Boğaram federalist düşsə əlimə.
228
Milli gəlir ölkədə qalmaq üçün
Qoruyucu ordusu olmaq üçün
Qarabağı qurtarıb almaq üçün
Azərbaycana istiqlal gərəkir
Federalist köləlik toxumu əkir
229
*- 12.06. – 21.09.1345
Xalqımın başçısı yurdsevər olsa
Qulam Yəhya təkin satmasa Rusa
Silahlandıran Rus rəqibi bulsa
Üçay içində başladıb bitirər*
Müstəqil olmasa genə itirər.
Sınanılmış Azərbaycan sınanmaz,
Haqlını silahlandıran qınanmaz.
230
(22.05.2006 böcək demədimi?)
Fars soylu Türk soylunu “eşşək” sanır
Səbəbini bilməyən Türk utanır
Tarixini bilən od tutur yanır
Fars ilə davamız soy davasıdır
Türk ilə davamız demokrasıdır
231
*- Təcrübələrdən sor!
Demokrası hakim olsa savaşa
Eyni haqqı verər bacı-qardaşa
Neçə sinifdən oluşmuş soydaşa
Demokrası “haqq” verər hakim soya*
Ki əsir millətin gözünü oya
64
Boğaram federalist düşsə əlimə.
232
Azərbaycan ayrılıb dövlət qursa
Minlər fabrika qurdurar ulusa
Necə ki, Farsistan qurdurur Farsa
Xalqımız şad olar, yurdumuz abad
Bütövləşsə Qarabağ olar azad
233
Butay ayrılsa Qarabağ qurtular
Silah satan dövlətə dəstək olar
Yoxsa bambaşqa bir dəstəkçi bular
Sökdürər düşmən quran firmaları
Düşmən malı almaz ki, ola karı
234
İlhaqçı görsə kəsinləşir xətər
Don dəyişdirər ki, etməyə zərər
Federalçı olar ki, içməyə zəhər
Zəhər içirən istiqlalçı olsa
Yenilməz ki, qırx-əlli il də susa
235
( Şuar vermə, ağıl ver )
Xalqımın dərdi qeyrətsizləşməkdir
Düşmənlərinə nifrətsizləşməkdir
Bütövləşməyə həsrətsizləşməkdir
Aldanar biliksiz el, biliksiz fərd
Yada sərvət yaradar, özünə dərd
Çatla bağrım Araza çəkdirmə dərd
65
Boğaram federalist düşsə əlimə
236
Vətənim iki əsirdir ağlayır
Yurdsevər ürəklərini dağlayır
Araz ayrılıq dərdindən dığlayır
Canım qurban vətənimə, elimə
Boğaram federalist düşsə əlimə.
01.04.2004
66
Federalist
doktor deyil, sancıdır
237
Bugünkü İran gedir parçalana
İnanma Farsın dediyi yalana
Fars istər dövlətinə arxalana
Çünkü sərvət qazanır Farsistana
Yəni fars dövletini Türk yıxacaq
Ayrılmasa hər şey boşa çıxacaq
238
Federalizm deyər: “tapan tapanındır”;
Farsistandakılar Farsistanındır
Manufaktorlar Azərbaycanındır
Gərəkməz hər şey hər ölkədə ola
Yetər ki, mal satıla, boşluq dola
239
Türk istəsə yurdu İranda qala
Farsistanın çapdığı beytülmala
Haqq verməlidir Farsistanın ola.
Yüz səksən il sonra federal ölkələr
Bugünkü Farsistan qədər dirçələr
240
( Ağalıq ilə sərmayə satılmaz.)
Kim deyir neft şirkəti millətindi?
Firmaları göndərən şirkətindi
(Sərmayəni göndərən şirkətindi)
İdarə haqqı sizin dövlətindi
Sömürgəçi millət “yetim bəsləməz”
Neft gəlirini Turana xərcləməz
67
Dostları ilə paylaş: |