Baki universitetiNİn xəBƏRLƏRİ №2 Fizika riyaziyyat elmləri seriyası



Yüklə 46,12 Kb.
Pdf görüntüsü
tarix08.10.2017
ölçüsü46,12 Kb.
#3691


 

79 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

       Fizika-

riyaziyyat elmləri seriyası 

 

 2012 

 

 

 

UOT: 002.6:004.89 

 

EKSPERT S

İSTEMLƏRİ VƏ  

ONLARIN T

İBBİ DİAQNOSTİKADA TƏTBİQİ 

 

Ə.Ş.AMOOJİ 

Bakı Dövlət Universiteti 

it_iranian@yahoo.com 

 

M

əqalədə  ekspert  sistemlərinin  funksiyalarına  və  strukturuna  baxılır.  Ekspert sistem-

l

ərində  qeyri-səlis məntiqdən istifadə  yolları,  ekspert sistemlərinin səmərəliliyi və  məhdud-

luqları  araşdırılır, ekspert sistemlərinin tibbi diaqnostikada tətbiqi geniş şərh olunur. 

   

Açar sözl

ər: Ekspert sistemi, süni  intellekt, çıxarış mexanizmi, biliklər bazası, diaq-

nostika . 

 

1980-ci 


illərdən  bəri  kompyuter  elminin  süni  intellekt  sahəsində  tətbiqi 

"Ekspert sistemləri (ES)" adlanan yeni bir istiqamətin yaranmasına gətirib çıxartdı. 

Ekspert sisteminin 

əsas funksiyası müəyyən tətbiq sahəsi üzrə qərar qəbuletmə 

prosesinə  dəstək  verməkdən  ibarətdir.  Belə  ki,  ES  özünün  biliklər  bazasında  (BB) 

sax


lanan  biliklər  əsasında  konkret  situasiyaya  (faktlara)  uyğun  mümkün  alternativ 

qərarlardan daha səmərəlisini seçir. Bu işi ES-nin çıxarış mexanizmi adlanan xüsusi 

modul 

yerinə yetirir. Biliklər konkret sahə üzrə bilik mühəndisi adlanan mütəxəssis 



tərəfindən toplanır, formal qaydalarla təsvir olunduqdan sonra BB-yə daxil edilir. ES-

in tərkibində tipik situasiyaları xarakterizə edən faktları saxlamaq üçün verilənlər ba-

zası (VB) da ola bilər. Müasir ES-də, həmçinin sistemin çıxartdığı qərarın istifadəçiyə 

izah edilməsi üçün izahetmə modulu da nəzərə alınır [1.s,21-25]. 



Məsələnin qoyuluşu. Ekspert sistemi nədir? 

Süni  intellektin  əsas  məqsədi  insan  idrakını  kompyuter  vasitəsilə  modelləşdir-

məkdən ibarətdir. Süni intellektin əsas tətbiq  sahəsi  qərar qəbuletmə prosesinin auto-

matlaşdırılmasıdır ki, bu məsələ ekspert sisteminin əsas mövzusudur. Ekspert sistemləri 

uni

versal xarakter daşımırlar  və əsasən konkret bir predmet sahəsi üçün yaradılırlar və 



həmin sahə üzrə qərar qəbul etməni modelləşdirir. Ekspert sistemi müxtəlif məsələlərin, 

o cümlədən planlaşdırma, idarəetmə, proqnozlaşdırma, diaqnostika, layihələndirmə və 

s. 

həllində tətbiq edilə bilər. Ekspert sistemi üçün biliklərin toplanması prosesi xüsusi 



əhəmiyyət daşıyır və bilik mühəndisliyi (knowledge eng) adlanır. Bilik mühəndisi la-

yihələndirilmiş  ekspert  sisteminin  kifayət  qədər  lazımi  biliklərə  malik  olması  üzrə 

cavabdehlik 

daşıyır. Əks təqdirdə ekspert sisteminin qərarlarına etibar etmək olmaz.  



Ekspert sistemlərinin strukturu: 

Ekspert sistemi 

əsasən qarşılıqlı əlaqəli 4 moduldan ibarət olur [2,s.128-130]: 

1) bili


klər bazası;  


 

80 


2) ç

ıxarış mexanizmi;  

3) 

verilənlər bazası;  



4) 

izahetmə  bloku.   

 

Ekspert sisteminin strukturu 

Ekspert sistemlərində BB 2 hissiyə bölünür: 1-ci real (faktiki) biliklər, 2-ci ev-

ristik 

biliklər. Fakt bilikləri müxtəlif sahələrdə ortaya qoyub, işlətmək olar, ona görə 



k

i, onların doğruluğu sübut olunmuş və qətiləşdirilmişdir. Evristik biliklər mütəxəs-

sislərin bilik və təcrübələrini əks etdirir və subyektiv xarakter daşıyır. Bu biliklər ço-

xaldıqca sistemin nəticələri daha etibarlı olur və nəticədə düzgün qərarlar qəbul edə-

cək və ondan asılı olaraq problemlərin həlli daha tezliklə əldə ediləcək. Qeyd etmək 

lazımdır ki, bu bilikləri işlətmək bəzi problemlərdə ola bilər ki, səhv nəticə göstərsin. 

Məsələn, aeroportda bitki dərmanlarının nəqlinin qarşısını almaq məsələsində: bu növ 

dərmanların sərnişinlərlə birlikdə daşınması təyyarədə təhlükə yarada bilər.  

Biliklərin bu sahəsi mütəxəssislər ilə müsahibə və yaxud anketlərin doldurulması 

ilə əldə edilə bilər. Bilik mühəndisi toplanmış informasiyanı formalaşdırır və  formal 

qaydalarla  yaz

ır.  Bu  cür  formal  qaydalar  içərisində  ən  sadəsi  və  səmərəlisi  "if-then" 

strukturuna malik olan produ

ksiya qaydası (production rule) hesab olunur [1, s.63-65]. 

Ç

ıxarış  mexanizmi  bu  qaydalara  əsasən  yeni  faktları  ala  bilər.  Məsələn,  fərz 



e

dək ki,  bilik bazasında 2 məlumat var: 

1.BDU 

Bakı şəhərindədir. 



2.Bakı şəhəri Azərbaycan ölkəsindədir. 

Çıxarış mexanizmi bu nəticəni verir ki , BDU Azərbaycan ölkəsindədir. 



Ekspert sistemlərinin strukturunda fuzzy (qeyri-səlis) məntiqin işlənməsi  

Ekspert 


sistemlərində  və  süni  intellektin  digər  sahələrində  önəmli  bir  məsələ 

qeyri-


səlis  məntiqdən  istifadə  edilməsidir.  Qeyri-səlis  məntiq  2  dəyərdən  ibarət  ola 

bilər: 1-ci qiymət DOĞRU 2-ci qiymət YANLIŞ. Bu məntiq mükəmməl ola bilməz, 

çünki bir çox hallarda m

ühakimələrin doğru və ya yalan olmasını qəti şəkildə demək 

olmaz. 

Hər hansı fikir müxtəlif zamana və müxtəlif məkana görə bir qədər doğru və 



yaxud bir qədər yanlış ola bilər [7].  

Qeyri-


səlis məntiq qeyri-müəyyən anlayışlardan istifadə zamanı istifadə olunur. 

Məsələn: Ağırlıq, Soyuqluq, Hündürlük və s. Misal üçün, bir şeyin ağırlığı 500 kq-

d

ır, bu ağır obyekt ola bilərmi? Bunun cavabı qeyri-müəyyəndir, ona görə ki, bu ob-



yekt bir insan daşımaq üçün ağır, araba üçün ağırlığı orta səviyyədə, təyyarə və yaxud 

gəmi  ilə  daşımaq  üçün  yüngül  obyekt  kimi  nəzərə  alınır. Buradan da qeyri-səlis 

məntiqə ehtiyac duyulur və istifadə olunması vacib məsələyə çevrilir [1, s.107-110].  

Həll modulu 

Verilənlər bazası 

(VB) 

 

 



Mütəxəssis 

 

İstifadəçi 



Biliklər bazası 

(BB) 

 

İzahetmə bloku 

 



 

81 


Ekspert sisteml

ərinin səmərəliyi və məhdudluqları 

Ekspert sisteml

ərinin tətbiqi asağıdakıları əldə etməyə imkan verir: 

1) d


əqiq və ixtisaslanmış məsləhətlər və qərarlar. 

 

2) q



ərarların operativliyi. 

3) firmalarda x

ərclərin azalması. 

4) "müxt


əlif meyarları  nəzərə alaraq" qərarların  qəbul edilməsi. 

M

əhdudluqlar: 

1. Bu sisteml

ərin verdiyi məsləhətlərə zəmanət yoxdur. 

2. Bu sisteml

ər yalnız dar predmet sahəsində  fəaliyyət göstərir, çünki biliklər 

bazasında dar çərçivəyə uyğun biliklər toplanır. 



 

Ekspert sisteml

ərinin tətbiqi 

Hazırda ekspert sistemləri bir çox sahələrdə istifadə olunur, o cümlədən: plan-

la

şdırmada,  proqnozlaşdırmada,  tibbi diaqnostikalarda, təhlükəsizlik sistemlərində



fay

dalı qazıntıların axtarışında, genetik mühəndisliyində, təlimdə, kamera linzalarının 

dizaynında və s. [3.s,162-164]. 

 

Məsələnin həlli. Ekspert sistemlərinin tibbi diaqnostikada tətbiqi 

Ümumiyy


ətlə,  tibbi  diaqnostika məsələsi belə  ifadə  olunur: “Xəstədə  bir  sıra 

simptomlar v

ə  müşahidə  olunan  əlamətlərlə  bağlı  patoloji  vəziyyəti  nəzərə  alaraq, 

onun x


əstəliyi təyin olunur”. 

Ümumiyy


ətlə, bu prosesin alqoritmik həlli belədir [6]: 

1. H


ər bir xəstəliyə uyğun əlamətlər və xüsusiyyətlər müəyyən edilir. 

2. X


əstədə müşahidə olunan əlamətlərə uyğun gələn xəstəliklər müəyyən edilir. 

3. T


əxmin edilən xəstəliklərin yaranma ehtimalı proqnozlaşdırılır. 

4. N


əticədə alternativ variantlar içərisindən bir (və ya bir neçə) xəstəlik seçilir. 

Bu zaman 

əlavə müayinə, yoxlamalar və analizlər tələb  oluna bilər. 

5. Əgər seçilən diaqnoz düz olmazsa, sonrakı  imkanlar  sınaqdan keçirilsin. 

6. Yeni 

əlamətlər aşkarlansa və yaxud analizlərin nəticələrinin göstəricisi yeni 

bir x

əstəliyə yönəlsə, alqoritm  yenidən təkrar olunsun. 



7.  X

əstəlik qəti bilinərsə, onun diaqnozu təsdiq olunmaqla dərmanlar və məs-

l

əhətlər verilsin. 



A

ydındır ki, tibbi diaqnostika bu alqoritmdən asılı olmayaraq, həkimin rəyi ilə 

bağlı bir məsələdir. Başqa amillər də bu məsələni mürəkkəbləşdirir, o cümlədən, tibb 

elminin sür

ətlə  inkişafı, tibbi biliklərin qeyri-müəyyənliyi, diaqnostikada çoxməna-

lılıq və s. 

Bu baxımdan, 1999-cu ildə Amerika Tibb Assosiasiyasının "İnsan səhv edə bi-

l

ər"  adlı  hesabatında  belə  ifadə  nəzəri cəlb edir: Amerikada hər il  42000 nəfər  döş 



x

ərçəngi xəstəliyi ilə 43000 nəfər qəza hadisəsi ilə dünyasını dəyişir. 98000 nəfər də 

h

əkimlərin səhvləri  nəticəsində  dünyasını  dəyişir. Bu miqdar dərmanların  ziddiyyə-



tind

ən yaranan tələfatdan  əlavə  miqdardır.  Səbəb məlumdur: hər həkim xəstəyə  öz 

baxışı ilə bağlı qərar verir [4]. 

İngiltərədə bir araşdırma göstərir ki, həkim 3 xəstəni yoxlayanda 2 sual qarşıya 

çıxır ki, onların cavabını bilmir və yaxud 1 xəstəni yatızdıranda 5 cavabsız sual yara-

nır. Həkim ən yaxşı halda hər həftədə 45 dəqiqə vaxtını bu cavabsız suallara sərf edə 

bilir. Buna gör

ə də bir həftədə 300 cavabsız suallar olacaq. Odur ki, hal-hazırda diaq-

nostika m

əsələsində  informasiyanın  əhəmiyyəti,  onun toplanması,  sürətlə  axtarılıb 




 

82 


tapılması  və  işlənməsi  çox  vacib məsələdir və  bu  məsələlərin  həlli  həkimin  qabi-

liyy


ətindən xaricdir. Bu  imkanı  əldə  etməkdə  həkimə  bir köməkçi kimi intellektual 

ekspert sistemi 

yardım edə bilər [5].  

N

əticə 

Ekspert sisteml

əri hal-hazırda süni intellektin çox faydalı tətbiq sahəsidir. Biz-

nes baxımından hər ildə bu sistemləri layihələndirən firmalar milyonlarla dollar qaza-

nırlar (2010-cu ildə bu rəqəm dünyada 5.6 milyard dollar olub). Ekspert sisteminin ən 

çox t


ətbiq edilən sahələrindən biri tibbi diaqnostikadır. Dünyada elan olunan statisti-

kaya 


əsasən, hal hazırda bu sistemlərin tətbiqinin aktuallığının səbəbləri: "həkimlərin 

t

ədqiq  vaxtlarının  azlığı,  tibb  sahəsinin  genişliyi,  səhv diaqnozun səbəbindən  asılı 



ölüml

ərin sayı"  sayıla bilər. 



 

ƏDƏBİYYAT 

1. K


ərimov S.Q., Rəhimova N.A. Ekspert sistemləri. Bakı: Çaşıoğlu, 2004, 176 s. 

2. K


ərimov S.Q. İnformatika sistemləri. Bakı:Elm, 2008, 676 s. 

3.C


əfərnejad T. Süni intellektin inkişafı. Tehran: Şəbəkə nəşriyyatı, 2008, 310 s. 

4. http://www.noormags.com/view/fa/ArticlePage/315491. 

5.http://artificial.ir/intelligence/attachments/3283d1285323088-icbme09_104_319309-pdf. 

6. http://artificial.ir/intelligence/post18708-40.html. 

7. http://en.wikipedia.org/wiki/Fuzzy_logic. 

 

 

ЭКСПЕРТНЫЕ СИСТЕМЫ И ПРИМЕНЕНИЕ ИХ В ДИАГНОСТИКЕ 

 

А.Ш.АМОДЖУ  

 

РЕЗЮМЕ 

 

В  статье  излагаются  функции  экспертных  систем,  рассматривается  структура 

экспертной системы, исследуются пути применения нечетной логики в экспертных 

системах,  излагаются  эффективность  и  ограничения  экспертных  систем  и  рассмат-

риваются вопросы использования экспертных систем в медицинской диагностике. 

 

Ключевые  слова:  экспертная  система,  искусственный  интеллект,  механизм 

вывода, база знаний, диагностика. 

 

EXPERT SYSTEMS AND THEIR USAGE IN MEDICAL DIAGNOSTICS 

 

A.Sh.AMOOJI  

 

SUMMARY 

 

 The article describes the expert systems, their functions and their structures. The 

usage of the methods of   fuzzy logics in the expert systems is analyzed  and the benefits 

and constraints of expert systems have been investigated, usage of expert systems in 

medical diagnostics  is described in details. 

 

Key words: expert systems, artificial intelligence, decision engine, knowledge base, 

diagnostic. 



 

Redaksiyaya daxil oldu: 10.02.2012-ci il. 

Çapa imzalandı: 08.05.2012-ci il.

 

Yüklə 46,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə