Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi elml



Yüklə 229,14 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix23.11.2017
ölçüsü229,14 Kb.
#11911
1   2   3   4   5   6   7

124 

 

y



ələr  əsasında  özlərinin  mükəmməl  nəzəri  işlənməsini  və  təbiətşünaslığın 

inkişafı ilə eksperimental təsdiqini və əsaslandırılmasını tapmışdır. 

M

əlum  olduğu  və  əvvəllər  göstərdiyimiz  kimi  (9; 10) fəlsəfə  və 



t

əbiətşünaslıq  lap  əvvəldən  bir-birilə  qarşılıqlı  əlaqədə  yaranıb  inkişaf 

etmişdir. Dünya haqqındakı bütün bilikləri özündə birləşdirən naturfəlsəfənin 

daxilind


ə  ilk  dövrdə  fəlsəfə  ilə  təbii-elmi  təsəvvürlər  və  sonralar  onlar 

əsasında  yaranıb  inkişaf  edən  təbiət  elmləri  çulğaşmış  halda  mövcud 

olmuşdur.  Buna  görə  də  təbiət  haqqında  biliklərin  artıq  müəyyən  dərəcədə 

inkişaf  etdiyi  dövrdə  fəaliyyət  göstərən  ilk  yunan  filosofları  eyni  zamanda 

t

əbiətşünas  olmuşlar.  Məsələn,  qədim  Yunanıstanda  ilk  fəlsəfə  məktəbi  olan 



Milet  m

əktəbinin  nümayəndələri  (Fales,  Anaksimen,  Anaksimandr)  astrono-

miya  il

ə  məşğul  olmuş,  Pifaqor  və  şagirdləri  riyaziyyatın  inkişafında  böyük 

nailiyy

ətlər  qazanmışdılar.  Atomistika  təliminin  banilərindən  Demokritin 



çoxlu f

əlsəfi əsərləri ilə yanaşı təbiətin öyrənilməsinə həsr edilmiş «Kosmoqo-

niya», «Planetl

ər  haqqında» və  s.  kimi  əsərləri  də  olmuşdur.  Qədim  dövrün 

«

ən ensiklopedik əqli» sayılan Aristotelin də çoxlu əsərləri içərisində fizikadan 



tutmuş  heyvanların  təsvirinədək  müxtəlif  konkret  bilik  sahələri  üzrə  əsərləri 

olmuşdur.  Beləliklə,  qədim  yunan  mütəfəkkirlərinin  dünyagörüşündə  fəlsəfi 

baxışlar və konkret təbii-elmi təsəvvürlər çulğaşmış halda mövcud olmuşdur. 

Sonralar  Dekart,  Leybnis  kimi  t

əbiətşünaslar  da  eyni  zamanda  filosof 

ol

muşlar. 



Sonralar da bir çox görk

əmli filosoflar eyni zamanda təbiətşünas – fizik, 

riy

aziyyatçı,  kimyaçı  olmuşlar,  onların  fəlsəfə  sistemləri  (məsələn,  rasiona-



lizm) bilavasit

ə təbiət elmlərinin təsiri altında yaranmışdır. 

Tanınmış rus fiziki V.A.Mixelsonun son dərəcə sərrast qeyd etdiyi kimi, 

yalnız  faktları  toplamaq,  elmin  ikinci  dərəcəli  qara  fəhləsi  rolunda  qalmaq 

ist

əməyən  «fizik  bununla  birlikdə  filosof  da  olmalıdır…  böyük  fizik  həmişə 



bununla  birlikd

ə  filosof  da  olmalıdır». (8,7-8).  Buna  XX  əsrin  bir  çox 

görk

əmli fizikləri (H.Bor, V.Heyzenberq, M.Born, V.A. Fok və b.) haqqında 



tam 

əsasla demək olar. Fizik Amper məntiq və astronomiya ilə yanaşı fəlsəfəni 

d

ə tədris etmişdir. Hamburqlu fizik Vaytszeker eyni zamanda fəlsəfə professo-



ru 

olmuşdur. L.Bolsman fəlsəfə ilə o qədər bağlı olmuşdur ki, K.A.Timirya-

zevin  qeyd  etdiyi  kimi,  t

əbiətşünaslıq fəlsəfəsi kursunu da tədris edə bilərdi. 

Böyük  alman  t

əbiətşünası  H.Helmhols,  H.Hersin  yazdıqları  məqalələrdə 

harada 

fizikanın  qurtardığını  və  fəlsəfənin  başladığını  demək  çətindir.  Bu 



m

əqalələr başlıca olaraq idrak nəzəriyyəsinə, yəni fəlsəfəyə aiddir (8, 8). 

T

əbiətşünaslığın  müstəqil  elm  kimi  yaranıb  inkişaf  etdiyi  XVII-XIX 



əsrlərin bir çox görkəmli təbiətşünas alimləri N.Kopernik, İ.Nyuton, C.Bruno, 

Q.Qaliley, 

İ.Kant, P.Laplas, C.Dalton, M.Faradey, C.Maksvell, L.Bolsman və 

b.)  öz  t

əbii-elmi  baxışlarını  naturfəlsəfə  mövqeyindən  inkişaf  etdirmiş, 

P.Qassendi, T.Hobbs, F.

Şellinq, Hegel, L.Feyerbax və bir çox başqa filosoflar 

t

əbiətşünaslığın nailiyyətlərinə əsaslanmışlar. Bütün bunlar və idrak tarixindən 




125 

 

g



ətirilə bilən belə faktlar fəlsəfə və təbiətşünaslığın sıx əlaqədə mövcud olub 

inkişaf etdiyini göstərir. 

F

əlsəfə  ilə  təbiətşünaslığın  əlaqəsini,  qarşılıqlı  təsirini  belə  bir  faktdan 



görm

ək olar ki, hər bir  ayrıca dövrdə təbiətşünaslığın daha  çox inkişaf edən 

sah

əsi onun nailiyyətlərinə əsaslanan və öz müddəalarında ona istinad etməyə 



çalışan  materializmə  təsir  edərək  öz  möhrünü  onun  üzərinə  vurmaqla 

sonuncusunun  xarakterini  mü

əyyən  etmişdir.  XVII-XVIII  əsrlərdə,  müəyyən 

d

ərəcədə  hətta,  XIX  əsrin  əvvəllərində  də  təbiət  elmləri  içərisində  ən  çox 



inki

şaf edəni mexanika idi. O zaman öz qarşısına çıxan məsələləri mexanika-

nın  bir-birinin  ardınca  müvəffəqiyyətlə  həll  etməsi  belə  düşünməyə  əsas 

verirdi ki, 

mexanikanın tətbiqinin hüdudu yoxdur və o, bütün təbiət hadisələ-

rini izah etm

əyə qabil olan universal elmdir. 

O dövrün t

əbiətşünasları və müasiri olduqları təbiətşünaslığın nailiyyət-

l

ərinə  əsaslanan  filosofları  nəinki  qeyri-üzvi  təbiət  hadisələrinə,  hətta  canlı 



h

əyat  hadisələrinə  belə  mexanika  mövqeyindən  yanaşırdılar.  Bu  əsasda  da 

onlar  mexanika  qanu

nları  üzrə  işləyən  maşınla  heyvan,  hətta,  insan  arasında 

heç  bir  keyfiyy

ət fərqi görmürdülər. Məsələn, Dekart maşınla canlı orqanizm 

arasında  mühüm  fərq  qoymadığı  kimi,  XVIII  əsr  fransız  materialistlərindən 

Lametri  d

ə  insanla  maşın  arasında  keyfiyyət  fərqi  görməyərək  «İnsan-

maşındır»  əsərini  yazmışdı.  Beləliklə,  mexanikadan  yüksək  (fiziki,  kimyəvi, 

bioloji, sosial) h

ərəkət formalarının kifayət qədər öyrənilmədiyi dövrdə həmin 

h

ərəkət  formaları  da  mezaniki  hərəkətin  qanunları  əsasında  «izah»  olunur, 



mexanika

nın  hüdudlarından  kənarda  qalan  hadisələr  zorla  onun  məhdud 

ç

ərçivəsinə salınaraq əslində təhrif edilirdi. 



O  dövrün  f

əlsəfənin  təbiətşünaslıqla  bağlılığını,  xarakterinin  onunla 

şərtləndiyini  başa  düşən  alimləri  belə  hərəkət  edirdilər.  Məsələn,  görkəmli 

Holland  fiziki  X.Hüygens

ə görə «həqiqi fəlsəfə bütün təbii təsirləri mexaniki 

s

əbəblərə müncər etməlidir». Həmin məsələyə XVII əsrin bütün təbiətşünas-



ları  belə  baxırdılar.  Mahiyyətcə  XVIII  əsr  və  XIX  əsrin  əvvəllərindəki 

t

əbiətşünaslar da bu nöqteyi-nəzərdə durmuşdular. 



Mexanikanın XVIII əsrdəki böyük nailiyyətləri, xüsusilə, onun astrono-

mi

yanın  inkişafındakı  müvəffəqiyyətləri  belə  iddia  etməyə  əsas  verirdi  ki, 



d

əyişməz  obyektlər  arasında  təsir  göstərən  sadə  qüvvələr  (mərkəzi  qüvvələ-

rin),  mexanika  qanu

nlarının  köməyilə  bütün  təbiət  hadisələrini  təsvir  etmək 

olar  (8, 11). Dünyaya  mexaniki 

baxışı  alman  təbiətşünası  G.Helmpols  daha 

aydın  ifadə  etmişdi: «Beləliklə,  fizika  elminin  vəzifəsini  biz  nəticə  etibarilə 

fiziki  hadis

ələri  böyüklüyü  bütünlüklə  məsafədən  asılı  olan  dəyişməz 

c

əzbetmə  və  itələmə  qüvvələrinə  müncər  etməkdə  görürük.  Bu  vəzifənin 



h

əlledilənliyi təbiəti tam anlamağın şərtidir» (20,82). 

Lakin  t

əbiətşünaslığın,  xüsusilə  fizikanın  XVIII  əsrdən  etibarən  sürətli 

inkişafı  dünyaya  mexaniki  baxışları  sarsıtmağa  başladı.  Elektrodinamikada 

k

əşf  olunan  qüvvələrin  mexanika  qanunları  ilə  izah  oluna  bilməyən  yeni 



xass

ələrə  malik  olduğu  müəyyənləşdi.  Bu  sahədəki  təcrübələr  əvvəllər  bir-




Yüklə 229,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə