72
Həqq-təala ona vəhy etdi kim, ya İbrahim, cümleyi-
maxələqəllahidən kimi ziyadə sevərsən? Ərz eylədi: Əşrəfi-
məxluqat Məhəmmədül-Mustafanı... Buyurdu: Ya İbrahim, bir
güruh kim də'viyi-iman və lafi-mütabiəti-peyğəmbəri-axir-
üzzəman edücəkdirlər, onun cigərguşəsi imam Hüseyni zülm və
üdvan
ilə biyabani-Kərbəlada ləbi-təşnə və tənha gül kibi
ə'zayi-lətifin xar və navəki-tir və nuki-şəmşir ilə parə-parə
qılub naz ilə bəsləyən bədənin xakü xun içində qəltan edüb,
səri-mübarəkin xəncəri-bidad ilə kəsəcəkdürlər. Bu əmri-
şəni'ə irtikab etməklən müstövcibi-qəzəb və nüzüli-səxət ilə
müəzzəb olacaqdurlar. Bu əxbari-pürməhin istima'indən və bu
göftüguyi-dilşikən ittilaindən həzrəti-Xəlilullah qayətdə
mütəəllim olub giryə qılduqda xitab yetişdi: Ya İbrahim,
etdigün cəzə'i fərzəndin İsmayıla fəda qıldum...» (31b)
Qeyd edək ki, ixtisarla verdiyimiz bu epizodun ilk
hissəsi - İbrahim peyğəmbərin oğlu İsmayılı qurban
kəsmək istərkən Allah-taalanın ona qurbanlıq (qoyun)
göndərməsi ilə bağlı hadisə məşhurdur və Qur'ani-Kərimdən
götürülmüşdür (Saffat, 99-107). Epizodun davamı olaraq
verilən hissələr - Allah-taalanın İbrahimə sual şəklində
göndərdiyi vəhylər və İbrahimin cavabları isə mətndən də
göründüyü kimi, imam Rzanın (ə.) rəvayətinə əsasən veril-
mişdir. Farsca mətnin məzmununun «Riyazül-qüds»də,
demək olar ki, eynilə öz əksini tapdığını nəzərə alaraq, onun
çağdaş dilimizə tam tərcüməsini verməyə ehtiyac duymur
və birbaşa müqayisəli təhlili üzərində dayanmağı
məqsədəuyğun sayırıq. İlk öncə bu mətnin farscası ilə onun
türkcə qarşılığında üst-üstə düşən, uyğun gələn məqamları
nəzərdən keçirək. Hər iki mətndəki ilk cümlənin məzmunları
bir-birlərinə tam uyğun gəlir. Bunu elə farsca cümlədəki bəzi
sözlərin türkcə cümlədə də ya eynilə işlənməsi və ya
qismən tərcümə edilməsi açıq-aşkar şəkildə sübut edir:
«əmr kərd» - «əmr etdi», «fərzənd-e xod» - «kəndü
fərzəndi», «ğorban konəd» - «qurban etsün». Göründüyü kimi,
73
A.Bakıxanov farsca mətndəki «əmr kərd» və «ğorban
konəd» fellərinin birinci hissəsini saxlamış, ikinci hissəsini isə
onun türkcə qarşılığı ilə vermişdir. O, «fərzənd-e xod» (“öz
oğlu”) izafət tərkibində isə «fərzənd» ismini saxlayaraq,
«xod» əvəzliyini onun qarşılığı ilə - «kəndü» əvəzliyi ilə
vermişdir. Tərcümədə həcmcə kiçik olan ikinci cümlədə də
Bakıxanov orijinaldakı «qusfənd» (qoyun) sözünü saxlamış,
buradakı «əmr kərd» felinin əvəzində isə onun qarşılığını -
«hökm etdi» felini işlətmişdir. A.Bakıxanov həcmcə nisbətən
böyük olan üçüncü cümləsində isə farsca mətndəki «ərfə'-e
dərəcat-e əhl-e məsaeb» (müsibət əhlinin ən yüksək
dərəcəsi) izafət tərkibini eynilə saxlamış «əziztərin
fərzəndan-e mən» (ən əziz oğlan övladı) tərkibini isə «əəzzi-
övladımın» (birinci söz «əziz»in üstünlük dərəcəsidir: «ən əziz»)
şəklində vermişdir.
A.Bakıxanov sonrakı cümlələrdə də farsca mətndə
olan «zolm-o odvən» (zülm və ədavət), «mostouceb-e ğəzəb»
(qəzəbə düçar olmaq), «cəzə'» (qəm, kədər), «də'vi» (iddia)
kimi söz və söz birləşmələrini də olduğu kimi saxlamışdır.
Ümumiyyətlə, istər bu iki parça bütövlükdə, istərsə də onun
tərkibində olan cümlələr ayrı-ayrılıqda məzmunca bir-birinə
tam uyğun gəlir. Hər iki nümunədə eyni hadisədən, eyni
mövzudan bəhs edilir - bir sözlə, onlar məzmun baxımından
bir-biri ilə üst-üstə düşür. Başqa sözlə desək, «Riyazül-
qüds»dəki bu epizod eynilə «Cəlaül-üyun»dan tərcümə
olunmuşdur.
Bu parçalar arasında müəyyən fərqli cəhətlər də müşahidə
olunur ki, bu da, əsasən, iki şəkildə özünü göstərir. Birincisi
fikrin ifadə tərzində, bədiilikdə; ikincisi isə cümlə quruluşlarında.
Ümumiyyətlə, hər iki əsərin mətnləri üzərindəki müşahidələr
göstərir ki, A.Bakıxanov Məclisindən fərqli olaraq, cümlələrini
bədii şəkildə qurmağa, fikri daha emosional və canlı şəkildə
ifadə etməyə, dəbdəbəli və təmtəraqlı ifadələri, təntənəli
ibarələri və uzun silsiləli tərkibləri işlətməyə meyilli olmuşdur
74
ki, bu da ilk növbədə «Riyazül-qüds»ün adi nəsrlə deyil, qafiyəli
nəsrlə qələmə alınması ilə bağlıdır. Bu xüsusiyyət
yuxarıdakı parçalarda da açıq-aşkar şəkildə özünü göstərir.
Hər iki parçanın müqayisəsində türkcə mətndəki bir çox
söz və ifadələrin qarşılığının onun farscasında olmadığını,
yəni A.Bakıxanov tərəfindən tərcüməyə artırıldığını
müşahidə etmək olar. Məsələn, türkcə mətnin ilk
cümləsində qafiyə xatirinə işlənmiş «hakimi-ələlitlaq»
(mütləq hakim - Allah) və «mə'budi-bilistihqaq» (şərafət
sahibi - Allah) birləşmələrinin farsca mətndəki qarşılığı
yalnız «Həğğ-təala» (uca Allah) birləşməsidir. Başqa bir
nümunə: farsca mətnin sonunda olan və imam
Hüseynin (ə.) adı çəkilən cümlədə Allah-taalanın
İbrahimə vəhyindən danışılır. Həmin cümlənin çağdaş
dilimizə tərcüməsi belədir: «Ey İbrahim, bir qrup iddia
edəcək ki, Məhəmmədin ümmətindənəm və onun övladı
Hüseyni zülm və əzabla öldürəcək, necə ki qoyunu öldürürlər,
bu səbəbə görə də mənim qəzəbimə düçar olacaqdır».
Məclisi bu cümlədə ibarəli ifadələr işlətməmiş və fikri sadə
şəkildə ifadə etmişdir. Türkcə mətndə bu cümlə: «Ya
İbrahim, bir güruh kim...» sözləri ilə başlanır və «xəncəri-
bidad ilə kəsəcəklər» sözləri ilə bitir. Bu iki cümlənin
müqayisəsindən aydın görmək olar ki, A.Bakıxanovun
burada işlətdiyi «lafi-mütabiəti-peyğəmbəri-axirüzzəman»
(sonuncu peyğəmbərə tabe olmaq kimi boş sözlər) izafət
tərkibi farsca mətndəki bircə sözün - Məhəmməd xüsusi
isminin qarşılığıdır. A.Bakıxanov yuxarıdakı birləşməni bu
cümlədə ondan əvvəl işlətdiyi «də'viyi-iman» (iman iddiası)
birləşməsi ilə qafiyə təşkil etmək xatirinə mətnə əlavə
etmişdir. A.Bakıxanov burada həmçinin farsca cüm-
lədəki «fərzənd» (oğul, övlad) sözünü «cigərguşə»
(ciyərpara) kimi verməklə yanaşı, bədiilik xatirinə bir sıra
söz və ifadələri tərcümənin mətninə artırmışdır:
«biyabani-Kərbəla», «ləbi-təşnə» (susuz dodaq), «ə'zayi-
Dostları ilə paylaş: |