Baku Law Journal indd



Yüklə 6,81 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix31.08.2018
ölçüsü6,81 Mb.
#65557
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

15

istənilən  qurumunu  əhatə  etdiyi  də  aydın  deyil. 

Nəzərə  alsaq  ki,  “dövlət  orqanları”  ifadəsi  hüqu-

qi  şəxs  olmayan,  lakin  buna  baxmayaraq,  iddiaçı 

və  cavabdeh  ola  bilən  dövlət  qurumlarını  bildirir, 

onda “başqa orqanlar”ın da hüquqi şəxsin istənilən 

idarəetmə  orqanını  (direktorlar  və  ya  müşahidə 

şurası, idarə heyəti, direktor), yaxud bölməsini (de-

partament, nümayəndəlik, filial, şöbə və sair) ehti-

va etməsi qənaətinə gəlməyə əsasımız olur. Bu isə 

həm birinci misalla bağlı gəldiyimiz (məhkəmənin 

də  təsbit  etdiyi)  nəticəyə  ziddir,  həm  də  hüquqi 

məntiqə tam uyğun deyil. 

Bunlara  baxmayaraq,  gələ  biləcəyimiz  nəticə 

odur  ki,  hal-hazırda  MPM  ikinci  misalda  qeyd 

edilən iddiaya, yəni A şirkətinin ayrıca departamen-

tinin və ya direktorlar şurasının cavabdeh qismində 

cəlb edilməsinə yol verir. 



Üçüncü  misal:  birinci  misaldakı  faktları  bir 

az  da  dəyişdirək:  A  şirkəti  iri  transmilli  korpo-

rasiya  olduğundan,  sosial  məsuliyyət  daşıyan 

şirkət sayılır. Şirkətin xaricdə (London şəhərində) 

yerləşən  və  onun  sosial-mədəni  funksiyalarını 

həyata keçirən ofisi, bizim dildə desək, idarəsi var. 

B  şirkəti  ilə  Nümayəndəlik  arasında  imzalanmış 

müqavilə üzrə bəzi xidmətlərin benefisiarı,  yəni 

onlardan bəhrələnən məhz həmin idarə olmuşdur. 

Məhkəmədə cavabdeh qismində Nümayəndəlik de-

yil, A şirkətinin həmin idarəsi göstərilib. 

Sual: A şirkətinin sosial-mədəni funksiyalarını 

həyata keçirən idarəsi cavabdeh ola bilərmi? 

Öncə  idarənin  nə  demək  olduğunu  araşdıraq. 

MM-nin  54-cü  maddəsinə  əsasən  hüquqi  şəxsin 

idarəetmə,  sosial-mədəni  və  ya  digər  qeyri-

kommersiya  xarakterli  funksiyaların  həyata 

keçirilməsi  üçün  yaratdığı  təşkilat  idarə  sayılır, 

idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq 

etdiyi  əsasnamə  üzrə  fəaliyyət  göstərir,  idarənin 

öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüqu-

qi  şəxsin  üzərinə  düşür.  Maddənin  mətni  kifayət 

qədər aydın yazılmış, yeganə sual doğuran məqam 

“təşkilat”ın nə demək olduğudur. 

Qeyd  edək  ki,  “təşkilat”  anlayışı  MM-də 

müxtəlif,  bəzən  bir-birinə  zidd  mənalarda  işlənir. 

“Kommersiya  təşkilatları”  və  ya  “qeyri-kommer-

siya  təşkilatları”  deyərkən,  ilk  növbədə  hüquqi 

şəxslər (MM-də sadalanmış növlərdə kommersiya 

və  ya  qeyri-kommersiya  hüquqi  şəxsləri)  ehtiva 

edilir.  Lakin  MM-nin  yuxarıda  istinad  etdiyimiz 

54-cü  maddəsində  “təşkilat”  sözünün  tamamilə 

fərqli mənada işləndiyinin şahidi oluruq: “təşkilat” 

sözü  mahiyyət  etibarilə  nümayəndəlik  və  ya  filial 

kimi  hüquqi  şəxsin  bir  bölümü  olan  idarəni  tərif 

edir. Başqa sözlə desək, MM-nin 54-cü maddəsində 

işlənən “təşkilat” heç də hüquqi şəxs demək deyil.  

MPM-nin  50.4-cü  maddəsinə  əsasən  isə,  mülki 

prosesdə  tərəf  ola  biləcək  subyektlərin  dairəsinə 

hüquqi şəxs olmayan təşkilatlar da daxildir. Bunun 

da konkret olaraq, hansı məna kəsb etdiyi MPM və 

ya digər qanunlarda açıqlanmayıb.

Göstərilənlərdən  belə  nəticəyə  gəlmək  olar  ki, 

MM-nin  54-cü  maddəsində  sözügedən  “idarə” 

MPM-nin  50.4-cü  maddəsindəki  “hüquqi  şəxs  ol-

mayan təşkilat” anlayışı ilə əhatə olunur. Elə isə, A 

şirkətinin London idarəsi B şirkətinin iddiası üzrə 

prosesdə cavabdeh kimi çıxış edə bilər.  

Göründüyü  kimi,  MPM-nin  tətbiqi  üçün  onun 

50.1  və  50.4-cü  maddələrinin  əhəmiyyəti  böyük-

dür.  Bunu  nəzərə  alaraq,  sözügedən  norma-

larda  işlənmiş  qeyri-dəqiq  ifadələrin  gələcəkdə 

bu  və  ya  digər  şəkildə  qanunverici  səviyyəsində 

dəqiqləşdirilməsinin zəruriliyini qeyd edir və buna 

ümid edirik. Məsələn, “filial” və “nümayəndəlik”də 

olduğu kimi, “idarə”nin tərifində də “bölmə” və ya 

oxşar termindən istifadə edilməsi mümkündür, çün-

ki gördüyü işlərdən, yerləşməsindən və yerinə yet-

irdiyi funksiyalardan asılı olmayaraq, hüquqi şəxsin 

tərkib  hissəsi  olan  (törəmə  müəssisədən  söhbət 

getmir)  istənilən  struktur  vahidi  onun  bölməsidir. 

Mülki  Məcəllə  və  MPM-nin  məqsədləri  üçün  isə 

“vəzifəli  şəxslər”in  ayrıca  açıqlaması  verilə  bilər. 

Nəhayət, “başqa orqanlar” və “hüquqi şəxs olma-

yan digər şəxslər”in də tərifi verilməli, ya da həmin 

ifadələr  MPM-dən  çıxarılmalıdır  (çünki  təcrübədə 

məhkəmələr yalnız fiziki və hüquqi şəxslərin, dövlət 

orqanları  və  dövlət  vəzifəli  şəxslərinin  iddiaçı  və 

cavabdeh kimi çıxış edə bilməsini əsas gətirərək on-

suz da onların tətbiq edilməsinin qarşısını alır).    

Qanunvericilik 

səviyyəsində 

dəyişikliklər 

edilənədək isə, ən azından Ali Məhkəmə tərəfindən 

həmin  maddələrin  tətbiqi  məsələsinə  aydınlıq 

gətirilə  biləcəyini  düşünürük.  Bu  sahədə  qonşu 

Rusiya Federasiyasının Ali Arbitraj Məhkəməsinin 

Plenumunun  14  may  1998-ci  il  tarixli  Məlumat 

məktubunu  misal  çəkmək  olar.  Belə  ki,  həmin 

məktubda  Rusiya Ali Arbitraj  Məhkəməsi  hüquqi 

şəxslərin ayrıca bölmələri (filial, şöbə, nümayəndəlik, 

idarə və ya digər növlərə ayırmayaraq) tərəfindən 

və ya onlara qarşı Rusiya Arbitraj Məhkəmələrinə 

verilmiş  iddialara  dair  məhkəmə  praktikasını 

ümumiləşdirərək iddiaların hansı hallarda məqbul 

olmasına dair tövsiyələr vermişdir. 

  

  №4  |  OKTYABR 



2013


Yüklə 6,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə