Federalist doktor deyil, sancıdır.
241
(... və montaj fabrikaları)
Neft firması şəklində sərmayələr
Haçan ödəndi fəsx ola “ayə”lər?
Gərçəkləşmiş ola milli qayələr
Milliləşmiş şey idarə haqqıdır
Ərəb çölünə kirayə haqqıdır
242
(Yanlış öyrətənləri tanı!)
Hər sinf iqtisadına şəkil verər
Yasallaşdırmaq üçün vəkil verər
Ana-yasası dövlət təşkil verər
Dövlət hakim soyun təşkilatıdır
Təşkilat sürücü sinfin atıdır
(Pərdə arxasındakı höküm sürən sinifdən söz gedir.)
243
(Nə qaldı ki, etməsin?)
Fars milləti kəsib Türkün əlini
Çapıp səksən illlik beytülmalını
Pozub milli şüurunu dilini
Təhrif edib tarixini rolunu
Türk tarixini Fars adına yazıb
Minlərcə yalanı ard-arda düzüb
(Purpirarın bel-buxumunu əzib)
(Nasir P.)
244
Dil haqqı milli-mədəni bir haqdır
Siyası milli haqq milli talaqdır <
Yurdunu qurtaran bilikli xalqdır
Qoruyan milli orduyla silahdır
Bilikləndirməmək böyük günahdır
68
Federalist doktor deyil, sancıdır.
245
Fars milləti Azərbaycanı çapır
Həm də Türkün alnına yapma yapır
“Çölmək dığırlanır duvağın tapır”
Düşməni siz sevdirirsiniz xalqa
Ki hə deyə milli-mədəni haqqa
246
Fars öz xeyrinə xalqın yetişdirib
Türkə milyonlar azqın yetişdirib
Sümük gəmirən satqın yetişdirib
Türkü federalist edən yabancıdır
Federalist doktor deyil, sancıdır
Federalist Türk otaya yabancıdır,
Çünkü İranda qalan irançıdır.
247
)Üzeyirdən öyrənəlim.)
Görəsən bu Farsın nəyi, harası?
Xoşuna gəlibdir ki, sevir Farsı,
İstəyir Farsla evlənə balası.
Xeyir, federalist pulgir adam deyil,
Gülnaz da satılacaq madam deyil.
248
Farsı federalçı edən şey xeyridir
Məzlumla zalımın yolu ayrıdır
Düşmənsevər Türkün yolu əyridir
Fars şərəfsiz olub Turanı çapa
Türk şərəfsiz olub otaydan qopa
Türk şərəfsiz olub yolundan sapa
69
Federalist doktor deyil, sancıdır.
249
Həm otay, həm butay Azərbaycandır
İkiyə bölünmüş vahid bir candır
Fars həm biganədir, həm də düşmandır
Federalist öz elinə üz çevirər
Bacarsa istiqlalçını devirər <
250
Federalist xalqın harayına yetməz
İstiqlal fikri ilə tanış etməz
Hədəfin yolunu tanıyan itməz
Federalist Türk bilikin qorxusundan
Oyadmaz cəhalətin yuxusundan
251
Çünkü Türk aldandı yolundan sapdı
Rus Azərbaycanı böldü, Fars çapdı
Dərdin çarəsini axtaran tapdı
Sən də federalçı etmiş olsan məni
Kim bütövləşdirəcək bu vətəni?
252
Dünya federalizmin kökünü qazır
Satqın Türk federalizm xeyrinə yazır
Bəlkə satqın deyil, aldanır azır
Öz əliylə özünə qəbir qazır
Federal haqq içiboş milli haqdır
Tacir sinfinə imtiyaz almaqdır
Federalizm aldadıcı bir oyundur,
Özgədən asılı millət qoyundur.
70
Dostları ilə paylaş: |