Barişiq və VƏTƏndaş BƏrabəRLİYİ MƏSƏLƏLƏRİ ÜZRƏ GÜRCÜstan döVLƏt naziRİ aparati



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə12/16
tarix19.10.2018
ölçüsü0,95 Mb.
#74727
1   ...   8   9   10   11   12   13   14   15   16

Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının  və 2017-ci il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

27 


 

 

 



 “Qeyri-gürcüdilli məktəb müəllimlərinin peşəkarlıq səviyyələrinin yüksəldilməsi” proqramı həmçinin Samsxe-

Cavaxeti,  Kvemo  Kartli  və  Kaxeti  regionlarının  qeyri-gürcüdilli  məktəblərində  yaranmış  kadr  çatışmazlığının 

aradan qaldırılmasını nəzərdə tutur.Bu məqsədlə məktəblərə cəlb edildi: 

 



Gürcü dili, ikinci dil kimi proqramı üzrə 118 məsləhətçi-müəllim ;  

 



Gürcü dili, ikinci dil kimi proqramı və ictimai elmlər üzrə 114  köməkçi müəllim ;  

 



Təhsil Proqramı ilə nəzərdə tutulmuş müxtəlif fənn istiqamətləri üzrə50 ikidilli köməkçi müəllim.  

 

Minillik  Çağırış  Fondu  –Gürcüstanın  müəllim  və  məktəb  direktorlarının  təkmilləşməsi  layihəsi  

çərçivəsində bir sıra tədbirlər həyata keçirildi: 

  



 

2017-ci il iyul ayında fənn imtahanının, fənlər üzrə peşəkar kompetensiyaların təsdiqlənməsi keçirildi ki

burada 177 rusdilli, 369 ermənidilli, 387 azərbaycandilli ərizəçi iştirak etdi; 

 



Liderlik  akademiyası  1  və  2  keçirildi  və  layihə  çərçivəsində  Liderlik  Akademiyası  1-in  3  modulu  (40 

ünsiyyət saatı) və Liderlik Akademiyası 2-nin beş modulu (cəmi 64 ünsiyyət saatı) treninq materialları 

ilə birgə azərbaycan, rus və erməni dillərinə tərcümə edildi; 

 



Kütləvi  məktəblərin  qeyri-gürcüdilli  direktorları  və  vasitəçilər  üçün  Liderlik  Akademiyası  1-in  üç 

modulu üzrə (100 erməni dilli, 58 azərbaycandilli və 9 rusdilli) treninqlər təşkil olundu; 

Azərbaycandilli və rusdilli kütləvi məktəb direktorları və vasitəçilər (dəvət olunmuş 81 iştirakçı) üçün də 

treninqlər keçirildi; 

 

Ümumi  peşəkar  qabiliyyətlərin  üç  modulu  treninq  materialları  ilə  birgə  Azərbaycan,  rus  və  erməni 



dillərinə  tərcümə  edildi:  “Şagirdə  yönəlmiş  tədris  mühitinin  xarakteristikası”;  “Şagirdə  yönəlmiş  tədris 

mühitinin öyrənilməsi və qiymətləndirilməsi strategiyaları” və “Tədris prosesinin pozitiv yönləndirilməsi 

və peşəkar inkişafa hazırlıq”; 

 



Qeyri-gürcüdilli  məktəblərdə  kimya,  fizika,  biologiya,  riyaziyyat,  coğrafiya  və  ingilis  dili  müəllimləri 

üçün  ümumi  peşəkar  qabiliyyətlər  üzrə  kursun  birinci  moduluna  uyğun  treninqlər  təşkil  edildi. 

Treninqlərə 2091 müəllim dəvət edilmişdir ki, onlardan yalnız 1547 (74%) nəfər treninqə qatılmışdır. 

 

Dövlət dili tədrisinin təkmilləşməsinin dəstəklənməsi  

Vətəndaş inteqrasiyası prosesində dövlət dili biliyinin yüksəldilməsi əhəmiyyətli çağırışı təşkil edir. Təhsilin hər 

pilləsində proqram və layihələrin həyata keçirilməsi prosesi davam etdirildi. Bu layihə və proqramların başlıca 

məqsədi dövlət dili biliyi səviyyəsinin yüksəldilməsindən ibarət idi.  

Gürcüstan  dövlət  dilinin  tədrisinin  əlçatanlığını  yüksəltmək  və  onun  populyarlaşdırılmasını  dəstəkləmək 

məqsədilə 2017-ci il ərzində gürcü dilinin xarici dil kimi tədrisi proqramı “İrbaxi” çərçivəsində planlaşdırılmış 

işlər yerinə yetirildi və www.geofl.ge veb səhifəsinə yerləşdirildi: gürcü dilini öyrənmək istəyən əcnəbilər üçün 

“Ağmarti” dərsliyi (dil biliyi üzrə B1, B2, B2+ səviyyələri); uyğunlaşdırılmış ədəbi qiraət (dil biliyi üzrə B1, B2, 

B2+  səviyyələri);  öyrənənlər  üçün  özünüqiymətləndirmə  şkalaları;  tərcümə  lüğəti,  izahlı  lüğət,  audio  elektron 

lüğət (dil biliyi üzrə B1.1 səviyyəsi). Veb səhifənin il ərzində 27000 istifadəçisi olmuşdur. 



Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının  və 2017-ci il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

28 


 

 

 



Dövlət dili biliyini təkmilləşdirmək istiqamətində ÜHHŞ Zurab Jvania adına Dövlət İdarəçilik Məktəbi  də 

öz  fəaliyyətini  davam  etdirdi  və  il  ərzində  “Dövlət  dilinin  tədrisi  proqramını”  həyata  keçirdi.  Proqram 

çərçivəsində  dövlət  sektorunda  işləyən  etnik  azlıq  nümayəndələri,  yerli  özünüidarəçilik  orqanları,  diyar 

administrasiyaları, Təhsil Nazirliyinin resurs mərkəzləri, kütləvi məktəb əməkdaşları və eləcə də maraq göstərən 

istənilən şəxs məktəb tabeliyində olan 10 regional tədris mərkəzində

14

 və 175 səyyar qrupda (71 kənddə) dövlət 



dilini öyrənmək imkanına malikdirlər. 

İl ərzində dövlət dilinin tədrisi proqramından 3247 benefisiar (1423 erməni, 1620 azərbaycanlı, 3 rus, 2 yunan, 

11 gürcü, 6 çeçen, 8 osetin, 1 ukraynalı) istifadə etdi. 

ÜHHŞ  Müəllimlərin  Peşəkar  İnkişafı  üzrə  Milli  Mərkəzin  “Qeyri-gürcüdilli  məktəb  müəllimlərinin 

peşəkar  inkişafı  proqramı”  çərçivəsində  Samsxe-Cavaxeti,  Kvemo  Kartli  və  Kaxetidə  qeyri-gürcüdilli 

məktəblərin yerli müəllimlərinin iki axını üçün dövlət dilinin tədrisi kursu  keçirildi. Kursda ümumilikdə 1080 

dinləyici iştirak etdi. 

Dövlət  dili  biliyi  üzrə  ən  azı  A2  səviyyəsini  təsdiqləmiş  müəllimlərin  proqram  çərçivəsində  peşəkar  inkişafa 

yönəlmiş aşağıdakı treninq-modullardan keçmək imkanları var idi:  

 



 “Tədris prosesinin planlaşdırılması, idarə olunması, qiymətləndirilməsi” -283 dinləyici

 



 “Qeyri-gürcüdilli məktəblərdə inkluziv təhsil” - 126 dinləyici.  

“Qeyri-gürcüdilli  müəllimlərin  peşəkar  inkişafı”  proqramının  məsləhətçi-müəllimləri  tərəfindən  Samsxe-

Cavaxeti, Kvemo Kartli və Kaxetinin qeyri-gürcüdilli məktəb müəllimlərinin ikinci axını üçün dövlət dili tədrisi 

kursu təşkil edildi və kursa 540 dinləyici qatıldı, o cümlədən A1 səviyyəsi üzrə 80 dinləyici, A2+ səviyyəsi üzrə 

303  və  B1  səviyyəsi  üzrə  157  dinləyici.  Dil  kursu  başa  çatdıqdan  sonra  460  iştirakçı  müəllimdən  yekun 

qiymətləndirməyə  440  müəllim  gəlmişdir.  Onlardan  A1  səviyyəsi  üzrə  55  dinləyici,  A2  səviyyəsi  üzrə  171 

dinləyici, B1 səviyyəsi üzrə 108 dinləyici qiymətləndirmədən keçdi.  

Bundan  başqa  dövlət  dili  biliyinin  yüksəldilməsi  məqsədilə,  müxtəlif  idarələr  tərəfindən  həyata  keçirilmiş 

konkret tədbirlər: 

Barışıq  və  Vətəndaş  Bərabərliyi  Məsələləri  üzrə  Gürcüstan  Dövlət  Naziri  Aparatı  və  Elm  və  Təhsil 

Naziriliyinin sıx əməkdaşlığı çərçivəsində, cari ilin fevral ayında Batuminin 14 saylı məktəbində və Peria kəndi 

kütləvi  məktəbində  abxaz  dilinin  tədrisinin  əsası  qoyuldu,  avqust  ayından  isə  Axalkalaki  şəhərində  müqəddəs 

erməni apostol pravoslav kilsəsinin yeparxiyasında gürcü dilinin tədrisi kursları açıldı. 

Tbilisi şəhəri bələdiyyəsi Sakrebulosu yanında mövcud “Dostluq evində” “Gürcü dilini öyrənək” tədris kursu 

təşkil edildi. Layihə çərçivəsində, 38 etnik azlıq nümayəndəsi üç aylıq tədris kursunu keçmiş, onlardan yalnız 

iyirmi nümayəndə kursu başa vurmuşdur. Bu mərhələdə gürcü dilinin tədrisi kurslarına ümumilikdə  etnik azlıq 

nümayəndəsi olan 95dinləyici qoşulmuşdur. 

QKHŞ  “Şagirdlər  və  Gənclərin  Milli  Sarayında”

  15


    “Qeyri-gürcüdilli  şagirdlər  üçün  gürcü  dili”  klubu  da 

fəaliyyət göstərir. 

                                                      

14

 



Axalkalaki, Ninodzminda, Zalqa, Bolnisi, Dmanisi, Marneuli, Qardabani, Saqareco, Axmeta, Laqodexi 

15

 Sarayda etnik azlıq nümayəndəsi olan 237 şagird qeydiyyatdadır ki, onlar da öz növbəsində müxtəlif dərnəklərdə, tədbir 



və fəaliyyətlərdə iştirak edirlər.

 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə