Baku Law Journal indd



Yüklə 6,81 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix31.08.2018
ölçüsü6,81 Mb.
#65557
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

21

bitraj  tribunalına  (məhkəməsinə)  təqdim  edirlər.  “Ar-

bitraj  məhkəməsi”  -  təkbaşına  arbitr  və  ya  arbitrlər 

kollegiyasıdır”.

4

  Eyni  zamanda  adı  çəkilən  qanunda 



qeyd  olunur  ki,  “tərəflər  öz  mülahizələrinə  uyğun 

olaraq, arbitrlərin sayını müəyyən edə bilərlər. Tərəflər 

bu  sayı  müəyyən  etmirlərsə,  belə  halda  üç  arbitr  təyin 

edilir”.


5

 Arbitraj tərəflərə daha geniş seçim imkanı verən 

və tərəflərin qarşılıqlı razılığına əsaslanan mübahisələrin 

alternativ  (məhkəmələrə  alternativ)  həlli  üsuludur. 

Mübahisələrin  məhkəmədə  həllindən  fərqli  olaraq,  ar-

bitraj  tərəflərin  qarşılıqlı  razılığına  əsaslanır.  Bu  razılıq 

mütləq yazılı formada olmalıdır, yəni arbitraj müqaviləsi 

şifahi formada bağlanıla bilməz.

Ölkəmizdə  arbitraj  prosesinin  hüquqi  cəhətdən 

tənzimlənməsi  mexanizmi  mövcud  olsa  da,  arbitraj 

mübahisələrin həlli üsulu kimi o qədər də məşhur deyil. 

Bunun  səbəbini  müəllif  biznes  münasibətlərinin  dərin 

psixologiyası və biznes adamlarının mübahisələrin belə 

alternativ həlli üsulu haqqında az məlumatlı olması ilə 

əlaqələndirmək olar. Uzun müddət Azərbaycanda arbi-

traj prosesinin tənzimlənməsinə ehtiyac var idi. 1999-cu 

ildə Milli Məclis “Beynəlxalq Arbitraj haqqında” Qanun 

qəbul etdi. Bundan sonra 2000-ci ildə Azərbaycan Nyu-

York  Konvensiyasına  qoşuldu.

6

  Bu  isə  özü-özlüyündə 



arbitraj  müqavilələrinin  və  arbitraj  qərarlarının  icrasını 

çox asanlaşdırdı. 



Arbitraj  -  Arbitraja  müxtəlif  müəlliflər  fərqli 

anlayışlar  verirlər.  Ancaq  ümumi  olaraq  demək  olar 

ki,  müasir  hüquq  sistemində  və  beynəlxalq  biznes 

münasibətlərində arbitraj mübahisələrin bitərəf, tərəflərin 

qarşılıqlı  razılığına  əsaslanaraq  seçilən  arbitr(lər) 

tərəfindən  bir  dəfəlik  həlli  üsuludur.  Beynəlxalq  bi-

znes  münasibətlərində  mübahisələrin  məhkəmələrdə 

həlli problematik ola bilər. Bu zaman aşağıdakı suallar 

yaranır: 1) məhkəmənin mübahisəyə baxmaq səlahiyyəti, 

2) hansı ölkənin hüquq sisteminin tətbiq olunacağı (mad-

di  və  prosessual  hüquq,  eyni  zamanda  bu  hüquqların 

seçilməsi  zamanı  məhkəmə  hansı  ölkənin  hüquq 

sisteminə əsaslanmalıdır, “choice of law”), 3) məhkəmə 

qərarının  gələcəkdə  icrası.  Mübahisələrin  həllində  ən 

mühüm  məsələlərdən  biri  qərarın  gələcəkdə  icrasıdır. 

Onu da qeyd edim ki, xarici məhkəmə qərarlarının icrası 

ilə  bağlı  heç  bir  vahid  beynəlxalq  konvensiya  yoxdur. 

Əgər nəzər salsaq ki, hər bir ölkənin məhkəməsi ancaq 

həmin ölkənin sərhədləri çərçivəsində səlahiyyətlərə ma-

likdir, bu zaman aydın olur ki, həmin qərarın başqa bir 

ölkənin ərazisində icrası artıq bir növ könüllü xarakter 

alır. Belə hallar kifayət qədər problematik ola bilər. Misal 

üçün, Azərbaycan və İtaliya şirkəti biznes münasibətləri 

qurur. Tərəflər arasında müqavilədə mübahisənin həlli 

üsulu  göstərilmir.  Müqaviləyə  əsasən  tərəflər  arasında 

alqı-satqı əməliyyatı baş verir və bu əməliyyat üç fərqli 

ölkənin  ərazində  baş  verir  (Avstriya,  Almaniya  və 

İsveçrə). Lozanna şəhərində (Bazel kantonu, İsveçrə) baş 

verən  əməliyyatla  bağlı  mübahisə  yaranır.  Göründüyü 

kimi, bu biznes münasibətləri bir neçə ölkənin ərazisində 

baş  verir  və  əlavə  olaraq,  tərəflər  fərqli  ölkələri  təmsil 

edirlər. Təbii olaraq, mübahisənin harada həll olunması 

ilə bağlı sual yaranır. Eyni zamanda digər bir sual yaranır: 

əgər  mübahisəyə  İtaliyada  baxılsa,  həmin  qərarın 

hər  hansı  bir  digər  ölkədə  nə  qədər  hüquqi  qüvvəsi 

olacaqdır  və  ya  əksinə,  əgər  mübahisəyə  Bakı  1saylı 

İnzibati-iqtisad Məhkəməsində baxıldısa və Azərbaycan 

şirkətinin  lehinə  qərar  verildisə, Azərbaycan  şirkəti  bu 

qərarı Azərbaycandan kənarda nə qədər uğurla icra edə 

biləcəkdir?  Buna  xüsusilə  o  zaman  ehtiyac  yaranır  ki, 

İtaliya  tərəfi  məhkəmə  qərarını  könüllü  icra  etməkdən 

imtina  edir  və  italyan  şirkətinin Azərbaycanda  heç  bir 

əmlakı yoxdur (müvafiq olaraq, qərar əmlaka yönəldilə 

bilməz). 

Bu kimi problemlər biznes dünyasında kifayət qədər 

tez-tez  baş  verir.  Belə  bir  problemi  yaşamamaq  üçün 

müqaviləni  hazırlayan  hüquqşünaslar  mübahisələrin 

həlli  üsulu  haqqında  əvvəlcədən  razılaşmalıdırlar.  Ən 

əsası bilməlidirlər ki, razılaşdırılmış üsul ilə həll edilən 

mübahisənin  qərarını  digər  ölkənin  ərazisində  hansı 

dərəcədə icra edə biləcəklər. 

Məhkəmə, yoxsa arbitraj? – Bu suala cavab vermək 

üçün  hüquqşünas  hər  ikisinin  üstünlüklərinə  təmsil 

etdiyi  şirkətin  perspektivindən  baxmalıdır.  Burada 

məqsədim  məhz  arbitraj  haqqında  məlumat  vermək 

olduğundan məhkəmələrin mənfi-müsbət cəhətləri dey-

il, arbitrajın məhkəmədən fərqli xüsusiyyətləri haqqında 

danışmaq  istərdim.  Q.Born  “Beynəlxalq  Kommersiya 

Arbitrajı”  kitabında  arbitrajın  aşağıdakı  cəhətlərini  önə 

çəkir.

7

1)  Neytrallıq  –  Təəccüb  doğurmur  ki,  tərəflər 



müqaviləyə  məhz  yerli  məhkəməni  (mübahisələrin 

yerli  məhkəmədə  həllini)  əlavə  etməyə  çalışırlar.  Bu, 

fərqli  səbəblərlə  izah  edilə  bilər,  öncə  coğrafi  və  dil 

baxımdan  yaxınlıq,  eynilik,  şirkətin  hüquqşünaslarının 

yerli məhkəmə və məhkəmə prosedura və qaydaları ilə 

yaxından tanışlığı və s. Ancaq bu məsələdə hər iki tərəfin 

marağı  toqquşanda  ən  ideal  seçim  kimi  arbitraj  müm-

kündür. Arbitraj yuxarıda sadalanan sahələrdə neytrallıq 

yaradır. Tərəflər hər iki tərəf üçün eyni dərəcədə uyğun 

və  ya  eyni  dərəcədə  uyğun  olmayan  forum  (yer)  seçə 

bilərlər.  Eyni  zamanda  3  arbitrdən  ibarət  arbitraj 

tribunalında hər bir tərəfin bir arbitri seçməsi (seçilmiş 

iki arbitr isə üçüncü arbitri seçir) sonda tərəflərin qərarın 

ədalətliliyinə daha çox inam yaratmasına səbəb olur.

2) Qərarların beynəlxalq tanınması və icrası – Bu sahədə 

əsas mexanizm Nyu-York Konvensiyasıdır. Konvensiya 

iki  başlıca  amillə  bağlıdır:  1)  arbitraj  müqavilələrinin 

tanınması və icrası, 2) arbitraj qərarlarının tanınması və 

icrası. Nyu-York Konvensiyasına əsasən yalnız müəyyən 

  

  №4  |  OKTYABR 



2013

4

 Beynəlxalq Arbitraj haqqında Azərbaycan Respublikasının Qanunu maddə 2 (b).



5

 Beynəlxalq Arbitraj haqqında Azərbaycan Respublikasının Qanunumaddə 10.

6

 1958-ci il Beynəlxalq Arbitraj Qərarlarının İcrası və Tanınması Haqqında, 2013-cü il tarixinə 148 ölkə qoşulub.



7

 Gary B. Born, International Commercial Arbitration volume I (2009).




Yüklə 6,81 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə