Baş məllim S. Z. SƏBZƏLİyeva dosent S. Z



Yüklə 0,7 Mb.
səhifə4/4
tarix18.06.2018
ölçüsü0,7 Mb.
#49445
1   2   3   4

Ölkəmizin dünya ticarət sisteminə faydalı şəkildə qovuşması üçün ilk növbədə beynəlxalq iqtisadi əlaqələrinin tənzimlənməsinin hüquqi əsasını, yəni bir sıra qanunları və digər normativ-hüquqi aktları qəbul etmək lazımdır. Buna paralel olaraq milli qanunvericilik aktların mütləq mütərəqqi dünya təcrübəsindən çıxmış beynəlxalq normalara unifikasiya edilməsi tələb olunur. Bu problemin tezliklə və səmərəli həlli üçün Azərbaycanın ÜTT-yə üzvlüyü olduqca vacib bir şərtdir. Hazırda bu istiqamətdə intensiv fəaliyyət aparılır.

Azərbaycanda köklü reformalarin keçirilməsi ölkəyə kənardan böyük həcmdə investisiyaların gönirilməsi sahəsində toplanan praktikanın daha da təkmilləşdirilməsini və onun təhlilini, investisiya mühitinin sabitləşdirilməsini tələb edir.

Respublikamız bazar iqdisadiyyatının mövcudluğu şəraitində sosial-iqtisadi tərəqqiyə nail olmaq üçün xüsusi inkişaf proqramı və proqnozları işlənib hazırlanmalı və onların həyata keşrilməsi təmin edilməlidir. Belə proqramın əsasını respublikanın mikro və makro səviyyəsində iqtisadiyyatın inkişaf etdirilməsi və idarə edilməsi, onun sosial-iqtisadi səmərəliliyinin yüksəldilməsi, ETT- nin tətbiqinin sürətləndirilməsi, əmək məhsuldarlığının yüksəlməsi və s. təşkil edir. Bütün bu amillər ölkəmizin xarici bazara çıxışında mühüm rol oynayır.

Müasir qloballaşma yeni müstəqillik əldə etmiş ölkələrdən öz iqtisadi təhlükəsizliyini və müvafiq olaraq milli azadlığını qorumaq kimi vacib bir problemin daim diqqətdə saxlanmasını həyti bir məsələ şəklində tələb edir. Bu isə, öz növbəsində, dövlətdən ölkədaxili və ölkədənkənar siyasi-iqtisadi faktorların üzvü əlaqələndirilməsini və onların kompleks formada tənzimlənməsini prioritet məsələ kimi qəbul etməsini zəruri edir.

Belə bir şəraitdə «...dövlət, milli iqtisadiyyatın rəqabət aparmaq qabiliyyətini təmin etməkdən ötrü...nəzarətə yönəlmiş qaydaları ölkəsinə aid uyğunlaşdırmalıdır. 12

Son zamanlar xarici ticarətin tənzimlənməsi istiqamətində dövlətin müvafiq orqanları ikitərəfli və çoxtərəfli sazişlər imzalamış, layihələr həyata keçirmişlər. Belə layihələrin əsasını respublikanın mikro-makro səviyyəsində iqtisadiyyatın inkişaf etdirilməsi və idarə edilməsi, onun sosial-iqtisadi səmərəliliyinin yüksəldilməsi, ETT- nin tətbiqinin sürətləndirilməsi, əmək məhsuldarlığının yüksəlməsi və s. təşkil edir.

Ölkəmizdə aparılan dövlətin iqtisadiyyatı tənzimləmə fəaliyyətinin prioritet sahələrinin ən önəmlilərindən biri də neft-qaz strategiyası hesab edilir. Hazırda Azərbaycanda reallaşdırılan uğurlu neft siyasəti nəticəsində milli iqtisadiyyatın digər bölmələrinin də inkişafına geniş imkanlar yaranıb.

Əsasən də karbohidrogen ehtiyatlarının səmərəli istifadəsi Azərbaycanı dünyada tanıtmışdır. Neft sektorunda yüksək irəliləyiş ölkənin xarici ticarətində mühüm rol oynaya biləcək digər sahələrin də inkişafına təkanverici oldu. Bazar iqtisadiyyatı mülkiyyətin çoxnövlülülyünə əmtəə təsərrüfatının geniş inkişafı, tələb və təklifin dinamikliyi, rəqabətin artması, iqtisadi azadlıq, liberallaşma və bazar infrasturukturunun genişlənməsinə əsaslanır. Buna görə də dövlət iqtisadiyyatı tənzimləyərkən ilk əvvəl bu amillərin tətbiqinə fikir verməlidir. Son 5 ildə ölkəmizdəki dövlət müəssisələrinin özəlləşdirməsi, xarici sahibkarlarla yerli sahibkarların birgə fəaliyyəti, xarici investorların, rezidentlərin ölkəmizdə fəaliyyətinə yaradılmış əlverişli şəraitlər və s. ölkəmizdə sahibkarlığın inkişafına, xarici ticarətin genişlənməsinə səbəb olmuşdur.

Azərbaycanın dünya iqtisadi məkanına uğurla daxil olması, xüsusilə də özünün ixracının və idxalının quruluşunun daha da mükəmməlləşdirilməsi, həmçinin əsaslandırılmış iqtisadi siyasətin səmərəli reallaşdırılması məqsədilə ilk növbədə dövlətin iqtisadi tənzimləmə obyektlərini düzgün seçilməsi tələb olunur. Bu obyektlər ilk növbədə belə seçilməlidir:


  • milli iqtisadiyyatın quruluşu;

  • əhalinin işlə təmin olunma səviyyəsi;

  • ticarət prosesində valyuta dövriyyəsi,

  • dövlətin tədiyyə balansı,

  • qiymətqoyma problemləri;

  • investisiya prosesləri;

  • sahibkarlıq fəaliyyəti və inhisarçılıq və s.

Aparılan tədqiqatlara əsaslanmaqla xüsusi göstərmək lazımdır ki, hazırda milli iqtisadiyyat xarici iqtisadi əlaqələr sistemindən son dərəcə asılıdır. İqtisadçı alim B.Məmmədxanov öz araşdırmalarında qeyd edir:

«Azərbaycanın XİS strategiyasına...o cümlədən, xarici iqtisadi əlaqələrin həcminin və coğrafiyasının bir qədər də genişləndirilməsi daxildir.”13

Sonrakı tədqiqatında B.Məmmədxanov neft amilinindən də vacib dövlətin xarici ticarət-iqtisadi strategiyasının ölkənin inkiıafında oynadığı rolu xüsusi qeyd edir.

«Azərbaycanın XİƏ-nin genişlənməsi, neft hasilatının tükəndiyi dövrdə ticarət saldosundakı üstünlüyün qorunub saxlanmasında müsbət rol oynayacaqdır.”14

Azadlığa nail olmuş respublikamızın həyata keçirdiyi prinsipial yeniləşmiş beynəlxalq iqtisadi fəaliyyəti daha böyük maliyyə resurslarının formalaşdırılması və onların rasional şəkildə zəruri məqsədlərin həllinə istiqamətlənməsinə nəzərdə tutulub. Müasir tənzimləmə sistemində beynəlxalq alqi-satqi proseslərinə təsir etməyin ən səmərəli alətlərindən biri də gömrük vergi və rüsumlarıdır. Bu sahədə düzgün siyasət həyata keçirmək üçün müvafiq hüquqi baza yaradılması üzrə zəruri tədbirlər görülmüşdür. Beləki, mühüm normativ-hüquqi aktlar sayılan Gömrük Məcəlləsi 10.06.1997 tarixində və «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanunu 20.06.1995 tarixində Milli Məclis tərəfindən qəbul edilmişdir. Həmin normativ-hüquqi aktlar ölkədə milli iqtisadiyyatın, onun ayrı-ayrı elementlərinin mənfi kənar təsirlərdən qorunmasını təmin etməklə, gömrük proseslərinin milli maraqlara uyğun səmərəli tənzimlənməsində, respublika büdcəsinə maliyyə vəsaitlərinin böyük həcmdə və stabil formada daxil olmasının təmin edilməsində dövlətin əlində güclü silaha çevrildi. Lakin, bununla iş sona çatmış sayılmır. Yəni, bazar iqtisadiyyatı şəraitində dövlətin qanunyaratma sahəsində fəaliyyəti təkcə yeni qanunların qəbulu ilə bitmir. O, həm də mütəmadi şəkildə mövcud hüquqi bazanın əsas elementləri sayılan qüvvədə olan qanunların keyfiyyəcə yeniləşməsini və zəruri hallarda isə köhnəlmiş qanunların yeniləşməsini, daha tam formada müasir dünya standartlarına cavab verənlərinin qəbul edilməsini həyata keçirməlidir. Buna səbəb dünyada və ölkədə sürətlə dəyişən iqtisadi mühütin Azərbaycanda baş verən ticarət-iqtisadi proseslərin səmərəli tənzimlənməsinin təmin edilməsi üçün müvafiq hüquqi əsasın vaxtında, operativ və keyfiyyətli şəkildə formalaşdılmasını kəskin şəkildə əlaqədar hökumət orqanlarının qarşısında bir vəzifə kimi qoymasıdır. Əks təqdirdə, beynəlxalq ticarət-iqtisadi münasibətlərin milli maraqları təmin edəcəyi formada tənzimlənməsindən söhbə belə gedə bilməz. Bu baxımdan, gömrük qanunvericiliyinin də təkmilləşdirilməsinə zərurət yaranmışdı və 24.06.2011 tarixində Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsi, 13.06.2013 tarixində isə Azərbaycan Respublikasının yeni «Gömrük tarifi haqqında» Qanunu Milli Məclis tərəfindən qəbul edildi. Lakin, qeyd etmək lazımdır ki, artıq dəyişən iqtisadi şəraitin obyektiv tələblərini nəzərə almaqla, həmin tarixlərdən keçən vaxt ərzində bu qanunlarda da bir çox əlavə dəyişikliklər aparılmışdır.

Geyd etmək lazımdır ki, dövlətin xarici ticarət fəaliyyətinin, xüsusilə də idxal sahəsidə, səmərəli reallaşdırılması ilk növbədə gömrük tarıfləri hesabına mümkündür. Bu sahədə gömrük rüsumları bir tərəfdən maliyyə, digər tərəfdən isə himayədarlıq vəzifələrinin reallaşdırırlar. Himayədarlıq idxal tarıflərinin tətbiqi vasitəsi ilə yerinə yetirilir, maliyyə nəzarəti isə birgə olaraq idxal və ixrac tarıflərinin tətbiqi vasitəsi ilə yerinə yetirilir.

Müasir dövrün tələblərinin nəzərə almaqla beynəlxalq alqı-satqı siyasətini təkmilləşdirərək daha da səmərəli etməkdən ötrü dövlətin mühüm tədbirlərindən ən vacibi ölkədə səmərəli iqtisadi fəaliyyət üçün əlverişli hüquqi-iqtisadi mühütin yaradılmasıdır. Bu milli sahibkarlığın sürətli və dinamik tərəqqisi üçün olduqca vacib şərt sayılır. Beləki, məhz iqtisadi fəal subyektlər ölkənin ixrac potensialının dinamik yüksəldilməsinin təminatçısıdır. Bu məqsədlə ölkəmizdə sahibkarlığın süətli genişlənməsinin təmin edilməsi istiqamətində ona müvafiq lazımi stimullar yaradılır, həmçinin, dövlət tərəfindən sahibkarların azad fəaliyyətinə əlverişli şərait təminatı verilir. Dövlətimiz tərəfindən milli sahibkarların fəaliyyətlərinin daha da genişləndirilməsi istiqamətində geniş əhatəli tədbirlər planı işləyib hazırlayır və onların reallaşdırılmasını səlahiyyətli hökumət qurumlarına həvalə edir. Belə hesab edirik ki, Azərbaycan Respublikasında bu tənzimləyici fəaliyyət növlərinin reallaşdırılması nəticə etibarı ilə ölkənin ixrac imkanlarını daha da genişləndirə bilər:

• sahibkarlara əlverişli kredit verilməsi təcrübəsinin geniş tətbiq edilməsi, ölkədə sahibkar üçün sərfəli kapital yatrımı şəraitinin formalaşdırılmasında maliyyə təşkilatlarının aktiv iştirakının təmin edilməsi;



  • bilavasitə əmtəə yaradılması prosesi iştirakçıları üçün stimullaşdırıcı tədbirlər görülməsi, onlara hökumətin müvafiq köməkliyinin göstərilməsi;

  • aqrar sektorda istehsal subyektlərinin daha yüksək faydalı şəkildə işləmələrinin təmin edilməsi məqsədilə aqroxidmətin keyfiyyətinin müvafiq tələblərə cavab verməsi;

  • milli istehsala xidmət strukturları formalaşdırılmalı və mütəmadi olaraq milli sahibkarların fəaliyyətinin genişləmnməsinə onların təsir imkanları artırılmalıdır.

“Beynəlxalq ticarəti tənzimləyəcək hüquq sahələri: ümumi ticarət; gömrük; xarici ticarətdə lisenziyalaşma; idxal və ixraca tətbiq olunan gömrük rüsum, vergilər.”15

Azərbaycan Respublikasının beynəlxalq iqtisadi münasibətlərini ümumi əsasda tənzimləyən digər hüquqi sənədlər vardır. Bu sənədlərdən aşağıda qeyd olunan qanun, sərəncam və qərarlar güstərmək olar:



  • «Azərbaycanda BT pproseslərinin sərbəstləşdirilməsi barədə» AR-sı Dövlət Başçının 15.04.1993 tarixli Sərəncamı;

  • «Azərbaycan Respublikasının beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğvi qaydaları haqqında» AR-nın 13.06.1996 tarixli Qanunu;

  • «Gömrük tarifı haqqında» Azərbaycan Respublikasının Qanunu, 20 iyun 2013-cü il;

  • «Azərbaycan Respublikasında xarici ticarətin daha da sərbəstləşdirilməsi barədə» AR-sının Dövlət Başçının Sərəncamı, 24 iyun 1997-ci il;

  • «AB ilə Azərbaycan Respublikası arasında ticarət və ticarət ilə əlaqədar məsələlər haqqında aralıq sazişinin və ona əlavə olunan Azərbaycan Respublikasının keçmiş Sjvet Respublikalarına verdiyi üstünlüklərin indikativ siyahısı haqqında sazişlər, protokol və yekun aktının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanunu, 17 fevral 1998-ci;

- «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri» Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 22 aprel 1998-ci;

  • «AR-da ixrac-idxalda gömrük rüsum dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı barədə» AR-sı NK-in 12.042001 tarixli Qərarı,;

  • «İxrac nəzarəti barədə» 26.10.2004 tariıli Qanun.

Respublikada xarici investorların maraqlarının və həmçinin yerli sahibkarların müdafiəsi üçün aşağıdakı aktları misal göstərmək olar:

  • «Xarici investisiyanın qorunması barədə» Azərbaycan Respublikası Qanunu (15.01.92).

Əvvəldə qeyd edildiyi kimi, Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra BMT-nin «Dövlətlərin iqtisadi hüquq və vəzifələri barədə» 1974-cü il Xartiyasına qoşulmuşdur. Beləliklə də bu Xartiyadakı bütün prinsiplər Respublikamızın ikitərəfli münasibətlər zamanı xarici dövlətlərlə bağladığı müqavilələrdə öz əksini tapmışdır.

Belə ki, xarici dövlətlərlə Azərbaycanın münasibətlərində «sosial-iqtisadi sistemin azad seçilməsi» prinsipi hüquqi müstəqilliyin əldə olunması anından imzalanmış müqavilələrdə öz əksini tapmışdır. 1998-ci il Azərbaycan-Ukrayna

dostluq və əməkdaşlıq Müqaviləsinin 2-ci maddəsində bu prinsip aşağıdakı qaydada təsbit edilmişdir: «Azərbaycan Respublikası və Ukrayna Respublikası . . . dövlət müstəqilliyinin və xalqların iqtisadi rifahının sonrakı inkişafı və saxlanması üçün şəraitin təmin edilməsində sıx və hərtərəfli əməkdaşlıq edəcəklər».

Vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının bütün iqtisadi müqavilələrində və xarici dövlətlərlə razılaşmalarında «xarici iqtisadi əlaqələrin təşkili formasının azad seçilməsi» prinsipi xüsusi olaraq seçilir. Xüsusilə də, 1997-ci il dəniz gəmiçiliyi haqqında Azərbaycan-Türkiyə razılaşmasının 4-cü maddəsində qeyd edilir ki, razılaşan tərəflər gəmiçilik fəaliyyətinin formalarının seçimində və eyni zamanda mövcud olan və ya yaranan problemlərin qarşısının alınması məqsədi ilə təcrübə mübadiləsi etməkdə və bununla da gəmiçiliyin azadlığı prinsipinin reallaşdırması sahəsində səyləri koordinasiya etməkdə azaddır.

«İqtisadi diskriminasiyaların yolverilməzliyi» prinsipi Azərbaycan-Gürcüstan müqavilə praktikasında öz əksini tapmışdır. Hələ 1996-cı ildə Azərbaycan Respublikasının və Gürcüstanın arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə qəbul edilmişdi. Müvafiq müqavilənin 1 və 2-ci maddələrində göstərilir ki, tərəflər beynəlxalq hüququn bütün prinsiplərinə hörmət edəcəklər və öz münasibətlərində, iqtisadi sahələr də daxil olmaqla heç bir diskriminasiyaya yol verməyəcəklər. Bu prinsip 1995-ci il Azərbaycan Respublikası hökumətinin və Almaniyanın Federativ Respublikasının arasında bağlanmış maliyyə əməkdaşlığı haqqında Razılaşmada da öz əksini tapmışdır.

Təbii resursların böyük ehtiyatlarına malik olan Azərbaycan Respublikası üçün «təbii resursların üzərində dövlətlərin ayrılmaz müstəqilliyi» prinsipinin hüquqi tanınması və çoxtərəfli və ikitərəfli iqtisadi razılaşmalarda rəsmiləşdirilməsi zəruri məsələdir. Bu prinsip, məlum olduğu kimi, Deklarasiyada və Xartiyada, həm də Azərbaycan Respublikasının iştirakıyla iqtisadi razılaşmalarda öz yerini tapmışdır.

Görkəmli ictimai xadim, tədqiqatçı alim R.Mehdiyev qeyd edir:

«Qloballaşma dövründə inteqrasiyanın əlverişli meyillərindən istifadə etməli...inteqrasiya məkanaı üçün...bütün qüvvələri səfərbər etməklə daxil olmalıyıq.”16

Bundan əlavə R.Mehdiyev yazır:

«Bu gün Azərbaycanın uğurları dünyanın ən qüdrətli dövlətlərinin və nüfuzlu beynəlxalq qurumlarının diqqətini bizə yönəltmişdir.”17

Bazar münasibətlərinin inkişafı prosesində XİS-in möbcud daxili və beynəlxalq aləmdəki reallığa uyğunluğunun təmin edilməsində vacib problemlərdən ən vacibi ölkənin xarici ticarət strategiyasının ümummili maraqların ödənilməsi şərtləri ilə uzlaşdırılmasıdır. Yəni, Azərbaycana kənara mal göndərilmə imkanlarının dinamik artımı üzrə fəaliyyət sonda başqa bir siyasəti, kapital yatırımları üzrə tədbirlər kompleksinin müvafiq düzəlişlər əsasında formalaşdırılmasını mühüm bir məsələ kimi qarşıya qoyacaqdır. Bu mənada ki, ixrac potensialının yüksəlməsi üzrə fəaliyyət, mahiyyət etibarı ilə ümumilikdə dövlətin əsalı kapital yatırımlar strategiyasının vacib bir qolunu təşkil etməklə, iqtisadi tərəqqinin mövcud durumunu nəzərə almadan himəyədarlıq tədbirlərinə müraciət etmək ehtiyacı yaradacaqdır. Nəticədə isə belə addımlar həm BİT-in, həm də qüdrətli iqtisadiyyata malik dövlətlərin müvafiq etirazlarları ilə rastlaşacaqdır.

FƏSİL III. İQTİSADİ TƏŞKİLATLARLA ƏMƏKDAŞLIQ ÇƏRÇİVƏSİNDƏ

BEYNƏLXALQ TİCARƏT ƏLAQƏLƏRİ VƏ MALİYYƏ-VALYUTA

MÜNASİBƏTLƏRİNİN HÜQUQİ TƏNZİMLƏNMƏSİ VƏ ONLARIN

FƏALİYYƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ
3.1. İqtisadi əməkdaşlıq çərçivəsində beynəlxalq ticarət əlaqələrinin çoxtərəfli

hüquqi tənzimlənməsində iqtisadi qurumlar onların fəaliyyətinin əsas

istiqamətləri

Beynəlxalq ticarətdə əmtəə axınlarının transsərhəd hərəkətinə təsir göstərən institusional-hüquqi amillərə ilk növbədə, milli iqtisadiyyatı müdafiə edən «yüksək» tarif və qeyri-tarif hədləri, ikincisi, beynəlxalq ticarətin «operatorlarının» hüquqi vəziyyəti, üçüncüsü, xüsusi rejimli malların hüquqi vəziyyəti (məsələn, bütün ölkələrdə silahla ticarət xüsusi hüquqi şəraitdə həyata keçirilir), dördüncüsü isə, xarici ticarətin tənzimlənməsi məsələlərinə dövlətin müdaxiləsi dərəcəsi aid edilir. Belə aydın olur ki, bütün bu aspektlər beynəlxalq ticarət hüququyla tənzilənməlidir.

Beynəlxalq ticarət hüququnun vəzifəsi beynəlxalq ticarətin beynəlxalq hüquqi rejiminin yaradılmasıdır, həmçinin idxal mallarının daxili hüquqi rejimini «nəzarət altına almaq», unifikasiya etməkdir.

Beləliklə, beynəlxalq ticarət hüququ beynəlxalq bazar sahəsində münasibətləri nizama salan beynəlxalq hüquq normalarının sistemidir. Beynəlxalq ticarət hüququnun belə müəyyən edilməsi beynəlxalq ticarətlə bağlı yuxarıda göstərilən bütün xüsusiyyətləri nəzərə alır.

Beynəlxalq bazar beynəlxalq ticarət sisteminin özəyini təşkil edir. Beynəlxalq ticarət sisteminin aşağıdakı bəzi komponentlərini ayırmaq olar:


  • İnstitusional-subyektlər; beynəlxalq ticarət sistemində «iştirak edən şəxslər» qismində ictimai və xüsusi şəxslər - dövlətlər, beynəlxalq qurumlar, qeyri-hökumət qurumları çıxış edirlər; transmilli koorporasiyalar, müxtəlif ölkələrin hüquqi və fiziki şəxsləri və başqaları beynəlxalq normativ sistemin (onun alt sisteminin) beynəlxalq ticarətə «xidmət edən» hissəsidir;

  • Tənzimləyən beynəlxalq hüquq normaları, qeyri-hüquqi normalar, beynəlxalq qurumların («Ümumdünya Ticarət Qurumının hüququ») daxili hüququ, «yumşaq hüquq»; beynəlxalq ticarət sistemini tənzimləyən komponentlərinin tərkibinə həmçinin dövlətlərin müvafiq daxili hüquq normaları və transmilli hüquq normaları daxil edilməlidir;

  • Funksional; bu komponentə hüquqi və siyasi tənzimləmə metodları aiddir;

  • İdeoloji; bu - müxtəlif xarici siyasi və xarici iqtisadi doktrinalardır, konsepsiyalardır, beynəlxalq hüquq düşüncəsidir və s.

Beynəlxalq ticarət sahəsində hüquqi tənzimləmə ikitərəfli və çoxtərəfli müqavilələr sistemində, ÜTT və digər beynəlxalq təkilatların daxili hüququnda, beynəlxalq hüquq adətlərində möhkəmləndirilmiş prinsiplər və normalar əsasında həyata keçirilir.

BİM-in genişlənməsi prosesində xarıcı alqı-satqı əməliyyatları üzrə əməliyyatlar hazırda bilavasitə tərəflərin özləri tərəfindən nizamlanmasına paralel olaraq onların idarə olunmasında ölkələrarası tənzimləmə metod və üsullarından da istifadə geniş yayılıb. Belə bir vəziyyət aşağıdakı amillərlə səciyyələnir:

• müasir şəraitdə hər bir iqtisadi subyektin beynəlxalq aləmlə sıx əlaqələndirilməsi daha geniş vüsət almışdır;


  • bütün beynəlxalq aləmdə mövcud bazarların bütün növlərinin hən üfiqi, həm də şaquli istiqamətdə inkişaf prosesi süətlənir;

  • TMŞ-lərin sayının və güclərinin süətli artımı;

  • BİT-in sayının sürətlə artması.

Bütün bu vəziyyəti nəzərə almaqla göstərmək olar ki,müasir ineqrasiyalaşma şəraitində istənilən dövlətin reallaşdırdığı iqtisadi siyasət onunla sıx təmasda olan ölkənin iqtisadi durumunda güclü izlər qoyur. Həmin ölkələr buna adekvat hərəkət kimi, müvafiq olaraq öz daxili bazarlarını, həmçinin bazar subyektlərini qorumaq məqsədilə zəruri əks addımlar atırlar. Belə bir durum nəticəsində BİM-də nizamlama fəalyyətini bilavasitə hökumətlərin öz aralarında, əlaqələndirilmiş formada həyata keçirilməsinə ciddi ehtiyac yaranır.

Hömətlərarası səviyyədə beynəlxalq alqı-satqı əməliyyatlarının idarə olunması bu hüquqi baza elementləri üzrə aparılır:



  • iki dövlətin iştirakı ilə bağlanan sazişlər;

  • ərazi təşkilatlar səviyyəsində bağlanan ərazi xüsusiyyətli çox sayda subyektin iştirakı ilə bağlanan sazişlər;

  • iri beynəlxalq təşkilatların təşəbbüsü ilə imzalanmağa təqdim olunan ümumdünya xüsusiyyətli çox sayda subyektin iştirakı ilə bağlanan müqavilələr.

Hökumətlərin iştirakı ilə bilavasitə 2 tərəfin formalaşdırdığı idxal-ixrac əlaqələri müvafiq beynəlxalq razılaşmaların vasitəsi ilə idarə olunur. Belə beynəlxalq sənədlər dövlətlərarası ali icra orqanları (dövlət) və yuxarı icra orqanları (hökumətlər) arasında imzalanır. Onlar dövlət başçısı, ya da ali dövlət orqanının (Milli Məclis) müvafiq qərarı ilə ratifikasiyasıyadan keçir. İdxal-ixrac sahəsində əməkdaşlığın qaydaları və şərtlərini müəyyələşdirən 2 dövlət arasında bağlanan belə beynəlxalq sazişlərin icrası bir qayda olaraq 5-10 illik vaxta nəzərdə tutulur, həmçinin bu sənədlərdə tərəflərin qarşılıqlı razılığı əsasında icra vaxtları bu sənədlərdə nəzərdə tutulan mexanizm üzrə artırılır.

İdxal-ixrac proseslərinin hökumətlərarası əməkdaşlıq üzrə idarə olunmasının 2-ci səviyyəsini qeyd edərkən ilk növbədə olaraq gömrük ittifaqları (Gİ) göstərilməlidir. Gİ-rı 2 və ya daha çox hökumətin imzaladıqları beynəlxalq müqavilədir. Həmin müqaviləyə əsasən iştirakçı tərəflər özlərinə və həm də 3-cü tərəfə razılaşdırılmış bir formada gömrük vergi və rüsumları tətbiq edirlər. Həmçinin, Gİ-ları, razılaşmaya görə öz aralarında bir ümumi iqtisadi ərazinin yaradılmasını və sonda isə bu ərazi üzrə ölkələrin gömrük hüdudlarının da aradan qaldırılmasını qərara alırlar.

Beynəlxalq ticarətin idarəolunmasını həyata keçirən təşkilatlar müvafiq səviyyə və fəaliyyət istiqamətinə münasibətdə 2 bölmədə təsnifləşdirilə bilər:


  1. ümümilikdə hökumətlər arasında idxal-ixrac məsələlərini idarə edən beynəlxalq təşkilatlar;

  2. konkret olaraq müəyyən çeşiddə malların idxal-ixracı problemlərinin həllinin təmin edən BİT-lər.

Ümümilikdə hökumətlər arasında idxal-ixrac məsələlərini idarə edən beynəlxalq təşkilatlara Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Ticarət Hüququ Üzrə Şura, BMT-nin Ticarət və İkişaf Qzrə Konfransı, BTP-sı aid edilir konkret olaraq müəyyən çeşiddə malların idxal-ixracı problemlərinin həllinin təmin edən təşkilatlardan aparıcı mövqedə Ümumdünya Ticarət Təşkilatı durur. Qeyd etmək lazımdır ki, adı çəkilən təşkilat hazırkı vəziyyətədək müəyyən inkişaf prosesindən adlamışdır.

Son olaraq 01.01.95 tarixində Uruqvay görüşlərinin yekunu olaraq rəsmi şəkildə Ümumdünya Ticarət Təşkilatının artıq formalaşdığı elan olundu. ÜTT-nin baş idarəedici orqanı Avropada – Cenevrə şəhərində qərarlaşmışdır. Ümumdünya Ticarət Təşkilatı ilk olaraq 1947-ci ildə az sayda dövlətin ticarət məsələləri üzrə çoxtərəfli müqavilə bağlaması yolu ilə formalaşmış qurum - Tariflər və Ticarət Üzrə Baş Saziş kimi təqdim olunmuşdur. Sonradan o qlobal beynəlxalq dir quruma çevrilmişdir. Müasir dövrdə bu samballı təşkilatda irili-xırdalı inkişaf etmiş 160-dək düya dövlətləri birləşmişdir. Bununla yanaşı, Azərbaycan da daxil olmaqla, 30-a qədər dövlət, çox sayda BİT Ümumdünya Ticarət Təşkilatının fəaliyyətində müşahidəçi kimi iştirak edir. Hesablamalar göstərir ki, hazırda dünya üzrə aparılan bütün alqı-satqı əməliyyatları üzrə əmtəə dövriyyəsinin ümumi məbləğinin təqribən 97 %-i Ümumdünya Ticarət Təşkilatının iştirakçı dövlətlərinin hesabına reallaşır.

Mahiyyət etıbarı ilə bir beynəlxalq qurum kimi, dünya miqyasında başlanmış beynəlxalq alqi-satqı müqavilələri üzrə həyata keçirilən hökumətlərarası idxal-ixrac fəaliyyətinin səmərəli idarə edilməsi məhz, bu təşkilatın öz işini necə uğurla qurmasından asılıdır. Beynəlxalq ticarətin tənzimlənməsində ÜTT-nin başlıca məramı dünyanın bütün nöqtələrində dğvlətlərarası alqı-satqı əməliyyatlarını mümkün qədər yüksək həddə sərbəstləşdirmək və bu işləri etibarlı təməl üzərində yerinə yetirməklə dünya iqtisadiyyatının dinamik və səmərəli tərəqqisinə nail olmaqdır.

Ümumdünya Ticarət Təşkilatının üzərinə düşən başlıca funksiyası 1986-1994-cı illərdə Uruqvay danışıqlarının yekun nəticəsi kimi, bağlanmış müqavilələr Toplusu nəzərə alınmaqla bu təşkilatın iştirakçı dövlətlərinin alqı-satqı üzrə əməkdaşlığının maksimum həddə faydalı şəkildə nizamlanmasını təmin etməkdir.

Təşkilatın prinsipləri bunlardan ibarətdir:


  • təşkilatın iştirakçı dövlətlərinə bərabər əlverişli alqı-satqı imkanlarının («ən əlverişli rejim») təşkili;

  • ölkəyə gətirilən mallarla milli əmtəələrin aqı-satqısı prosesində “doğma-ögəyliyk” münasibətlərinin yaranmasına imkan verməmək («milli rejim»);

  • idxal-ixracın nizamlanmasında tarif üsullarından daha çox istifadə edilməsi;

  • idxal-ixracda inzibati metodlardan maksimum uzaqlaşma;

  • idxal-ixrac üzrə dövlətlərin tənzimləmə fəaliyyətlərinin tam anlaşıqlılığı və aydənlığı;

  • milli bazarların yalnız Ümumdünya Ticarət Təşkilatının müəyyənləşdirdiyi üsullarla mühafizəsi;

  • ölkələrin daxili iqtisadi sistemlərində normal rəqabət mühitinin yaradılmasına geniş imkanların formalaşdırılması;

  • idxal-ixrac prosesində yaranan bütüm mübahisələrin və problemlərin yalnız müvafiq razılaşma əsasında yoluna qoyulması.

Təşkilatın funksiyaları bunlardan ibarətdir:

  • Ümumdünya Ticarət Təşkilatının hüquqi bazasını yaradan beynəlxalq alql-satqı müqavilələrin bağlanması, təsdiqi və artıq təsdiqi edilən həmin müqavilələrin icrasına müvafiq kontrolun aparılması;

  • təşkilatın iştirakçı dövlətlərinin özlərinin iştirakı ilə idxal-ixrac prosesinin təşkili ilə əlaqədar görüşlərin keçirilməsinin təmin olunması;

  • təşkilatın iştirakçı dövlətlərinin reallaıdırdıqları idxal-iixrac üzrə tədbirlərin nəzarətdə saxlanması;

  • ÜTT-nin başqa BİT-lə münasibətlərinin reallaşdırılması;

  • təşkilatın iştirakçı dövlətlərinin idxal-ixrac fəaliyyəti prosesində yaranan anlaşısızlıqların sülh yolu ulə yoluna qoyulmasına yardım etmək;

  • dövlətlərarsı idxal-ixrac fəaliyyəti, bu fəliyyətin səmərəli aparılması üzrə həyata keçirilən tədbirlərlə bağlı məlumatların cəmlənməsi, onların emalı və lazımi ünvanlara ötürülməsi.

Ümumdünya Ticarət Qurumunun təşkilati quruluşu onun formalaşdırılması barədə müqavilənin 4-cü maddəsi əsasında müəyyənləşib. (Sxem 3.1.).

c:\users\rahimn~1\appdata\local\temp\finereader12.00\media\image1.png

Sxem 3.1. ÜTT-nin təşkilati strukturu




Ümumdünya Ticarət Təşkilatının baş qurumu təşkilatın Nazirlər Konfransı sayılır. Bu qurumda iştirakçı dövlətlərinin hamısından nümayəndələr fəaliyyət göstərir. Nazirlər Konfransı Ümumdünya Ticarət Təşkilatının fəaliyyəti ilə ortaya çıxan bütün məsələlərin araşdırılması, bu sahədə mövcud şəraiti nəzərə almaqla, mühüm qərarların əldə olunması məqsədilə daxili nizamnaməyə əsasən ildə ən azı 2 dəfə toplanır. Bu qurumun bir sıra mühüm mükəlləfiyyətləri vardır. Bunlara aiddir: Ümumdünya Ticarət Təşkilatının Baş Direktoru vəzifəsinə nümayəndə seçmək və onu vəzifəyə qoymaq, təşkilatın quruluşunu müəyyənləşdirmək və buradakı strukturları formalaşdırmaq, ÜTT-yə təzə iştirakçı dövlətlər götürmək və sair. Hazırkı dövrədək 6 dəfə Ümumdünya Ticarət Təşkilatının ali orqanı toplanmışdır (1996-Sinqapur, 1998-Cenevrə, 1999-Sietl, 2001-Doha, 2003-Kankun, 2005-Honq-Konq konfransları).



Birləşmiş Millətlər Təşkilatının alt quqrumu sayılan Ticarət və İnkişaf üzrə Konfransın BMT-nin müvafiq təşkilatının 1962-ci il tarixli qətnaməsinə əsasdən formalaşdırılıb. YUNKTAD-ın formalaşdırılmasında məqsəd zəif inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərə, bunların içərisində o dövdə hələ mövcud olan sosializm düşərgəsində sayılan dövlətlərə də olmaqla yardım gösyərilməsi olmuşdur. Burada əsas məqsəd həmin dövlətlərin kəskin pis iqtisadi durunmda qalmaları və bununla bağlı meydana çıxmış ticarət-iqtisadi məsələlərin səmərəli həllinin təmin edilməsini göstərmək olar.

Ticarət və İnkişaf üzrə Konfransın həll etməli olduğu məsələlər bunlardır:

  1. Beynəlxalq alqı-satqı əməliyyatlarının genişlənməsinə köməklik, bütün dünyada dinamik iqtisadi inkişafın, həmçinin bütün dövlətlər üçün faydalı olan və onların hüquqlarının qorunmasını nəzərə alan iqtisadi münasibətlərin formalaşmasınin həyata keçirilməsi;

  2. Hazırki, hökumətlərarası idxal-ixrac əməliyyatlarının faydalı şəkildə aparılması məqsədilə dəyərli məsləhətlərin işlənməsi, qayda-qanunların, metodoloji əsasların, iqtisadi-hüquqi mühitin yaradılması, digər vacib sistemlərin işə salınması;

  3. Birləşmiş Millətlər Təşkilatının iqtisadi fəaliyyət sferasında bütün müvafiq strukturların işlərinin əlaqələndirilməsi və uzlaşdırılması prosesində aktiv şəkildə iş görmək.

Yuxarıda qeyd edildiyi kimi, Ticarət və İnkişaf üzrə Konfransın tərkibində altı komitə fəaliyyət göstərir. Bu komitələr fəaliyyətlərini aşağıdakı kimi həyata keçirirlər:

  1. Xammal şəklində mövcud olan mıhsullarla məşğul olan qurum;

  2. Son əmtəələrlə, yarımfabrikat mıhsullarla məşğul olan qurum;

  3. Su yolu ilə nəqletmələrlə məşğul olan qurum;

  4. İdxal-ixrac əməliyyatlarına xidmətlə məşğul olan qurum;

  5. Hökumətlərarası idxal-ixrac əməliyyatların maliyyələ və kredit təminatı ilə məşğul olan qurum;

  6. Müasir texnika və avadanlıqların çatdırılması ilə məşğul olan qurum.

Ticarət və İnkişaf üzrə Konfransın mühüm iş sahələrindən biri də transmilli şirkətlərin işlərinə xüsusi kontrolun aparılması sayılır.

Bu beynəlxalq təşkilat bütün dünya dövlətlərini bir slra geosiyasi, real iqtisadi durumu, sosial inkişaf səviyyəsi, coğrafi mövqeyi və s. şərtləri diqqətdə saxlamaqla və onları nəzərə almaqla qruplaşdırır. YUNKTAD özünün fəaliyyət istiqamətləri və metodologiyasını da həmin qruplaşdırma xüsusiyyətləri nəzərə alınmaqla formalaşdırır. Ticarət və İnkişaf üzrə Konfransının apardığı qruplaşdırmaya əsasən belə bir bölgü alınır:

«A» qrupu - Avropa və Asiya qitələrində yerləşən dövlətlər;

«B» qrupu - güclü iqtisadiyyata malik dövlətlər;

«C» qrupu - Latın Amerikası regionunda yerləşən dövlətlər;

«D» qrupu - əvvəlki sosializm düşərgəsindən olan dövlətlər (Avropa).

«A» və «C» qruplarındakı dövlətlər, həmşinin həmin dövrdəki sosializm quruluşlu dövlətlər keçən əsrın 70-ci illərində birlikdə «77»-lər adlanan xüsusi bir təsnifat formalaşdırıblar.

Ticarət və İnkişaf üzrə Konfransın işində çox güclü fəallıq keçən əsrın 60-70-ci sənələrində daha aydın nəzərə çarpmışdır.

Nüfuzlu beynəlxalq qurum sayılan YUNİSTRAL həmin dövrdə, keçən əsrin 60-cı illərində dünyada yeni formalaşmaqda olan ticarət hüququnun ölkələrarası səviyyədə əlaqələndirilməsi və uzlaşdırılması üçün formalaşdırılıb. Beynəlxalq Ticarət Hüququ üzrə BMT Komissiyanın fəaliyyət prosesində bu beynəlxalq sənədər işlənmişdir: Birləşmiş Millətlər Təşkilatının Dəniz Yük Daşımaları üzrə Müqavilə; Birləşmiş Millətlər Təşkilatının Malların ticarəti üzrə Beynəlxalq Müqavilələr barədə Saziş və s.

Aparılan tədqiqatların yekunlarına əsaslanmaqla belə söyləmək olar ki, hazırda BİT-lər və ümumiyyətlə bütün dünyanın mütərəqqi qüvvələri müasir dövlətlərarası alqı-satqı proseslərinin süətli və dinamik inkişafına maraqlıdırlar. Onlar bu məqsədə uğurla çatmaq üçün öz fəaliyyətlərini daim genişləndirirlər və bu məqsədə nail olunması bütün ölkələr üçün faydalıdır.

3.2. Maliyyə-valyuta münasibətlərinin çoxtərəfli hüquqi tənzimlənməsində

iqtisadi qurumların rolu və onların fəaliyyətinin əsas istiqamətləri



Çağdaş dövrümüzdə fəaliyyət göstərən beynəlxalq kredit quruluşlaının hamısı ikinci dünya müharibəsindən sonra qurulmuşdur. Qlobal və ərazi maliyyə qurumlarının başlıca məramı beynəlxalq iqtisadi mühitin stabilləşməsinə, kompleksliliyinin yaradılması və bu sahədə qarşılıqlı münasibətlərin genişlənməsi probleminin həllnin təmin olunmasıdır. Bu tipli qurumlar çox sayda olmaqla, bir qayda olaraq, bunları reallaşdırırlar:

  • fiskal sferada əlaqələrinin idarə olunmasıı;

  • fiskal strategiya üzrə məsləhətlərin işlənməsi;

  • fiskal sferada məlumatlarının toplanması;

  • vacib məsələlərin həlli istiqamətində aparılan araşdırmaların yayılması.

Dünya əhəmiyyətli beynəlxalq valyuta-kredit qurumlarına bunlar daxildir: Birləşmiş Millətlər Təşkilatının və Beynəlxalq Valyuta Fondunun ixtisaslaşdırılmış qurumları, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankları qrupu, Avropada fəaliyyət göstərən fiskal-monetar təyinatlı təşkilatlar, regional inkişaf bankları və s.

BMT-nin beynəlxalq fiskal münasibətlərdə bilavasətə rolu məhduddur. Bununla belə, inkişaf etməkdə olan ölkələrin ticarəti və inkişafı üzrə BMT-də üç-dörd ildə bir keçirilən Tticarət və İnkişaf üzrə konfransda (UNCTAD) həmçinin valyuta-kredir məsələləri müzakirə olunur. BMT-nin iqtisadi şurası valyuta- kredit məsələlərini də müzakərə edən dörd regional komissiya yaratmışdır. (Avropa, Afrika, Asiya və Latın Amerikası) Sonuncu iki komissiya Asiya İnkişaf Bankı və Amerika İnkişaf Bankının yaradılmasına kömək etmişdir.

Avropada 1948-ci ildə yaradılmış və 1961-ci ilə qədər müxtəlif adlarla fəaliyyət göstərmiş İqtisadi Əməkdaşlıq və İnkişaf Qurumı hazırda 24 Avropa ölkəsini birləşdirir.

Beynəlxalq Valyuta Fondu (BVF). BVF Bretton Vuds Konfransı tərəfindən 1945-ci ildə təsis olunmuş BMT-sistemində fəaliyət göstərən dünyanın ən iri iki beynəlxalq maliyyə qurumından biridir. Şimali Koreya, Lixtenşteyn, Andorra, Monako, Tuvalu və Nauru istisna olmaqla BMT-nin bütün üzvləri eyni zamanda BVF-yə də üzvdürlər.

BVF üzv ölkələr arasında valyuta-kredit münasibətlərini tənzimləyir, tədiyyə balansındakı kəsirlə əlaqədar əmələ gələn çətinliklərin aradan qaldırılması üçün maliyyə köməyi göstərir. Qurumın məqsədi onun quruluş anlaşmasının (Agreement of the İnternational Monetary Fund) 1-ci müddəasında bu formada əks olunur:

  • Dünya səviyyəsində yaranan valyuta məsələlərinin həlli ilə bağlı danışıqlar aparmaq, bu sahədə yaranan münasibətlər üzrə qarşılıqlı fəaliyyət sistemini həmişə işlədən beynəlxalq təşkilatın əlaqələndiriciliyi əsasında valyuta sferasında birgə fəaliyyəti daha da genişləndirmək;

  • Xarici aləmlə alqı-satqınının həcminin stabil şəkildə genişlənməsini həyata keçirmək, iştirakçı dövlətərdə əhalinin işlə təmin olunma səviyyəsinin yüksəlməsi, onların iqtisadiyyatlarının dinamik inkişaf vəziyyətinə çatmalarını təmin etmək;

  • Çoxşaxəli beynəlxalq tədiyyə mexanizminin foarmalaşdırılmasına, xarici alqı-satqı işinə ciddi baryerlər yaradan - pul daxilolmalarına həddlər müəyyənləşdirməsinin ortadan qaldırılmasına köməklik göstərmək;

  • İştirakçı dövlətləri, onların ödıniş balansındakı mövcud disproporsiyaları ləğv etmək üçün zəruri həcmdə borc vəsait ilə təmin etmək. Beynəlxalq rifahın yüksəlməsinə maneəçilik törədən faktorları aradan qaldırmaq;

  • Üzvlərin tədiyyə balanslarındakı sabitsizlik dərəcələrini aşağı salmaq.

Yuxarıda adı çəkilən məqsədlərin reallaşdırlması üçün iştirakçı dövlətlərin icra etməli olduqları bir sıra tələblər mövcuddur. Quruluş anlaşmasının dördüncü və səkkizinci maddələrində yer alan müddəalar aşağıdakı şəkildədir:

  • Beynəlxalq alqı-satqı əməliyyatlarında əmtəələrin döriyyəsi prosesində valyuta üzərində kontrola, onlara müəyyən həddlər qoyulması, spekulativ xarekterli yatırım fəaliyyətinə yol verməmək;

  • Fondun iştirakçı dövlətlərində əlavə milli valyuta emissiyasına yaranan ehtiyac və bu emissiyasınanın həddi barədə dərhal Beynəlxalq təşkilata məlumat vermək;

  • Ümumiyyətlə, milli iqtiadiyyatın vəziyyəti və valyuta ilə bağlı fondu məlumatlandırmaq;

BVF razılaşmada qəbul olunan şərt və tələblərə əməl etməyən, üzərinə düşən vəzifələri pozmuş dövlətlərə münasibətdə müvafiq sanksiyalara cəlb olunar, həmin dövlətlərə nəzərdə tutulan vəsaitlər dayandırılar, hətta onlar təşkilatdan kənarlaşdırılarlar.

Fondun öz xüsusi kapitalından əlavə, borc vəsaiti də əldə etmək şansı da vardır. Beynəlxalq Valyuta Fondunun kredit fəaliyyəti zamanı aşağıdakı əməliyyatlar fərqləndirilməldir:

  • fond resurslarından üzv ölkələrə valyuta vəsaiti verilməsi;

  • borc vəsaiti hesabına maliyyə və texniki xidmətlər üzrə vasitəçilik edilməsi

Ümumiyyətlə, BVF kreditləri tədiyyə balansı kəsirini aradan qaldırılmaq və ya üzv ölkələrin iqtisadi siyasətindəki quruluş dəyişikliklərini dəstəkləmək məqsədiylə verir. Zəif milli valyutaya malk olan dövlətlər Beynəlxalq Valyuta Fondundan borc vəsaiti əldə etmək məqsədilə alacağı vəsaitin həcmində milli valyutasını «girov» qoyurlar. Kreditin müddəti keçdikdə kreditor dövlət öz valyutasını geri almalı, bunun müqabillində isə BVF-yə hər hansı sərbəst dönərli valyutada ödəməli olduğu məbləği geri verməlidir. Əgər kreditor dövlətin borcun geri verilməli vaxt ərzində fiskal durumu yaxşılaşdıqca, Beynəlxalq Valyuta Fondunun ixtiyarına verilən öz valyutasını təyin olunan müddətdən qabaq hissə-hissə geri götürməyə məcburdur. Borclu ölkənin BVF-də olan milli valyutasını başqa bir ölkə satınaldıqda, borclu ölkənin BVF-yə olan borcu ödənmiş hesab olunur.

BVF saziş və əməliyyatlara görə borclu ölkələrdən müvafiq olaraq birdəfələk komission yığımları və faiz alır. Üzv ölkənin BVF-də kvotasının 25%-nə ehtiyat payı deyilir. Ölkə BVF-dən öz kvotasının 125%-i qədər kredit ala bilər. Ehtiyat payı istisna olmaqla bu kredit dörd bərabər hissəyə bölünür. BVF kredit alan ölkəyə qarşı müəyyən şərtlər irəli sürür. Bu şərtlər bir kredit payından digərinə keçdikdə, yəni daha çox kredit payı aldıqca kəskinləşir. Borc alan ölkənin nəzərdə tutduğu iqtisadi- maliyyə tədbirləri «niyyət məktubunda» qeyd olunaraq BVF-yə göndərilir. Əgər BVF görülən tədbirləri qənaətbəxş, başqa sözlə, BVF-nin məqsədlərinə müvafiq hesab etməsə, krediti azalda və ya tamamilə kəsə bilər.

BVF öz kredit imkanlarının genişləndərmək üçün xüsusi fondlar yaradır. Onlar kreditin məqsədi, şərtləri və dəyəri baxımından fərqlənirlər:

  • tədiyyə balansında xarici səbəblərdən (təbii fəlakət, dünya qiymətlərinin gözlənilməz halda aşaği düşməsi və s.) irəli gələn kəsirin kompensasiya fondu;

  • müxtəlif ölkələr kömək məqsədilə xammal ehtiyatı yaradan üzv ölkələrin tədiyyə balansında kəsri aradan qaldırmaq üçün kreditləşmə (bufer) fondu;

  • xarici borcun azaldılması üzrə təqdim olunan vəsaitlər fondu;

- struktur dəyişikliklərini dəstəkləyən fond.

BVF-nin üzvü olan ölkələrin xüsusi fondlardan aldığı vəsait onların aldığı kredit paylarına əlavədir. Ayrıca yuxarıda göstərilən xüsusi fondlardan əlavə, müntəzəm şəkildə qeyri-daimi fondlar da formalaşdırılır. Bu fondlara nefti fondu, əlavə kreditləşmə fondu və etibar fondunu nümunə vermək olar.

Xarici valyuta-kredit əlaqələrinin idarə olunmasında BVF-nin rolu aşağıdakı fəaliyyətlərdə əks olunur:

    • BVF-nun SDR buraxmaq yolu ilə şərtsiz ödəniş vəsaiti fondu formalaşdırmaq mükəlləfiyyəti vardır. Qeyd olunan fond ilə tədiyyə balansı kəsrinin ödənilməsinə imkan yaranır.

    • BVF qızılın demonetizasiyası siyasətinin icraçısıdır.

Beynəlxalq Valyuta Fondu dünyada milli valyuta kurslarının durumunun hökumətlərarası səviyyədə nizamlanması işini reallaşdırır. Beynəlxalq Valyuta Fondu iştirakçı dövlətlərə borc vəsait təqdim etməklə xarici valyuta-kredit münasibətlərinin nizamlanmasında böyük rol oynayır. Beynəlxalq Valyuta Fondu mütəmadi olaraq bu quruma daxil olan dövltlərin milli iqtisadiyyatlarına və dünya iqtisadiyyatının durumuna təsir və nəzarət edir.

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı 1994-cü il tarixində Beynəlxalq Valyuta Fondu ilə birgə yaradılmışdır və bu fond 25.06.1946 tarixdən tam şəkildə öz işinə başlamışdır. Yaradılan zaman cəmi 45 üzvü olan bu quruma hazırda demək olar ki, dünyanın bütün dövlətləri üzv olmuşdur. BYİB-ə üzv olmaq üçün əsas şərtlərdən biri həmin dövlətin ilk növbədə BVF-yə üzv olmasıdır.

Beynəlxalq İnkişaf Assosiasiyası. 1960-cı ildə dünyanın ən kasıb ölkələrinə güzəştli şərtlərlə kömək etmək məqsədilə yaradılmışdır. Bunu nəzərə alaraq onun verdiyi kreditlər uzunmüddətli (ilk 10 ili kreditin qaytarılmasına möhlət verməklə 3540 il müddətinə) və faizsiz olur. Həmin kreditlər üçün müəyyən olunan illik 0. 75% haqq yalnız onlara bank xidməti xərclərini ödəmək üçün nəzərdə tutulur. Beynəlxalq İnkişaf Assosiasiyasının verdiyi kreditlərin şərtləri müəyyən edilərkən onu alan ölkənin ödəmə qabiliyyəti imkanları və ölkədə adambaşına düşən gəlirin məbləği nəzərə alınır.

Beynəlxalq Maliyyə Korporasiyası. 1956-cı ildə təsis olunmuşdur. Onun əsas məqsədi üçüncü dünya ölkələrində özəl bölmənin inkişafı üçün vəsait toplamaq və onu həmin ölkələrə yönəltməkdir. Bunun üçün Beynəlxalq Maliyyə Korporasiyası həm onun sərəncamında olan vəsaitdən, həm də bu məqsəd üçün digər mənbələrdən cəlb olunmuş vəsaitdən istifadə edir. Beynəlxalq Maliyyə Assosiasiyasından fərqli olaraq bu qurum kreditləri güzəştsiz, bazar şərtlərinə uyğun faizlərlə təklif edir. Beynəlxalq Maliyyə Korporasiyası verilən kreditlərin qaytarılmasını təmin etmək məqsədilə zəruri hallarda kredit ayırarkən onu alan firmanın səhmlərinin bir həssəsinə sahib olmaq şərtini irəli sürür. Yanlız kredit ödəndikdən sonra və ya onun ödənilməsi üçün tam əminlik yarandıqdan sonra Beynəlxalq Maliyyə Korporasiyası alınan səhmlərə sahiblik hüququnu geri qaytarır.

İnvestisiyaların Hərtərəfli Təminatı Agentliyi. Bu qurumın formalaşdırılması ilə əlaqədar 1985-ci ildə müvafiq qətnamə imzalanmış və bunan 3 il sonra (1988) həmin qətnamə reallaşdırılmışdır. Agentliyin əsas vəzifəsi kommersiya fəaliyyəti ilə bağlı olmayan risklərdən, o cümlədən siyasi risklərdən təminat vermək və ölkəyə qoyulan investisiyaları sığortalamaq yolu ilə zəif inkişaf etmiş dövlətlərə investisiya axınına dəstək verməkdir. Agentliyin təminat verdiyi risklər sırasına milli valyutanın dönərli olmaması, yerli hökümətin investisya sahibini mülkiyyət və ona nəzarət hüququndan məhrum etməsi, ölkədə hərbi müdafiə və ya mülki itaətsizlik ucbatından yaranan problemlərin beynəlxalq məhkəmələrdə və arbitrajlarda həll edilməsi məsələləri daxildir. İnvestisiyaların Hərtərəfli Təminatı Agentliyi BVF-ni, BYİB-i, BMT sisteminə daxil olan digər qurumları cəlb etməklə ölkəyə qoyulmuş investisiyaların tam müdafiəsini təmin edir.

İnvestisiya Mübahisələrinin həlli üzrə Beynəlxalq Mərkəz. 1965-ci ildə qəbul olunmuş hər hansı bir dövlətə başqa dövlətlərin hüquqi və fiziki şəxsləri arasında investisiya mübahisələrinin tənzimlənməsi barədə Konvensiya (Vaşinqton Konvensiyası) əsasında 1966-cı ildə yaradılmışdır. Mərkəz investisyanı qəbul edən dövlətlə investor dövlət arasında mübahisələrin barışıq və ya arbitraj yolu ilə həlli üçün forum rolu oynayır. Yəni o, mübahisə edən tərəflərin seçdikləri hakimlərin iştirakı ilə Mərkəzin qəbul olunmuş qaydalarına uyğun olaraq arbitrajın keçirilməsini təşkil edir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Qurumı. Əvvəllər Avropa İqtisadi Əməkdaşlıq Qurumı adlanan bu beynəlxalq orqan ABŞ-ın Avropaya iqtisadi və siyasi yardım planı olan Marşall planını həyata keçirmək üçün 1948-ci ildə yaradılmışdır. ABŞ və Kanadanın onun işində müşahidəçi kimi iştirak etdiyi qurum Qərbi Almaniya da daxil olmaq üzərə 16 Avropa ölkəsini özündə cəmləşdirmişdi. Fəaliyyətinin ilkin dövründən başlayaraq Avropa ölkələri arasında mübadiləni inkişaf etdirmək onun vəzifələrindən birinə çevrilmişdir. Buna uyğun olaraq qurum ticarətinsərbəstləşdirilməsi məcəlləsini işləyib hazırlamışdır. Avropa dövlətləri arasında kreditlər və borclar üzrə çoxtərəfli hesablaşmalar aparılmasını və borclu ölkələrə avtomatik olaraq kredit verilməsini təmin etmək üçün Avropa İqtisadi Əməkdaşlıq Qurumı 1950-ci ildə özünün Avropa Tədiyyə İttifaqını yaratdı. 1958-ci ildə isə onun yerini yeni yaradılmış Avropa Valyuta Sazişi tutdu. Lakin sonralar Avropa ölkələrində valyutaların dönərliliyinin əldə edilməsi bu Sazişin əhəmiyyətini heçə endirdi.

Müasir dövrdə İqtisadi Əməkdaşlıq və İnkişaf Qurumının əsas məqsədi aşağıdakılardan ibarətdir:

  • üzv ölkələrdə maliyyə sabitliyini təmin etməklə bu ölkələrdə maksimum iqtisadi inkişafa nail olmaq;

  • Avropa ölkələrində sərbəst ticarətin inkişafını təmin etmək;

  • iqtisadi baxımdan geri qalmış ölkələrin inkişafı üçün əlverişli şərait yaratmaq.

Qarşısına qoyulan məqsədlər çatmaq üçün İqtisadi Əməkdaşlıq və İnkişaf Qurumı əsas etibarilə tədqiqatlarla, iqtisadi təhlillə və müvafiq tövsiyələr hazırlamaqla məşğul olur.

Beynəlxalq Hesablaşmalar Bankı. Avropada ilk beynəlxalq maliyyə qurumıdır. 1930-cı ildə yaradılmış bu quruma Avropa ölkələrilə yanaşı ABŞ, Kanada, Yaponiya, Avstraliya və Cənubi Afrika daxildir. Onun qərargahı İsveçrənin Bazel şəhərində yerləşir. Beynəlxalq Hesablaşmalar Bankının kapitalı 1500 qızıl franka (1 qızıl frank=0.290 qr. təmiz qızıl) bərabərdir ki, bu da onun müstəqilliyinə tam təminat verir. Beynəlxalq Hesablaşmalar Bankının əsas funksiyası ilk növbədə onun üzvü olan ölkələrin mərkəzi banklarının hesablaşma mərkəzi rolunu yerinə yetirməkdir. Bankın Şurası onun əsasını qoyan beş dövlətin - Almaniya, Belçika, Fransa Böyük Britaniya və İtaliya mərkəzi banklarının rəhbərlərindən və bu ölkələri təmsil edən beş nəfər digər inzibatçı işçidən, habelə İsveçrə, İsveç və Hollandiya mərkəzi banklarının rəhbərlərindən ibarətdir.

Paris və London Klubları. Ödəmə qabiliyyətinin itirilməsi nəticəsində borclu olan ölkələrin və iri korporasiyaların maliyyə problemlərinin müzakirəsi üçün İEÖ- lər tərəfindən yaradılmış qeyri-formal qurumlardır. Adətən borclu və borc verən ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən görüşlər mütəmadi olaraq Parisdə, firmaların borc məsələləri üzrə isə Londonda keçirilir. Görüşlərdə borclu ölkələrə və tərəflərə kömək etməkdə maraqlı olan ölkələrin (donor) və bankların , korporasiyaların nümayəndələri də iştirak edirlər. Ayrıca Klubun işində BVF, BYİB, AYİB kimi beynəlxalq maliyyə qurumları da iştirak edirlər.

Beşlər, Yeddilər və ya Səkkizlər Qrupu. 70-ci illərdə Fransanın iqtisadiyyat və maliyyə naziri olan Jiskar d’Estenin təşəbbüsü ilə yaradılmışdır. Əvvəllər «Beşlər qrupu» (ABŞ, Almaniya, Fransa, Böyük Britaniya və Yaponiya) adlanan və məxfi şəkildə görüşlər keçirən Qrup daha sonra İtaliya və Kanadanın qoşulması ilə «Yeddilər qrupu» adı altında açıq şəkildə görüşlər keçirməyə başlamışdır. Yeddilər qrupunun əsas məqsədi cari iqtisadi, maliyyə və valyuta problemləri sahəsində ölkələrin razılaşdırlmış siyasətini formalaşdırmaqdan ibarətdir.

Avropa İqtisadi Birliyi. Avropa Kömür və Polad Birliyi qurulduqdan sonra 6 üzv ölkə arasında (Belçika, Hollandiya, Lüksemburq, AFR, Fransa, İtaliya) iqtisadi və siyasi əməkdaşlıq tədricən artmağa başlamışdır. 1957-ci il martın 25-də bu ölkələr arasında Avropa İqtisadi Birliyinin təsis edilməsi barədə «Roma müqaviləsi» bağlandı. Beləcə, Birliyin məqsədinə çatması üçün üzv olkələrin üzərinə bəzi vəzifələr düşdü:

  • xarici ticarətdə gömrük vergilərinin miqdar məhdudiyyəti kimi maneəçiliklərinin aradan qaldırılması,

  • ortaq kənd təsərrüfatı və nəqliyyat siyasəti yürütmək,

  • ortaq bazarda rəqabəti pozacaq amillərə yol verməmək,

  • iqtisadi siyasətin koordinasiyasını saxlanılması,

  • ölkə qanunlarını bir-birinə müvafiq vəziyyətə gətirmək,

  • üzv ölkələr arasında mal və sərmayənin sərbəst hərəkətini təmin etmək,

  • üzv olmayan ölkələrə ortaq gömrük tarifi tətbiq etmək.

Avropa İnvestisiya Bankı Avropa İnvestisiya Bankı müstəqil fəaliyyət göstərən maliyyə qurumı olmaqla Avropa İqtisadi Birliyinin maraqları çərçivəsində Ümumi Bazarın ahəngdar və balanslaşdırılmış şəkildə inkişafına yardım edir. Onun əsas vəzifəsi Avropada mühim əhəmiyyət kəsb edən regional və sahə proqramlarının, o cümlədən infrastruktur və sənaye sahələri üzrə hazırlanmış layihələrin maliyyələşdirilməsinə kömək etməkdir. Bütün fəaliyyəti dövründə Avropa İnvestisiya Bankı öz kredit ehtiyatlarının 60%-ə qədərini zəif inkişaf etmiş və konverisya sahələrinin maliyyələşdirilməsinə yönəltmişdir.

Avropa Yenidənqurma və İnkişaf Bankı. 1990-cı ilin may ayında Avropa Birliyinə üzv olan 12 ölkənin, Avropa İnvestisiya Bankının və Avropa İqtisadi Birliyinin, digər 19 Avropa ölkəsinin və Avropaya daxil olmayan 9 ölkənin, o cümlədən Avstraliya, Misir, Yeni Zelandiya, ABŞ və Yaponiyanın iştirakı ilə AYİB- in yaradılması barədə Parisdə saziş imzalanmışdır. 1991-ci ilin mart ayında qüvvəyə minən bu Sazişlə Banka yeni üzvlərin qəbul olunması açıq elan edilmişdir. SSRİ dağıldıqdan sonra keçmiş respublikaların bazasında yaranmış yeni müstəqil dövlətlər AYİB-ə üzv qəbul edilmişlər. Hazırda AYİB-in səhmdarlarının sayı 59-dur və onun baş qərərgahı London şəhərində yerləşir.

AYİB-in əsas məqsədi Mərkəzi və Şərqi Avropa, habelə MDB ölkələrində çoxpartiyalı demokratiya, plüralizm və bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan iqtisadi sistemin inkişafına, o cümlədən sahibkarlıq təşəbbüsünün və xüsusi mülkiyyətin formalaşmasına, bazar iqtisadiyyatına keçidin sürətlənməsinə yardım etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün AYİB bankın bütün üzvləri ilə, eyni zamanda beynəlxalq maliyyə qurumları ilə sıx əməkdaşlıqla işləyir.

NƏTİCƏ VƏ TƏKLİFLƏR

Hazırkı şəraitdə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində ənənəvi institutların rolunun yenidən qiymətləndirilməsi, o cümlədən regional əməkdaşlığın, beynəlxalq kapital axınlarının, xarici iqtisadi siyasətin və beynəlxalq iqtisadi qurumların fəaliyyətinin yeni tələblərə müvafiq istiqamətləndirilməsi olduqca vacibdir.

Müasir dövlətlərarası münasibətlər şəraitində və xüsusilə də qloballaşmanın geniş vüsət aldığı bir dövrdə BİT-lər dünya miqyasında ticarət-iqtisadi əlaqələrin formalaşmasi və inkişafında, bu prosesin səmərəli idarə olunmasında mühüm vasitə rolunu oynamaqla, ümumilikdə beynəlxalq iqtisadi münasibətlərin tənzimləmə mexanizminin mühüm elementinə çevrilib.

Dünya iqtisadiyyatında baş verən müasir qlobal iqtisadi böhran və onun fəsadları göstərir ki, indiki şəraitdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, onun yeni xüsusiyyətlərlə zənginləşdirilməsi aktual problemə çevrilmişdir.

Bazar münasibətləri şəraitində vacib məsələlərdən biri də ölkələrin məhdud imkanlar çərçivəsində milli iqtisadiyyatının inkişaf etdirilməsidir. Belə olan halda BİT-ər, hökumətlətlərarası və dövlətlərarası iqtisadi münasibətləri genişləndirmədən xalqın daimi yüksələn tələbatının tam ödənilməsi demək olar ki, qeyri-mümkündür. Qeyd olunan bu hal dövlətlərarası iqtisadi əməkdaşlığın, mövcudluğunu və onun daimi əsasda inkişafını vacib etməklə konkret götürülmüş onun hər bir dövlətin iqtisadi inkişafındakı rolunu yüksəldir.

Müasir dövrdə BİT-lər öz təyinatına görə hökumətlərarası iqtisadi münasibətləri tənzimləyəən elə bir qurumlardır ki. Onların qarşıya qoyulmuş konkret məqsədləri, mütəmadi fəaliyyət aparatı, təcrübi imkanlara malik qurumları mövcuddur və bu da onları səmərəli tənzimləmə fəaliyyəti aparan bir instituta şevirir. BİT-lərin birbaşa və dolayı iştirakı ilə dövlətlərarsı iqtisadi əməkdaşlıq sahəsində müxtəlif səviyyəli problemlərin həlli üzrə fəaliyyət aparılır və bu konteksdə də həmin qurumların üzv ölkələri arasında yeni münasbətlər formalaşdırılır və inkişaf etdirilir. BİT-lər BİM-də onların özlərinin mövqeyindən, həmçinin müvafiq müqavilələrin bağlanması zamanı müqavilə imzalayacaq üzv dövlətlərin adından hərəkət edə bilərlər. BİT-lər öz statuslarına görə də beynəlxalq hüquq sisteminin elementi sayılırlar. BİT-lər apardıqları fəaliyyətin xüsusiyyətləri və hüquqi aspektlər nəzərə alınmaqla BİM-in tənzimlənməsində onlar olduqca mühüm və praktiki əhəmiyyət daşıyırlar. Müasir dünya təcrübəsində demək olar ki, əksər BİM-lər hüquqi-müqavilə bazasında həyata keçirilir. Hüquqi-müqavilə bazası dedikdə ilk növbədə beynəlxalq hüquq normalarının tələbatına cavab verən ikitərəfli və çoxtərəfli sazişlər başa düşülməlidir.

Hazırda dünya təcrübəsi göstərir ki, BİM-də çoxşaxəli əsasda formalaşan beynəlxalq iqtisadi əlaqələr artıq daha üstün mövqe əldə etmiıdir. Bu onunla bağlıdır ki, çox sayda dövlətlərin iştiraki ilə bağlanan sazişlər daha çox və tam beynəlxalq hüquq normalarının tələblərinə cavab verirlər. Qeyd etmək lazımdır ki, beynəlxalq iqtisadi hüquq çoxtərfli müqavilələrdə daha tam təcəssüm olunur və səmərəli nəticə verir.

Azərbaycanın müstəqilliyindən sonra ilk olaraq diqqət göstərdiyi məsələlərdən biri beynəlxalq iqtisadi əlaqələr və beynəlxalq qurumlarla əməkdaşlıq olmuşdur. Çünki bu qurumlar Azərbaycanın sərbəst bazar iqtisadiyyatı sisteminə keçidini sürətləndirməyə köməklik etməkdə və keçid dövrü və müharibə şəraitinin ortaya çıxardığı problemlərin aradan qaldırılmasında əhəmiyyətli rol oynamaqdadırlar.

Bazar iqtisadiyyatına keçidlə bağlı 1995-ci ildən başlayaraq Azərbaycanda köklü iqtisadi reformalar kompleks və sistemli formada reallaşdırılmışdır. Təbii ki transformasiya ilə bağlı bütün işlər ilk növbədə aparıcı BİT-lər – BVF, Dünya Bankı, AYİB, ÜTT, Beynəlxalq Gömrük Təşkilatı və digər samballı beynəlxalq qurumlarla uzlaşdırılmış əməkdaşlıq şəraitində reallaşdırılır. Hazırda Azərbaycan Respublikasının dünyanın ən qlobal və aparıcı qurumlarından sayılan Ümumdünya Ticarət Qurumına daxil olması üzrə işlər süətlənməkdədir.

Bu baxımdan müasir şəraitdə beynəlxalq iqtisadi qurumlar həm beynəlxalq əməkdaşlığın, həmdə beynəlxalq hüququn aktiv iştirakçısı kimi bütün aktual beynəlxalq əməkdaşlıq problemlərin səmərəli həllində böyük praktiki fəaliyyət həyata keçirirlr.

Hazırda Azərbaycanın beynəlxalq ticarət əlaqələrinin əlkənin ixrac imkanlarının genişləndirilməsi əsasında genişləndirilməsi və bu təməl üzərində də milli iqtisadiyyatın dinamik inkişafı dövlətin iqtisadi siyasətinin aparıcı istiqamətidir. Aparılan düzgün iqtisadi siyasət nəticəsində indiki dövrdə ölkənin ixrac məhsullarının dünya bazarında rəqabət imkanları nəzərəçarpacaq həddə yüksəlmiş və bu sahədə real imkanlar artmaqdadır. Deyilənlər ilk növbədə neft maşın və avadanlıqları, dəqiq cihazlar istehsalı, yeyiti məhsulları istehsalı və bu kimi vacib sənaye sahələri, eyni zamanda, logistika, təbii ehtiyatlərin öyrənilməsi vacib infrastrukturların səmərəli təşkili ilə də sıx əlaqədardır.



Dissertasia işinin yekununda, aparılan elmi araşdırmalara əsaslanmaqla bir sıra təklifləri vermək olar:

  1. Azərbaycan Respublikası ona məxsus mövcud təbii sərvətləri – karbohidrogen ehtiyatlarını olduqca rasional və qənaitcil şəkildə istifadə tməklə digər ölkələr kimi yalnız bnerji ehtiyat mənbəyi deyil, kompleks inkişaf etmiş iqtisadiyyata malik bir ölkə olmalıdır. Yəni Azərbaycan digər düunya dövlətləri ilə və BİT-lə iqtisadi əlaqələrinin yalnız bərabəhüquqluluq və qarşılıqlı faydalılıq şərtləri əsasında qurmalıdır. Eyni zamanda, Azərbaycanın dünyada gedən müasir qloballaşma və digər proseslər nəzərə alınmaqla öz BİM-ni yalnız xammal mənbəyi olan ölkə statusundan çıxaraq geniş ixrac potensiallı bir ölkə kimi formalaşdırılması dövlətimizin iqtisadi-hüquqi tənzimləmə fəaliyyətinin prioritet vəzifəsi sayılmalıdır.

  2. Ölkə iqtisadiyyatının yeni prinsiplər əsasında yenidən qurulduğu bir dövrdə BİT-lərlə bərabərhüquqlu və faydalı münasibətlərin milli maraqlara uyğn formalaşdırılması bu günkü vəziyyətdə həyati əhəmiyyət daşıyır. Belə bir ıəraitdə əməkdaşlığın səmərəli həyata keçirilməsi, nəticə etibarı ilə ölkəmizin zəmanətli iqtisadi tərəqqisinin başlıca amillərindən sayılmalıdır və bu sahədə fəaliyyətlərin düzgün qurulması Azərbaycan Respublikasına beynəlxalq arenada yüksək üstünlüklər yaratmalıdır.

  3. BİM-rin səmərəli təşkili ilk növbədə ölkə daxilində idxal məhsullarının əvəzlənməsi üzrə yaradılan istehsalların və ixracyönümlü məhsul istehsalına istiqamətlənmiş sferalarda bir-biri ilə sıx əlaqəli və bir-birini tamamlayacaq əmtəələr yaradıldığını nəzərə alaraq bu sahələrin inkişafının uzlaşdırılmış və koordinasiya olunmuş şəkildə tənzimlənməsinin və ixracın səmərəli şəkildə yüksəldilməsinin təmin edilməsi istiqamətində real şəraiti nəzərə almaqla milli hüquq sistemində zəruri təkmilləşmələr aparılmalıdır. Qeyd olunan təkmilləşmələrin maliyyə tənzimləmə sistemində və xüsusilə də vergi sferasında mövcud hüquqi aktlarda zəruri dəyişikliklər həyata keçirilməsi həyati əhəmiyyət kəsb edir.

  4. Azərbaycanın ticarət-iqtisadi əlaqələrinin milli maraqlara uyğun aparılması, tərəfdaşlarla bu əlaqələrin bərabərhüquqluluq və faydalılıq təməlində təşkili, ixracyönümlü məhsullar istehsalının stimullaşdırılması, dünyada ölkəmizin adının və hörmətinin yüksəldilməsi, onun mövqryinin daim gücləndirilməsi, vblli məhsullarımızın rəqabətqabliyyətliliyinin, milli sənayemizin ixracyönümlü məhsullar istehsalına istiqamətlənməsi və dünya bazarına daha geniş çeşiddə məhsullar çıxarılması və s. bu kimi mühüm problemlərin səmərəli həllində Azərbaycan Respublikası Ümumdünya Ticarət Qurumına daxil edilməsinin vacibliyi daim dövlətin diqqət mərkəzində saxlanmalıdır.

  5. Hazırda dünya dövlətləri daimi əsasda iqtisadi proseslərin səmərəliliyinin yüksəldilməsi, eimi-texniki inkişafın təmin edilməsi əsasında özlərinin BİM-nin daha da genişləndirilməsinə və bu təməl üzərində də ölkələrində iqtisadi tərəqqiyə nail olmaq kimi vacib bir problemin həllinə çalışırlar.

Azərbaycanın qeyd olunan problemi səmərəli həll etməsi üçün dövlət tərəfindən beynəlxalq ticarət-iqtisadi münasibətlərin dinamik şəkildə tərəqqisi ilə bağlı əsaslandırılmış siyasət həyata keçirilməli və buna səmərəli nail olunması məqsədilə ilk növbədə BİT-lə faydalı və milli maraqlara cavab verən münasibətlər formalaşdırılmalıdır.

  1. Müasir dövrdə Azərbaycan üçün MDB ölkələri ilə ənənəvi ticarət-iqtisadi əlaqələrin milli maraqlara uyğun həddə bərpa edilməsi və onların daha da inkişaf etdirilməsi kimi mühüm bir vəzifə də durur. Bura qarşılıqlı şəkildə təbii sərvətlər və xammal, sənaye məhsulları, texnologiyalar, investisiyalar, kənd təsərrüfatı, nəqliyyat və s. sahələr üzrə münasibətlər aid edilə bilər.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYATLAR



  1. R.Mehdiyev, «Azərbaycan: qloballaşmanın tələbləri», Bakı, 2005, s. 335

  2. Ə.Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, 2005

  3. Ə.Bayramov. Regional iqtisadi inteqrasiya. Bakı, 1997

  4. Ş.Hacıyev, Ə.Bayramov, Beynəlxalq iqtisadiyyat. Motodiki göstəricilər, Bakı, 2000

  5. M.Məmmədov, E.İbadov. Beynəlxalq iqtisadi qurumlar. Bakı, 2008

  6. R.Həsənov. İqtisadi siyasət: metodologiya və praktika. Bakı, 2009

  7. İ.Rəhimli. «Beynəlxalq iqtisadi münasibətlərinin müasir problemləri». Bakı, 2006

  8. A.Orucov, C.Kərimov. Beynəlxalq iqtisadi münasibətlər. Bakı, 2008

  9. A.Mikayılov. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya yolları. Bakı, 2005

  10. Ş.Mustafayev, «Azərbaycanın xarici iqtisadi əlaqələri yeni mərhələdə», Elmi məqalə / http://arxiv. az/azerbaijan-news. az/7778314/

  11. B.Məmmədxanov, S.A.Mehdizadə, «Müasir inteqrasiya meylləri və onun qiymətləndirilməsi», elmi məqalə

  12. Ş.Qafarov «Müasir iqtisadi sistem və qloballaşma. Bakı, 2005

  13. N.Məmmədov, Barxudarov M. İqtisadi təhlükəsizlik. Bakı, 2006

  14. Stiqlis J. Qloballaşma və onun doğurduğu narazılıqlar. Bakı, 2004

  15. H.Rəcəbli. BMT-nin ixtisaslaşmış qurumları. Bakı, 2003

  16. V.Bayramov, «Azerbaijan’s Accession to World Trade Organization (WTO); Pros and Cons», Baku, 2010

  17. R.İbadov. Avropa İttifaqının əsasları. Bakı, 2004

  18. İ.Kərimli Abdul oğlu, Beynəlxalq İqtisadi Münasibətlərin Müasir Problemləri, Bakı, 2006

  19. Z.Səmədzadə. Azərbaycanın xarici iqtisadi əlaqələri. «İqtisadiyyat və həyat» jurnalı. Bakı, 2005

  20. D.Vəliyev. Beynəlxaq iqtisadiyyat. Bakı, 1998

  21. A.Şəkərəliyev. Dünya təsərrüfatı və beynəlxalq iqtisadi münasibətlər. Bakı, 1998;

  22. C.Nuriyev. Beynəlxalq iqtisadi əlaqələrin hüquqi tənzimlənməsi. Bakı, 2000

  23. S.Abdullayev, G.Dadaşeva, C.Feyzullayev, AzərbaycanRespublikasının xarici ticarət sahəsində qanunvericiliyinin təhlili, «Adiloğlu» nəşriyyatı, Bakı, 2006

  24. A.Əliyev, A.Şəkərəliyev « Keçid iqtisadiyyatı və dövlət «. Bakı, 2000

  25. Qloballaşma mühitində milli iqtisadi inkişaf modelinin formalaşması və inkişafı problemləri. Kollektiv monoqrafiya. Bakı, 2010

  26. M.Bərxudarov «Qloballaşma şəraitində Azərbaycanın xarici iqtisadi strategiyası: yeni konseptual yanaşma». «Milli iqtisadi inkişafın Azərbaycan modeli» mövzusunda beynəlxalq konfransın materialları - III. Bakı, ADİU, 2007

  27. E.Məmmədov, «Azərbaycan və Avropa İttifaqı: sülh və rifah naminə əməkdaşlıq», elmi məqalə

  28. «2012-ci ildə Azərbaycan Respublikasının beynəlxalq iqtisadi qurumlarla əməkdaşlığına dair arayış», Azərbaycan Respublikası XİN-nin rəsmi internet saytı

  29. Aliyeva L., Making Cooperation more Visible and more Transparent. İn: The South Caucasus: Promoting Values Through Cooperation. 2004. səh 77-83

  30. Авдокушин E.Ф. Мeждународныe экономичeскиe отношeниe. М., 2001

  31. Рыбалкин В. Мeждународныe экономичeскиe отношeния. М., 1999, 503с

  32. Гаджиeв Ш.Г. Азeрбайджан на пути к мировому сообшeству: стратeгия внeшнeэкономичeского развития. Киeв, 2000

  33. «Этапы мeждународной экономичeской интeграции стран», статья

  34. Лeбeдинeц И.Н., «Глобалистика: Энциклопeдия», М., 2003

  35. Гeрчикова И.Н. Мeждународныe экономичeскиe отношeния оргонизации: рeгулирования мирхозяйствeнных связeй и прeдприниматeльской дeятeльности. Учeб. Пособиe. М., 2001

  36. Колосничeнко М.А., «Внeшнeэкономичeская политика Азeрбайджанской Рeспублики в 1991-2011гг.», диссeртация на соисканиe учeной стeпeни кандидата экономичeских наук, Санкт-Пeтeрбург, 2012

  37. Чeшков М.А. Глобальный контeкст постсовeтской России. 1999

  38. Мeждународныe экономичeскиe отношeния\под рeд. Н.Н.Ливeнцeва. М., МГИМО, «Российская политичeская энциклопeдия», 2001

  39. Основныe факты об Организации Объeдинeнных Наций. М., 2000

  40. Линдeрт П.Х. Экономика мирохозяйствeнных связeй М., 1992

  41. Основы торговой политики и правила ВТО. М., Мeждунар. отношeния, 2005

  42. Кирeeв А.П. Мeждународная экономика. М., 2002

  43. Портeр М. Мeждународная конкурeнция. Пeр. с англ. М., Мeждународныe отношeния. 1993

  44. Ламакин В.К. Мировая экономика, М., 1998;

  45. Вeльяминов Г.М. Мeждународноe экономичeскоe право и процeсс (Акадeмичeской курс): Учeбник, М., 2004

  46. Эфeндиeв О., Алиeв Э. Внeшнeэкономичeская дeятeльность соврeмeнного Азeрбайджана. Баку. 2007

İnternet resursları


http://www. meclis. gov.az - AR Milli Məclisin rəsmi web ünvanı

http://www. president. gov.az - AR Prezident Aparatının rəsmi web ünvanı

http://www. economy.gov.az - AR İqtisadiyyat və Sənaye Nazirliyinin web saytı

http://socar.az/ - Azərbaycan Dövlət Neft Şirkəti

http://www. nba.az - AR Mərkəzi Bankının rəsmi web ünvanı

http://www. azstat. org - Azərbaycan Dövlət Statistika Komitəsinin web ünvanı

http://www. kitab.az - Azərbaycan Elektron Kitabxanası

http://www. undp. com/- BMT-nin İnkişaf Proqramı

http://www. oilfund.az - Dövlət Neft Fondu

http://www. az-customs. net - Dövlət Gömrük Komitəsi

http://www. worM - bank. org - Dünya Bankı;

http://www. wto. org - Ümumdünya Ticarət Qurumı

http://www. imf. org - Beynəlxalq Valyuta Fondu

АНОТАЦИЯ


Основная задача обследования это определение проблем и выявление новых тенденций связанных с мировой экономикой, урегулирование многосторонних экономических сокоопераций соотношение деятельности и механизма международных многосторонних экономических оргонизаций , и еще урегулирование юридических связей между Азербайджаном и международными организациями.
RESUME

The resume porpose of reserching is determine problems and pointing to the new tendensies that connected with world economy relation, regulating mechanism’s and activities of many pointed economic partnership and international economic organizations, also regulating juridical relationship between Azerbaijan and international organization.

REFERAT

Dissertasiya işinin aktuallığı. Hazırda beynəlxalq iqtisadi münasibətlərin (bundan sonra BİM) beynəlxalq masştabda inkişaf etməsini nəzərə almaqla, onun yüksək səviyyədə və səmərəli idarə olunmasına böyük ehtiyac yaranıb. BİM-in olduqca mürəkkəb bir proses olması müvafiq tənzimləmə mexanizminin yaradılmasını və ondan maksimum səmərəli istifadəni zərri edir və beynəlxalq iqtisadi təşkilatların (bundan sonra BİT) fəaliyyətində ən fəal və həm də çoxtəyinatlı mexanizmləridən istifadənin zəruri edir. BİT-in fəaliyyətlərinin başlıca təyinatı dövlətlərarasi iqtisadi münasibətlərin daha da genişləndirilməsi, azad bazar iqtisadiyyatına keçid məqsədilə zəif iqtisadiyyatlı dövlətlərdə iqtisadi tərəqqi və inkişafı dəstəkləmək, beynəlxalq ticari-iqtisadi inkişaf sahəsində əməkdaşlığı bərabərhüquqlu əsasda genişləndirməkdir. Azərbaycan Respublikası beynəlxalq müqavilə və sazişlərlə qoşulmaqla beynəlxalq və regional iqtisadi qurumlarla aktiv əməkdaşlıq qurdu və bu əməkdaşlığı inkişaf etdirdi.



Araşdırılan məsələnin olduqca aktual olması, onun müasir dünya və milli iqtisadiyyatda oynadığı elmi-nəzəri və təcrübi rolu BİT-lərin fəaliyyətinin hüquqi aspektlərinin tədqiqatın predmeti kimi seşilməsini vacib edir.

Dissertasiya tədqiqatının predmeti və obyekti. Ölkələrarası ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlığın, həmçinin ümumilikdə beynəlxalq iqtisadi müansibətlərləin tənzimlənməsində beynəlxalq və ərazi iqtisadi qurumların çoxtərəfli və mürəkkəb tənzimləmə fəaliyyətinin və bu işdə istifadə olunan hüquqi mexanizmlərin, həmçinin tənzimlənmə prosesində beynəlxalq hüququn yeri və rolunun müəyyənləşdirilməsi tədqiqatının predmetini təşkil edir. Tədqiqatın obyektini isə dünya təsərrüfat əlaqələri və milli iqtisadiyyatların beynəlxalq və ölkələrarası iqtisadi-ticari münasibətləri hüquqi əsada tənzimləyən, həmçinin bunula bağlı digər proseslərə müdaxiə edən beynəlxalq iqtisadi təşkilatların təşkil edir.

Dissertasiyada tədqiqatın məqsədi beynəlxalq iqtisadi münasibətlərin və dünya təsərrüfat əlaqələrinin inkişafının müasir mərhələsində milli iqtisadiyyatlar arası mövcud əlaqələrin və ümumiyyətlə dünya təsərrüfat əlaqələrinin tənzimlənməsinin hüquqi mexanizminin nəzəri və praktiki aspektlərinin təhlilini aparmaq, beynəlxalq hüquqi tənzimlənmə sistemində beynəlxalq iqtisadi qurumların rolunu müəyyənləşdirməkdir. Bu məqsədlərə nail olmaqdan ötrü tədqiqatın qarşısında aşağıdakı vəzifələr dayanmışdır: Beynəlxalq iqtisadi əməkdaşlığın konseptual əsaslarının araşdırılması və bu istiqamətdə metodoloji məsələlərin tədqiqi; Beynəlxalq iqtisadi əməkdaşlığın hüquqi tənzimlənməsi sistemində beynəlxalq iqtisadi qurumların rolunun və fəaliyyətlərinin əsas prinsiplərinin müəyyənləşdirilməsi, bu qurumların yaranmasının nəzəri və təşkilati-hüquqi əsaslarının geniş tədqiq edilməsi; Beynəlxalq iqtisadi əməkdaşlıq çərçivəsində beynəlxalq regional iqtisadi qurumların rolunun tədqiq edilərək müəyyənləşdirilməsi; Azərbaycan Respublikasının BİT-lər və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığının əsas istiqamətlərinin tədqiq edilməsi və bu əməkdaşlığının inkişaf perspektivlərinin müəyyənləşdirilməsi.

Tədqiqatın informasiya bazasını beynəlxalq və regional iqtisadi qurumların, beynəlxalq maliyyə qurumlarının işçi materialları və sənədləri, mərkəzi hökumət qurumlarının və əsasən də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzəri-metodiki, normativ-hüquqi sənədləri təşkil edir.

Dissertasiya işinin nəzəri və metodoloji əsasını beynəlxalq iqtisadi münasibətlər və çoxtərəfli iqtisadi əməkdaşlıq əlaqələri, beynəlxalq və regional iqtisadi qurumlar haqqında alimlərin tədqiqatları, elmi yanaşmalar, müasir dünya iqtisadiyyatında çoxtərəfli iqtisadi əməkdaşlığın tənzimlənməsində beynəlxalq və regional iqtisadi qurumların rolu, fəaliyyət istiqamətində elmi-nəzəri biliklər formalaşdırır.

Dissertasiyanın təcrübi əhəmiyyəti. Tədqiqatın nəticələrindən əldə olunan bəzi müddəaların beynəlxalq iqtisadi münasibətlərin nizamlanmasında, həmçinin beynəlxalq və regional iqtisadi qurumlarla əməkdaşlıqda mərkəzi hökumət qurumlarının hüquqi tənzimləmə fəaliyyətlərində tətbiqi mümkündür.

Tədqiqat işinin elmi yeniliyi. Tədqiqatın yekununda alınan yekun müddəlar aşağıdakı kimi xarakterizə oluna bilər: beynəlxalq iqtisadi əməkdaşlığın ölkə iqtisadiyyatının davmlı iqtisadi inkişafına güclü təsir imkanı dəqiqləşdirilmiş, onun hüquqi tənzimlənməsinin zəruriliyi əsaslandırılmışdır, iqtisadi əməkdaşlıq çərçivəsində münasibətlərin çoxtərəfli tənzimlənməsinin iqtisadi-hüquqi formaları kimi beynəlxalq iqtisadi qurumların yaranmasının obyektiv zəruruiliyi əsaslandırılmış, iqtisadi əməkdaşlığın tənzimlənməsinin əsas istiqamətləri qismində beynəlxalq hüquqi tənzimləmə üsulları seçilmiş, onların əsas istiqamətləri göstərilmişdir; Azərbaycanın beynəlxalq iqtisadi qurumlarla əlaqələrinin tənzimlənmə mexanizminin hüquqi əsasının formalaşdırılması və iqtisadi əməkdaşlığının inkişafının strateji istiqamətlərinin hüquqi nizamlama mexanizminin təkmilləşdirilməsinin vacibliyi əsaslandırılmışdır.

Dissertasiya işinin quruluşu - giriş, 3 fəsil, nəticə və təkliflərdən, istifadə olummuş ədəbiyyat siyahısından ibarətdir. İşin 1-ci fəslidə beynəlxalq və regional və qlobal iqtisadi münasibətlərin nəzəri-metodoloji aspektləri öyrənilib. 2-ci fəslində Azərbaycanın regional ticarət-iqtisadi münasibətlərdə iştirakının mövcud durumu araşdırılmış, həmçinin bu münasibətlərin səmərəli idarə olunmasının hüquqi təminatı məsələsi tədqiq olunub. 3-cü fəslində iqtisadi əməkdaşlığın hüquqi tənzimlənməsi sistemində beynəlxalq ticarət əlaqələri öyrənilmiş, iqtisadi münasibətlərin hüquqi tənzimlənməsində beynəlxalq iqtisadi qurumların fəaliyyətinin əsasları öyrənilmişdir.



İşin yekununda müəyyən dəyərli nəticələr əldə edilmiş və konkret təkliflər verilmişdir. Tədqiqatda geniş çeşiddə ədəbiyyatdan və internet resurslarından istifadə olunmuşdur.

1 «Этапы мeждународной экономичeской интeграции стран», статья http:\\ www.grandars.ru.\student\mirovaya-ekonomika\ ekonomicheskaya-integrasiya.html

2 Лeбeдинeц И.Н., «Глобалистика: Энциклопeдия», Москва, 2003, c.731-732

3 Лeбeдинeц И.Н., «Глобалистика: Энциклопeдия», Москва, 2003, c.733-734

4 Рыбалкин В. Мeждународныe экономичeскиe отношeния. Москва. 1999. 503с.

5 Рыбалкин В. Мeждународныe экономичeскиe отношeния. Москва. 1999. 503с.

6 Авдокушин E.Ф. Мeждународныe экономичeскиe отношeниe. Москва. 2001

7 Колосничeнко М.А., «Внeшнeэкономичeская политика Азeрбайджанской Рeспублики в 1991-2011гг.», Диссeртация на соисканиe учeной стeпeни кандидата экономичeских наук, Санкт-Пeтeрбург, 2012

8 Чeшков М.А. 1999. Глобальный контeкст постсовeтской России.

9 Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin materialları əsasında


10 Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin materialları əsasında

11 Şahin Mustafayev, “Azərbaycanın xarici iqtisadi əlaqələri yeni mərhələdə”

12 Qloballaşma mühitində milli iqtisadi inkişaf modelinin formalaşması və inkişafı problemləri. Kollektiv monoqrafiya. Bakı. 2010

13B.Məmmədxanov, S.Mehdizadə, “Müasir inteqrasiya meylləri və onun qiymətləndirilməsi”, elmi məqalə

14B.Məmmədxanov, S.Mehdizadə, “Müasir inteqrasiya meylləri və onun qiymətləndirilməsi”, elmi məqalə


15S.Abdullayev,G.Dadaşeva, C.Feyzullayev, AzərbaycanRespublikasının xarici ticarət sahəsində qanunvericiliyinin təhlili, “Adiloğlu” nəşriyyatı, Bakı, 2006


16 R.Mehdiyev, “Azərbaycan: qloballaşmanın tələbləri”. Bakı. 2005. s. 335

17 R.Mehdiyev, “Azərbaycan: qloballaşmanın tələbləri”. Bakı. 2005. s. 335

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə