Araz qan ağlar
!
*- Ateist inanmaz heç bir Allaha,
Yazqısını yazdırmaz heç bir “şah”a.
(Ateistin siyası anlamı.)
101
Tacir sinfi milli haqları satdı
Tərsini söylədi xalqı aldatdı
İnanan xalq başını atdı yatdı
Oyandı gördü zülüm ərşə çatıb
Tacir sinfi qazanıb, ölkə batıb
102
Satqın ortaq milli haqları satar
Ölkənin qazancı paylanar batar
Satqına qazan dibi ancaq çatar
Qoymaz təcrübə dönüşə bilikə
Ki düşək əldən ələ, eyni kökə
103
Sağçı hakim edər taciri bəyi
Solçunun yurduna yanar ürəyi
Kökündən dəyişdirər hər bir şeyi
Xalqı sağçı edən tacir sinfidir
O sinfin qazancı ilə kefidir
104
Sərmayəsi təhsil olan bürokrat
Olsa tacir sinfinə sürücu, “at”
“Haqq” qazanar ki, seçilə deputat
“Haqq” qazanar ki, rüşvət ala qat-qat
Sata xalqın milli haqqını yada
Ki özü hər nazı neməti dada
31
Araz qan ağlar
!
105
Fars deyir imperializmə satılım
Onun sömürdüyü qədər batırım
Tərbizi çapım Tehranda yatırım
Fars nələr etdiyini yaxşı bilir
İrançi Türkün saqqalına gülür
(Federalist Türkün saqqalına gülür)
106
Bugünkü İranın yarı nüfusu
Türk kökənlidir ki, yoxdur ordusu
Qurtarıb-qoruya milli namusu
Türkün də olsaydı milli dövləti
Azərbaycanda qalardı sərvəti
Pozulmazdı dili mədəniyyəti
107 *- Milyard dolar
Babəkin yurdunda höküm sürən yad
Fars dövlətidir ki, alır maliyat
(vergi)
Çapır mədənlərini edir bərbad
(... Süngün mədənindən on yeddi milyard)*
Farsistanı edir İranda abad
Qalanıyla dövlətə alır silah
Farsa zərərli şeyi edir günah
108
Doxsan faiz dövlətə aid ... bina
Nazirlik, dəmiryolu, xəstəxana
Üniversitə, otuban, kərxana ...
(fabrika)
İranın Farsistanında qurulub,
Çünkü Fars dövləti naxırçı olub
32
Araz qan ağlar
!
109
Səttar istiqlal üçün əlləşsəydi
Türk ilə Fars yurdunu bölüşsəydi
Farsistan öz gücüylə gəlişsəydi
Farsistan Əfqanistanın tayıydı
Dirçəlmək Azərbaycanın payıydı
110
Kim deyir çinli “cəhənnəm”ə getdi?*
Milli inqilabı məqsədə yetdi
Yurdunu çapdırmadı, “cənnət” etdi
Yurdunu “cənnət” edən “məlakə”dir
“Cəhənnəm” xaraba qalmış ölkədir
*- Sağcı deyir
111
Fars Türkün
milli dərisini soyur
Etiraz edənin gözünü oyur
Başına fars məclisində börk qoyur
Çünkü satqın Türkü vəkil seçdirir
Türkə qarşı qanun ölçüb-biçdirir
112
Bir qıran istə aldığın maaşdan
Az qalar çatlaya bağrın təlaşdan
Hələ yardım gözlərsən vətəndaşdan
Niyə göz yumursan milyonlara ki?
Hər gün milli bac alırlar zorakı
33