Baki universitetiNİn xəBƏRLƏRİ №3 T



Yüklə 68,89 Kb.
Pdf görüntüsü
tarix03.05.2018
ölçüsü68,89 Kb.
#41285


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

T

əbiət elmləri seriyası 

 

 

2015 

 

 

 

 

UOT 911. 52 



 

ALTIAĞAC MİLLİ PARKININ LANDŞAFTI 

 

T.O.İBRAHİMOV, M.Ə.ZEYNALOVA 

Bakı Dövlət Universiteti 

maya.zeynall55@mail.ru 

 

M

əqalə  Altıağac  Milli  Parkının  təbii  landşaftlarının  tədqiqinə  həsr  olunmuşdur.  Milli 

Parkın irimiqyaslı landşaft xəritəsi tərtib olunmuşdur. 

   

Açar sözl

ər: milli park, relyef, geoloji struktur, landşaft kompleksi, torpaq-bitki örtüyü , 

kolluq, çöl v

ə meşə kompleksi. 

 

Altıağac Milli Parkı Azərbaycan Respublikası Prezidentinin sərəncamı 

il

ə  2004-cü il 31 avqust tarixində  Xızı  və  Siyəzən  rayonlarının  inzibati  əra-



zil

ərində  yaradılmışdır.  Əvvəllər Azərbaycan hökumətinin 2 mart 1990-cı  il 

tarixli q

ərarı  ilə  dövlət  meşə  fondu  hesabına  Altıağac  Dövlət Təbiət  Qoruğu 

yaradılmışdır.  Altıağac  qoruğu  Xızı  rayonu  ərazisində  4438 ha sahədə  təşkil 

edilmişdir. Sonralar Altıağac Milli Parkı Altıağac Dövlət Təbiət Qoruğu baza-

sında və ona qonşu olan ərazilər hesabına 11035 ha sahədə yaradılmışdır.  

Milli  Parkın  yaradılmasında  əsas məqsəd  Böyük  Qafqazın  cənub-şərq 

yamaclarının,  təbii  landşaft  komplekslərinin  qorunub  saxlanılması,  bərpası, 

eroziya prosesl

ərinin  qarşısının  alınması  və  bu zonada bitki və  heyvan növ-

l

ərinin, bir sözlə biosenozun qorunması və bərpasıdır.  



Relyef formaları ilə əlaqədar yamacların baxarlığı da landşaftların for-

malaşmasında  mühüm  rol  oynamışdır.  Orta və  yüksək  dağlıqda  bu  amilllik 

t

əsiri ilə yaranan müxtəliflik daha aydın nəzərə çarpır. 



Landşaft xəritəsinin tərtibi zamanı başlıca olaraq N.Ş.Şirinov, M.Ə.Sü-

ley


manov  (1964),  M.A.Müseyibov,  M.Ə.Süleymanov  (1966),  X.İ.Ömərova 

(1966),  M.A.Müseyibov  (1981),  M.M.Əlirzayev  (1981),  M.A.Müseyibov  və 

başqaları  (1975),  A.A.Mikayılov  (1983),  S.A.Əlibəyov (1985) və  s.  müəl-

lifl


ərin tədqiq olunan əraziyə dair yazdıqları əsərlərdən istifadə edilmişdir.  

Ərazinin landşaft tipləri və yarımtipləri haqqında daha düzgün təsəvvür 

yaratmaq  üçün  bir  sıra  səciyyəvi komplekslərin təsvirinin verilməsini vacib 

hesab edirik.  

160 



T

ədqiqat zamanı Altıağac Milli Parkının ərazisində 4 landşaft komplek-

si (tipi) ayırmışıq. Bunlar alçaq dağlığın quru çöl və kolluqları, alçaq dağlığın 

meşə  kompleksi,  orta  dağlığın  meşə  kompleksi və  həmçinin orta və  qismən 

yüks

ək dağlığın fıstıq-palıd meşələri kompleksidir.  



Geoloji, geomorfoloji, relyef, torpaq-bitki örtüyünün müxt

əlifliyini nə-

z

ərə  alıb,  göstərilən  landşaft  kompleksləri daxilində  bir neçə  landşaft  növləri 



ayırmışıq.  

 

I. Alçaq dağlığın quru çöl və kolluqları kompleksi  

Bu  tip  landşaftlar  dağarası  düzənliklərdə,  yaylalarda,  dağətəyi düzən-

likl

ərdə və dağların yamaclarında geniş yayılmışdır. 



Ərazidə çöl kompleksinin müxtəlif şəraitə malik olması burada 3 yarım 

tipin ayrılmasına imkan verir: alçaq dağlığın humid çölləri, alçaq dağlığın quru 

çöll

əri və alçaq dağlığın kserofit kolluğu quru çölləri. 



a)

 

Alçaq dağlığın humid çölləri 

Parçalanmış yaylada, qaramtıl və meşədən sonrakı bərkimiş tünd şaba-

lıdı  torpaqlar  üzərində  yayılmış  ağ  ot,  şırımtıl  topal  və  taxıllı-müxtəlif otlu 

humid çöll

ər. 

Bu kompleks B



ulanlıq  çayından  şərqdə,  Altıağac  qəsəbəsi ilə  Vərdağ 

k

əndli  arasındakı  sinklinal  yaylanı  və  Dübrar  dağ  massivinin  nisbətən alçaq 



şərq yamacınıəhatə edir. Əsasən 400-450 m hündürlüyə malik sahələrdə yayıl-

mışdır. Bulanlıq çayın sağ sahillərində isə 750-810 m yüksəkliyə  çatan Yed-

dibulaq monoklinal tir

əsində də bu kompleks geniş ərazi tutur.  



b)

 

Alçaq dağlığın kserofit kolluqlu quru çölləri 

Bu  landşaft  yarım  tipi  təqdid olunan ərazidə  Xələc silsiləsinin  əsasən 

c

ənub  baxarlı  yamaclarını  əhatə  edir.  Parçalanmış  yamaclarda,  tam  inkişaf 



etmiş dağ qəhvəyi torpaqlar üzərində yayılmış qaratikan, nar kolları və seyrək 

taxıl bitkilərindən ibarət quru çöllər inkişaf etmişdir.  

 

 

Bu landşaft növü Xələc tirəsinin, cənub yamaclarını və qismən də dağ 



yamaclarını əhatə edir. Bu kompleks dördüncü dövrün kontinental çağıldaşları, 

gill


əri və  konqlomeratları  üzərində  formalaşmışdır.  Yamaclar  əsasən seyrək 

kserofit kolluqlarla quru çöl bitkil

ərinin  qatışığından  ibarət formasiyalarla 

örtül


müşdür.  

 

Bitki-torpaq müxt



əlifliyini və digər xüsusiyyətləri nəzərə alıb bu land-

şaft kompleksi daxilində 8 landşaft növü ayırmışıq (1-8). 



I. Z

əif parçalanmış alçaq dağlığın yayla və çökəkliklərində şabalıdı və 

tünd  şabalıdı  dağ  torpaqlarında  ağot,  yovşan-ağot  və  daşlayan;  2.  Dağlıq-tə-

p

əlik, tirə və yaylaların tünd-şabalıdı və meşədən sonrakı qəhvəyi dağ torpaq-



larında  çöl  bitkiləri və  şivlək;  3.Parçalanmış  alçaq  dağ  və  yaylanın  tünd 

şabalıdı və meşədən sonrakı boz-qəhvəyi dağ torpaqlarında kolluqlar (palıdın 

üstün olduğu, qaratikan və Pallas murdarçası ilə); 4. Alçaq dağ və  yaylaların 

q

əhvəyi  meşə  və  meşədən  sonrakı  qəhvəyi  dağ  torpaqlarında  çöl  bitkiləri ilə 



birlikd

ə palıd, palıd-vələs meşə və kolluqlar; 5. Parçalanmış alçaq dağlığın dik 

161 



yamac

larının boz-qəhvəyi, şabalıdı torpaqlarında qaratikan kolluğu və otlar; 6. 

Alçaq  dağlığın  və  parçalanmış  yaylanın  tünd  şabalıdı  dağ  torpaqlarında  ot, 

yovşan ağ-ot; 7. Zəif parçalanmış alçaq dağlığın yayla və çökəkliklərində şa-

balıdı  və  tünd  şabalıdı  dağ  torpaqlarında  ağ  ot,  yovşan-ağot  və  daşdayan;  8. 

Z

əif  parçalanmış  yaylanın  meşədən  sonrakı  qəhvəyi və  qaratorpağa  bənzər 



torpaqlarında ağ ot-daşlayan;  

II.Alçaq dağlığın meşə kompleksi 

Enliyarpaqlı meşə kompleksinin inkişafı əsasən ərazinin geomorfoloji, 

oroqrafik  quruluşu  və  iqlim  şəraitindən  asılıdır. Zəif  parçalanmış  yamaclarda 

q

əhvəyi dağ-meşə və qonur meşə torpaqları üzərində yayılmış palıd, palıd də-



mirqara  meşələri.  Bu  landşaft  növü  Milli  Parkın  600  m-dək yüksəkdə  olan 

hiss


ələrini, Ata çayla Güneyqışlaq kəndi arasında, eyni ilə həmin yüksəklikdə 

olan sah


ələri, kiçik yaylanın şimal-qərbini əhatə edir.  

Burada 


əsasən alçaq boylu (4-5  m)  palıd  və  palıd-dəmirqara  meşələri 

üstünlük t

əşkil edir. Başlıca ağac növləri  gürcü  palıdı, dəmirqara, ağcaqayın, 

dovşan  alması,  sarağan,  armud  və  s.-dən ibarətdir. Yamacların  aşağı  hissə-

l

ərində meşə tədricən qaratikan, itburnu, böyürtkən kolları ilə əvəz olunur. Ot 



örtüyü kifay

ət qədər sıx və müxtəlif olub, qarayonca, çiyələk, çoban toxmağı, 

qatır otu və s. təşkil olunmuşdur. 

Meşə və ot örtüyü altında dağqəhvəyi torpaqlar formalaşmışdır (humu-

sun  miqdarı  3-5%).  Yamacların  aşağı  hissələrindəki  meşələr  yaşayış  məntə-

q

ələrinə  yaxın  olduğundan  intensiv  surətdə  qırılmış  və  onların  yerini  hazırda 



sıx kolluqlar tutmuşdur.  

Bu  landşaft  kompleksi  daxilində  8  landşaft  növü  ayırmışıq. (9-16). 9. 

Orta  parçalanmış  qərb yamaclarda, qonur-dağ  meşə  torpaqlarda vələs,  palıd, 

qism


ən  fıstıq;  10.Orta  dərəcədə  parçalanmış  cənub, cənub-şərq yamaclarda 

qonur dağ-meşə torpaqlarda vələs, zoğal, palıd; 11. İntensiv parçalanmış cənub 

yamaclarda qonu

r dağ-meşə torpaqları üzərində vələs, palıd. 12. Zəif parçalan-

mış terraslarda allüvial meşə torpaqlarda qovax, vələs, söyüd, palıd; 13. Orta 

parçalanmış cənub, cənub-şərq yamaclarda qonur – dağ-meşə torpaqlarda qa-

ratikan, yemi

şan, palıd; 14. İntensiv parçalanmış cənub yamaclarda qonur dağ-

meşə torpaqlarda palıd, vələs, qovax; 15. İntensiv parçalanmış şərq yamacların 

qayalıqlarında vələs, palıd; 16. İntensiv parçalanmış cənub yamaclarda yuyul-

muş qonur –dağ-meşə torpaqlarda palıd, toz-ağacı 

III. Orta d

ağlığın meşə kompleksi 

Orta dağlığın palıdlı-fıstıqlı meşələri 1100-1200 m-ə qədər olan sahə-

l

ərdə yayılır. Bundan yüksəkdə palıd meşələri fıstıqla, fıstıq-vələs qarışığı olan 



meşələrlə əvəz olunur. Tədqiq olunan ərazinin fıstıqlı, fıstıqlı-vələsli orta dağ 

meşələri müxtəlif dərəcədə podzollaşmış dağ-meşə qonur, dağ-meşə qəhvəyi- 

qonur torpaqlarında təxminən 1000-1800 m yüksəkliklərdə ifrat rütubətlənmə 

şəraitində formalaşmışdır. Bu meşələr Altıağac MP-da geniş sahələr tutur.  

Geoloji strukturu, geomorfoloji torpaq v

ə bitki örtüyünün müxtəlifliyini 

n

əzərə alıb bu landşaft kompleksi daxilində aşağıdakı landşaft növlərini ayır-



162 


mışıq. 17. Zəif parçalanmış yastı çökəklərdə meşədən sonrakı dağ qara torpaq-

larda yonca, çiy

ələk otu və seyrək vələs; 18. Orta parçalanmış qərb yamaclarda 

qonur-


dağ-meşə torpaqlarında seyrək vələs, fıstıq; 19. Zəif parçalanmış terras-

lar üz


ərində allüvial meşə torpaqlarında qovax, qarağac, vələs; 20. İntensiv par-

çalanmış  qərb  yamaclarda,  qonur  dağ-meşə  torpaqlarda vələs-fıstıq;  21.  Orta 

par

çalanmış  cənub qərb yamacda qonur-meşə  torpaqlarda vələs,  ağcaqayın, 



fıstıq; 22. Orta parçalanmış qərb yamaclarda qonur dağ-meşə torpaqlarda vələs, 

palıd,  fıstıq;  23.  Zəif  parçalanmış  yamacların  allüvial  çəmən  meşə  torpaq-

larında  vələs,  söyüd;  24.İntensiv  parçalanmış  şimal-qərb yamaclarda qonur 

meşə  torpaqlarda vələs,  fıstıq;  25.  Orta  parçalanmış  şimal  yamaclarda  qonur 

meşə torpaqlarda vələs, tozağacı; 26. Orta parçalanmış şimal-qərb yamaclarda, 

qonur meşə torpaqlarda vələs, fıstıq. 



IV. Orta v

ə qismən yüksək dağlığın fıstıq-palıd meşə kompleksi 

Bu landşaft kompleksi Altıağac Milli Parkının daha yüksək ərazilərində 

geniş yayılmışdır. Əsasən orta qurşağı və qismən də yüksək dağlığı əhatə edən 

bu 


ərazinin mütləq yüksəkliyi dəniz səviyyəsindən 1000-1600 m-ə  qədər 

hündürlükd

ə olan sahələri əhatə edir. Bu qurşaqda palıd və palıd-vələs meşələri 

il

ə yanaşı fıstıq meşələri də yayılmışdır. Fıstığın üstünlük təşkil etdiyi meşələr 



ən çox dəniz səviyyəsindən 1400-1600 m hündürlüklər  arasında  yerləşir. 

Altıağac MP ərazisinin orta meşə qurşağında şimal yamaclar təmiz fıstıq, şərq 

v

ə qərb yamaclar fıstıq-vələs, palıd vələs meşələri ilə örtülüdür.  



B

əzi tədqiqatçılar  tərəfindən  (Prilipko,  1954;  B.Ə.Budaqov,  1961; 

N.K.K

ərəmov, 1966) meşə zonasının yuxarı sərhəddi 2300 m yüksəklikdən ke-



çirilm

əsi qəbul  olunmuşdur.  Bu  sərhəd özü də  iqlimin və  insanın  təsiri nəti-

c

əsində  tez-tez dəyişir.  Aşağı  və  orta  dağlığın  relyefi  güclü  və  orta dərəcədə 



parçalanmış  düzəlmə  səthlərindən və  gətirmə  konuslardan ibarətdir. Bu ərazi 

yura dövrünün qum, 

əhəng  daşı  və  gilli  şistlərindən təşkil  olunmuşdur.  İllik 

yağıntının  miqdarı  750-1300  mmdir.  Meşə  landşaftı  böyük sahə  tutur, ancaq 

meşə hər yerdə bütöv areala malik deyil. Meşəarası sahələr yüksək dağ xüsu-

siyy


ətli  kolluqlara  tutulub.  Şimal  yamaclarda  subalp  meşələri tez-tez yüksək 

otlu  meşədən  sonrakı  çəmənliklərə  növbələşir.  Yamacların  ekspozisiyasından 

asılı  olaraq  Böyük  Qafqazın  meşələrində  bir neçə  meşə  formasiyaları  ayrıl-

mışdır:  Qonaqkənd  dağ  massivində  fıstıq  meşələri  yuxarıdan  subalp  çəmən-

likl

əri ilə  əhatələnir.  Əlçatmaz  və  dik  yamaclarda  bu  meşələr az qırılmışdır. 



Buna V

əlvələçaydan şərqdə yerləşən meşəni misal göstərmək olar. Fıstıq me-

şələri burada vələs,  ağcaqayın,  palıd,  tozağacı  və  başqa  ağac  qarışıqlarına 

malikdir (Prilipko, 1954). 

Bu  landşaft  kompleksi  daxilində  torpaq-bitki örtüyünün müxtəlifliyini 

n

əzərə alıb aşağıdakı landşaft növlərini ayırmışıq (27-33): 27. İntensiv parça-



lanmış qərb yamaclarda qonur dağ-meşə torpaqlarda fıstıq; 28.İntensiv parça-

lanmış, şimal-şərq yamaclarda qonur meşə torpaqlarda fıstıq, qismən vələs; 29. 

İntensiv  parçalanmış,  cənub-şərq yamaclarda qonur  meşə  torpaqlarda  fıstıq, 

palıd ; 30. İntensiv parçalanmış, şərq və şimal səmtli yamaclarda qonur meşə 

163 



torpaqlarda fıstıq, qismən vələs; 32.Orta parçalanmış qərb yamaclarda qonur-

q

əhvəyi  meşə  torpaqlarda  fıstıq-palıd;  33.  İntensiv  parçalanmış  şimal  qərb 



yamaclarda qonur meşə torpaqlarda fıstıq, qismən palıd.  

 

Alt

ıağac milli parkının landşaft xəritə-sxemi 

 

 



 

 

 

 

 

 

Altıağac Milli Parkının landşaft xəritəsinin legendası 

 

Dağlıq landşaft sinfi 

I. Alçaq dağlığın quru çöl və kolluqları kompleksi 

1.

 

Z

əif parçalanmış alçaq dağlığın yayla və çökəkliklərində şabalıdı və 

tünd  şabalıdı  dağ  torpaqlarında  ağot,  yovşan-ağot  və  daşlayan;  2.Dağlıq-

t

əpəlik, tirə  və  yaylaların  tünd-şabalıdı  və  meşədən  sonrakı  qəhvəyi  dağ 

torpaqlarında çöl və şivlək; 3.Parçalanmış alçaq dağ və yaylanın tünd şabalıdı 

v

ə  meşədən  sonrakı  boz-  qəhvəyi  dağ  torpaqlarında  kolluqlar  (palıdın  üstün 

olduğu, qaratikan və Pallas murdarçası ilə); 4.Alçaq dağ və yaylaların qəhvəyi 

meşə və meşədən sonrakı qəhvəyi dağ torpaqlarında çöl bitkiləri ilə birlikdə 

palıd,  palıd-vələs  meşə  və  kolluqları;  5.Parçalanmış  alçaq  dağlığın  dik 

yamaclarının boz-qəhvəyi, şabalıdı torpaqlarında qaratikan kolluğu və otlar; 

6.Alçaq da

ğlığın və parçalanmış yaylanın tünd şabalıdı dağ torpaqlarında ot, 

yovşan  ağot;  7.Zəif  parçalanmış  alçaq  dağlığın  yayla  və  çökəkliklərində 

şabalıdı və tünd şabalıdı dağ torpaqlarında ağ ot, yovşan-ağot və daşdayan; 

8.Z

əif parçalanmış yaylanın meşədən sonrakı qəhvəyi və qara torpağa bənzər 

torpaqlarında ağ ot-daşlayan. 

II. Alçaq dağlığın meşə kompleksi 

1.Orta parçalanmış qərb yamaclarda qonur-dağ meşə torpaqlarda vələs, 

palıd,  qismən  fıstıq;  2.Orta dərəcədə  parçalanmış  cənub,  şimal-şərq 

164 



yamaclarda qonur-

dağ-meşə  torpaqlarda vələs,  zoğal,  palıd;  3.İntensiv  par-

çalanmış cənub yamaclarda qonur dağ-meşə torpaqları üzərində vələs, palıd; 

4.Z

əif parçalanmış terraslarda allüvial meşə torpaqlarda qovax, vələs, söyüd, 

palıd;  5.Orta  parçalanmış  cənub, cənub-şərq yamaclarda qonur-dağ-meşə 

torpaqlarda qaratikan, yemi

şan,  palıd;  6.İntensiv  parçalanmış  cənub 

yamaclarda qonur-

dağ-meşə torpaqlarda palıd, vələs, qovaq; 7.İntensiv par-

çalanmış şərq yamacların qayalıqlarında vələs, palıd; 8.İntensiv parçalanmış 

c

ənub yamaclarda yuyulmuş qonur-dağ-meşə torpaqlarda palıd, tozağacı. 

III.Orta dağlığın meşə kompleksi 

1.Z

əif  parçalanmış  yastı  çökəklərdə  meşədən  sonrakı  dağ  qara  tor-

paqlarda yonca, çiy

ələk otu, və  seyrək vələs;  2.Orta  parçalanmış  qərb ya-

maclarda qonur-

dağ-meşə  torpaqlardan seyrək vələs,  fıstıq;  3.Zəif parça-

lanmış terrasları üzərində allüvial meşə torpaqlarında qovax, qaraağac, vələs; 

4.

İntensiv parçalanmış qərb yamaclarda, qonur-dağ-meşə torpaqlarda vələs- 

fıstıq; 5.Orta parçalanmış cənub-qərb yamacda qonur-meşə torpaqlarda vələs, 

ağcaqaym,  fıstıq;  6.Orta  parçalanmış  qərb  yamaclarda  qonur  dağ-meşə 

torpaqlarda v

ələs, palıd, fıstıq; 7.Zəif parçalanmış yamacların allüvial çəmən 

meşə  torpaqlarında  vələs, söyüd;  8.  İntensiv  parçalanmış  şimal-qərb ya-

maclarda  qonur  meşə  torpaqlarda vələs,  fıstıq;  9.  orta  parçalanmış  şimal 

yamaclarda  qonur  meşə  torpaqlarda vələs,  tozağacı;  10.Orta  parçalanmış 

şimal-qərb yamaclarda, qonur meşə torpaqlarda vələs, fıstıq. 

IV. Orta v

ə qismən yüksək dağlığın fıstıq-palıd meşələri 

1.İntensiv  parçalanmış  qərb yamaclarda qonur-dağ-meşə  torpaqlarda 

fıstıq; 2.İntensiv parçalanmış, şimal-şərq yamaclarda qonur meşə torpaqlarda 

fıstıq  qismən vələs;  3.İntensiv  parçalanmış,  cənub-şərq yamaclarda qonur 

meşə  torpaqlarda  fıstıq,  palıd;  4.İntensiv  parçalanmış,  şərq və  şimal  səmtli 

yamac

larda qonur meşə torpaqlarda fıstıq, qismən vələs; 5.Orta parçalanmış, 



rüşməli, uçqunlu cənub-şərq  yamaclarda  qonur  meşə  torpaqlarda  fıstıq, 

qism

ən vələs;  6.Orta  parçalanmış  qərb yamaclarda qonur-qəhvəyi  meşə 

torpaqlarda fıstıq- palıd; 7.İntensiv parçalanmış şimal-qərb yamaclarda qonur 

meşə torpaqlarda fıstıq, qismən palıd 

 

ƏDƏBİYYAT 

1.Budaqov B.Ə. Azərbaycanın müasir və qədim buzlaşması. Bakı, 1965, 168 s 

2.Əliyev H.Ə., Həsənov X.H. Təbiətin keşiyində. Bakı: Maarif, 1993, 311 s. 

3

.İbrahimov T.O. Azərbaycanın Milli Parkları. Bakı, 2015, 380 s. 



4.İbrahimov T.O. Azərbaycanın qoruqları. Bakı, 2015, 180 s. 

5.Müseyibov M. v

ə başqaları “Azərbaycan SSR-in landşaft xəritəsi (1:600000) SSRİ Nazirlər 

Soveti 


yanında Baş geodeziya və kartoqrafiya idarəsi. M., 1975 

6.

Алиев Г.А. Почвы Большого Кавказа ( в пределах Азeрб, ССР). Баку: Элм, 1978, 208 с. 



7. Труды заповедников Азербайджана. Вып. 3, 1967, 280 с. 

8. Заповедники Кавказа. М.: Мысль, 1990, 365 с. 

 

165 



ЛАНДШАФТЫ АЛТЫАГАЧСКОГО НАЦИОНАЛЬНОГО ПАРКА 

 

Т.О.ИБРАГИМОВ, М.А.ЗЕЙНАЛОВ 

 

РЕЗЮМЕ 

 

Статья  посвящается  исследованию  природных  ландшафтов  Алтыагачского  На-

ционального Парка. Была составлена крупная ландшафтная карта Национального Парка. 

 

Ключевые слова: национальный парк, рельеф, геологическая структура, ланд-

шафтный комплекс, почвенно-растительный покров, степной и лесной комплекс 

 

 



LANDSCAPE OF ALTIAGAJ NATIONAL PARK 

 

T.O.IBRAHIMOV, M.A.ZEYNALOVA 

 

SUMMARY 

 

This article deals with the study of the natural landscape of Altiagaj National Park. As 

a result of the investigation, the landscape map of Altiagaj National Park was prepared.  

 

Key words:  national park, geological feature, landscape complex, soil vegetation, 

prairie and forest complex 

 

Redaksiyaya daxil oldu: 08.10.2015-ci il 



Çapa imzalandı: 04.12.2015-ci il 

 

 



 

 

166 



Document Outline

  • Dağlıq landşaft sinfi
  • I. Alçaq dağlığın quru çöl və kolluqları kompleksi
  • II. Alçaq dağlığın meşə kompleksi
  • IV. Orta və qismən yüksək dağlığın fıstıq-palıd meşələri

Yüklə 68,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə