Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elml



Yüklə 128,24 Kb.
Pdf görüntüsü
tarix29.10.2017
ölçüsü128,24 Kb.
#7503


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Sosial-siyasi elml

ər seriyası   

 

2015 

 

 

 

   


 

 

 



UOT 342 

 

KONSTİTUSİYANIN HÜQUQ MÜHAFİZƏSİ SİSTEMİNDƏ 

KONSTİTUSİYA NƏZARƏTİNİN ANLAYIŞI VƏ MAHİYYƏTİ 

 

N.

H.ŞÜKÜROV  

Bakı Dövldət Universiteti 

Nasib_05@mail.ru 

 

M



əqalədə  Konstitusiya nəzarətinin  konstitusiyanın  hüquqi  mühafizəsinin özünəməxsus 

forması  kimi  çıxış  etdiyi,  hüquq  ədəbiyyatında  konstitusiya  nəzarəti ilə  yanaşı  digər anlayış-

lardan da istifad

ə edildiyi, hüquq normalarının iyerarxiyalı olmasının təmini üçün Konstitusiya 

n

əzarətinin vacibliyi, Konstitusiya nəzarətinin  bütün  qanunçuluğa  nəzarət sisteminin mər-

k

əzində  durduğu,  konstitusiya  nəzarətinin  funksiyaları,  Konstitusiyaya  uyğun  gəlməyən nor-

mativ  hüquqi  aktların  və  vəzifəli  şəxslərin hərəkətlərinin  aşkara  çıxarılması  və  həmin uy-

ğunsuzluqların aradan qaldırılması kimi məsələlər geniş tədqiq edilir. 

 

Açar sözl



ər:  konstitusiya nəzarəti, mahiyyət,  funksiyalar, hüquqi dövlət, məhkəmə 

hakimiyy


əti, hakimiyyət  bölgüsü,  konstitusiyanın  aliliyi,  konstitusiyanın  hüquqi  mühafizəsi, 

konstitusiya n

əzarətinin modelləri 

 

Konstitusiya n



əzarəti konstitusiyanın hüquqi mühafizəsinin özünəməxsus 

forması  kimi  çıxış  edir.  Göstərmək  lazımdır  ki,  konstitusiya  nəzarəti  zamanı 

yalnız  konstitusion  normaların  mühafizəsi həyata keçirilmir, həm də  dəyişən 

şəraitə  uyğun  olaraq  onların  inkişaf  etdirilməsi təmin olunur. Buna ən bariz 

nümun

ə kimi ABŞ təcrübəsini göstərmək olar.  ABŞ-ın hazırda qüvvədə  olan 



Kon

stitusiyası 1787-ci ildə, tamamilə fərqli sosial-iqtisadi və siyasi şəraitdə qə-

bul olunmuşdur. Lakin konstitusiya nəzarətinin mövcud olduğu iki əsr ərzində 

m

əhkəmələr, ilk növbədə  isə  ABŞ  Ali  Məhkəməsi öz təfsirləri  (şərhləri) ilə 



praktiki olaraq yeni, “canlı” konstitusiya yaratmışdır.

 

Hüquq 



ədəbiyyatında konstitusiya nəzarəti ilə yanaşı digər anlayışlardan, 

m

əsələn, “konstitusion qanunçuluq”, “konstitusiya mühakimə icraatı”, “konsti-



tusiya 

ədalət mühakiməsi” və s. anlayışlardan da istifadə edilir. 

Konstitusiya n

əzarəti bütün qanunçuluğa nəzarət sisteminin mərkəzində 

yerl

əşir. Bu, ilk növbədə, konstitusiyanın cəmiyyətin həyatında tutduğu xüsusi 



yerl

ə bağlıdır. Ən mühüm siyasi-hüquqi akt olmaqla konstitusiya sosial, iqtisadi, 

siyasi sisteml

ərin və dövlətin təşkilinin mühüm əsaslarını təsbit edir, insan və 

v

ətəndaşların əsas hüquq, azadlıq və vəzifələrini, məsuliyyətinin ümumi əsasla-



32 


rını müəyyənləşdirir. Onun qüvvəsi bütün ictimai münasibətlər sisteminə, vəzi-

f

əli şəxslərə, ictimai təşkilatlara, vətəndaşlara şamil olunur. Konstitusion norma-



ların  dolğun  şəkildə  həyata keçirilməsi  yalnız  səmərəli konstitusiya nəzarəti 

sisteminin mövcud olduğu şəraitdə mümkündür.  

Konstitusiya n

əzarətinə tələbat cəmiyyətdə real gerçəkliklə şərtlənir. Təc-

rüb

ə göstərir ki, bəzi hallarda konstitusiyaya uyğun olmayan aktlar qəbul edilir, 



konstitusiyanın və qüvvədə olan qanunvericiliyin tətbiqi sahəsində mübahisəli 

v

əziyyətlər yaranır. Bu zaman belə problemlərin həlli konstitusiya nəzarəti or-



qanlarının səlahiyyətinə aid edilir. Burada, ilk növbədə normativ hüquqi aktların 

konstitusi

yaya uyğunluğundan söhbət gedir. 

B

əzən konstitusiya nəzarəti hakimiyyətin məhdudlaşdırılması və müxtəlif 



xarakterli mübahis

ələrin həlli üzrə fəaliyyət kimi nəzərdən keçirilir. Onun fəa-

liyy

ətinin hüquqauyğunluğunun ilkin şərti kimi konstitusion normaların ali və 



birbaşa hüquqi qüvvəyə malik olması təşkil edir. 

Konstitusiya n

əzarəti dövlət hakimiyyəti  orqanları  arasında  elə  münasi-

b

ətlər sistemidir ki, bu zaman nəzarət  orqanları  (məsələn, parlament, dövlət 



başçısı, konstitusiya məhkəməsi) mübahisəli məsələlər üzrə qəti qərar qəbul et-

m

ək, habelə  konstitusiyaya  zidd  hesab  edilmiş  aktları  ləğv  etmək hüququna 



malik olurlar. 

Konstitusiya n

əzarətinin zəruriliyi, ilk növbədə hüquq normalarının iye-

rar


xiyalı olması ilə əlaqədardır. Bu, eyni zamanda, hüquq yaradıcılıq səlahiy-

y

ətinə malik orqanların iyerarxiyalı təbiətinə də əsaslanır. 



Hazırda elmi ədəbiyyatda konstitusiya nəzarətinin anlayışına münasibətdə 

bir neç


ə yanaşma mövcuddur. Konstitusiya nəzarətini təhlil edən S.V.Bobotov 

ABŞ-da fəaliyyət göstərən konstitusiya nəzarəti institutunu Ali Məhkəmənin 

dig

ər dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətini müstəqil şəkildə qiy-



m

ətləndirmək və öz hüquqi səlahiyyətləri daxilində belə məsələlər üzrə ali və 

q

əti qərar qəbul etmək hüququ kimi nəzərdən keçirir (6, 116).  



M.A.Nudel konstitusiya n

əzarətinə qanunların konstitusiyaya uyğunluğu 

baxımından yoxlanılması kimi anlayış verir (18, 57). 

F.S.Abdullayevin fikrinc

ə, konstitusiya nəzarəti təkcə məhkəmə nəzarəti 

il

ə  məhdudlaşmır.  Burada  həmçinin qanunverici və  icra hakimiyyətlərinin 



funksional rolu, m

ənəvi, milli və dini dəyərlərin qorunması qaydaları və ənənəsi 

d

ə nəzərə alınmalıdır. İkincisi, konstitusiya nəzarəti bir sistem kimi mürəkkəb və 



harmonik f

əaliyyət tələb edən müxtəlif səlahiyyətli orqanların məcmusu olub, 

yalnız müəyyən şərtlər olduqda mövcud ola və səmərəli fəaliyyət göstərə bilər 

(2,  62). H

əmçinin müəllif göstərir ki, «konstitusiya nəzarəti» bilavasitə kons-

titusiyanın mövcudluğu ilə əlaqədar olub, konstitusiya ilə təsbit olunmuş norma 

v

ə prinsiplərin qorunması, hakimiyyətin müxtəlif orqanlarının müəyyən edilmiş 



s

əlahiyyət balansının təmini, habelə insan və vətəndaşların konstitusiya hüquq 

v

ə azadlıqlarının mühafizəsi məqsədi daşıyır. Başqa sözlə desək, konstitusiya 



n

əzarətinin  əsas  missiyası,  onun sosial mahiyyəti «Konstitusiya Məhkəməsi 

haqqında»  Azərbaycan  Respublikasının  Qanununda  qeyd  olunduğu  kimi  – 

33 



konstitusiyanın aliliyinin təmini və Konstitusiya ilə təsbit olunmuş insan hüquq 

v

ə azadlıqlarının müdafiəsidir (2, 63).  



D.L.Zlatopolskiy konstitusiya n

əzarətini konstitusiyaya və  konstitusiya 

qanunlarına əməl olunmasının, habelə ali dövlət orqanlarının bütün digər aktla-

rının konstitusiyaya uyğunluğunun yoxlanılması kimi xarakterizə edir(11,  58). 

A.A.Proskurin  konstitusiya n

əzarətini  yazılı  Konstitusiyadan, nəzarət 

obyektl

ərindən, nəzarət orqanlarının məcmusundan, habelə nəzarət orqanlarına 



müraci

ət etmək səlahiyyətinə  malik subyektlərin məcmusundan ibarət olan 

struktur-funksional sistemi özünd

ə  əks etdirən xüsusi hüquqi institut kimi 

n

əzərdən keçirir (19, 9). 



V.P.Belyayev konstitusiya n

əzarətini səlahiyyətli dövlət orqanlarının spe-

sifik funksiyası kimi xarakterizə edərək göstərir ki, geniş mənada konstitusiya 

n

əzarətinin məqsədi  konstitusiya  quruluşunun  mühafizəsi, insan və  vətəndaş 



hüquq v

ə azadlıqlarının təmin olunması, dövlət idarəetməsinin səmərəliliyinin 

artırılması, dövlət quruluşunun stabilliyinin saxlanılması, qəbul edilən hüquqi 

aktların konstitusiyaya uyğunluğunun təmin olunması, vəzifəli şəxslərin hərə-

k

ətlərinin qanunçuluq rejiminə  uyğunlaşdırılması  və  bütövlükdə  dövlətdə  qa-



nunçuluq v

ə hüquq qaydasının təmin edilməsindən ibarətdir (8, 15). 

H

əmçinin konstitusiya nəzarətinə Konstitusiyanın, dövlətdə qəbul edilən 



dig

ər  qanunların  və  aktların  həyata keçirilməsinə  nəzarət üzrə  hərəkətlərin 

m

əcmusu (bilavasitə ixtisaslaşdırılmış fəaliyyətin özü), eləcə də dövlət və yerli 



özünüidar

ə  orqanları  tərəfindən qəbul  edilmiş  normativ  hüquqi  aktların  əsas 

qanuna  uyğunluğuna  nəzarət üzrə  qanunvericiliklə  müəyyən  edilmiş  xüsusi 

prosedura kimi d

ə anlayışlar verilir. 

Geniş mənada konstitusiya nəzarətinin əsas təyinatı Konstitusiyaya uyğun 

g

əlməyən normativ hüquqi aktların və vəzifəli şəxslərin hərəkətlərinin aşkara 



çıxarılması  və  həmin  uyğunsuzluqların  aradan  qaldırılması  üzrə  zəruri təd-

birl


ərin görülməsindən ibarətdir.  

V.A.Kryajkov v

ə L.V.Lazarevə görə mahiyyət etibarı ilə konstitusiya nə-

zar


əti Konstitusiyanın aliliyinin və birbaşa qüvvəsinin, hakimiyyətlərin şaquli 

v

ə üfiqi şəkildə konstitusion qarşılıqlı əlaqəsinin, insan və vətəndaş hüquq və 



azad

lıqlarının müdafiəsinin, habelə “canlı” konstitusiya hüququnun yaradılma-

sının təmin olunmasıdır (12, 59).  

Qanunvericiliyin v

ə konstitusiya nəzarətini həyata keçirən orqanların fəa-

liyy


ət təcrübəsinin dərin və hərtərəfli təhlili göstərir ki, bu sahədə olduqca fərqli 

v

ə mühüm vəzifələr həll olunur. Əlbəttə ki, birinci və əsas vəzifə müxtəlif nor-



mativ hüquqi aktların konstitusiya və qanunlara uyğunluğunun yoxlanılması, bu 

sah


ədə  uyğunsuzluqların  aşkar  edilməsi və  aradan  qaldırılmasından  ibarətdir. 

Ikinci v


əzifə konstitusion əhəmiyyət kəsb edən mübahisəli məsələlərin həlli ilə 

bağlıdır.  Konstitusiya nəzarəti ilə  hüquqi dövlət  arasında  sıx  qarşılıqlı  əlaqə 

mövcuddur. Konstitusiya n

əzarəti olmadan hüquqi dövlətin mərkəzi prinsipi 

hüququn (qanunun) aliliyi prinsipi h

əyata keçirilə bilməz. Qanunların, qanun-

qüvv

əli aktların konstitusiyaya uyğunluğu məhkəmə tərəfindən yoxlanılmadan 



34 


hüququn aliliyi t

əmin edilə bilməz. Burada konstitusiya nəzarətinin digər mü-

hüm v

əzifəsi  -  hüququn (qanunun) aliliyinin təmin olunması  vəzifəsi özünü 



göst

ərir. 


O.V.Brejnev konstitusiya n

əzarəti institutunun mühüm elementlərindən 

biri qismind

ə onun funksiyalarını fərqləndirir. Müəllifin fikrincə, konstitusiya 

n

əzarətinin funksiyaları dedikdə nəzarət orqanlarının fəaliyyətinin əsas istiqa-



m

ətləri başa düşülür (9, 17). 

 

Hüquq 


ədəbiyyatında konstitusiya nəzarətinin funksiyalarına aşağıdakılar 

aid edilir:

 

-  siyasi funksiya –  dövl



ət hakimiyyəti  orqanları  arasında  hər  hansı 

ziddiyy


ət  yarandığı halda konstitusiya nəzarəti orqanları öz səlahiyyətləri da-

xilind


ə cəmiyyətdə və dövlətdə siyasi stabilliyi təmin edən qərarlar qəbul edir;

 

- t



ənzimləyici funksiya – iki istiqamətdə reallaşır: konstitusion qanunçu-

lu

ğun pozulmasının qarşısının alınması və yeni hüquq normalarının yaradılması 



(13, 11);

 

-  mühafiz



ə  funksiyası  –  konstitusion  qanunçuluğu  pozan  şəxslərə  qarşı 

dövl


ət məcburetmə tədbirlərinin tətbiq edilməsi ilə xarakterizə olunur;

 

-  ideoloji funksiya – 



xalqın əxlaqi, siyasi və hüquqi şüurunun formalaş-

masına,  milli  və  dini dözümlülük prinsiplərinin təsdiq edilməsinə  Konstitusi-

yanın təsirini ifadə edir (15, 4). 

S.V.Bobotov m

əhkəmə konstitusiya nəzarəti orqanlarının əsas funksiya-

ları kimi bilavasitə nəzarətin özünü, əsas konstitusion insan və vətəndaş hüquq 

v

ə azadlıqlarının müdafiəsini, əks balans funksiyasını, həmçinin Konstitusiya-



nın uyğunlaşdırılmasını göstərir (7, 5). M.Y.Mityukov və A.M.Barnaşov kimi 

əlliflər məhkəmə  konstitusiya nəzarətinin  funksiyalarına  aşağıdakıları  aid 



edirl

ər:


 

Konstitusiyanın  aliliyinin  və  birbaşa  hüquqi  qüvvəsinin, onun bütün 



hüquq subyektl

əri tərəfindən icrasının təmin olunması;

 

- hakimiyy



ət bölgüsü prinsipinin həyata keçirilməsinə nəzarət;

 



əsas konstitusion insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi;

 

- konstitusion-hüquqi mübahis



ələrin həlli (17, 22-23).

 

B



əzən konstitusiya nəzarətinin funksiyaları sırasında Konstitusiyanın şər-

hi v


ə hüquq yaradıcılığı funksiyaları da fərqləndirilir. Yəni konstitusiya nəzarəti 

orqanları normayaradıcılığı prosesində də iştirak edə bilərlər. Konstitusiya nə-

zar

əti orqanlarının normayaradıcılığı prosesində iştirakının özünəməxsus fərqli 



xüsusiyy

ətləri vardır. Özünəməxsusluq əsasən aşağıdakılardan ibarətdir: 

-

 

bu, hüquq mühafiz



ə sisteminə aid olan orqanların fəaliyyətidir; 

-

 



bu f

əaliyyət, ilk növbədə ictimai münasibətlərin hüquqi tənzimlənməsi 

sah

əsində ziddiyyətlərin aşkara çıxarılması və aradan qaldırılması ilə bağlıdır; 



-

 

konstitusiya n



əzarəti  orqanları  üçün  normayaradıcılığı  onların  əsas 

funk


siyası olan konstitusiyanın ali hüquqi qüvvəsinin təmin edilməsi ilə müqa-

yis


ədə ikinci dərəcəli funksiyadır. 

Göründüyü kimi,  konstitusiya n

əzarəti dövlət hakimiyyəti  orqanlarının, 

35 



habel

ə  ictimai funksiyalar yerinə  yetirən ictimai birliklərin  aktlarının  və  fəa-

liyy

ətinin  konstitusiyaya  uyğunluğunun  yoxlanılmasının  istənilən  formasını 



özünd

ə əks etdirir. Konstitusiya nəzarətinin əsas vəzifəsi isə müxtəlif aktların 

konstitusiya v

ə qanunlara uyğunsuzluğunun aşkara çıxarılması və aradan qal-

dırılmasından ibarətdir. 

Konstitusiya n

əzarətinin mahiyyətinə  dair müxtəlif nəzəriyyələr və  ya-

naşmalar mövcuddur. Təbii-hüquq və ya ictimai müqavilə nəzəriyyəsinə əsasən 

konstitusiya, ilk növb

ədə insan və vətəndaş hüquqlarının təminatçısı olaraq idarə 

ed

ən və idarə edilənlər üçün qaydalar müəyyən edir, konstitusiya nəzarəti isə bu 



qaydalara riay

ət edilməsinə nəzarət edir (3, 434). Üzvi nəzəriyyə baxımından 

konstitusiya hakimiyy

ətin təsis aktı olduğuna görə və eləcə də, konstitusiyada 

əks olunan hakimiyyət  orqanlarının  aktları  təsisçiyə  münasibətdə  daha  aşağı 

hüquqi qüvv

əyə malik olduğundan ona zidd olmamalıdırlar. İnstitusional nəzə-

riyy


əyə  görə  konstitusiya hakimiyyət  orqanları  üçün  onların  birinin  digərinin 

s

əlahiyyətlərinə müdaxilə etməsinin qarşısını almaq məqsədilə müvafiq qayda-



lar mü

əyyən edir. 

Konstitusiya n

əzarətinin mahiyyəti və forması müxtəlif hüquqi sistemlər-

d

ə eyni deyildir. Konstitusiya nəzarəti konstitusiyanin aliliyinin təmin edilmə-



sinin  xüsusi  funksiyası  olaraq  normativ  hüquqi  aktları  qəbul edən  orqanların 

əsas  funksiyası  ola  bilməz, çünki bu orqanlar özləri konstitusiya nəzarətinin 

obyektidirl

ər (14, 9). Bu səbəbdən də normativ hüquqi aktların konstitusiyaya 

uyğunluğunun təmin edilməsini parlamentə tapşırmaq məqsədəmüvafiq deyil. 

Konstitusiya n

əzarəti ziddiyətlər və əksliklər sferasında meydana çıxır və onun 

əsas funksiyası pozulmuş tarazlığı müəyyən etmək, qiymətləndirmək və bərpa 

etm

əkdir (21, 9). Buradan göründüyü kimi konstitusiya nəzarəti  yalnız siyasi 



hakimiyy

ətə münasibətdə müstəqil olan və hüquq mübahisələrini qərəzsiz həll 

etm

ək imkanına malik orqanlar tərəfindən həyata keçirilə bilər. 



Ümumiyy

ətlə, konstitusiya nəzarəti  sistemi  çox  geniş  dövlət  orqanları 

dair

əsini əhatə edir. Bu orqanlara aşağıdakıları aid etmək olar: ixtisaslaşdırılmış 



konstitusiya n

əzarəti orqanları və digər konstitusiya nəzarəti orqanları. İxtisas-

laşdırılmış konstitusiya nəzarəti orqanlarına konstitusiya məhkəmələri, konsti-

tusiya şuraları və s., digər konstitusiya nəzarət orqanlarına isə dövlət başçısı, 

parlament (bir qayda olaraq özü t

ərəfindən qəbul edilən aktlara münasibətdə), 

hökum

ət (bir qayda olaraq özü və  aşağı  instansiyalı  icra  orqanları  tərəfindən 



q

əbul edilən inzibati aktlara münasibətdə), ümumi yurisdiksiya məhkəmələri, 

prokurorluq (b

əzi ölkələrdə) aiddir. Konstitusiya nəzarətini həyata keçirən bütün 

orqanlar sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərir, bu da öz növbəsində hüquqi, 

demokratik dövl

ətin  normal  funksiyalaşmasının  vacib  şərti olmaqla, konsti-

tusiyanın effektiv və hərtərəfli hüquqi müdafiəsini təmin edir. 

Konstitusiya n

əzarətinin predmetinə dair iki yanaşma mövcuddur. Birinci 

yanaşmanın  mahiyyəti ondan ibarətdir ki, konstitusiya nəzarətinin predmeti 

yalnız digər normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun  yoxlanıl-

ma

sıdır.  Belə  nəzarəti parlamentin özü də  həyata keçirə  bilər. Bunun üçün 



36 


deputatlardan v

ə  ya mütəxəssislərdən ibarət komissiya  yaradılır.  Komissiya 

yal

nız öz rəyini hazırlayır, qəti qərarı isə parlament qəbul edir. Nəzarət funk-



siyası ali nümayəndəli hakimiyyət orqanının rəyasət heyətinə də tapşırıla bilər. 

Konstitusiya n

əzarətinin  bu  modeli  bir  sıra  Şərqi Avropa ölkələrində  tətbiq 

edilir. Lakin bu model s

əmərəli hesab edilə  bilməz. Çünki parlament həm 

qanunları qəbul etmək, həm də onların Konstitusiyaya uyğunluğunu yoxlamaq 

s

əlahiyyətinə  malikdir. Öz qərarlarını  yoxlayan  orqanın  bitərəf və  qərəzsiz 



olması şübhə doğurur. Digər tərəfdən parlament digər mərkəzi və yerli dövlət 

orqanlarının  aktlarının  Konstitusiyaya  uyğunluğunu  yoxlamaq  səlahiyyətinə 

malik  olsa  da,  sonuncuların  parlamentin  qəraından  şikayət etmək hüququ 

yoxdur. H

əmçinin bu model hakimiyyətlərin bölünməsi prinsipinə  də  ziddir. 

Ona gör


ə də konstitusiya nəzarətinin predmetinə dair ikinci yanaşma daha mü-

hüm 


əhəmiyyət və  maraq kəsb edir. Həmin  yanaşmaya  görə  ictimai müna-

sib


ətlərin ölkəni idarə edən dövlət orqanlarının məcmusunu, qanunvericiliyi və 

dig


ər hüquq yaradıcılığını,  dövlətin daxili strukturunu, vətəndaş  cəmiyyətini, 

de

mokratiya institutlarını, siyasi partiyalar da daxil olmaqla vətəndaşların icti-



mai birlikl

ərinin  funksiyalarını,  vətəndaşlarını  hüquq  və  maraqlarının  müda-

fi

əsini özündə əks etdirən və dövlətin konstitusiya quruluşu ilə bağlı olan ayrıca 



sah

əsi mövcuddur. Həmin predmetlə bağlı bütün ictimai münasibətlər tez və ya 

gec Konstitusiyada öz 

əksini  tapır.  Müvafiq  dəyərlərin müdafiəsi isə  kons-

titusiya n

əzarətinin köməyi ilə  həyata keçirilir və  bunun üçün xüsusi olaraq 

yaradılmış orqanlar konstitusiya nəzarəti orqanları adlanır. Göründüyü kimi, bu 

yanaşma baxımından konstitusiya nəzarətinin predmeti daha genişdir. Həmçinin 

burada hüquq münasib

ətlərinin  iştirakçıları  mübahisə  edə,  aktı  fərqli  şəkildə 

t

əfsir edə bilərlər. Ona görə də, qanunların eyni cür şərh edilməsi, hamı üçün 



eyni d

ərəcədə məcburi olan qərarların qəbul edilməsi üçün arbitr funksiyasını 

yerin

ə yetirən təsisata ehtiyac yaranır. Belə təsisat kimi isə məhkəmələr çıxış 



edir.  

Dünya dövl

ətlərinin təcrübəsi göstərir ki, konstitusiya nəzarətini həyata 

keçir


ən  orqanlar  arasında  ümumi  və  ixtisaslaşdırılmış  məhkəmələr olduqca 

mühüm rol oynayır. Məhkəmə konstitusiya nəzarəti hüquqi fəaliyyətin xüsusi 

növü olmaqla normat

iv hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanıl-

masından  ibarətdir. Məhkəmə  konstitusiya nəzarətinin xüsusi xarakteri onda 

ifad


ə olunur ki, məhkəmə orqanları özlərinin xüsusi konstitusion səlahiyyətləri 

əsasında normativ hüquqi aktı və ya onların ayrı-ayrı müddəalarını qəti olaraq 

konstitusiyaya  zidd hesab ed

ə və ya qüvvəsinə xitam verə bilər. O.V.Brejnev 

qeyd edir ki, konstitusiya hüquq münasib

ətlərinə  təsirinin xarakterinə  görə 

m

əhkəmə  konstitusiya nəzarəti  aşağıdakı  səlahiyyətlərin  reallaşdırılmasını 



özünd

ə əks etdirir: 

- konstitusiya hüquq mübahis

ələrinin həll edilməsi; 

- konstitusiya hüquqi m

əsuliyyətin tətbiq edilməsi üçün əsasların müəyyən 

edilm

əsi, dövlət-hüquqi proseduraların həyata keçirilməsi zamanı konstitusion 



t

ələblərə əməl olunmasının yoxlanılması; 

37 



- konstitusiya hüquq münasib

ətlərinin yaranması, dəyişməsi və ya xitam 

olunması üzrə digər hüquqi faktların müəyyən edilməsi (10, 12).  

Bir  sıra  ölkələrdə, məsələn  ABŞ,  Yaponiya,  Filippin,  Skandinaviya  öl-

k

ələrində hər bir məhkəmə normativ aktın konstitusiyaya uyğunluğu haqqında 



m

əsələni həll edir, lakin bu sahədə  ali məhkəmə  instansiyalarının  qərarları 

prioritet t

əşkil edir (mərkəzləşdirilməmiş nəzarət). Bir qrup ölkələrdə isə, mə-

s

ələn, Qana, Namibiya, Şri-Lanka, Estoniyada konstitusiya nəzarəti yalnız ali 



m

əhkəmə  instansiyası  tərəfindən həyata keçirilir (mərkəzləşdirilmiş  nəzarət). 

B

əzi federativ dövlətlərdə  ali məhkəmə  instansiyası  ilə  yanaşı,  konstitusiya 



n

əzarətini federasiya subyektlərinin ali məhkəmələri də həyata keçirir (Avstra-

liya, Kanada, Hindistan, Malayziya). Lakin burada federal Ali M

əhkəmə nor-

mativ  aktların  konstitusiyaya  uyğunluğu  haqqında  məsələnin həlli  zamanı 

sonuncu instansiya qismind

ə çıxış edir (22, 92-95). 

Konstitusiya n

əzarəti fəaliyyətini həyata keçirən orqanların çoxnövlülüyü, 

h

əm də onların dövlət iyerarxiyasının yüksək pilləsinə aid olması (parlament, 



prezident v

ə  s.), konstitusiya nəzarəti  funksiyasının  məzmununu təşkil  edən 

m

əsələlərin olduqca mühüm əhəmiyyət kəsb etməsi və nəhayət, ixtisaslaşdırıl-



mış konstitusiya nəzarəti orqanlarının nüfuzunun, sosial əhəmiyyətinin və rolu-

nun yüks


ək qiymətləndirilməsi belə nəticəyə gəlməyə əsas verir ki, konstitusiya 

n

əzarəti fəaliyyətinin mahiyyəti, ilk növbədə dövlət hakimiyyətinin həyata ke-



çirilm

əsi prosesi ilə qarşılıqlı əlaqədə nəzərdən keçirilməlidir. Məhz bu səbəb-

d

ən də, inkişaf etmiş demokratiya şəraitində əsasən məhkəmə formaları vasitə-



sil

ə həyata keçirilən və buna görə də, ilk növbədə, konstitusiya məhkəmə nə-

zar

əti ilə  eyniləşdirilən konstitusiya nəzarəti institutunun mahiyyətinin  əsası 



kimi insan hüquq v

ə azadlıqlarını təmin edən, habelə dövlətin təşkili əsasını və 

onun hüquqi xüsusiyy

ətlərini müəyyən edən fundamental bir prinsip kimi ha-

kimiyy

ətlərin bölgüsü prinsipini nəzərdən keçirmək lazımdır. Beləliklə, haki-



miyy

ətlərin bölgüsü prinsipi konstitusiya məhkəmə  nəzarətinin  yaranmasını 

şərtləndirməklə yanaşı həm də onun mahiyyətinin əsası kimi çıxış edir. Müəl-

lifl


ərdən  V.V.Abaşmadze  və  A.M.Barnaşov  üçdən yeddiyə  qədər hakimiyyət 

növü f


ərqləndirirlər.  Onların  fikrincə, hakimiyyətlər bölgüsü ilə  bağlı  klassik 

t

əlimlərin məzmunu heç də  həmişə  hakimiyyətlərin  bu  siyahısı  ilə  üst-üçtə 



düşmür.  Belə  ki, həmin təlimlərdə  məhkəmə  hakimiyyəti heç vaxt qanun-

vericilik v

ə icra hakimiyyəti ilə eyni səviyyəli müstəqil hakimiyyət qolu kimi 

f

ərqləndirilməmişdir (4, 27). Sonradan məhkəmə hakimiyyətinin hakimiyyətlər 



triadasının mübahisəsiz və müstəqil elementi kimi tanınmasında İ.Kantın «hü-

quqi dövl

ət» konsepsiyası ilə bağlı ideyalarının təsiri, onların inkişaf etmiş de-

mokratik dövl

ətlərin təcrübəsində reallaşdırılması mühüm və həlledici rol oy-

namışdır. Konstitusiya nəzarəti əsəsən onun məhkəmə forması ilə assosiasiya 

olunaraq dövl

ət hakimiyyəti mexanizminin elementi kimi çıxış edir və onun iki 

əsas qolu – qanunvericilik və icra hakimiyyəti ilə eyni səviyyədə dayanır. Hüquq 

ədəbiyyatında konstitusiya nəzarətinin hansı hakimiyyət qoluna aid olması mə-

s

ələsi mübahisəli  olaraq  qalır.  Bir  qrup  müəlliflər hesab edir ki, konstitusiya 



38 


n

əzarəti məhkəmə hakimiyyətinin tərkib hissəsidir. İkinci qrup müəlliflər gös-

t

ərir ki, konstitusiya ədalət mühakiməsi tam mənada “dördüncü hakimiyyət” 



olmasa da üç hakimiyy

ətdən yüksəkdə  dayanır.  Üçüncü  qrup  müəlliflər kon-

stitusiya n

əzarətini geniş mənada xüsusi hakimiyyət – nəzarət hakimiyyəti kimi 

xarakteriz

ə  edirlər. V.Y.Çirkin konstitusiya nəzarətini nəzarət hakimiyyətinin 

t

ərkib hissəsi kimi nəzərdən keçirir (20, 249). Dövlət hakimiyyəti mexanizminin 



t

ərkib hissəsi olmaqla konstitusiya məhkəmə nəzarəti digər hakimiyyət qolları 

üçün xarakterik olan 

əlamətləri  daşıyır.  Konstitusiya Məhkəməsi tərəfindən 

konstitusiya n

əzarəti fəaliyyətinin reallaşdırılması prosesi üçün qanunvericilik, 

icra v

ə məhkəmə hakimiyyətləri öz funksiyalarından istifadə edirlər. 



B

əzən konstitusiya məhkəmələri tərəfindən həyata keçirilən konstitusiya 

n

əzarətinə qanunvericilik funksiyası kimi də baxılır. Məlum olduğu kimi, kon-



stitusiya n

əzarətinin obyektini qanunun tətbiqi deyil, daha çox onun özü təşkil 

edir. Hakimiyy

ət bölgüsü şərtlərində məhkəmə hakimiyyəti ümumilikdə norma 

yaradıcılığı  səlahiyyətlərinə  malik deyil və  öz  funksiyasını  yerinə  yetirərkən 

mövcud hüququn d

əyişdirilməsi və yeni hüquq normalarının yaradılması üzrə 

qanunvericilikl

ə məşğul olmur, yalnız konstitusiya və qanunları tətbiq edir və 

qüvv


ədə  olan  qanunvericilik  baxımından  müvafiq  faktları  qiymətləndirir. 

Bununla da, m

əhkəmə hakimiyyəti keyfiyyətinə görə əsas səlahiyyətləri norma 

yaradıcılığından ibarət olan qanunverici və icraedici hakimiyyətdən fərqlənir. 

Hakimiyy

ət bölgüsü prinsipinin mahiyyətinə  görə  qanuni fəaliyyət zamanı 

m

əhkəmə hakimiyyəti qüvvədə olan müvafiq hüquq normasını axtarır, tapır və 



t

ətbiq edir, lakin yeni hüquq norması yaratmır. Məhkəmə hakimiyyətinin qanun-

vericilik s

əlahiyyətlərinin  olmasını  qəbul etmək mütləq məhkəmə  özbaşına-

lığına gətirib çıxaracaq. Belə ki, eyni zamanda qanunu həm qəbul, həm də tətbiq 

ed

ərək məhkəmə  hakimiyyəti öz əsas  funksiyası  olan  mövcud  hüquq  və  qa-



nunçuluğun  qərəzsiz müdafiə  edilməsini həyata keçirmək  iqtidarında  olma-

yacaqdır. Bununla belə, məhz məhkəmədə norma yaradıcılığı funksiyasının ol-

maması  məhkəmə  hakimiyyətini qeyri-qanuni fəaliyyətdən çəkindirir və  onu 

mövcud hüquqa tabe edir. Buna gör

ə də, məhkəmənin normativ funksiyasını hü-

quq yaradıcılığı funksiyasından fərqləndirmək məqsədəmüvafiq olardı (2,  43).  

Konstitusiya  n

əzarətini həyata keçirən  ixtisaslaşdırılmış  orqan  kimi 

Konstitusiya M

əhkəməsinin  yaradılması  prosesində  maneələrdən biri daxili 

siyasi s

əbəblər olmuşdur. Belə ki, artıq parlamentə nəzarət etmək şüurlu şəkildə 

d

ərk edilirdi. Çünki qanunvericilik fəaliyyəti hərəkətedici «seçki həyacanı» ilə 



müşahidə  edilməklə  azadlıq  üçün  mühüm  təhlükə  yaradırdı.  Məhz  ən böyük 

çoxluq üçün d

ə əks balans zəruridir. Çünki bu olmadan parlament rejimi səmə-

r

əli şəkildə fəaliyyət göstərə bilməz. Parlament çoxluğuna qarşı isə müxalifət 



müdafi

əyə  ehtiyac  duyurdu. Məhz  çoxluğun  sabit hakimiyyəti Konstitusiya 

M

əhkəməsinin  yaradılmasına  şərait  yaratdı.  Konstitusiya  mühakimə  institutu 



Avropa parlamentl

ərinin və  qitə-avropa  hüquq  sisteminin  yarımparlamentli 

rejiml

əri üçün həyati  əhəmiyyət kəsb  edirdi.  Keçmiş  sovet  doktirinasında  isə 



konstitusiya mühakim

ə institutu ümumiyyətlə nəzərdə tutulmurdu. 

39 



Konstitusiya n

əzarəti ilə bağlı məsələləri təhlil edərkən onun obyektlərini 

d

ə nəzərdən keçirmək lazımdır. V.V.Maklakovun haqlı olaraq qeyd etdiyi kimi 



dünya t

əcrübəsində konstitusiya nəzarətinin obyektlərinin sayı tədricən artmış 

v

ə bu gün əsasən aşağıdakılardan ibarətdir: 



-  qanunlar v

ə  onların  müxtəlif növləri, konstitusiyaya dəyişikliklər və 

əlavələr edən qanunlar, referendumla qəbul edilmiş qanunlar, orqanik (üzvi) və 

adi qanunlar, qanunvericilik orqanı tərəfindən qəbul edilən digər aktlar; 

- icra hakimiyy

əti orqanlarının normativ hüquqi aktları; 

- yerli özünüidar

ə orqanlarının aktları; 

- federativ v

ə ya konfederativ dövlətlərə xas olan dövlətdaxili müqavilələr; 

- m

əhkəmə orqanlarının aktları; 



- ictimai birlikl

ərin aktları və hərəkətləri; 

-  f

ərdi hüquq tətbiqetmə  aktları  və  səlahiyyətli dövlət  orqanlarının  və 



v

əzifəli şəxslərin hüquq tətbiqetmə təcrübəsi; 

- beyn

əlxalq müqavilələr; 



-  referendum v

ə  seçkilərin təşkili,  aparılması  və  nəticələrinin təsdiq 

edilm

əsi; 


siyasi partiyaların və digər ictimai birliklərin yaradılması və fəaliyyəti 

(16, 13). 

Konstitusiya n

əzarəti vasitəsilə qanunvericilik sistemində olan kolliziyalar 

aradan qaldırılır, hüququn tətbiqi praktikasında ahəngdar, məntiqi inkişaf təmin 

olunur, müvafiq subyektl

ər arasındakı konfliktlərin qarşısı alınır, konstitusiya və 

normativ aktların hüquqi mühafizəsi təmin edilir, hakimiyyət orqanlarının sə-

lahiyy


ət üzrə mübahisələri və insan hüquq və azadlıqlarının müdafiəsi məsə-

l

ələri həll olunur. 



Ümumiyy

ətlə,  bütün  qeyd  olunanların  ümumiləşdirilməsi nəticəsində 

konstitusiya n

əzarətinə geniş mənada səlahiyyətli orqanların normativ hüquqi 

aktların  sistemində  Konstitusiyanın  aliliyinin  və  birbaşa  hüquqi  qüvvəsinin 

t

əmin edilməsinə yönələn, konstitusiya quruluşunun və onun əsaslarının müha-



fiz

əsi, insan və vətəndaş hüquq və azadlıqlarının təminatı, dövlət müxanizminin 

v

ə bütün hüquq sisteminin normal və səmərəli fəaliyyət göstərməsi, qanunçuluq 



v

ə  hüquq  qaydasının  təmin  olunması  məqsədi ilə  həyata keçirilən xüsusi 

funksiyası, habelə dövlət orqanları və xüsusi şəxslər tərəfindən qəbul edilmiş 

aktların  ölkənin  Əsas  qanununa  uyğunluğuna  dair  qanunvericiliklə  müəyyən 

olunmuş nəzarət prosedurası kimi anlayış vermək olar.  

 

ЯДЯБИЙЙАТ 

1.

 

Az



ərbaycan Respublikasının konstitusiyası. Bakı: Hüquq ədəbiyyatı, 2012, 100 s. 

2.

 



Abdullayev F.S. Az

ərbaycan  Respublikasında  konstitusiya  icraatının  nəzəri və  praktiki 

probleml

əri. Bakı: Elm, 2009, 396 s.  

3.

 

Əsgərov Z.A. Konstitusiya hüququ. Dərs vəsaiti. Bakı: BDU, 2002, 632 s. 



4.

 

Абашмадзе  В.В.  Учение  о  разделении  государственной  власти  и  его  критика. 



Тбилиси: Сабгота Сакартвело, 1972, 51 с. 

5.

 



Брайс Д. Американская Республика. Ч.1. М.: Наука, 1989, 403 с. 

40 



6.

 

Боботов  С.В.  Конституционный  контроль  в  буржуазных  странах:  доктрина  и 



практика // Советское государство и право, 1989, № 3, с. 115-120 

7.

 



Боботов С.В. Конституционная юстиция (сравнительный анализ). М.: ЕАБ, 1994, 305 с. 

8.

 



Беляев В.П. Контроль как форма юридической деятельности и гарантия законности // 

Право и политика, 2004, № 2, с. 9-19. 

9.

 

Брежнев О.В. Защита основных прав и свобод граждан в Конституционном Суде: 



Дисс... канд. юрид. наук. М., 1997, 26 с. 

10.


 

Брежнев  О.В.  Судебный  конституционный  контроль  в  России:  проблемы  мето-

дологии, теории и практики: Дис. ...д-ра юрид. наук. М., 2006, 194 с. 

11.


 

Воеводин  Л.Д.,  Златопольский  Д.Л.  Государственное  право  зарубежных  социа-

листических стран. М., 1984, с. 44-83 

12.


 

Кряжков  В.А.,  Лазарев  Л.В.  Конституционная  юстиция  в  Российской  Федерации: 

Учебное пособие для вузов. М.: БЕК, 1998, 462 с. 

13.


 

Киреева  Е.Ю.  Конституционный  Суд  и  конституционное  судопроизводство: 

Автореф. дис. ... канд. юрид.наук. Ростов н/Д, 1997, 26 с. 

14.


 

Лазарев Л.В. Правовые позиции конституционного суда России. М.: Гордец, 2003, 

528 с. 

15.


 

Лазарев В.В., Хабриева Т.Я. Охрана конституции и конституционных прав граждан: 

Лекция для слушателей 3-го фак. Акад. управления МВД. М.: 1996, 264 с. 

16.


 

Маклаков В.В. Конституционный контроль в странах – членах Европейского Союза. 

М.: ИНИОН РАН, 1995, 64 с. 

17.


 

Митюков  М.А.  Конституционные  суды  на  постсоветском  пространстве.  М.,  1999, 

157 с. 

18.


 

Нудель  М.А.  Конституционный  контроль  в  капиталистических  странах.  М.:  Юри-

дическая литература, 1968, 287 с. 

19.


 

Проскурин  А.А.  Перспективы  развития  конституционного  контроля  в  Российской 

Федерации: Автореф.дис. ...канд. юрид. наук. Орел, 2006, 25 с. 

20.


 

Чиркин В.Е. Государственное управление. Элементарный курс. М.: Юрист, 2001, 320 с. 

21.

 

Шульженко Ю.Л. Закон о Конституционном Суде РФ 1994 // Государство и право, 



1995, № 7, с. 3-10 

22.


 

Feno S. The Role of State Supreme Courts in the New Judicial Federalism. N.Y., 1997, 448 p. 

 

ПОНЯТИЕ И ЗНАЧЕНИЕ КОНСТИТУЦИОННОГО КОНТРОЛЯ В СИСТЕМЕ 

ПРАВОВОЙ ОХРАНЫ КОНСТИТУЦИИ 

 

Н.Г.ШУКУРОВ 



 

РЕЗЮМЕ 

 

В  статье  подробно  исследуются  проблемы  конституционного  контроля  как 

особой формы правовой охраны Конституции, рассматриваются примеры использования 

в  юридической  литературе  других  различных  определений  «конституционного  кон-

троля»,  отмечается  его  значимость  в  определении  иерархии  правовых  норм.  Консти-

туционный контроль стоит в центре системы контроля за всей правовой базой. В статье 

рассмотрены  также  функции  конституционного  контроля,  вопросы  выявления  несоот-

ветствующих  Конституции  нормативно-правовых  актов  и  деятельности  должностных 

лиц, а также вопросы устранения этого несоответствия. 

 

Ключевые  слова:  конституционный  контроль,  значение,  функции,  правовое 

государство, судебная власть, разделение властей, верховенство Конституции, правовая 

охрана Конституции, модели конституционного контроля 

41 



THE NOTION AND THE ESSENCE OF THE CONSTITUTIONAL CONTROL 

IN THE LEGAL PROTECTION SYSTEM OF THE CONSTITUTION 

 

N.H.SHUKUROV  

 

SUMMARY 

 

The article  thoroughly analyzes  the issues, of  the constitutional control as a specific 



form of the legal protection of the constitution  and widely researches  the  importance of the 

constitutional control for providing hierarchy of the legal norms; finding normative legal acts, 

which do not fit with the constitution and the acts of the authorities and elimination of  those 

discrepancies.  



 

Key words: the notion of constitutional control, essence of the constitutional control, 

functions of the constitutional control, rule of law, judiciary, judicial system, division of the 

power, the supremacy of the Constitution, legal protection of the constitution, models  of the 

constitutional control  



 

42 

Yüklə 128,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə