Barişiq və VƏTƏndaş BƏrabəRLİYİ MƏSƏLƏLƏRİ ÜZRƏ GÜRCÜstan döVLƏt naziRİ aparati



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə13/16
tarix19.10.2018
ölçüsü0,95 Mb.
#74727
1   ...   8   9   10   11   12   13   14   15   16

Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının  və 2017-ci il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

29 


 

 

 



Gürcüstan  Cəzaçəkmə  və  Probasiya  Nazirliyinin  sosial  şöbəsi  qeyri-gürcüdilli  məhkumların  gürcü  dilinin 

tədrisi proqramına qoşulmasını təmin edir. 2017-ci il ərzində 74 qeyri-gürcüdilli məhkum gürcü dilinin tədrisi 

kurslarında iştirak etmişdir. 

Gürcüstan  Ədliyyə  Tədris  Mərkəzi  Gürcüstanın  qeyri-gürcüdilli  vətəndaşlarına  pulsuz  gürcü  dili  kursları 

təklif etdi. 2017-ci il ərzində dövlət dilinin tədrisi kursu Marneuli bələdiyyəsi Sadaxlı kəndinin (23 iştirakçı) və 

Saqareco bələdiyyəsi Yarmuğanlı kəndinin (16 iştirakçı) ictimai mərkəzlərində həyata keçirildi.  

 

IV. Etnik azlıqların mədəniyyətlərinin qorunub saxlanması və tolerant mühitin təşviqi 

Hesabat  dövründə  müxtəlif  proqram  və  layihələrin,  eləcə  də  tədbirlərin  həyata  keçirilməsi  davam  etdirildi. 

Bütün  fəaliyyətlər  etnik  azlıqların  mədəniyyətlərini  qoruyub  saxlamaq,  inkişaf  etdirmək  və  populyarlaşdırmaq 

məqsədini  daşıyırdı.  Mədəni  özünüifadəni  dəstəkləmək  və  növbəti  inteqrasiya  məqsədilə  muzey  və  teatrların 

fəaliyyətlərinin maddi cəhətdən dəstəklənməsi mühüm əhəmiyyət kəsb edirdi.  



 

Teatrların dəstəklənməsi 

 



ÜHHŞ Petros  Adamyan adına  Erməni Peşəkar  Dövlət  Teatrı  115  tamaşa, o  cümlədən 3  premyera 

nümayiş  etdirdi.  Tamaşalara  3592  tamaşaçı  qatıldı.  İl  ərzində  teatra  396 000  lari  civarında  maliyyə 

dəstəyi göstərildi.  

 



ÜHHŞ  Heydər  Əliyev  adına  Tbilisi  Azərbaycan  Peşəkar  Dram  Teatrı  7  tamaşa,  Qardabanidə  2 

səyyar  tamaşa,  2  premyera,  Türkiyənin  Adana  şəhərinə  1  qastrol  səfəri  (tamaşaya  850  tamaşaçı  təşrif 

etdi) təşkil edildi. İl ərzində teatra 220 881 lari civarında maliyyə dəstəyi göstərildi.  

 



ÜHHŞ  Aleksandr  Qriboyedov  adına  Dövlət Peşəkar  Rus  Dram  Teatrı  103 tamaşa  keçirmiş,  3147 

tamaşaçısı  olmuşdur.  Magilov  şəhərində  20  qastrol  səfəri,  2  səyyar  tamaşa  keçirilmişdir.  Teatra  1 

089 000 lari maliyyə ayrılmışdır.  

 

Muzeylərin dəstəklənməsi 

 

 



ÜHHŞ  David  Baazov  adına    Gürcüstan  Yəhudiləri  və  Gürcü-Yəhudi  Münasibətlərinin  Tarixi 

Muzeyi  –  David  Baazov  adına    Gürcüstan  Yəhudiləri  və  Gürcü-Yəhudi  Münasibətlərinin  Tarixi 

Muzeyinin dəstəyi ilə “Gürcüstan yahudilərinin poeziyası antalogiyası” kitabı nəşr olundu. 2017-ci ildə 

Bat Yamda (İsrail) “Eşkol Paisi” adına mədəniyyət mərkəzində kitab təqdimatı keçirildi. Əsər 26 əsrlik 

gürcü-yəhudi birgə yaşayışına həsr olunub. Muzeyin fəaliyyəti çərçivəsində 2 sərgi, 1 axşam, 1 yubiley 

tədbiri, 1 görüş keçirilmiş, radio və televiziyada 2 veriliş lentə alınmışdır. İl ərzində muzeyə 115 000 lari 

məbləğində maliyyə dəstəyi göstərilmişdir. 

 

ÜHHŞ  Mirzə  Fətəli  Axundov  adına  Azərbaycan  Mədəniyyət  Muzeyində  -2017-ci  ildə  4  sərgi, 



sənədli filmlərin nümayişi, 2 mədəni-maarifləndirici tədbir, 1 təqdimat keçirildi. İl ərzində muzey üçün 

ayrılmış maliyyə məbləği 37 000 lari təşkil etmişdir

 

ÜHHŞ Smirnovlar Muzeyi –muzey aprel ayında açıldı və onun ümumi büdcəsi 63 216 lari təşkil edir. 



Üç tədbir keçirilmiş, o cümlədən film təqdimatları və görüşlər təşkil edilmişdir.  


Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının  və 2017-ci il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

30 


 

 

 



 

İl  ərzində  etnik  azlıq  nümayəndələrinin  mədəni  irsi,  maddi  və  qeyri-maddi  mədəni  sərvətlərinin  qorunması 

məsələlərinə xüsusi diqqət ayrıldı.  

Mədəni irsi abidələrin reabilitasiyası 

Almaniya  Federativ  Respublikasının  qrant  proqramı  əsasında  ayrılmış  50 000  avro  çərçivəsində  “Alman 

kolonistlərinin Gürcüstanda memarlıq irsi” kitabının çap olunması planlaşdırılıb. 

Həmçinin Aspindza bələdiyyyəsində, Ota kəndində və Axalsixe bələdiyyəsində, Saxuneti kəndində məscidlərin 

bərpası layihələrinin hazırlanması nəzərdə tutulub.  

 

Mədəni tədbirlərin dəstəklənməsi 

2017-ci  ildə  Gürcüstanda  Mədəniyyət  və  Abidələrin  Mühafizəsi  Nazirliyi  “Etnik  azlıqların  dəstəklənməsi” 

prioriteti  üzrə  185 750  lari  maliyyə  ayırdı.  Prioritet  çərçivəsində  mədəniyyət  xadimi  olan  etnik  azlıq 

nümayəndələrinin sərgilərinin, nəşrlərinin, tamaşaların, yaradıcılıq axşamlarının və sair mədəniyyət tədbirlərinin 

dəstəklənməsi prosesi davam etdirildi. Prioritetlər çərçivəsində 14 layihə dəstəkləndi (Əlavə nömrə 3).  

 

Mədəniyyətlərarası  dialoqun  dərinləşdirilməsi  və  vətəndaş  inteqrasiyası  prosesinin  dəstəklənməsi  məqsədilə 



Barışıq  və  Vətəndaş  Bərabərliyi  Məsələləri  üzrə  Gürcüstan  Dövlət  Naziri  Aparatı  müvafiq  idarələrlə 

əməkdaşlıq əsasında aşağıdakı tədbirləri həyata keçirdi:  

 

 “Pankisoba  2017”  –Dövlət  Naziri  Aparatının  iştirakı  və  Kaxeti  diyar  administrasiyasının  təşkilatçılığı 



ilə  Duisi  kəndində  Pankisoba  bayramı  keçirildi.  Tədbirlər  çərçivəsində  müxtəlif  nazirliklərin 

fəaliyyətlərini  əks  etdirən  sərgilər  təşkil  olundu.  Xalq  bayramı  çərçivəsində 

mədəni,  idman  və 

maarifləndirici tədbirlər keçirilmiş, əməkdar və fəxri vətəndaşlar mükafatlandırılmışlar. 

 

Vaynax  mədəniyyəti  həftəsi  –Dövlət  Naziri  Aparatı  və  Qori  Dövlət  Tədris  Universiteti  ilə  əməkdaşlıq 



çərçivəsində  əsrarəngiz  bir  proqram  həyata  keçirildi.  Buraya  konsertlər,  kütləvi  mühazirələr,  kist 

folkloru  və  incəsənət  nümunələrinin  sərgisi,  Vaynax  mövzusu  əsasında  hazırlanmış  təqdimat,  Pankisi 

dərəsi  və  pankisi  bölgəsində  yaşayan  kist  qadınlar  barəsində  çəkilmiş  video  çarxların  təqdimatı,  kist 

şairlərinin yaradıcılığı ilə tanışlıq, uşaq teatrı tamaşaları, idman tədbirləri və s. daxil idi.  

 

Multi-etnik  incəsənət  festivalı  “Bir  səma  altında  –mədəniyyətlərin  dialoqu”  –  Gürcüstan  BMT 



Assosiasiyasının  maliyyə  dəstəyi,  eləcə  də  Gürcüstan  Mədəniyyət  və  Abidələrin  Müdafiəsi  Nazirliyi, 

İdman  və  Gənclərlə  İş  üzrə  Nazirliyin  əməkdaşlığı  ilə  ənənəvi  multietnik  incəsənət festivalı  olan “Bir 

səma  altında  –mədəniyyətlərin  dialoqu”  keçirildi.  Festivalda  gürcü  və  Gürcüstanda  yaşayan  etnik  azlıq 

nümayəndəsi  gənclər  iştirak  edirdi.  Həmçinin  2017-ci  il  ərzində  festival  çərçivəsində  iki  konsert  də 

keçirildi (Axalsixe və Rustavi şəhərlərində). 

 



Dövlət  Naziri  Aparatının  təşkilatçılığı  ilə  Msxeta  şəhərində  Gürcüstanın  müstəqillik  gününə  həsr 

olunmuş folklor konserti keçirildi. Konsert çərçivəsində etnik azlıq nümayəndələri “Pələng dərisi geymiş 

pəhləvan” əsərindən gürcü və ana dillərində parçalar oxudular. Məhz bu tədbirdə Dövlət Naziri Aparatı 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə