Araz qan ağlar
!
89 *-
“Axtaran tapar.”
Hər sinfi toplumun sağı solu var
Necə hər çiçəyin ayrı kolu var
Hər bir sinfin də bambaşqa yolu var
Hansı sinfin Türkə göstərdiyi yol,
Türk xalqını edib fars soyluya qul?*
90
*- illət ~ səbəb
Hər şeyin içindədir öz illəti*
Satdırar xalqını satqın milləti
Satqının olmaz ki, milli qeyrəti
Millətin satqını kompradordur
Solu yurdsevərdir, ağıldan kordur
91
Yazqı yazdırana deyərlər illət
Ağacı içindən qurd yeyər millət
Sağçı kəsimdə olmaz milli qeyrət
Tacir öz yurduna edər xəyanət
İmtiyaz alsa ki, edə ticarət
92
El gücü sərmayələrdə toplanıb
Çünkü fərdin meyli ilə qaplanıb
Satqın tacir sinfi üçün saplanıb
İstiqlal istəməz imtiyaz ala
Çox qazanmaq üçün İranda qala
Satqın sinfi buraxsan öz halına,
Yanarsan el-obanın əhvalına.
28
Araz qan ağlar
!
93
Türk soylu tacir istər çox qazana
Çox qazanmaq üçün dilini dana
Farsa milli bac verən yurdu yana
Səksən il çapdırdı Azərbaycanı
Silkəsən toz qalxmaz ki, çıxar canı
94
Tacir milli haqları da mal sanar
Satdırar, ticarət haqqı qazanar
Çapılan xalqı yurdu odda yanar
Tacirsiz ölkə etməz yada qulluq
Çapılmayan ölkədə yaşar bolluq
95
Çapılan ölkədə tacir şah olar
Xalqın payı nalə ilə ah olar
İstiqlalın məhsulu rifah olar
Sərmayə qulluq edər öz elinə
Keçsə milli dövlətinin əlinə
96
Tacir imperializmə olsa dəllal,
Deyər imperialistlərdən ucuz al!
İflas ol, inkişaf etmə , geri gal!
Dövlət tacir olsa, tacir də fəhlə,
Son verər yoxsulluğa, fəsada, cəhlə.
29
Araz qan ağlar
!
97
İnkişaf etdirər hər sinfin solu
Ticarı sərmayənin olma qulu
Milli inkişafında olmaz rolu
Tacirin əlində toplansa manat
Nə elm inkişaf edər, nə də sanat
(İstanbul şivəsi)
98
Heç bir baqal deməz yoğurdum turşdu
Ev yıxan deməz bayquş yaxşı quşdu
Satqın deməz ki, satqındı, naxoşdu
1- Yurdu müstəmləkə xalqın milləti
2- Ölkəsi bölünmüş xalqın milləti
3- Maşın qayırmayan xalqın milləti
Satqındır ki, qullanmayır qeyrəti
99
Lənət olsun bizə yazqı yazana
Milli haqq satar ki, bazar qazana
Milli köləliyin ömrü uzana
Qırx milyon qoçağı olan bir millət
Satqın olmasa bölünməz məmləkət
(Satqın olmasa çapılmaz məmləkət)
100
Çin xalqı anladı nədi azadı
Çünkü dövlətləşdirdi iqtisadı
“Sosializm” adlandı formanın adı
Ürətə bildi gərəkən hər zadı
Biz tacir sinfinin yolunu getdik
Ölkəmizi xarici bazar etdik
30