Baku Law Journal indd



Yüklə 6,81 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix31.08.2018
ölçüsü6,81 Mb.
#65557
1   ...   11   12   13   14   15   16   17   18   19

Siz  uzun  və  qəliz  mətnləri  oxumaqdan  zövq 

alırsınız?  Düşünürəm ki, yox.  

İnsanlar  uzun  və  qəliz  mətnləri  oxumağı 

sevmirlər.    Hüquqi  mətnlərə  və  hüquqi  yazılara 

da münasibət eynidir. Məhkəmə qərarları da daxil 

olmaqla,  hüquqi  mətnlər  insanlar  üçün  yazılır  – 

onlar digər planetdən gələn şəxslər üçün nəzərdə 

tutulmur.  

Bu məqalə hüquqi yazı – daha konkret desək, 

hüquqi  mətnləri  daha  mükəmməl  yazmaq  üçün 

istifadə  olunan  “qaydalar”

1

  haqqındadır.  Bu 



məqalədə “hüquqi yazı” dedikdə rəsmi yazışmalar 

(məktublar), 

memorandumlar, 

məhkəmə 


qərarları, ittiham aktları, iddia ərizələri və s. kimi 

yazılar  nəzərdə  tutulur.    Əlbəttə,  bu  sadalanan 

sənədlərin  hər  birinə  dair  istər  qanunvericilikdə, 

istərsə də müasir yazı praktikasında xüsusi qayda-

lar mövcud ola bilər.  Biz burada daha çox bütün 

hüquqi yazılara dair tətbiq oluna biləcək qaydalar 

haqqında söhbət açacayıq.

Bu  məqalə  qanunlar,  qaydalar  və  müqavilələr 

kimi  qaydalar  müəyyən  edən  sənədlərin  yazılışı 

və tərtibi haqda deyildir.  Bu, ayrıca bir mövzudur. 



HЦQuQ

İ yaZının ЯHЯmİyyЯTİ

Əgər  biz  hüquq  sistemində,  o  cümlədən  aka-

demik  sahədə,  inkişaf  prioritetlərini  müəyyən 

etməliyiksə,  hesab  edirik  ki,  hüquqi  yazının 

təkmilləşdirilməsi bu prioritetlərdən biri olmalıdır.  

Hüquqi  yazının  əhəmiyyəti  böyükdür.

2

  Məsələn, 



məhkəmə  qərarları:  yazılı  qərar  məhkəmə  pros-

esinin  son  nəticəsidir  və  burada  proses  zamanı 

bütün  mühüm  məsələlər  öz  əksini  tapmalıdır  – 

hansı  sübutlar  mövcuddur,  kim  hansı  mövqedə 

olmuşdur,  sübutlar  necə  qiymətləndirilir? 

Sübutları dəqiq araşdırmayan, dinləməyən hakim 

(və ya onun katibi) bu sübutları yazılı formada yaxşı 

təhlil edə bilməz.  Bir sözlə, yazılı qərarlar bizə çox 

şeyi deyir, hətta pis yazılan qərar belə. 

Lakin  hüquqi  yazı  sadəcə  hüquqi  mətnin 

keyfiyyətinin ölçüsü və ya göstəricisi deyildir.  Hes-

ab edirəm ki (və yəqin çoxları razılaşar ki), o eyni 

zamanda,  hüquqi  bacarıqların  təkmilləşdirilməsi 

üçün alətdir. Hər hansı mətni mükəmməl yazmaq 

üçün müəllif ilk növbədə mətnin mövzusunu yaxşı 

bilməlidir.    Mövzunu  yaxşı  bilmədən  hər  hansı 

məsələni yazılı şəkildə, xüsusən də sadə dildə izah 

etmək çox çətindir (əgər mümkündürsə). 

Mükəmməl  yazmağı  öyrənməyin  məqsədi  ya-

lan yazmaq deyildir - əsas məqsəd yazıları oxucu-

lara daha yaxşı çatdırmaq və mövqeyi daha yaxşı 

izah etməkdir.



Qaydalar

Hüquqi  yazının  daha  mükəmməl  və  effektiv 

olması  üçün  müasir  yazı  sahəsində  ixtisaslaşan 

mütəxəssislər  aşağıdakı  ən  mühüm  və  əsas  qay-

dalara  riayət  etməyi  tövsiyə  edirlər.    Bu,  yalnız 

seçilmiş  (əhəmiyyətliliyindən  asılı  olaraq) 

tövsiyələrdir.    Hüquqi  yazıya  dair  ədəbiyyat 

(xüsusən  də  ingilis  dilində)  kifayət  qədər  çox-

dur və orada digər faydalı məlumatlarla tanış ol-

maq  mümkündür.    Ancaq  hər  bir  halda  hüquqi 

yazını  inkişaf  etdirməyin  yolu  yazı  qaydalarını 

öyrənmək, sonra isə onları tətbiq etməkdir – prak-

tika, praktika, praktika.

1. S.A.Q.: Sadə, aydın və qısa yazın. Uzun və qəliz 

yazılar mətnləri daha“elmi” və “ağıllı”etmir.  Bir 

qayda  olaraq,  gözəl  və  ağıllı  yazı  sadə,  aydın  və 

qısa yazıdır.

Bu  qaydaya  riayət  etmək  üçün  ilk  növbədə 

cümlələri  qısa  yazmaq  lazımdır.  Bir  cümlə  bir 

səhifənin yarısını və ya üçdə birini tutmamalıdır.  

Bu cür cümlələri çoxları diqqətlə oxumurlar.

Əmin  olun  ki,  cümlə  hər  hansı  konkret  və 

mühüm  olan  fikri  ifadə  edir.  Ümumi  sözlərdən 

və  ümumi  qiymətləndirmədən  ibarət  olan  (misal 

rяшid Яliyev

“FИNCA Azяrbaycan” 

Bank olmayan kredit tяшkilatыnыn 

hцquq departamentinin meneceri 



HЦQuQ

İ yaZıya gİrİШ – 

BЯZ

İ mЦHЦm Qaydalar

23

  



  №4  |  OKTYABR 

2013


1

 Burada hüquqi yazıya münasibətdə “qayda” sözü daha çox qeyri-formal qaydalar və müasir hüquqi yazı praktikasında ən yaxşı praktika mənasını daşıyır.  

Burada “qayda” dedikdə qanunvericilikdə nəzərdə tutulan qaydalar nəzərdə tutulmur.

2

 Hüquqi yazı demək olar ki, artıq özü-özlüyündə bir elmdir və bir çox ölkələrdə, xüsusən də ABŞ universitetlərinin hüquq fakültələrində geniş tədris olunur.




24

üçün, “çox gözəl”, “mühüm əhəmiyyət kəsb edən” 

və  s.)  cümlələrdən  qaçın.  Mətləbə  keçin.    Əmin 

olun ki, mətndə ən mühüm mövqeyiniz və digər 

mühüm məsələlər öz əksini tapmışdır.  Bir sözlə, 

çalışın “qısa və konkret” olasınız.



2. Mətni başlamaq: Mətni ən mühüm mövqeyi-

niz  və  ya  mətnin  nəticəsini  (və  ya  məğzini) 

səsləndirən cümlə ilə başlayın.  Sonra bu mövqeyi 

izah  edin  və  digər  mühüm  məlumatları  əlavə 

edin.    Misal  üçün,  əgər  biz  alqı-satqı  müqaviləsi 

üzrə Alfa şirkətinə qarşı pulun ödənilməsi iddiası 

ilə məhkəməyə müraciət ediriksə, o zaman yəqin 

ki, iddia ərizəsini bu cümlə ilə başlamaq istəyərik: 



“Alfa Şirkəti bizimlə müqavilə bağlamış, üzərinə pulu 

ödəmək  vəzifəsi  götürmüş,  ancaq  ödənişi  etməmiş  və 

müqavilə üzrə öhdəliyini pozmuşdur. Buna görə də Alfa 

şirkəti  bizə  X  məbləğində  pul  ödəməlidir”.    Bu  iddia 

ərizəsinin əsas məqsədi Alfa şirkətinin müqaviləni 

pozduğunu  və  bizim  ondan  pul  tələb  etdiyimizi 

bildirməkdir.    Daha  sonra  biz  Alfa  şirkətinin  nə 

şirkət olduğu, nə ilə məşğul olduğu, müqavilənin 

hansı  şərtlərlə  bağlandığı  və  s.  məsələlər  barədə 

məlumat verə bilərik.

3. Məlum cümlə: Çalışın məlum cümlələrdən

3

  



istifadə  edin  –  məchul  cümlələrdən

4

  deyil.



 

Bu, 


çox  mühüm  qaydadır!    Məlum  formada  qurulan 

cümlələri anlamaq daha asandır.  Bu cür cümlələr 

daha  konkretdir.    Misal  üçün,  yazmaq  lazımdır: 

“İddiaçı  məhkəmədə  iddia  qaldırmışdır”;  yazmaq 

lazım deyil: “məhkəmədə iddia qaldırılmışdır” və ya 



“iddiaçı tərəfindən iddia qaldırılmışdır”.  

Bu mühüm qaydaya riayət etmək üçün cümlədə 

subyekti  müəyyən  etmək  lazımdır  –hərəkəti  kim 

yerinə  yetirir?  Bir  çox  hallarda  insanlar  subyekti 

müəyyən  etmək  istəmədikləri  üçün  cümlələri 

məchul formada yazırlar.  Bu, heç də yaxşı olma-

yan praktikadır.  Məlum cümlələr daha aydındır, 

o  cümlədən  oxucuya  daha  aydın  istiqamət  verir.  

Məsələn,  yuxarıdakı  iddia  ilə  bağlı  cümlədə  – 

məchul formada qurulan cümlə “məhkəmədə iddia 



qaldırılmışdır” subyekti gizlədir – bizə kimin iddia 

qaldırdığını demir.

5

Əlbəttə,  bəzən  cümlələri  məchul  formada 



qurmağa məcburuq.  Ancaq maksimum dərəcədə 

bundan qaçmağı tövsiyə edərdik.



4. Artıqları ləğv edin: Artıq və zəruri olmayan 

sözlərdən,  söz  birləşmələrindən  və  cümlələrdən 

qaçın.  “Yazıb bildiririk ki”, “nəzərinizə çatdırırıq 

ki”,  “nəzərə  alın  ki”

6

  və  s.  kimi  sözlər  cümlədə 



artıqdır və heç bir əhəmiyyət kəsb etmir.  Əksinə, 

oxucunu çaşdırır. Aydındır ki, əgər biz məktub və 

ya  müraciət  yazırıqsa,  yazdıqlarımızı  bildirmək 

üçün  yazırıq  –  əlavə  olaraq  “yazıb  bildiririk  ki” 

yazmağa  ehtiyac  yoxdur.    Eyni  ilə  “nəzərə  alın 

ki” – əgər biz yalnız bir neçə cümləni “nəzərə alın 

ki”  sözləri  ilə  nəzərə  çatdırırıqsa,  o  zaman  digər 

cümlələr nə üçündür? (ritorik sualdır).



5.  Hekayə  danışın:  Mövqe  bildirən  hüquqi 

yazılar  bir  növ  hekayəyə  bənzəyir.    Ancaq  bu 

hekayət faktlardan, təhlillərdən və s.-dən ibarətdir.  

Yaxşı yazı diqqəti cəlb edir və oxucunu daima “son-

ra nə baş verdi?” və ya “görəsən, müəllif bu hüqu-

qi  mövqeyi  daha  necə  əsaslandırır?”  suallarını 

verməyə  məcbur  edir.    Burada  cümlələrin  yaxşı 

təşkil olunması, strukturu və ardıcıllığı böyük rol 

oynayır.

mЯHkЯmЯ QЯrarları

Məqalənin  bu  hissəsində  məhkəmə  qərarları 

barədə müzakirə aparmağı istərdik.  Öncədən qeyd 

edək ki, məhkəmə qərarları bizim “hücum obyek-

timiz” deyil.  Sadəcə olaraq, onlar cəmiyyət üçün 

daha  böyük  əhəmiyyət  kəsb  edir.    Onu  da  qeyd 

edək  ki,  qanunvericilik  məhkəmə  qərarlarının 

strukturuna dair bəzi tələblər müəyyən edir.  An-

caq bunlar çox ümumi xarakter daşıyır və burada 

qeyd  etdiyimiz  qaydaların  tətbiqini  qətiyyən  is-

tisna etmir.

Yuxarıda  sadalanan  qaydaların  hamısını 

məhkəmə qərarlarına tətbiq etmək olar.  Ancaq bir 

sıra  xüsusiyyətlər  vardır.    Məhkəmə  qərarlarının 

özləri qısa olmaya da bilər – yaxşı məhkəmə qərarı 

ondan təsbit olunan mövqeyi ətraflı izah etməlidir, 

sübutları tutuşdurmalı və təhlil etməlidir.  Bunun-

la belə, cümlələrin qısa və aydın olması vacibdir.

Digər bir məsələ məhkəmə qərarlarında məchul 

cümlələrin  istifadəsidir.    Məhkəmə  hər  hansı 

qaydanı  müəyyən

7

  və  ya  təsdiq  edərkən  bu  cür 



cümlələrdən  istifadə  etmək  məcburiyyətindədir.  

Bu  məqbuldur,  çünki  qaydalar  ümumi  xarakter 

daşıyır və tətbiqi konkret şəxslərlə məhdudlaşmır.  

Bununla  belə,  maksimal  olaraq,  məchul 

Bakы 

HUQUQ


 

Jurnalы


3

 İngilis dili qrammatikasında “activevoice”, Rus dili qrammatikasında “действительныйзалог” qaydasına yaxındır

4

 İngilis dili qrammatikasında “passivevoice”, Rus dili qrammatikasında “страдательныйзалог” qaydasına yaxındır



5

 Əlbəttə iddianı iddiaçılar qaldırırlar, ancaq bu bir misaldır.  

6

 İngilis dilində daha çox istifadə olunan sözlərdən biri – “Pleasenote”-dur.Bu sözləri sevən şəxslərə bildirmək istərdik ki, “pleasenotethatthesewordsareredundant”.



7

 Məhkəmələrin qaydalar müəyyən etmələri barədə baxın presedentlər haqqında məqaləyə:http://www.legalforum.az/?cat=articles&id=171




Yüklə 6,81 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə