Araz qan ağlar
!
136
Azərbaycana istiqlal lazımdır
Sübut edəcək nədən bu yazımdır
Mahnılarda söylənən “Araz”ımdır
Federalizm içiboş milli haqdır
Tacir sinfinə imtiyaz almaqdır
137
Xain ovlamaq üçün duzaq qurar
Qandırmaq üçün nala-mıxa vurar
Ovladıqdan sonra qullanar burar
Naxırçısız Federalizm yürüməz
Naxırçı olmayan soyu qorumaz
138
Fars bizə “Türk xər” dedi yetmədi
Səksən il bac aldı yedi yetmədi
“A” dedik, anladı “zed”i yetmədi
İndi də bu təhər Türkü pisləyir;
“Türk faşistdir ki, istiqlal istəyir”!
(Faşit Lenin də böylə deyirdi.)
139
Gərəkəndə qeyrətli Türk dedilər
Türk şahının belini bük dediler
Şah olduqdan sora “eşşək” dedilər
Dos sandığın Fars Türkə “eşşək” deyir
Səhvinin kötəyini ... yurdun yeyir
40
Araz qan ağlar
!
140
Qaşısan “kommunist” Farsın üzüü
Altından faşist çıxar ki, özünü
Gizlədə bilməz aldada gözünü
Rədd edər milli istiqlal sözünü,
Deyər qurd yaranıb yeyə quzunu.
141
Dedim qəzvinlinin milli gəliri
Axır Yəzdə ki, hər gün dirçəliri
Bu haqsızlıq ürəyimi dəliri
Dedi “hərcayi” düşünməz ki, Türkə
Bölünməz “işçi birləşdirən” ölkə
(Bölünər işçi köç etdirən ölkə.)
142
İstiqlalçı xalqın ağzını tikən
Milli qeyrətin də belini bükən
Farsdır ki, istəməz qurtula ölkən
“Dünyanın işçiləri birləşsinlər”
Deməz ki bir ölkədə yerləşsinlər
Deyər zülümə qarşı birləşsinlər.
143
(Yalançıya lənət!)
Şovenist Fars gözəl bəzənmək üçün
İlhaqçı ömürü uzanmaq üçün
Yurduna milli bac qazanmaq üçün
Deyir ilhaqçılığın da hədəfi
Budur ki bölünməyə “işçi sinfi”
41
Araz qan ağlar
!
144
Proletersiz İranda Fars balası
Geyir cürbəcür “kommunist” libası
Vətənsiz yetişdirir ki, atası
Sömürgələrdən ala bığ parası
Ki gəlişə Kərəc Kirman arası
Hər bir işçi proleter sayılmaz,
Maddəsiz yerdə düşüncə yayılmaz.
145
Farsın Türkə verəcəyi əzabdır
“Sosializm”i imkansız inqilabdır
(Proletersiz ölkələrdə sərabdır)
Çapılmağı unutduran şərabdır
Fars desə savaşın “sosializm” üçün
Uğraşdırar zay ola milli gücün
Türk öncə yurdunu qurtarmalıdır,
Çünkü itib-batan beytülmalıdır.
146
Leninist Fars istər dərdi sağala;
İmperialistlərdən haqqını ala
Öz milləti müstəmləkəçi qala
Fars niyə faşist olduğunu danır?!
Faşistliyini “kommunistlik” sanır?!
Milli zülüm zülümün soydaşıdır,
Kommunist hər cür zülümə qarşıdır.
42