Barişiq və VƏTƏndaş BƏrabəRLİYİ MƏSƏLƏLƏRİ ÜZRƏ GÜRCÜstan döVLƏt naziRİ aparati



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə15/16
tarix19.10.2018
ölçüsü0,95 Mb.
#74727
1   ...   8   9   10   11   12   13   14   15   16

Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının  və 2017-ci il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

33 


 

 

 



Hesabat  dövründə  Gürcüstan  Parlamenti  Milli  Kitabxanası  Barışıq  və  Vətəndaş  Bərabərliyi  Məsələləri  üzrə 

Gürcüstan  Dövlət  Naziri  Aparatı,  Gürcüstan  Xalq  Müdafiəçisi  Aparatı  yanında  mövcud  Tolerantlıq  Mərkəzi, 

Gürcüstanda yaşayan etnik azlıq icmaları ilə sıx əməkdaşlıq edirdi. 

Partnyor təşkilatlarla sıx əməkdaşlıq nəticəsində 2017-ci ildə Milli Kitabxanada 3 tədbir keçirildi. Foto sərgilər, 

konsertlər,  kitab  təqdimatları  da  onlar  sırasında  idi.  Qeyd  olunan  tədbirlər  Gürcüstanda  yaşayan  etnik  azlıq 

nümayəndələrinin  mədəni  irsinin,  incəsənət  və  ənənələrinin  populyarlaşdırılması  və  onların  mədəni  məkana 

inteqrasiyasını təmin etmək məqsədini daşıyır. 

Gürcüstan Parlamenti Milli Kitabxanası tərəfindən həyata keçirilmiş tədbirlər: 

 

Serqo Paracanovun 93 illik yubileyinə həsr edilmiş tədbir



 



Milli  Kitabxanın  “ekvilibrium”  hərəkatı  çərçivəsində  Saqareco  bələdiyyəsi  Ləmbəli  kəndinin  qeyri-

gürcüdilli məktəbində kitabxana açıldı. 

 

Milli  Kitabxanın  “ekvilibrium”  hərəkatı  çərçivəsində  Bolnisi  bələdiyyəsinin  qeyri-gürcüdilli 



məktəblərinə (Savaneti (İmirhəsən) kəndi, Kvemo Arkevani (Qoşakilsə) kəndi)  kitablar təqdim olundu. 

 

Tbilisi şəhər bələdiyyəsi tərəfindən görülmüş işlər 

Hesabat  dövründə  Tbilisi  şəhər  bələdiyyəsi  Sakrebulosu  yanında  mövcud  “Dostluq  Evi”  fəaliyyətini  aktiv 

surətdə davam etdirdi. “Dostluq Evində” arasıkəsilmədən mədəni-maarif tədbirlər (xalq bayramı “maslenitsa”, 

Belarus  icmasının  tanınmış  yazıçılarının  yardıcılıq  həftələri,  yəhudi  mərkəzinin  direktoru  Zaira  Davaraşviliyə 

fəxri  vətəndaş  adının  verilməsi  və  sair)  və  treninqlər  (“Uğurlu  danışıqların  aparılması  və  tərəflərin  səfərbər 

edilməsi  ”)  həyata  keçirirdi.  Həm  treninqlərdə,  həm  də  tədbirlərdə  etnik  azlıq  nümayəndələri  aktiv  şəkildə 

iştirak edirdilər.  

Sakrebulonun  təşəbbüsü  ilə  “Qafqazı  daha  yaxşı  tanıyaq”  mövzusunda  sayca  10-cu  konfrans  keçirildi. 

Konfransda  Tbilisinin  yuxarı  sinif  şagirdləri  ilə  yanaşı,  Telavidən  və  Pankisidən  gəlmiş  şagirdlər  də  iştirak 

edirdilər.  Konfrans  iştirakçıları  Qafqaz  xalqlarının  mədəniyyəti,  tarixi,  adət-ənənələri,  həyat  tərzi,  çoxəsrlik 

münasibətlərlə  bağlı  əsərlərini  təqdim  etdilər.  Şagirdlər  tərəfindən  Qafqaz  mövzusunda  işlənmiş  nümunələr 

sərgiləndi.   

Halhazırda “Tbilisi Dostluq Evində” etnik azlıqların muzeylərinin açılması ilə bağlı aktiv surətdə işlər görülür.  

 

Batumi şəhər bələdiyyəsi tərəfindən görülmüş işlər  

Batumi  şəhər  bələdiyyəsi  tərəfindən  qeyri-kommersiya  hüquqi  şəxs  (QKHŞ)  “Batumi  Mədəniyyət  Mərkəzi” 

yanında  mövcud  “Dostluq  Evi”  çərçivəsində  yazıçılar,  şairlərlər  və  incəsənət  xadimləri  ilə  görüşlər  keçirildi, 

kitabların  təqdimatı,  yeni  başlayan  rəssamların  sərgiləri  təşkil  olundu.    Gənc  şagirdlər  və  tələbələr  üçün 

intellektual oyunlar keçirildi, yaradıcılıq axşamları və konfranslar təşkil edildi. 



Gürcüstan İdman və Gənclərlə İş üzrə Nazirlik tərəfindən görülmüş işlər 

 



Xmavli dağı gənclər düşərgəsi –Xvamli dağında arxeoloji düşərgə salındı. Düşərgə çərçivəsində Xvamli 

dağına  və  Utsvaşi  qalasına  ekskursiyalar  təşkil  olundu.  İştirakçılara  həmçinin  ilkin  tibbi  yardımın 




Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının  və 2017-ci il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

34 


 

 

 



göstərilməsi ilə bağlı treninq və arxeologiya və tarix barəsində mühazirələr keçirildi. Layihədə 19 gənc 

(7 qız, 12 oğlan) iştirak edirdi ki, onlardan 5-i etnik azlıq nümayəndəsi idi. 

 

Pankisidə,  Tuşeti  və  Pşav-Xevsuretidə  yerli  gəncləri  turizmin  inkişafına  cəlb  etmək  məqsədilə  layihə 



həyata  keçirildi.  Layihə  gənclərin  dağda  piyada  bələdçi  kimi  hazırlaşdırılmasını  nəzərdə  tuturdu. 

Layihədə 15 gənc iştirak etdi. Üç günlük kurs başa çatdıqdan sonra piyada bələdçilər məşqçi ilə birlikdə 

planlaşdırılmış  9  günlük  gəzintini  həyata  keçirdilər.  Piyada  yürüş  zamanı  onlar  Pankisi  dərəsindən 

Tuşetiyə keçdilər və yeni piyada yürüş marşrutunun  qeydlərini apardılar. Layihə çərçivəsində Pankisi-

Tbatana-Borbalo-Tuşeti marşrutunun detallı təsviri hazırlandı. Təsvir edilmiş marşrut elektron, eləcə də 

çap şəklində işıq üzü görəcək.  

 

Eko  düşərgə  layihəsinin  əsas  məqsədi  yeniyetmələr  arasında    ekologiyanın  və  ətraf-mühitin 



müdafiəsinin  əhəmiyyəti  barəsində  məlumatlılıq  dərəcəsini  yüksəltmək,  qeyd  edilmiş  mövzularla 

maraqlanan  gənclərin  qeyri-formal  təhsil  fəalliyyətinə  cəlb  etmək  və  həvəsləndirməkdən  ibarətdir. 

Inkluziv qrup Gürcüstan miqyasında 14-16 yaş qrupuna daxil olan gənclərdən komplektləşdirildi. Eko 

düşərgə  çərçivəsində  yaşıllaşdırma  və  təmizlik  aksiyaları  da  keçirildi.  İştirakçılar  aşağıdakı  mövzular 

üzərində  işlədilər:  aktiv  vətəndaşlıq,  könüllülük,  komanda  quruculuğu,  həmyaşıd  təhsili,Gürcüstanın 

mühafizə  olunan  əraziləri,  qalıqların  idarə  edilməsi,  iqlim  dəyişiklikləri  və  təbii  fəlakətlər,  layihənin 

yazılması  və  təqdimatı  bacarıq-qabiliyyətləri.  Həmçinin  gənclər  maraqlı  oyunlar  və  maarifləndirici 

fəaliyyətlər vasitəsilə Laqodexi qoruğunu da gəzmiş oldular. Layihə iştirakçıları aşağıdakı regionlardan 

idilər: Tbilisi, Marneuli, Hereti (Qax), Laqodexi, Qardabani, Ninodzminda.  

 

 

V. Beynəlxalq öhdəliklərin yerinə yetirilməsi 

 

Etnik  azlıqların  müdafiəsi  nöqteyi-nəzərdən  Gürcüstan  müxtəlif  beynəlxalq  vasitələr  çərçivəsində  özünün 



beynəlxalq öhdəliklərini yerinə yetirir. Dövlətimiz Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasına 

qoşulmuşdur. Konvensiya çərçivəsində Gürcüstan beynəlxalq ictimaiyyət qarşısında etnik azlıqların hüquqlarının 

müdafiəsini  və  onların  ölkənin  inkişafında  layiqli  iştirakının  təmin  edilməsini  nəzərdə  tutan  öhdəliklər  

götürmüşdür. Qeyd edilmiş mexanizmdən irəli gələrək, Dövlət Naziri Aparatının koordinasiyası ilə monitorinqin 

üçüncü dövrü çərçivəsində dövlət hesabatı hazırlandı. Hesabat 2017-ci ilin iyul ayında Avropa Şurasına təqdim 

edildi. Hesabat 2012-2017-ci illər dövrünü əhatə edir və Gürcüstan tərəfindən konvensiya ilə müəyyənləşdirilmiş 

öhdəliklərin yerinə yetirilməsini əks etdirir.   

2017-ci il Fəaliyyət planının icrası prosesində Dövlət Naziri Aparatı Vətəndaş sektoru, beynəlxalq təşkilatlarla, 

ölkəyə  akkreditə  olunmuş  diplomatik  korpusla,  yerli  və  beynəlxalq  ekspertlərlə,  Xalq  Müdafiəçisi  Aparatı 

yanında  mövcud  Milli  Azlıq  Şurası  ilə  sıx  əməkdaşlıq  nümayiş  etdirmişdir.  Həmçinin,  Dövlət  Naziri  Aparatı 

etnik azlıqların kompakt məskunlaşdığı regionların əhalisi, yerli özünüidarə qurumları və qeyri-hökumət təşkilatı 

nümayəndələri ilə da daimi əlaqəsi saxlamışdır.  




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə