Baku Law Journal indd



Yüklə 6,81 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix31.08.2018
ölçüsü6,81 Mb.
#65557
1   ...   11   12   13   14   15   16   17   18   19

27

  

  №4  |  OKTYABR 



2013

(V)  İnzibati  hüquqa  uyğun  olaraq,  verilən 

biznes  razılaşmaları,  eləcə  də  təbii  sərvətlərin 

axtarışı və istismarı üzrə razılaşmlar.”

5

Amerika Birləşmiş Ştatları (ABŞ) Model İİM Av-

ropa ölkələrinin Model İİM-nə nəzərən daha kon-

kret anlayışlardan istifadə edir:



“İnvestisiya” investorun birbaşa və ya dolayısı 

ilə malik olduğu və ya idarə etdiyi, xarakterik in-

vestisiya əlamətlərini özündə cəmləşdirən istənilən 

növ əmlak, sərvətdir. Bu cür xarakterik əlamətlər, 

əmtəə  və  digər  sərvətlərin  qoyulması  zərurəti, 

gəlir  əldə  etmək  marağı  (gözləntisi)  və  mövcud 

risklərin nəzərə alınmasıdır. İnvestisiya aşağıdakı 

növ əmlakdan ibarət ola bilər: 

(a) müəssisə; 

(b)  səhmlər  və  müəssisənin  gəlirlərinə  hüquq 

əmələ gətirən digər iştirak formaları;

(c) istiqrazlar, digər borc vasitələri və kreditlər;

(d)  vədəli  maliyyə  əməliyyatları  və  digər 

törəmələr;

(e)  tikinti,  idarə,  istehsalat,  konsessi-

ya,  gəlirlərin  bölüşdürülməsi  və  digər  oxşar 

müqavilələr;

(f) əqli mülkiyyət hüquqları;

(g) lisenziyalar, icazələr və milli hüquqa əsasən 

bənzər hüquqlar;

(h)  digər  maddi  və  qeyri-maddi,  daşınar  və 

daşınmaz əmlak və bunlarla əlaqədar olan əmlak 

hüquqları, məsələn, ipoteka, girov və icarə.”

6

“İnvestisiya  fəaliyyəti  haqqında”  AR  Qanunun 

1-ci maddəsi investisiyanın növlərini belə müəyyən 

edir:


İnvestisiya  —  gəlir  (mənfəət)  və  ya  so-

sial  səmərə  əldə  etmək  məqsədi  ilə  sahibkarlıq 

və  digər  fəaliyyət  növləri  obyektlərinə  qoyulan 

maliyyə  vəsaitindən,  habelə  maddi  və  intellektu-

al  sərvətlərdən  ibarətdir.  Belə  vəsait  və  sərvətlər 

aşağıdakılardır:

•  Pul  vəsaiti,  məqsədli  bank  əmanətləri, 

kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar;

•  Daşınar  və  daşınmaz  əmlak  (binalar, 

qurğular, avadanlıq və başqa maddi sərvətlər);

•  Müvafiq  qaydada  rəsmiləşdirilmiş  elmi-

təcrübi və digər intellektual sərvətlər;

• Bu və ya digər istehsal növünün təşkili üçün 

zəruri  olan,  ancaq  patentləşdirilməmiş  texniki 

sənədləşdirmə, vərdiş və istehsalat təcrübəsi kimi 

tərtib  edilmiş  texniki,  texnoloji,  kommersiya  və 

digər biliklərin məcmusu (“know-how”);

•  Torpaqdan,  sudan  və  digər  ehtiyatlardan, 

binalardan,  qurğulardan,  avadanlıqdan  istifadə 

hüquqları,  habelə  müəlliflik  hüququndan  irəli 

gələn və başqa əmlak hüquqları;

• Başqa sərvətlər”.

Tarixən xarici investisiyalar aşağıdakı kateqori-

yalara ayrılıblar: 

a) Müəssisənin idarəçiliyini və ya nəzarət paketi-

ni ələ keçirməyə imkan verən birbaşa xarici inves-

tisiyalar (Foreign Direct Investments - FDI); 

b) Portfolio investisiyaları.

XX əsrin ilk onilliklərində kapital axımında port-

folio investisiyaları xüsusi rol oynamışdır. Xüsusilə 

də  bu  formadan  inkişaf  etməkdə  olan  ölkələrin 

əmtəə bazarlarında istifadə olunurdu. İkinci dünya 

müharibəsindən  sonrakı  dövrün  əlamətdar  cəhəti 

isə  beynəlmiləl  korporasiyaların  tamamilə  və 

yaxud  səhmlərinin  əksəriyyətinə  malik  olduqları 

filiallarının yaradılmasına böyük tələbin yaranması 

olmuşdur.

Beləliklə  də  portfolio  investisiyaları  öz 



yerini birbaşa xarici investisiyalara vermişdir. 

“Xarici  İnvestisiyaların  Qorunması  haqqında” 

AR  Qanununun  3-cü  maddəsi  xarici  investisiya 

anlayışını belə müəyyən edir:



“Xarici  investorların  mənfəət  əldə  etmək 

məqsədilə  sahibkarlıq  fəaliyyəti  və  başqa  növ 

fəaliyyət obyektlərinə qoyduqları əmlakın və əmlak 

hüquqlarının  bütün  növləri,  o  cümlədən  intelle-

ktual  fəaliyyətin  nəticələrinə  hüquqlar  və  əşya 

hüquqlarına  aid  olmayan  digər  hüquqlar  xarici 

investisiyadır.”

8

Həmin maddənin ikinci abzasından belə anlaşılır 

ki, investisiya aşağıdakı formalarda ola bilər: 

a)  Azərbaycan  Respublikası  vətəndaşları  və 

hüquqi  şəxsləri  ilə  yaradılan  müəssisələr,  belə 

müəssisələrdə payçılıq iştirakı;

b) Əmlak kompleksləri, binalar, qurğular;

c)  Müəssisədə  iştirak  payları,  səhmlər,  istiqra-

zlar, digər qiymətli kağızlar;

5

 Alman Model İnvestisiya Müqviləsi, 2005



6

 ABŞ Model İnvestisiya Müqaviləsi, 2004.

7

 OECD, Definition of Investor and Investment in İntenational İnvestment Agreements,  səh 47



8

 Xarici İnvestisiyaların Qorunması haqqında AR Qanunu




28

d) Torpaqdan və digər təbii sərvətlərdən istifadə 

hüquqları və digər əmlak hüquqları. 

İnvesTİsİya mЦnasİBЯTlЯrİnİn 

TЯnZ

İmlЯnmЯsİndЯ İİm-İn rolu

İkitərəfli  İnvestisiya  Müqaviləsi  nədir?  İİM  - 

iki  dövlət  arasında  bir  dövlətin  investorlarının 

digər  dövlətin  ərazisində  həyata  keçirdiyi  inves-

tisiya  fəaliyyətini  dəstəkləmək  və  qorumaq  üçün 

bağlanan  razılaşmadır.  Dünyada  ilk  ikitərəfli  in-

vestisiya  müqaviləsi  25  Noyabr  1959-cu  ildə  Al-

maniya  Federativ  Respublikası  ilə  Pakistan  İslam 

Respublikası  arasında  imzalanmışdır.  Hazırda 

2500-dən çox İİM var. İlk İİM imzalandıqdan sonra 

mahiyyətcə eyni qalsa da, daha geniş məfhumları 

əhatə  etməyə,  investorlar  üçün  hərtərəfli  müdafiə 

vasitələrini  özündə  cəmləşdirməyə  başlamışdır. 

Beləliklə, əqli mülkiyyət hüquqlarının pozulmasına 

mane olmaq üçün bu hüquqlar investisiya termini-

nin əhatə dairəsinə salınmağa, dolayı müsadirənin 

müxtəlif  üsulları  dəqiqləşdirilərək  müqaviləyə 

əlavə edilməyə başlanıldı. 

İkitərəfli  investisiya  müqaviləsinin  rolu 

xari ci  investorlarla  investisiya  qoyulan  ölkə 

arasında  yaranan  münasibətləri  hüquqi  cəhətdən 

tənzimləmək, mümkün hüquqi mübahisələrin həlli 

qaydasını, tətbiq olunacaq normativ hüquqi aktları 

və mübahisənin həlli üçün müraciət olunacaq arbi-

traj məhkəməsini müəyyən etməkdən ibarətdir. 

Əksər ikitərəfli investisiya müqavilələri özündə 

investorlar üçün bir sıra təminatlar cəmləşdirir:

a)  Milli  rejim  prinsipi:  Bu  prinsipə  əsasən 

nəzərdə tutulur ki, xarici investorlarla milli inves-

torlara qarşı eyni qaydada rəftar olunmalıdır. 

b) Ən əlverişli rejim prinsipi: Bu prinsip nəzərdə 

tutur  ki,  mənşəyindən  asılı  olmayaraq,  bütün 

xaricilərlə  eyni  cür  rəftar  olunmalıdır.  Xarici  in-

vestorlara  yerli  investorlar  və  ya  istənilən  üçüncü 

dövlətin  investorları  üçün  yaradılan  rejim  qədər 

ədalətli, ona bərabər və ondan daha az əlverişli ol-

mayan rejim yaradılır.

9

c) Ədalətli və bərabər rəftar prinsipi: Bu prinsip 



isə investorlar üçün minimum və ya xüsusi müdafiə 

standartı nəzərdə tutur.

d)  Birbaşa  və  dolayı  şəkildə  həyata  keçirilən  

müsadirələrə  məhdudiyyət  qoyulması  prinsipi: 

Bu  şərt  investorları  birbaşa  və  dolayı  yolla  xarici 

investisiyaların  müsadirə  olunmasından  qoruyur. 

Adətən,  bu  şərt  bu  cür  müsadirəyə  məruz  qalmış 

investorlara  müsadirə  edilmiş  investisiyanın 

əvəzində  tam  həcmdə  kompensasiyanın  verilməsi 

tələbini özündə ehtiva edir.

e)  Vəsaitlərin  sərbəst  köçürülməsi  prinsipi:  Bu 

prinsip  isə  investisiya  ilə  əlaqədar  olan  maliyyə 

vəsaitlərinin,  gəlir,  xərclər  və  digər  qazancların 

sərbəst şəkildə köçürülməsini nəzərdə tutur.

10

Bu cür investisiya müqavilələrinin əsas məqsədi 



investorlar  üçün  əlverişli  şərait  yaratmaq,  ölkə 

iqtisadiyyatına müsbət təsir göstərəcək investisiya 

qoyuluşuna nail olmaqdır. Bu yolla xarici investisi-

ya axımına mane olan qeyri-müəyyənliklər aradan 

qaldırılır  və  investorlara  yuxarıda  sadalanan  bir 

sıra təminatlar verilir. Belə müqavilələrin dövlətlər 

arasında  bağlanmasına  baxmayaraq,  mübahisə 

yaranarkən  bir  ölkənin  investoru  digər  ölkənin 

hökumətinə qarşı iddia irəli sürə bilər. 

aZЯrBaycanın model 

İkİTЯrЯflİ İnvesTİsİya mЦQavİlЯsİ 

necЯ olmalıdır?

Model  İnvestisiya  Müqaviləsi  -  səlahiyyətli 

dövlət orqanı tərəfindən hazırlanıb təsdiq olunmuş, 

özündə  standart  şərtləri,  başlanğıc  prinsipləri  əks 

etdirən sənəddir. Bu cür müqavilələrdə ikinci tərəf 

istənilən ölkə ola bilər. Bu müqaviləyə hər iki iştirakçı 

dövlətin razılığı ilə əlavə və dəyişiklik edilə bilər. 

Lakin    ümumi  şəkildə  qəbul  olunmuş  prinsiplər 

dəyişilməz qalır (məsələn, xarici investorun qanun-

suz və əsassız müsadirə edilmiş əmlakının əvəzində 

tam və adekvat kompensasiyanın verilməsi). Bu cür 

müqavilələrə  2005-ci  ildə  qəbul  olunmuş  Alman 

Model İİM, ABŞ Model İİM (2004), Böyük Britaniya 

Model İİM (2005) və s. misal göstərmək olar. 

Yuxarıda  qeyd  etdiyim  kimi,  İİM-lər  zamanla 

dəyişmiş  və  müasir  zamanın  tələblərinə  cavab 

verən prinsipləri və şərtləri özündə ehtiva etməyə 

başlamışdır.  İnkişaf  etməkdə  olan,  geniş  təbii 

sərvətlərə malik Azərbaycanın iqtisadi inkişafında, 

sözsüz  ki,  xarici  investisiyanın  rolu  danılmazdır. 

Təbii ki, iqtisadi inkişafı ancaq neft-qaz sektoruna 

kökləmək  düz  deyil.  Bu  sahələrlə  yanaşı,  digər 

sahələr də paralel olaraq inkişaf etdirilməlidir. Bu 

cür  sahələrdən  turizm,  elm-təhsil  kimi  sahələri 

misal göstərmək olar. Şübhəsiz, bu sahələrə xarici 

investorların cəlb edilməsi iqtisadiyyata öz müsbət 

təsirini  göstərəcəkdir. Ancaq  bu  cür  müsbət  təsiri 

Bakы 


HUQUQ

 

Jurnalы



9

 Maddə 4,Azərbaycan Respublikası hökuməti və Gürcüstan hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş, 1996-cı il 19 Aprel. 

10

 ITUC Briefing note on Bilateral Investment Treaties/ Luke Eric Peterson, The Global Governance of Foreign Direct Investment: Madly off in all directions, FES 



Occasional Papers Geneva, No. 19, May 2005.


Yüklə 6,81 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə