Baku Law Journal indd



Yüklə 6,81 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix31.08.2018
ölçüsü6,81 Mb.
#65557
1   ...   11   12   13   14   15   16   17   18   19

29

  

  №4  |  OKTYABR 



2013

yalnız yeni iş yerlərinin açılması ilə əlaqələndirmək 

düz deyil. Xarici investisiya, həm də elm-texnikanın 

yeni nailiyyətlərinin ölkəyə gətirilməsinə də səbəb 

olacaqdır.  Bildiyimiz  kimi,  investisiyanın  obyek-

tini  yalnız  maddi  obyektlər  yox,  “know  how” 

və  əqli  mülkiyyət  hüquqlarının  digər  obyektləri 

də  təşkil  edir.  Model  İnvestisiya  Müqaviləsi  elə 

hazırlamalı və özündə o şərtləri ehtiva etməlidir ki, 

Azərbaycana  investisiya  qoyuluşunu  planlaşdıran 

investorlar bu model müqavilə ilə tanış olduqdan 

sonra  onlarda  heç  bir  sual  yaranmasın.  Eyni  za-

manda  bu  müqavilədə  nəzərdə  tutulan  prinsiplər 

investorları  ölkəyə  cəlb  etməli,  qoyacaqları  kapi-

tal axımının hər iki tərəfə xeyir gətirəcəyi ilə bağlı 

əminlik yaratmalıdır, əksinə yox.

Bütün bunları nəzərə alaraq, belə hesab edirəm ki, 

Azərbaycanın Model İİM özündə zəruri prinsipləri 

ehtiva  edərək  xarici  investorlar  üçün  ən  əlverişli 

mühiti  yaratmalıdır.  Təbii  ki,  bu  yolda  artıq  öz 

təsdiqini tapmış Model İİM-ni nümunə götürmək, 

bu müqavilələrin təklif etdikləri ən müsbət cəhətləri 

hazırlanacaq müqavilədə əks etdirmək lazımdır. 

Zənnimcə,  aşağıdakı  nüanslar  Azərbaycanın 

Model İİM-də öz əksini tapmalıdır:

1. İnvestisiyanın detallı anlayışı və investisiyanın 

obyektləri. Bunun üçün ABŞ Model İİM-nə istinad 

edilə bilər.

2.  İnvestorlar  üçün  təminat  verən  prinsiplər: 

milli  rejim  prinsipi;  ən  əlverişli  rejim      prinsipi; 

ədalətli və bərabər rəftar prinsipi; birbaşa və dolayı 

şəkildə həyata keçirilən  müsadirələrə məhdudiyyət 

qoyulması prinsipi; vəsaitlərin sərbəst köçürülməsi 

prinsipi.  Bu  prinsiplər  əksər  ölkələrin  investisiya 

müqavilələrində nəzərdə tutulub.

3.  İnvestisiyanın  müsadirəsinin  qanunilik 

şərtləri. Bunlar aşağıdakılardır: 

a) Müsadirənin ictimai mənafe naminə həyata 

keçirilməsi;

b) 

Müsadirə 

diskriminasiyadan 

qaynaqlanmamalı  və  diskriminasiyaya  səbəb 

olmamalıdır;

c) Müsadirə olunmuş əmlak qarşılığında “çe-

vik  (dərhal),  adekvat  və  effektiv  kompensasiya” 

verilməlidir. (Hull formula)

d) Müsadirə normativ hüquqi aktlar əsasında 

həyata keçirilməlidir.

Qeyd etməliyəm ki, bu şərtlərə kumulativ qay-

dada əməl edilməlidir. 

4.  İnvestisiyadan  irəli  gələn  mübahisələrin 

həlli  qaydası.  Dünya  təcrübəsinə  əsaslanaraq 

belə  mübahisələrin  həllinin  ən  demokratik 

və  effektiv  üsulu  seçilməlidir.  Fikrimcə,  IC-

SID  Konvensiyasından

11

  və  UNCITRAL  arbitraj 



qaydalarından

12

  faydalanmaq  məqsədə  müvafiq 



olardı.

Bütün  bunlar,  şübhəsiz,  xarici  investorlar  üçün 

əlverişli  investisiya  mühiti  yaratmaqla  yanaşı, 

Azərbaycan Respublikasının iqtisadiyyatına da öz 

töhfəsini verəcəkdir.

9

 http://icsid.worldbank.org/ICSID/StaticFiles/basicdoc/CRR_English-final.pdf 



10

 http://www.uncitral.org/pdf/english/texts/arbitration/arb-rules-revised/arb-rules-revised-2010-e.pdf




30

Xarici  elementin  iştirakı  olan  müqavilələrin 

tərtibatında  iştirak  edən  hüquqşünaslar  “call-op-

tion”,  “put-option”,  “drag-along  rights”,  “tag-along 

rights” kimi ifadələrə hərdən rast gəlirlər. Sadalanan 

bu müqavilə şərtləri, əsasən, korporativ münasibətlər 

çərçivəsində bağlanan müqavilələrdə istifadə olunur.

Bu və digər müqavilə şərtlərinin beynəlxalq kom-

mersiya  münasibətlərində  geniş  istifadə  olunması 

məlumdur.  Azərbaycan  biznesinin  də  xarici  bazar-

lara  çıxışı  ilə  inkişaf  etmiş  ölkələrdə  istifadə  olu-

nan  müxtəlif  müqavilə  konstruksiyaları  artıq  bizim 

praktikaya  da  daxil  olur.  Azərbaycan  hüququna 

məlum olmayan, lakin kommersiya münasibətlərinin 

tənzimlənməsi üçün əlverişli olan müqavilə alətlərinin 

yerli biznes iştirakçıları

1

 tərəfindən istifadəsinə də rast 



gəlmək olar

2

, lakin eyni zamanda bu konstruksiyaların 



Azərbaycanda  hüquqi  müdafiəsi  məsələsi  biznes 

iştirakçıların əsas narahatçılığıdır.

Opsion  müqaviləsi  (ingilis  dilindən  tərcümədə 

option  -  seçim)  onun  tərəflərinə  alternativ  (seçim) 

təqdim edən alətdir. Bu seçim şərtsiz olaraq müqavilə 

tərəflərinin  birinə  məxsus  olur  və  digər  kontragen-

tin iradəsindən asılı deyildir. Məhz bu seçim imkanı 

üçün tərəflərdən biri digərinə opsion mükafatı (option 

premium)

3

 ödəyir. Yəni ödəyən şəxs seçim hüququnu 



(opsionu) əldə edir.

4

Opsion  müqaviləsinə  müxtəlif  korporativ 



münasibətlərin  tənzimlənməsində  rast  gəlmək  olar.

5

 



Opsion  hüququnu  müəyyən  edən  şərtlərə,  əsasən, 

özəl  investisiyalar  (privateequity),  riskli  kapital  (ven-



turecapital)  və  investisiya  yatırımları  çərçivəsində 

bağlanan müqavilələrdə

6

 əks olunur.



Opsion  müqaviləsinə  aid  normalar  ölkə 

qanunvericiliyində  olmadığından    biz  ona  yaxın 

olan  konstruksiyaları  araşdırmağa  çalışacağıq. 

Opsion  bir  çox  xarici  ölkələrin  təcrübəsində  və 

beynəlxalq təcrübədə geniş istifadə olunan müqavilə 

konstruksiyalarından  biridir.  Almaniya  hüququnda 

opsion  müqaviləsi  (optionsvertrag)  geri  çağırılmayan 

(geri götürülə bilməyən) oferta kimi qiymətləndirilir. 

Opsion müqaviləsinə bu yanaşma ABŞ hüququnda da 

var.


Əsasən, iki növ opsion razılaşmaları mövcuddur. 

Bunlar  satış  opsionu  (put-option)  və  alış  opsionudur 

(call-option). 

Satış opsionuna əsasən bir tərəf ona məxsus olan 

səhmləri (payı) müəyyən hadisələr baş verdikdə (və 

ya  vermədikdə)  əvvəlcədən  razılaşdırılmış  qiymətə 

alınmasını digər tərəfdən tələb etmək hüququna ma-

likdir.


Alış opsionuna əsasən isə bir tərəf müəyyən şərtlər 

əmələ  gəldikdə  (və  ya  gəlmədikdə)  digər  tərəfə 

məxsus  səhmləri  (payı)  əvvəlcədən  razılaşdırılmış 

qiymətə ona (yəni birinci tərəfə) satılmasını tələb etmək 

hüququna malikdir.

8

Təcrübədə  “klassik”  formatda  opsion  müqavi-



lələrinə  və  daha  mürəkkəb  formada  tərtib  olu-

nan  opsion  şərtlərinə  rast  gəlmək  olar.

9

  Müxtəlif 



müqavilələrdə  opsion  şərtlərini  yuxarıda  göstərilən 

“klassik”  formatdan  fərqlənən  formada  görmək 

olar.  Məsələn,  investisiya  yatırımı,  korporativ  və 

maliyyələşdirmə  müqavilələrindən  hüquqşünaslara 

tanış  olan  “drag-along”  və  “tag-along”  şərtlərinin 

formatında.

10

Opsion  müqavilələri  qanunvericiyə  zidd  deyil. 



Sözsüz ki, ideal halda müqavilə azadlığı prinsipindən 

emin kяrimov

Hцquqшцnas

LLM. University of Minnesota Law School

opsion mцqavilяsinin azяrbaycan 

hцququnda istifadя imkanlarы.

“drag-along” vя “tag-along” bizdя 

iшlяyяcяkmi?

Bakы 


HUQUQ

 

Jurnalы



Xarici element olmayan kommersiya münasibətləri nəzərdə tutulur.

Kommersiya münasibətlərin tənzimlənməsi üçün uğurlu müqavilə konstruksiyaları barədə müəllif digər yazılarda qeyd etmişdir. Məs. Səhmdarlar müqaviləsi 



Azərbaycan hüququnda. Bakı Hüquq Jurnalı, 2012 N1, səh 10-14; Riskli kapital (Private Equity/Venture Capital) əqdlərinin Azərbaycan hüququnda tətbiqi. Bakı 

Hüquq Jurnalı, 2012 N2, səh 14-19.

Qeyd etmək lazımdır ki, opsion premiyasının ödənilməsi opsion müqaviləsinin zəruri amillərinə aid deyil. Tərəflər bu ödənişin olub-olmamasını özləri müəyyən 



edə bilərlər. 

Opsion mükafatı öz növbəsində opsion müqaviləsi üzrə əsas öhdəliyin icrasının ödənişi deyil, bu mükafat məhz seçim hüququnun əldə edilməsi, yəni əsas 



öhdəliyin icrasını (müqavilənin bağlanmasını) tələb etmək və ya imtina etmək imkanına görə verilən ödənişdir.

Ayrıca müqavilə formasında və ya müəyyən müqavilə çərçivəsinə daxil edilən şərtlər formatında.



Məs. Səhmdarlar (İştirakçılar) müqaviləsi, Birgə müəssisə (birgə fəaliyyət) haqqında müqavilə və s.

Müvafiq hüquq tətbiqetmə təcrübənin məhkəmələr vasitəsi ilə formalaşmasının tərəfdarları olan hüquqşünaslar, müxtəlif müqavilə konstruksiyalarına aid nor-



malar ilə qanunvericiliyin doldurulması ilə razı deyillər. Onlar “müqavilə azadlığı” və “tərəflərin iradə azadlığı” prinsiplərinə əsaslanan məhkəmə təcrübəsinin 

formalaşdırılması mövqeyini dəstəkləyirlər.

Göründüyü kimi, hər iki variantda tərəflərdən birinin tələb hüququ var və o, hüququn realizasiyası razılaşdırılmış şərtlər çərçivəsində yalnız həmin tərəfin 



iradəsindən asılıdır. Digər tərəfində isə, tələb irəli sürüldükdə razılaşdırılmış öhdəliyin qeyd-şərtsiz icrası öhdəliyi var.

“Drag-along rights” və “tag-along rights” kimi tanınan müqavilə şərtləri. Bu haqda bir az geniş məlumatı məqalədə verməyə çalışmışıq.




Yüklə 6,81 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə