19
№4 | OKTYABR
2013
• Gəliri digər şəxsə ötürmək öhdəliyi “faktlar və
şərtlər” əsasında müəyyən edilməlidir və müəyyən
olunmalıdır ki, dividenti alan şəxsin, “həqiqətən”,
bu gəlirdən istifadə etmək və bəhrələnmək
“hüquq”u yoxdur.
Dövlətlərin və İƏİT kimi təşkilatların “fak-
tiki sahiblik” məsələlərinə böyük diqqət verdi-
yini nəzərə alaraq, əgər ödənişlər faktiki sahiblərə
edilməyəcəksə, divident, royalti və faiz sahəsində
əlverişli ikiqat vergitutma sazişinin mövcud olduğu
yurisdiksiyalardan effektiv vergi strukturlaşması
üçün istifadə edilməsi və bu cür strukturlaşmalar
əlverişli olmaya da bilər.
Dividentləri alan şəxslərin faktiki sa-
hib olub-olmadıqlarını müəyyən etmək üçün
araşdırdırmalarda qonşu ölkələrdə yanaşma
dəyişikliyinə misal olaraq, göstərmək olar ki,
Rusiya məhkəmələrində “faktiki sahiblik” mövzu-
sunda işlər artmaqdadır. Məsələn, bir məhkəmə
işində A Şirkətinin Rusiya filialı (məxfilik nöqteyi-
nəzərindən şirkətin adı bu məqalədə açıqlanmır)
Kipr şirkəti olan kreditordan bina tikmək məqsədilə
borc götürmüşdür. Rusiya və Kipr arasında olan
ikiqat vergitutma sazişinə əsasən bu borc məbləği
üzrə faizlər verilərkən Rusiya mənbədən tutulan
vergisi tətbiq olunmamışdır. Rusiya vergi orqanları
Rusiya-Kipr ikiqat vergitutma sazişi altında belə
bir vergidən azad olmanın tətbiqinə öz etirazını
bildirmişlər və buna səbəb olaraq, göstərilmişdir ki,
faizləri alan benefisiar şəxs (yəni faktiki sahib) BVA-
da yaradılmış şirkətdir. Buna görə Rusiya ilə BVA
arasında ikiqat vergitutma sazişi olmadığından
ödənilən faizlərə 20% mənbədən tutulan vergi
tətbiq olunmalı idi. Rusiya vergi orqanları onu da
qeyd etmişdilər ki, BVA şirkəti binanın alınması
əməliyyatından bir neçə ay əvvəl yaradılmışdı
və borcun bütöv məbləği əslində BVA şirkəti
tərəfindən verilmişdi və BVA şirkətinin rəhbəri
də alqı-satqı sənədlərinə qol çəkmişdi. Bu spesi-
fik məsələdə Rusiya məhkəməsinin borc alanın
xeyrinə işi həll etməsinə baxmayaraq, Rusiya vergi
orqanlarının belə məhkəmə işlərində “faktiki sa-
hiblik” konsepsiyasının düzgün tətbiq olunub-
olunmamasının müəyyən edilməsinə diqqətinin
artdığını göstərir.
Rusiyada olduğu kimi, Azərbaycanda da
dövlətdaxili qanunlar faktiki sahibin müəyyən
olunması üçün detallı qaydalar müəyyən etmir.
Lakin bu, o demək deyildir ki, Azərbaycan vergi
orqanları da məhz faktiki sahiblər üçün nəzərdə
tutulmuş vergi imtiyazlarından istifadənin düzgün
olub-olmamasının müəyyənləşdirilməsinə diqqəti
artıra bilməzlər. Beləliklə, vergi strukturlaşdırması
edərkən dövlətlərin faktiki sahiblik sahəsində daxi-
li qanun və qaydalarını və yerli vergi orqanlarının
bu mövzuda İƏİT-in Şərhləri kimi qaydalara
yanaşmasını nəzərə almaq mütləqdir.
aQress
İv vergİ planlaШdыrыlmasы İlЯ
mЦBarıZЯ Qaydalarы vЯ
verg
İ sorЬularы
Sözsüz ki, beynəlxalq vergi strukturlaşdırılması
və ya yenidən təşkil ancaq əlverişli vergi aspektlərinin
olması nöqteyi-nəzərindən edilməməlidir və kom-
mersiya məqsədləri əsas götürülməlidir. Yalnız
vergi aspektləri əsasında qurulmuş strukturlar-
da kommersiya əsasları (ingiliscə termin “sub-
stance”) kifayət qədər olmaya bilər və belə struk-
tur aqressiv vergi planlaşdırılması ilə mübarizə
qaydaları altına düşə bilər və vergi sanksiyalarına
və ya vergi imtiyazlarından imtinaya gətirib çıxara
bilər. Ona görə də, əsas məsələ hər hansı vergi
strukturlaşdırılmasında biznes məqsədlərinin
müəyyən edilməsidir.
Praktikada, vergi strukturlaşdırılmasını həyata
keçirməzdən əvvəl xarici vergi orqanlarından
məcburi xarakter daşıyan sorğunun alınması yaxşı
təcrübədir. Lakin Azərbaycanda belə məcburi
xarakter daşıyan sorğu təcrübəsi inkişaf etməyib.
Azərbaycanda vergi ödəyicilərinin sualları
onların verdikləri sual məktublarına cavablarda
ünvanlandırıla bilər. Lakin belə cavablarda verlmiş
vergi orqanlarının mövqeyi məcburi xarakter
daşımır və sonradan dəyişə bilər.
Beləliklə, sonuncu, lakin az əhəmiyyətli olmayan
bir nəticəni qeyd etmək istəyirik. Hər hansı vergi
strukturlaşdırılması etməzdən əvvəl kommersiya
və vergi məqsədləri araşdırılmalıdır ki, hüquqi qay-
dalara əməl olunsun və bahalı, habelə biznes üçün
yararlı olmayan strukturları etməklə boş-boşuna
vəsait xərclənməsin.
Müstəqillik
qazandıqdan
sonra Azərbaycan
Respublikası aktiv olaraq, beynəlxalq ticarət
münasibətlərinin iştirakçısına çevrildi. Bu amil
Azərbaycana çoxsaylı investorların və fərqli xa-
rici şirkətlərin gəlməsinə gətirib çıxartdı. Təbii
belə bir vəziyyətdə xarici şirkətlər öz maraqlarının
cavablandırılmasında maraqlı idilər. İstənilən bir ölkənin
bazarına daxil olan şirkət özü üçün müxtəlif suallara
cavab verməlidir. Bu məqalənin marağına müvafiq
olaraq, məsələnin biznes aspektindən bəhs etmədən
hüquqi məsələlərə toxunmaq istəyirəm. Hər bir şirkət
biznes münasibətlərində qaranlıq məqamların həllinə
öncədən çalışır. Bu sahədə ən önəmli məsələlərdən biri
də gələcəkdə yarana biləcək mübahisələrin həllidir.
Müqavilə hazırlayan hüquqşünaslar hər zaman iki
suala cavab verməlidirlər: təmsil etdikləri şirkətin
maraqlarında mübahisələrin “kim tərəfindən” və “hara-
da” həllidir. Eyni bir mübahisənin həlli məhkəmədə və
arbitrajda tamamilə fərqli nəticələrə gətirib çıxarda bilər.
Müvafiq olaraq, hüquqşünas təmsil etdiyi şirkət üçün
mübahisənin harada və necə həll olunması üsuluna
diqqət yetirməlidir.
1
Məhkəmədən kənar mübahisələrin çoxsaylı fərqli
həlli üsulları var, danışıqlar, mediasiya, arbitraj aparıcı
üsullardır. Burada əsas diqqəti arbitraja yönəltmək
istərdim. Arbitraj fərqli formalarda həyata keçirilə bilər
(beysbol arbitraj – arbitraj prosesinin sonunda tərəflər
tribunala öz təkliflərini verirlər. Arbitraj tribunalı “ən
ədalətli” təklifi öz qərarı kimi qəbul edir və ya digər bir
arbitraj forması “minimum və maksimum” arbitrajdır,
bu zaman tərəflər arbitraj qərarının minimum və maksi-
mum hədlərini müəyyən edirlər.
2
Ancaq ümumilikdə arbitrajın 2 əsas forması var: in-
stitut arbitrajı (institutional arbitration) və ad hoc arbi-
traj. Məşhur arbitraj institutlarına Beynəlxalq Ticarət
Palatası (the International Chamber of Commerce (ICC)),
London Beynəlxalq Arbitraj Məhkəməsi (the London
Court of International Arbitration (LCIA)), Beynəlxalq
İntellektual Mülkiyyət Təşkilatı (the World Intellectual
Property Organization (WIPO)), Beynəlxalq İnvestisiya
Mübahisələrinin Həlli Mərkəzi (the International Cen-
tre for the Settlement of Investment Disputes (ICSID)),
Amerika Arbitraj Assosiasiyası (the American Arbitration
Association (AAA)) və s. daxildir. Onu da qeyd edim ki,
arbitraj institutlarının öz mərkəz ofislərinin hansı ölkədə
yerləşmələrindən asılı olmayaraq, tərəflərin razılığına
əsasən istənilən şəhərdə (ölkədə) arbitraj proseduralarını
həyata keçirdə bilərlər. Məsələn, Beynəlxalq Ticarət
Palatasının (İCC) qərargahı Parisdə yerləşir, ancaq
tərəflərinin qarşılıqlı razılığı əsasında arbitraj proseduralı
istənilən digər şəhərdə və ya ölkədə keçirilə bilər.
3
Ad hoc arbitraj zamanı tərəflərin daha geniş seçim
imkanları olur. Onlar arbitrləri (onların sayı da daxil
olmaqla, arbitrlərin hansı əsaslarla seçiləcəyini və s.),
arbitrajın dilini, keçirələcəyi yeri, müddətləri, prosedu-
ra qaydalarını və s. müəyyən edirlər. Hətta tərəflər ar-
bitrin adını əvvəlcədən arbitraj müqaviləsində qeyd edə
bilərlər. Məsələn, “bu Müqavilədən irəli gələn, yaranan
və/və ya bu Müqavilə ilə əlaqəli istənilən və hər bir
mübahisə cənab Azər İsmayılov tərəfindən Beynəlxalq
Ticarət Palatasının Arbitraj Qaydaları tətbiq olunmaqla
Bakı şəhərində həll ediləcəkdir”.
Arbitrajın hər iki növünün müəyyən müsbət və
mənfi cəhətləri var. Ad hoc arbitraj daha ucuz, daha tez
və nisbətən daha konfidensial ola bilər. Öz növbəsində
arbitraj institutları daha keyfiyyətli professional xidmət
göstərirlər. Eyni zamanda arbitraj institutunun qərarına
könüllü əməl edilməsinə daha böyük ehtimal var. Bir
sıra müəlliflər və hüquqşünaslar hesab edirlər ki, arbitraj
sahəsində kifayət qədər təcrübəsi olmayan şəxslər arbi-
traj institutlarının xidmətlərindən istifadə etməlidirlər və
belə institutların təcrübələrinə əsaslanmalıdırlar.
Azərbaycanda arbitraj – daxili arbitraj Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsi və
Əmək Məcəlləsi ilə tənzimlənir. Beynəlxalq arbitraj
isə Azərbaycan Respublikasının “Beynəlxalq Arbi-
traj haqqında” Qanunu (18 noyabr 1999) və tərəfdar
çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Bu gün
əksər inkişaf etmiş ölkələrdə arbitraj beynəlxalq iqti-
sadi mübahisələrin həllinin aparıcı vasitələrindən
birinə çevrilir. Arbitraj prosesində tərəflər mübahisəni
bir və ya bir neçə bitərəf arbitrdən təşkil olunmuş ar-
Hцseyn Яliyev
Hцquq Meneceri,
Azяrbaycan BTC Limited шirkяti
Bakы Dюvlяt Universiteti,hцquq fakцltяsinin mцяllimi
LLM. Tulane University School of Law
arB
İTraj mЯHkЯmЯsİ
B
İZnes mЦBaHİsЯlЯrİnİn
alTernaT
İv HЯllİ Цsulu kİmİ
20
Bakы
HUQUQ
Jurnalы
1
Arbitration as an Alternative Dispute Resolution Method in Business Transactions in the Azerbaijan Republic Handbook by Huseyn Aliyev (Baku 2013, goliaf
publication house).
2
Gary Born International Arbitration Cases and Materials (Wolters Kluwer, Aspen Publishers, Inc. 2011.
3
J. Paulsson, N. Rawding, L. Reed, E. Schwartz The Freshfields Guide to Arbitration and ADR, Clauses in International Contracts 2nd edition 1999.