Baku Law Journal indd



Yüklə 6,81 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix31.08.2018
ölçüsü6,81 Mb.
#65557
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

19

  

  №4  |  OKTYABR 



2013

• Gəliri digər şəxsə ötürmək öhdəliyi “faktlar və 

şərtlər” əsasında müəyyən edilməlidir və müəyyən 

olunmalıdır ki, dividenti alan şəxsin, “həqiqətən”, 

bu  gəlirdən  istifadə  etmək  və  bəhrələnmək 

“hüquq”u yoxdur. 

Dövlətlərin  və  İƏİT  kimi  təşkilatların  “fak-

tiki  sahiblik”  məsələlərinə  böyük  diqqət  verdi-

yini nəzərə alaraq, əgər ödənişlər faktiki sahiblərə 

edilməyəcəksə,  divident,  royalti  və  faiz  sahəsində 

əlverişli ikiqat vergitutma sazişinin mövcud olduğu 

yurisdiksiyalardan  effektiv  vergi  strukturlaşması 

üçün  istifadə  edilməsi  və  bu  cür  strukturlaşmalar 

əlverişli olmaya da bilər.

Dividentləri  alan  şəxslərin  faktiki  sa-

hib  olub-olmadıqlarını  müəyyən  etmək  üçün 

araşdırdırmalarda  qonşu  ölkələrdə  yanaşma 

dəyişikliyinə  misal  olaraq,  göstərmək  olar  ki, 

Rusiya məhkəmələrində “faktiki sahiblik” mövzu-

sunda  işlər  artmaqdadır.  Məsələn,  bir  məhkəmə 

işində A Şirkətinin Rusiya filialı (məxfilik nöqteyi-

nəzərindən  şirkətin  adı  bu  məqalədə  açıqlanmır) 

Kipr şirkəti olan kreditordan bina tikmək məqsədilə 

borc  götürmüşdür.  Rusiya  və  Kipr  arasında  olan 

ikiqat vergitutma sazişinə əsasən bu borc məbləği 

üzrə  faizlər  verilərkən  Rusiya  mənbədən  tutulan 

vergisi tətbiq olunmamışdır. Rusiya vergi orqanları 

Rusiya-Kipr  ikiqat  vergitutma  sazişi  altında  belə 

bir  vergidən  azad  olmanın  tətbiqinə  öz  etirazını 

bildirmişlər və buna səbəb olaraq, göstərilmişdir ki, 

faizləri alan benefisiar şəxs (yəni faktiki sahib) BVA-

da yaradılmış şirkətdir. Buna görə Rusiya ilə BVA 

arasında  ikiqat  vergitutma  sazişi  olmadığından 

ödənilən  faizlərə  20%  mənbədən  tutulan  vergi 

tətbiq olunmalı idi. Rusiya vergi orqanları onu da 

qeyd  etmişdilər  ki,  BVA  şirkəti  binanın  alınması 

əməliyyatından  bir  neçə  ay  əvvəl  yaradılmışdı 

və  borcun  bütöv  məbləği  əslində  BVA  şirkəti 

tərəfindən  verilmişdi  və  BVA  şirkətinin  rəhbəri 

də  alqı-satqı  sənədlərinə  qol  çəkmişdi.  Bu  spesi-

fik  məsələdə  Rusiya  məhkəməsinin  borc  alanın 

xeyrinə işi həll etməsinə baxmayaraq, Rusiya vergi 

orqanlarının  belə  məhkəmə  işlərində  “faktiki  sa-

hiblik”  konsepsiyasının  düzgün  tətbiq  olunub-

olunmamasının  müəyyən  edilməsinə  diqqətinin 

artdığını göstərir.  

Rusiyada  olduğu  kimi,  Azərbaycanda  da 

dövlətdaxili  qanunlar  faktiki  sahibin  müəyyən 

olunması  üçün  detallı  qaydalar  müəyyən  etmir. 

Lakin  bu,  o  demək  deyildir  ki,  Azərbaycan  vergi 

orqanları  da  məhz  faktiki  sahiblər  üçün  nəzərdə 

tutulmuş vergi imtiyazlarından istifadənin düzgün 

olub-olmamasının  müəyyənləşdirilməsinə  diqqəti 

artıra bilməzlər. Beləliklə, vergi strukturlaşdırması 

edərkən dövlətlərin faktiki sahiblik sahəsində daxi-

li qanun və qaydalarını və yerli vergi orqanlarının 

bu  mövzuda  İƏİT-in  Şərhləri  kimi  qaydalara 

yanaşmasını nəzərə almaq mütləqdir.



aQress

İv vergİ planlaШdыrыlmasы İlЯ 

mЦBarıZЯ Qaydalarы vЯ 

verg

İ sorЬularы 

Sözsüz ki, beynəlxalq vergi strukturlaşdırılması 

və ya yenidən təşkil ancaq əlverişli vergi aspektlərinin 

olması nöqteyi-nəzərindən edilməməlidir və kom-

mersiya  məqsədləri  əsas  götürülməlidir.  Yalnız 

vergi  aspektləri  əsasında  qurulmuş  strukturlar-

da  kommersiya  əsasları    (ingiliscə  termin  “sub-

stance”)  kifayət  qədər  olmaya  bilər  və  belə  struk-

tur  aqressiv  vergi  planlaşdırılması  ilə  mübarizə 

qaydaları altına düşə bilər və vergi sanksiyalarına 

və ya vergi imtiyazlarından imtinaya gətirib çıxara 

bilər.  Ona  görə  də,  əsas  məsələ  hər  hansı  vergi 

strukturlaşdırılmasında  biznes  məqsədlərinin 

müəyyən edilməsidir. 

Praktikada,  vergi  strukturlaşdırılmasını  həyata 

keçirməzdən  əvvəl  xarici  vergi  orqanlarından 

məcburi xarakter daşıyan sorğunun alınması yaxşı 

təcrübədir.  Lakin  Azərbaycanda  belə  məcburi 

xarakter  daşıyan  sorğu  təcrübəsi  inkişaf  etməyib. 

Azərbaycanda  vergi  ödəyicilərinin  sualları 

onların  verdikləri  sual  məktublarına  cavablarda 

ünvanlandırıla bilər. Lakin belə cavablarda verlmiş 

vergi  orqanlarının  mövqeyi  məcburi  xarakter 

daşımır və sonradan dəyişə bilər. 

Beləliklə, sonuncu, lakin az əhəmiyyətli olmayan 

bir  nəticəni  qeyd  etmək  istəyirik.  Hər  hansı  vergi 

strukturlaşdırılması  etməzdən  əvvəl  kommersiya 

və vergi məqsədləri araşdırılmalıdır ki, hüquqi qay-

dalara əməl olunsun və bahalı, habelə biznes üçün 

yararlı  olmayan  strukturları  etməklə  boş-boşuna 

vəsait xərclənməsin.



Müstəqillik 

qazandıqdan 

sonra  Azərbaycan 

Respublikası  aktiv  olaraq,  beynəlxalq  ticarət 

münasibətlərinin  iştirakçısına  çevrildi.  Bu  amil 

Azərbaycana  çoxsaylı  investorların  və  fərqli  xa-

rici  şirkətlərin  gəlməsinə  gətirib  çıxartdı.  Təbii 

belə  bir  vəziyyətdə  xarici  şirkətlər  öz  maraqlarının 

cavablandırılmasında maraqlı idilər. İstənilən bir ölkənin 

bazarına  daxil  olan  şirkət  özü  üçün  müxtəlif  suallara 

cavab  verməlidir.  Bu  məqalənin  marağına  müvafiq 

olaraq,  məsələnin  biznes  aspektindən  bəhs  etmədən 

hüquqi  məsələlərə  toxunmaq  istəyirəm.  Hər  bir  şirkət 

biznes  münasibətlərində  qaranlıq  məqamların  həllinə 

öncədən çalışır. Bu sahədə ən önəmli məsələlərdən biri 

də  gələcəkdə  yarana  biləcək  mübahisələrin  həllidir. 

Müqavilə  hazırlayan  hüquqşünaslar  hər  zaman  iki 

suala  cavab  verməlidirlər:  təmsil  etdikləri  şirkətin 

maraqlarında mübahisələrin “kim tərəfindən” və “hara-

da” həllidir. Eyni bir mübahisənin həlli məhkəmədə və 

arbitrajda tamamilə fərqli nəticələrə gətirib çıxarda bilər. 

Müvafiq  olaraq,  hüquqşünas  təmsil  etdiyi  şirkət  üçün 

mübahisənin  harada  və  necə  həll  olunması  üsuluna 

diqqət yetirməlidir.

1

Məhkəmədən  kənar  mübahisələrin  çoxsaylı  fərqli 



həlli  üsulları  var,  danışıqlar,  mediasiya,  arbitraj  aparıcı 

üsullardır.  Burada  əsas  diqqəti  arbitraja  yönəltmək 

istərdim. Arbitraj fərqli formalarda həyata keçirilə bilər 

(beysbol  arbitraj  –  arbitraj  prosesinin  sonunda  tərəflər 

tribunala  öz  təkliflərini  verirlər.  Arbitraj  tribunalı  “ən 

ədalətli” təklifi öz qərarı kimi qəbul edir və ya digər bir 

arbitraj  forması  “minimum  və  maksimum”  arbitrajdır, 

bu zaman tərəflər arbitraj qərarının minimum və maksi-

mum hədlərini müəyyən edirlər.

2

 



Ancaq ümumilikdə arbitrajın 2 əsas forması var: in-

stitut arbitrajı (institutional arbitration) və ad hoc arbi-

traj.  Məşhur  arbitraj  institutlarına  Beynəlxalq  Ticarət 

Palatası (the International Chamber of Commerce (ICC)), 

London  Beynəlxalq  Arbitraj  Məhkəməsi  (the  London 

Court  of  International  Arbitration  (LCIA)),  Beynəlxalq 

İntellektual  Mülkiyyət  Təşkilatı  (the  World  Intellectual 

Property  Organization  (WIPO)),  Beynəlxalq  İnvestisiya 

Mübahisələrinin  Həlli  Mərkəzi  (the  International  Cen-

tre  for  the  Settlement  of  Investment  Disputes  (ICSID)), 

Amerika Arbitraj Assosiasiyası (the American Arbitration 

Association (AAA)) və s. daxildir. Onu da qeyd edim ki, 

arbitraj institutlarının öz mərkəz ofislərinin hansı ölkədə 

yerləşmələrindən  asılı  olmayaraq,  tərəflərin  razılığına 

əsasən istənilən şəhərdə (ölkədə) arbitraj proseduralarını 

həyata  keçirdə  bilərlər.  Məsələn,  Beynəlxalq  Ticarət 

Palatasının  (İCC)  qərargahı  Parisdə  yerləşir,  ancaq 

tərəflərinin qarşılıqlı razılığı əsasında arbitraj proseduralı 

istənilən digər şəhərdə və ya ölkədə keçirilə bilər.

3

 



Ad  hoc  arbitraj  zamanı  tərəflərin  daha  geniş  seçim 

imkanları  olur.  Onlar  arbitrləri  (onların  sayı  da  daxil 

olmaqla,  arbitrlərin  hansı  əsaslarla  seçiləcəyini  və  s.), 

arbitrajın  dilini,  keçirələcəyi  yeri,  müddətləri,  prosedu-

ra  qaydalarını  və  s.  müəyyən  edirlər.  Hətta  tərəflər  ar-

bitrin adını əvvəlcədən arbitraj müqaviləsində qeyd edə 

bilərlər. Məsələn, “bu Müqavilədən irəli gələn, yaranan 

və/və  ya    bu  Müqavilə  ilə  əlaqəli  istənilən  və  hər  bir 

mübahisə  cənab Azər  İsmayılov  tərəfindən  Beynəlxalq 

Ticarət Palatasının Arbitraj Qaydaları tətbiq olunmaqla 

Bakı şəhərində həll ediləcəkdir”.

Arbitrajın  hər  iki  növünün  müəyyən  müsbət  və 

mənfi cəhətləri var. Ad hoc arbitraj daha ucuz, daha tez 

və nisbətən daha konfidensial ola bilər. Öz növbəsində 

arbitraj institutları daha keyfiyyətli professional xidmət 

göstərirlər. Eyni zamanda arbitraj institutunun qərarına 

könüllü  əməl  edilməsinə  daha  böyük  ehtimal  var.  Bir 

sıra müəlliflər və hüquqşünaslar hesab edirlər ki, arbitraj 

sahəsində kifayət qədər təcrübəsi olmayan şəxslər arbi-

traj institutlarının xidmətlərindən istifadə etməlidirlər və 

belə institutların təcrübələrinə əsaslanmalıdırlar. 

Azərbaycanda  arbitraj  –  daxili  arbitraj  Azərbaycan 

Respublikasının  Mülki  Prosessual  Məcəlləsi  və 

Əmək  Məcəlləsi  ilə  tənzimlənir.  Beynəlxalq  arbitraj 

isə  Azərbaycan  Respublikasının  “Beynəlxalq  Arbi-

traj  haqqında”  Qanunu  (18  noyabr  1999)  və  tərəfdar 

çıxdığı  beynəlxalq  müqavilələrlə  tənzimlənir.  Bu  gün 

əksər  inkişaf  etmiş  ölkələrdə  arbitraj  beynəlxalq  iqti-

sadi  mübahisələrin  həllinin  aparıcı  vasitələrindən 

birinə  çevrilir.  Arbitraj  prosesində  tərəflər  mübahisəni 

bir  və  ya  bir  neçə  bitərəf  arbitrdən  təşkil  olunmuş  ar-



Hцseyn Яliyev

Hцquq Meneceri,

Azяrbaycan BTC Limited шirkяti

Bakы Dюvlяt Universiteti,hцquq fakцltяsinin mцяllimi

LLM. Tulane University School of Law

arB

İTraj mЯHkЯmЯsİ 

B

İZnes mЦBaHİsЯlЯrİnİn 

alTernaT

İv HЯllİ Цsulu kİmİ

20

Bakы 



HUQUQ

 

Jurnalы



1

 Arbitration as an Alternative Dispute Resolution Method in Business Transactions in the Azerbaijan Republic Handbook by Huseyn Aliyev (Baku 2013, goliaf 

publication house).

2

 Gary Born International Arbitration Cases and Materials (Wolters Kluwer, Aspen Publishers, Inc. 2011.



3

 J. Paulsson, N. Rawding, L. Reed, E. Schwartz The Freshfields Guide to Arbitration and ADR, Clauses in International Contracts 2nd edition 1999.




Yüklə 6,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə