyaya  dialektik-materialist  baxışın 

işlənməsinə gətirib çıxartdı. Bunda canlı orqanizmlərin hüceyrə quruluşunun, 

enerjinin 

saxlanması və çevrilməsi qanunun kəşfinin, təkamül nəzəriyyəsinin 

yaradılmasının həlledici əhəmiyyəti olmuşdur.  

F

əlsəfə  ilə  təbiətşünaslıq  arasında  mövcud  olan  qarşılıqlı  əlaqənin 



ümumi 

şəkildə  nəzərdən  keçirilməsi  göstərir  ki,  təbiət  elmləri  içərisində 

kifay

ət  qədər  ümumi,  cansız  təbiəti  öyrənən  elmlər  içərisində  isə  ən  ümumi 



xarakter 

daşıyan  hadisələri,  cisimlərin  ümumi  xassələrini  və  hərəkətinin 

fundamental 

qanunlarını,  onların  daha  mürəkkəb  olan  kimyəvi  və  bioloji 

sisteml

ərdəki  təzahürlərini  öyrənən  fizikanın  fəlsəfə  ilə  qarşılıqlı  əlaqəsi 



xüsusil

ə sıx olmuşdur. Bunu ondan görmək olar ki, fizikanın klassik dövrünün 

görk

əmli  nümayəndələrinin  tədqiqatlarında  təbiətşünaslıq  problemləri  fəlsəfi 



probleml

ərlə  çulğaşmış  halda  mövcud  olmuşdur.  Məhz  bu  cəhəti  nəzərdə 

tutaraq  akad.  S.

İ.Vavilov  yazmışdır: «Fizikanın  məzmununun  faktları  və 

qanunlarının  xeyli  hissəsinin  çox  böyük  ümumiliyi  onu  lap  əvvəldən  fəlsəfə 

il

ə,  xüsusilə  idrak  nəzəriyyəsi  sahəsində  yaxınlaşdırmışdır.  Qədimdə  demək 



olar ki, 

istisnasız olaraq hər bir fizik eyni zamanda filosof olmuşdur və hər bir 

filosof da mü

əyyən dərəcədə fizik olmuşdur. Bu zaman təsir qarşılıqlı və çox 

qüvv

ətli idi. Fizika və fəlsəfənin əlaqəsi min illərlə davam etmiş və o, müasir 



şəraitdə də qalır. Fəlsəfə və fizika Qaliley, Qassendi, Dekart, Kepler, Nyuton, 

Lomonosov, Mendeleyev, Umov, Plank, 

Eynşteyn və ümumiyyətlə, geniş dün-

yagörüşlü bütün fizikləri elmi fəaliyyətlərində ayrılmaz surətdə çulğaşmışdır» 

(5,83).  Eyni  sözl

əri S.İ.Vavilovun özü, habelə XX əsrin  H.Bor, P.Lanjeven, 

M.Plank,  V.Heyzenberq,  M.Born,  Lui  de  Broyl,  V.A.Fok,  M.A.Markov, 

V.S.


Baraşenkov, D.İ.Bloxinteev, V.L.Ginzburq və bir çox başqaları haqqında, 

h

əm də daha artıq əsasla demək olar. Məsələn, N.Bor fəlsəfə ilə o qədər bağlı 



ol

muşdur ki. V.Heyzenberq onu «fizik deyil, hər şeydən əvvəl filosof adlandır-

mışdır (2, 6). 

F

əlsəfə və təbiətşünaslığın qarşılıqlı əlaqəsi və bunun həmin bilik sahə-



l

ərinin hər ikisi üçün əhəmiyyətini dərindən başa düşüb qiymətləndirən XX əsr 

fizikasının adlarını çəkdiyimiz baniləri və bir çox görkəmli nümayəndələri öz 

elml


ərinin zirvəsindən onun qnoseoloji və metodoloji əsaslarının işlənməsinə 

ciddi 


əhəmiyyət  vermiş,  fizika  ilə  fəlsəfənin,  xüsusilə  idrak  nəzəriyyəsinin 

üzvi 


əlaqəsini qeyd etmiş, dünyanın müasir elmi mənzərəsinin işlənməsində, 

yeni fizika n

əzəriyyələrinin anlaşılmasında, şərhində fəlsəfənin rolunu yüksək 



127 

 

qiym



ətləndirmişlər. Məsələn, fəlsəfə ilə təbiətşünaslığın münasibətinin tarixini 

izl


əyən  M.Plank  belə  mühüm  nəticəyə  gəlmişdir  ki, «təbiət  elmləri  fəlsəfə 

olmadan keçin

ə bilməz». O, xüsusi elmlərin prinsipial məsələlərinin səmərəli 

h

əlli  üçün  fəlsəfi  dünyagörüşünün  əhəmiyyətini  başa  düşərək  yazmışdır: 



«T

ədqiqatçının dünyagörüşü həmişə onun işinin istiqamətinin müəyyənləşmə-

sind

ə iştirak edir» (16, 65). 



Bu fikrin h

əqiqiliyini A.Eynşteyn və A.Puankaryenin elmi nailiyyətləri-

nin 

tutuşdurulması  nümunəsində  aydın  görmək  olar.  Məlumdur  ki,  görkəmli 



fransız  riyaziyyatçısı  və  fiziki  A.Puankaye  A.Eynşteyndən  əvvəl  nisbilik 

n

əzəriyyəsinin  yaradılması  üçün  tamamilə  kifayət  edəcək  elmi  nəticələri 



almışdı.  Lakin  o.  bu  nəzəriyyəni  hər  şeydən  əvvəl  özünün  konvensionalist 

f

əlsəfi  dünyagörüşünün  səhv  olması  üzündən  yarada  bilməmişdi.  Onun  əsas 



tutduğu  konvensionalist  konsepsiyaya  görə,  elmi  prinsiplər  alimlərin  dəyəri 

real  hadis

ələrin inikasının obyektivliyi və zəruriliyi ilə deyil. bu və ya başqa 

t

ədqiqat situasiyasından istifadə olunmasının əlverişliliyi və məqsədəuyğunlu-



ğu ilə müəyyən olunan fəaliyyətinin nəticəsi olan şərti müddəalardır. O, fizika 

n

əzəriyyəsinə xalis şərti razılaşma kimi baxaraq belə hesab edirdi ki, istənilən 



hadis

əni izah etməkdən ötrü istənilən qədər bərabərhüquqlu nəzəriyyə qurmaq 

olar. Onlardan 

hansının qəbul oluna bilməsi onun fikrincə, həmin nəzəriyyənin 

gerç

əkliyi nə qədər düzgün və dərindən əks etdirməsi ilə deyil, ancaq əlverişli-



lik  mülahiz

əsi ilə müəyyən olunur. Lun de Broyla görə, A.Eynşteyn riyaziy-

yat

çı  kimi  A.Puankaredən  geri  qalırdı.  Bununla  belə  təbiətşünas  alim  kimi 



xeyli  d

ərəcədə  kortəbii,  təbii-tarixi  materializm  mövqeyində  durması 

say

əsində  25  yaşında  XX  əsrin  ən  böyük  kəşflərindən  birini  etmişdi.  Bu  bir 



daha  t

əbiətşünaslığın müvəffəqiyyətli inkişafı üçün fəlsəfənin nə qədər vacib 

olduğunu göstərir. 

T

əbiətşünaslıq  üçün  fəlsəfənin  qabaqlayıcı  və  istiqamətləndirici  rolu, 



əhəmiyyəti özünü bunda göstərir ki, təbiətşünaslıq üçün mühüm olan bir çox 

müdd


əalar xeyli əvvəl ümumi ideyalar kimi fəlsəfədə irəli sürülmüşdür. Bunu 

f

əlsəfi fikrin inkişafının ilk pillələrindən izləmək olar. 



H

ələ  antik  fəlsəfədə  Heraklitin  hər  şeyin  əbədi  hərəkətdə,  dəyişmə  və 

inkişafda,  əksliklərin  vəhdəti  və  mübarizəsində  olması  fikri,  elm  tarixinə 

Demokritin 

adı ilə daxil olmuş materiyanın atom quruluşu fərziyyəsi, dünya-

nın  əbədiliyi,  məkan  və  zamanda  sonsuzluğu,  dünyaların  saysız-hesabsız 

olması haqqında C.Brunonun təlimi, materiyanın, onun atributiv xassələrinin, 

xüsusil


ə  kainatda  hərəkət  miqdarının  saxlanması  prinsiplərinin,  özünün 

ümumil


əşmiş  şəklində  materiyanın  quruluşu  və  xassələrində  fasiləlik  və 

fasil


əsizlik kimi əksliklərin vəhdəti ideyaları, gerçəklik predmet və hadisələri-

nin  ümumi 

əlaqəsi prinsipi, astronomiyada, geologiyada və həmçinin ictimai 

elml


ərdə  inkişaf  prinsipinin  kəşfi  tarixi  belə  olmuşdur.  Eynilə  də  Kekulenin 

t

əbiətşünas  Daltona  isnad  verdiyi  keyfiyyətcə  müxtəlif  atomların  mövcud 



olması  fikri  qədim  yunan  filosofu  Diogen  Layertinin  söyləməsinə  görə  hələ 

yunan 


atomistikasının  görkəmli  nümayəndəsi  Epikura  məxsusdu.  Məhz  ilk 


Yüklə 229,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə