Federalist doktor deyil, sancıdır.
264
On ildir Rusyanın burnu ovulub
Ordusu Azərbaycandan govulub
Pişəvəri çağı çoxdan sovulub
Bu gün bütövləşmənin zamanıdır
Nala-mıxa döyən Türk düşmanıdır
265
Biz Türklər uyqarların lap özüyük
Əyri-üyrüsü deyilik düzüyük
Ədalətin söylədiyi sözüyük
Nə zülm edərik, nə məzlum qalarıq
“Zor”dan zorla haqqımızı alarıq.
(Ölüb-öldürüb qələbə çalarıq.)
18.04.2004
74
İşqala bais olan
dərdə salmaz.
266
Ədalətin sözünə baxan yoxdur
Gözü yaşlı Araz tək axan yoxdur
Erməni təkin Türkü yaxan yoxdur
Vətəni işqaldan qurtarmaq borcdur
Düşmən təkin silahlanmamaq suçdur
267
Silahlandırıb savaşa dalan yox
Ağlar Qarabağı geri alan yox
Bir milyon qaçqını yada salan yox
Amerika hər gün Bakıya gedir
Ucuz neftdən karını hesab edir
268
Amerika ilə Rusya savaşır
Yüz yirmi min Erməniyə yanaşır
Azərbaycanın canına daraşır
Rusya Erməniyə torpaq qazanır
Amerika neftli yataq qazanır
269
Uduzan Rus Azərbaycanı bölür
Türk xalqı yurdundan qovulur ölür
Udan Amerika sevinir gülür
Amerika deyir Türk ölür ölsün
Mənə neft olsun satım cibim dolsun
75
İşqala bais olan dərdə salmaz.
270
Rusya işqalçının dərdini çözür
Azərbaycanlı dərd içində üzür
Silahlanmaq umudu ilə dözür
Amerika neft imtiyazı alır
Türkə silah satmayır, dərdə salır
271
Azərbaycan Rusyadan yana olsa
Rusya Azərbaycanı satmaz Farsa
İstər bütövləşə, dost ola Rusa
İşqala bais olan dərdə salmaz
İşqalçı Erməniyə ... çəpik çalmaz
272
(Araz ~ bütöv Azərbaycan)
Otayın silahı yoxdur savaşa
Silahsız Araz coşa bilməz daşa
Daşsa ayrılıq ömrü çatar başa;
Silahlansa fəsx olar Türkmənçay
Bütövləşər həsrətli otay butay
Ay Ömərqulu!
İnanma Rusqulu hakimiyetə,
Savaşı uğradar məğlubiyyətə.
(Deməyin demədilər.)
273
Haqq söz söylə ki, dinə bilməsinlər
Ağıllandır ki, minə bilməsinlər
Silahlandır ki, yenə bilməsinlər
Alçağı əlbəttə uşaq da minər
Miniş verilməsə minən də enər
76