Baş məllim S. Z. SƏBZƏLİyeva dosent S. Z



Yüklə 0,7 Mb.
səhifə2/4
tarix18.06.2018
ölçüsü0,7 Mb.
#49445
1   2   3   4

4. Müəssisənin bazarda digərləri ilə yarışma durumu və onun fəaliyyət xətti. Müəssisənin qəbul etdiyi fəaliyyət xətti və onun seşdiyi operativlik səviyyəsi onun dünya alqı-satqı proseslərinə uğurla daxil olmasının olduqca mühüm amilidir. Bu işdə vcacib şərt ölkədaxili iqtisadi fəaliyyətdə rəqabət mühitinin normal formalaşmasıdır. Həmçinin, müvafiq dövlət orqanının lazımı dəstəyi, qeyri-səmərəli iqtisadi-inzibati qərarların qəbul edilməməsi, mövcud resurs və texniki-iqtisadi resurslardan bacarıqla və rasional istifadə də bu amillərə aid edilə bilər.

Təhlil göstərir ki, müasir beynəlxalq aləmdə airı-ayrı dövlətlər üçün yuxarıda göstərilən faktorların fərqli kombinələşmə forması mövcuddur. Bunu nəzərə alaraq M.Porter, öz araşdırmalarında ümumiləşdirilmiş şəkildə istənilən dövlətdə iqtisadi proseslərin mühüm olan 4 mərhələsini fərqləndirmişdir:


  1. İstehsal faktorları tsikli (factor-driven economy). Bu zaman hər bir ölkə başlıca olaraq onlarda mövcud olan sərfəli istehsal faktorlarından – nisbətən aşağı ödənişli əmək, yüksək məhsuldarlıqlı torpaq əkin sahələri və sairlərin daha səmərəli şəkildə iqtisadi dövriyyəyə cəlb etməklə özlərinin rəqabət qabliyyətliliyini təmin edirlər.

2) İqtisasdi proseslərə yatırımların üönöldilməsi tsikli (investment-driven economy). Hər bir dövlətdə istehsalın beynəlxalq aləmdə dəgərləri ilə rəqabətədözümlülüyü həmin ölkənin və onun müəssisələrinin istehsala yatırımlar etmə fəallığına əsasən müəyyənləşir. Belə ki, ölkədə iqtisadiyyata kapital yatırımlarının həcmimnin yüksəlməsi odeməkdir ki, iqtisadi dövriyyəyə daha innovativ və məhsuldar texnologiyalar cəlb olunur, mütərəqqi xarakterli istehsal amilləri gətirilir, yüksək tələblərə cavab verən xidmət sahələri formalaşdırılır.

3) İqtisasdi inovasiya tsikli (innovation-driven economy). Həmin tsikl şoxsaylı sahə və yarımsahə nümunəsində iqtisadi proseslərin gedişində yuxarıda göstərilən 4 qarşılıqlı əlaqəli faktorun birgə fəaliyyətindən irəli gələrək formalaşan üstün rəqabətin mövcudluğu ilə səciyyələnir.

4) Varidat tsikli (prosperiti-driven economy) - istehsalın səviyyəsinin enməsi. Bir qayda olaraq, iqtisadi inkişafın təkanverici gücü müəyyən həcmdə varidatın toplanmasına istiqamətləndirilir.

Müasir nəzəriyyəşilər M.Porter tərəfindən irəli sürülən bu nəzəri fikirlərin bir az da genişləndirilməsinə zərurət yarandığını göstəriridilər. Onlar belə söyləyirlər ki, milli iqtisadiyyatın rəqabət qabliyyətliliyinin daha da yüksəldilməsi nöqteyi-nəzərindən M.Porterin məlum nəzəriyyəsi bir qədər də inkişaf etdirilməlidir.

Hazirkı dövrdə dünya səviyyəsində hər dövlətin iqtisadiyyatının rəqabətlilik səviyyəsinin yüksəldilməsi probleminin həlinə milli dövlətlərlə, həmçinin dünyanın məşhur iqtisadçı alimləri ilə bərabər aparıcı dünya iqtisadi təşkilatları da ciddi maraq göstərirlər. Məsələn, keçən əsrin sonlarında Amerika Birləşmiş Ştatlarında rəqabətqabiliyyətliliyi və onun yüksəldilməsi məsələləri sahəsində xüsusi qurum, Avropanın müvafiq Komissiyasında rəqabət qabiliyəti üzrə Məsləhət Qrupu yaradıldı.

Hazırda BİT-lər dünyada gedən qloballaşma proseslərinin təsirini nəzərə almaqla, BİM-lərin üzlaşdırılması və əlaqələndirilməsi üzrə yeni idarəetmə üsullarının tətbiqi və bu sahədə fəaliyyətin yüksək səmərəliliyinin təmin edilməsi məqsədilə bu sisemin mühüm elementinə çevrilmişlər. Bununla da BİT-lər beynəlxalq iqtisadi münasibətlər mexanizmini sisteminin mühüm daxili quruluş elementi hesab edilirlər. Hazırki şəraitdə beynəlxalq iqtisadi qurumlar mürəkkəb və çoxcəhətli fəaliyyət istiqamətləri, beynəlxalq iqtisadi əməkdaşlığın səmərəli inkişafı kimi konkret məqsədi olan, özünün sərbəst fəaliyyət göstərən qurumuna malik olan bir institut, yəni BİM-ri tənzimləyən bir sistemdir. Beynəlxalq iqtisadi qurumlar tərəfindən dünya iqtisadiyyatının ümumi və lokal problemlərinin səmərəli həlli istiqamətində prinsipial görüşlər aparılır, burada yaranan çətin və ciddi problemlərin aradan qaldırılması imkanları araşdırılır, həmçinin həmin təşkilatların iştirakçıları sayılan ölkələrin aralarında əlaqələr formalaşdırılır və onlar daha da genişləndirilir. münasibətlər yaradılır və inkişaf etdirilir. Beynəlxalq iqtisadi qurumlar dünya üzrə təsərrüfat əməkdaşlığında sərbəst şıxış etmək imkanına malikdir və bu zama onlar öz adlarından və ya da həmin qurumun üzvü sayılaraq müvafiq beynəlxalq sazişlər bağlamaq üzrə danışıqlarda iştirak edən ölkələrin adından qismən azad hərəkət edə bilərlər. Beynəlxalq iqtisadi qurumlar dünya iqtisadi hüquq institunun iştirakçı elementi kimi nəzərə alınır. Beynəlxalq iqtisadi qurumlar həm hökumətlərarası iqtisadi əlaqələrin iştirakçısı, həm də dünya iqtisadi hüquq institunun iştirakçı elementi sayıldığından beynəlxalq iqtisadi münasibətlər prosesində yarana biləcək çətin həll olunan problemlərin yoluna qoyulması, həmçinin ölkələrarası iqtisadi əməkdaşlığın daha da genişlənməsi və tərəqqisi sahəsində böyük praktiki rola malikdir.

Müasir iqtisadi əaəbiyyatda bu məsələ ilə bağlı xüsusi fikirlər söylənilir. Belə fikirlərdən birini göstərmək olar.

Beynəlxalq iqtisadi birliklərin yaranması istehsal münasibətlərinin inkişafına səbəb olduğu kimi, eyni zamanda, müxtəlif ittifaqlara üzv ölkələr arasında iqtisadi münasibətlərə əngəl olur.1

Müasir beynəlxalq təcrübəyə əsaslanmaqla qeyd etmək olar ki, hazırda dünyada gedən bütün iqtisadi proseslər arasında yaranan müəyyən əks istiqamətli əlaqə və təsirlər daha da güclənmək üzrədir və bu da öz növbəsində hazırki ölkələrarası iqtisadi əməkdaşlığın yaratdığı zəruri hal kimi BİT-ın öz nizamlayıcı funksiyalarının reallaşdırılmasını vacib bir həyati tələbat səviyyəsinə gətirib çıxarır.

BİT-lər BİM-də müəyyən həddədək sərbəst quruluşlu sistemlər qurmaq imkanına malikdirlər. Bu qurumlar beynəlxalq qanunverlciliyə müvafiq olaraq və bu qanunverlcilik bazasında fəaliyyət göstərir və tərəqqi edirlər. Bu qurumların tərkibinə və sırasına beynəlxalq təşkilatların qəbul etdikləri fəaliyyət nizamnamələri, hüquq üsul və qaydaları, həmçinin əlaqədar strukturları daxil edilə bilər. Qeyd etmək lazımdır ki, bütün bu atributlar müvafiq təşkilatın əsasnaməsinə əsasən müəyyənləşir və yalnız iqtisadi cəhətdən məqsədəuyğun sayılan BİM sahələrinə münasibətdə tətbiq edilir.

Eyni zamanda, ölkədə aparılan beynəlxalq iqtisadi siyasət xətti BİT-ın reallaşdırdığı siyasət xəttinə münasibətdə daha mütəhərrik olur və bu isə bir çox vəziyytlərdə fəaliyyətdə olan BİT-in bir sıra əlamətlər üzrə qruplaşdırılmasımda, bu təsnifləşmə ikə ətraflı maraqlanmaq, beynəlxalq iqtisadi tərəqqi sahəsində dünyanın aparıcı iqtisadi təşkilatlarının rolunu düzgün qiymətləndirməyə imkan yaradır.

Təsnifləçmə xüsusiyyətinə görə dünyada ən ali və fəaliyyətinin geniş əhatə imkanına malik beynəlxalq qurum Birləşmiş Millətlər Təşkilatı (BMT) sayılır. BMT-dən sonra dünyada ərazi beynəlxalq təşkilatlar mühüm iqtisadi tənzimləyici rola malikdirlər. Regional beynəlxalq təşkilatlara bir qayda olaraq, geosiyasi, iqtisadi, elmi-texniki, sosial-iqtisadi, mədəni-tarixi, hərbi və s. münasibətlərdə hökumətləarası sazişlərdə qeyri-rəsmi quruluşlu təşkilatlar daxildir. Burada Birləşmiş Millətlər Təşkilatının alt qurumları - komissiyalar və komntələr xüsusi qeyd edilməlidir.

Məşhur nəzəriyyəşi A.Bennet göstərir ki, regional qurumlar irimiqyaslı beynəlxalq təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsində aralıq element hesab edilir. O, dünya təşkilatlarının qruplaşdırılmasını «çoxtəyinatlı təşkilatlar» kateqoriyası kimi xarakterizə edir.

Qlobal beynəlxalq qurum kimi A.Bennet Birləşmiş Millətlər Təşkilatını qeyd edir.

«Beynəlxalq qurumlar da öz növbəsində xarici iqtisadi siyasi problemlərin həlli ilə məşğul olurlar. BMT - universal və ən nüfuzlu müasir beynəlxalq qurumdır.»2

A.Bennet regional beynəlxalq iqtisadi qurumlar kimi bir sıra mühüm qurumları göstərir.

«Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, BVF. Bu qurumlar formal olaraq BMT-nın ixtisaslaşdırılmış qurumları sayılırlar.»3

Rusiya Federasiyasının elmi-iqtisadi nəşrlərində beynəlxalq iqtisadi qurumlar təsnifləşdirilərkən bu əlamətlərin diqqətdə saxlanması zəruri sayılır: təşkilata üzv olmağın xüsusiyyəti, üzvlüyün hüquqi xarakteristikası, təşkilatda olan üzvlərin tərkibi, burada iştirak etmənin xüsusuyyətləri, oradakı iştirakçıların fəaliyyət bacarıqları və s.

BİT-in təsnifləşdirilməsində xüsusi diqqət cəlb edən ölçülərdən əsasları kimi, bu qurumlarda tərəflərin iştirak xüsusuyyəti, hüquqi xarakteristikası sayılır. Bu baxımdan BİT-lar Beynəlxalq Dövlətlərarası Təşkilatlar (BDAT), Dövlətlərarası (DA) və Qeyri-hökumət qurumlarına (QHT) bölünür.

BDAT-lar başlıca məqsəd əldə etmək istiqamətində dövlətləarası sazişlər üzrə şırkətlərin və dövlət orqanlarının müəyyən əsasda və təşkilati formada cəmləşməsini bildirir. Bu məqsədlə daimi əsasda işləyən qurumların, müvafiq təşkiledici sazişlərin miqdarının, bu sazişlərə hökumətlərin də üzv olması səciyyəvidir. O, beynəlxalq hüququn subyekti olmaqla, onların suverenliyinə xidmət etməklə üzv olan dövlətin marağında fəaliyyət göstərir.

Beynəlxalq iqtisadi təşkilatların çox sayda formalaşması ilk dəfə 20-ci yüzilliyin ikinci yarısından başlayaraq müvafiq şoxtərəfli müqavilələr əsasında baş vermişdir.

Beynəlxalq iqtisadi münasibətlərin nizamlanması prosesi 3 mərhələdən keçmişdir:

1-ci etap 10-15 il müddətində əsasən 1945-1950-ci illəri əhatə etmişdir. Həmin məhələdə dünya iqtisadiyyatında Amerika Birləşmiş Ştatları başlıca aparıcı dövlət sayılır. Bu illər ərzində ABŞ-nın rəhbərliyi ulə iqtisadi tənzimləmə sahəsində dünya iqtisadiyyatının müxtəlif sahələrini və sferalarını, onun elementlərinin tənzimlənməsində dünyanın çox ölkələrinin iqtisadi fəaliyyətində sərbəstlik yaradılması nəticəsində müxtəlif tərkibli dünya itəşkilatları formalaşdırıldı. Həmin təşkilatlara misal olaraq Birləşmiş Millətlər Təşkilatı (BMT), həmçinin BMT-nin geniş tərkibli alt qurumlar sistemini misal göstərmək olar. Bununla yanaşı, qlobal maliyyə təşkilatları - Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (BVF), Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYIB) bura daxildir. Beynəlxalq iqtisadi təşkilatlar içərisində Tariflər və Ticarət Üzrə Baş Saziş (GATT) – hazırda ÜTT bariz nümunədir.

Həmçinin, bu mərhələdə və ondan keçən dövrdə dünya miqyasında ictimai həyatın bütün sahələrinin səmərəli idarə olunması məqsədilə 2 mindən artıq hökumətlərarası təşkilatlar (HT) formalaşdırılıb

2-ci etap 1960-cı illərə təsadüf edir. Həmin illər dünya miqyasında supergüclərin meydana çıxması, iqtisadi inkişaf edən dövlətlərin hökmüranlığı, beynəlxalq iqtisadi münasibətlərin mürəkkəbləşməsi və genişlənməsi, dünyada iqtisadi, hərbi, ideoloji qütbləşmənin güclənməsi ilə səciyyələnə bilər.

Belə bir durum beynəlxalq iqtisadi qurumlar qarşısında da şətin problemlərin uğurla həlli problemini qoymuşdu. Bu məqsədlə bütün dünya dövlətləri arasında mövqeyindən asılı olmayaraq BİM-də bərabərhüquqluluq və mənafelərin qorunması probleminin səmərəli həlli üçün yeni tənzimləmə və idarəetmə metodlarının formalaşdırılması zərurəti ortaya şıxdı.

BİT-in əsaslı inkişaf prosesi 1970-ci illərdə geniş vüsət aldı. Həmin məhhələdə Qərb-Şərq istiqamətində ölkələrarası münasibətlərin çox dinamik inkişafı dünya təsərrüfatında ETT-nin nailiyyətlərinin geniş tətbiqi, güclü iqtisadi inkişafa malik ölkələrlə və zəif inkişaf edən ölkələrin qarşıdurmaları və s. xarakterik idi.

Keşən əsrin son onilliklərində isə BİT-in sistemli inkişafı prosesi genişlənmiş və süətlənmişdir. BİM-in süətlə inkişafı dünya iqtisadiyyatının bütün sahə və sferalarında bu münasibətlərə daha çox ölkələrin cəlb edilməsinə böyük imkanlar yaratdı.

Deyilənlərlə yanaşı bir çox qarışıq tipli beynəlxalq qurumlar da mövcuddur. Bunlarda fərdi üzvlər, birliklər, dövlət idarələri, hökumət iştirak edir. Beynəlxalq şuralara fərdi üzvlərin elmi şuraları, milli elmlər akademiyası, elmi-tədqiqat şuraları, universitetlər, elmi qurumlar, hökumət, hökumət müəssisələri, ayrıca beynəlxalq elmi qurumlar daxil olur. Lakin həmişə miqdar münasibətində beynəlxalq hökumət qurumları üstünlük təşkil etmişlər. Keçən əsrin 70-ci illərinin əvvəllərində hökumətlərarası qurumlar beynəlxalq qurumlarda 11-13 % təşkil etmişlər.

Öz funksiyaları və mükəlləfiyyətlərinə görə BİT-lər dünya və milli səviyyəli təşkilatlara ayrılırlar.

1-ci bölmədən olan təşkilatlara ümumiyyətlə dünyanın BİT-rini misal göstərmək olar. Bu qurumların fəaliyyətində başlıca məqam dünya miqyasında dövlətlərin səmərəli iqtisadi münasibətlərinin reallaşdırılmasıdır. Bir qayda olaraq, həmin təşkilatların qətnamələri bu təşkilatın daxilində sayılam ölkələr üçün nəzərdə tutulur.

2-ci bölmədən olan təşkilatlar hökumətlərin formalaşdırdığı beynəlxalq qurumlar onların strukturu üzrə ərazi təşkilatlar hesab edilir. Regional təşkilatların fəaliyyətində əsas məqam ölkələrarası inteqrasiya proseslərini reallaşdırmaqdır.

Ümumiyyətlə, hökumət səviyyəli sayılan beynəlxalq təşkilatlara (BT) onların öz mükəlləfiyyələrinin xüsusiyyətinə əsasən müasir aləmdə mövcud bütün ərazi təşkilatların hamısı, xüsusilə də Avropa İttifaqı (Aİ) daxil edilir.

Həmçinin, belə bir yanaşma ilə təşkilatda üzvlüyün xarakteri nəzərə alınmaqla onları açıq və qapalı BT-rə bölmək olar.

Deyilənlərlə yanaşı, BT-ın olduqca çoxşaxəli və çoxtəyinatlı mövcudluğuna rəğmən onların fərqli strukturlu olmasına baxmayaraq vahid bir məqsəd güdərək anoloji şəkildə formalaşdırılmalıdır.

Deyilinləri yekunlaşdırmaqla göstərmək olar ki, fəaliyyətdə olan mövcud BT-ra xas olan başlıca cəhət iqtisadi əməkdaşlığın bərabərhüquqluluq və maraqların qarşılıqlı təminatı əsasında həyata keçirilməsidir.

Bu nöqteyi-nəzərdən müasir dünyada BİT-in mövcud mürəkkəb və çoxşaxəli ticarət-iqtisadi əlaqələrin səmərəli nizamlanmasında təsirli və operativ işləyən alət sayılması, həmçinin beynəlxalq iqtisadi siyasətin reallaşdırılmasında xüsusi əhəmiyyət daşıdığını qeyd etmək olar.

1.2. İqtisadi qurumlarla əməkdaşlığın zəruriliyi

Hazırda bütün ölkələr hökumətlərin təsərrüfat əlaqələrini genişləndirməklə özlərinin iqtisadi qüdrətlərini. istehsal proseslərinin faydalılığını, bu əsasda da xalqın artan maddi rifah halını artırmağa çalışırlar. Bu səbəbdən də müasir dövrdə beynəlxalq ticatət-iqtisadi əməkdaşlıq əsaslı şəkildə məhsulların ölkələrarası azad yerdəyişməsini, kapitalın sərbəst hərəkətini və ölkələrarası əmək miqrasiyasını tələb edir.

Bu isə öz növbəsində beynəlxalq iqtisadi inteqrasiyanı (Bİİ) zəruri edir. Bİİ ölkələrin iqtisadi sistemlərinin əlaqələndirmə forması olmaqla, ölkələrin iqtisadiyyatları üzrə beynəlxalq əmək bölgüsünün fərqli cəhətlərdən reallaşdırılmasıdır. Müasir bazar Bİİ-nin təkmil təzahür şəkli sayılır. Dünya bazarının yaranması iqtisadi inteqrasiyanın formalaşmasında ən vacib etapıdır. Müasir ölçülərə görə «Beynəlxalq gömrük təşkilatının» formalaşmasının məntiqi yekunu kimi buraya üzv dövlətlərin özləri aralarında istehsal ünsürlərinin azad yerdəyişməsi həyata keçirildikdə, bu deməkdir ki, artıq «ümumi bazar» formalaşmışdır və fəaliyyət göstərir.

Məşhur Rus iqtisadçısı V.Rıbalkin «ümumi bazar»ın dünya iqtisadiyyatında rolunu xüsusi qeyd edir. O göstərir ki, «Geniş miqyaslı, dayanıqlı və daimi işgüzar əməkdaşlıq milli qapalılığın və eqoizmin öhdəsindən gəlmək ehtiyacını gücləndirir.»4

V.Rıbalkin «ümumi bazar»ın formalaşmasının zəruriliyini qeyd edərək bu məsələnin həllinin vacibliyini ilə əlaqədar daha mühüm bir fikir söyləyir:

«...dövlət sərhədlərinin, xüsusilə də rəsmi-bürokratik və maliyyə proseduraları sahəsində şəffaflığının əlavə ilkin şərtləri yaradılır.»5.

Müasir dünya iqtisadiyyatında Bİİ sahəsində nail olunan tutarlı nəticələrdən biri də iqtisadi və valyuta ittifaqlarının yaradılmasıdır. Bİİ iqtisadi fəaliyyət subyektləri kimi, firma, şirkət, müəssisə təşkilatlara regional masştabda istehsal ehtiyatlarından, həmçinin müasir texnika və avadanlıqların daha səmərəli istismarı əsasında iqtisadi inteqrasiyada iştirak edən ölkələrin daxili bazarlarının tam təminatı istiqamətində zəruri həcmdə məhsul istehsalını təmin etsinlər.

Beynəlxalq valyuta birliyi bir sıra dövlətlərin dünya səviyyəsində valyuta problemlərinin tənzimlənməsi məqsədilə vahid bir təşkilatda cəmləşməsi şəklində təzahür edib. Beynəlxalq valyuta ittifaqına nümunə kimi 1979-cu ildə yaradılan Avropa valyuta Birliyini (AVB) misal çəkə bilərik. Həmin təşkilatın fərmalaşdırılmasında başlıca məqsəd bura üzv dövlətlərdə milli və xarıcı valyuta sahəsindəki vəziyyətlərində stabillik, həmçinin bu sahədə sabit konyukturun, dinamik inkişafın təmin edilməsi və valyuta birliyinin işinin səmərəli tənzimlənməsi olmuşdur. Hazırda Avropa Birliyində vahid valyuta sistemi fəaliyyt göstərir və «yevro» ümumi pul vahidi kimi tətbiq olunur.

Bİİ bir qlobal iqtisadi fəaliyyət forması kimi bir çox faktorlarla sıx təmasda olur. Buraya iqtisadi qloballaşma, beynəlxalq əmək bölgüsü proseslərinin inkişafı, ETT və innovasiya proseslərinin süətlənməsi və s. aiddir. Onu da qeyd etmək lazımdır ki, bu faktorlar arasında qarşılıqlı əlaqələr mövcuddur.

Bİİ-nin inkişafının istiqamətləndirilməsində əsas faktorlardan sayılanı ölkədə iqtisadi azadlığın (açıq tipli iqtisadiyyat) təmin edilməsi və iqtisadi proseslərin müasir bazar qanunauyğunluqları əsasında inkiıafına şərait yaradılmasıdır.

Mahiyyət etibarı ilə Bİİ iqtisadi proseslərin müxtəlif ölkələr arasında genişlənməsi deməkdir və qlobal bir fəaliyyət kimi ölkələrarası əmək bölgüsünü daha da gücləndirməklə iqtisadiyyatın faydalılığının yüksəldilməsinə geniş imkanlar açılır.

Axır dövrlərdə formalaşdırılmış beynəlxalq qurumlardan biri də əvvəllər Sovetl Sosialist Respublikalar İttifaqı adlanan imperiyanın məkanında keçmiş sosialist, hazirda isə müstəqil dövlətlər olmuş ölkələrin birliyi sayılan Müstəqil Dövlətlər Birliyiddir. Öz xarakterinə görə MDB dövlətlər birliyi formasında yaradılan iqtisadi inteqrasiya tipidir. MDB məkanında, buraya üzv dövlətlər arasında vahid iqtisadi sistemdə enerji, logistika, rabitə, elm və mədəniyyət, informasiya s. sahələr üzrə qarşılıqlı faydalı münasibətlərin reallaşdırılması nəzərdə tutulur.

Qeyd etmək olar ki, MDB-yə üzv dövlətlərin iqtisadi sitemləri qarşılıqlı əlaqəlidir. Təhlil göstərir ki, MDB məkanımda bütün iqtisadi münasibətlərin 75%-ə qədəri yalnız Rusiya Federasiyasının hesabına aiddir. İqtisadi əlaqələrin belə bir formada yaranmasına səbəb uzun illər ərzində vahid iqtisadi məkanda bu ölkələr arasında ənənəvi ticarət-iqtisadi, sosial, elmi-texniki, informasiya mühitinin mövcudluğudur.

Müasir Bİİ fəaliyyətində 2 mühüm tendensiya mövcuddur:

1. Döövlətlərarası səviyyədə təmas;

2. Ərazi səviyyədə təmas.

Məşhur iqtisadi nəzəriyyəçı alim sayılan Y.Avdokuşinə görə:

«İqtisadi inteqrasiya, iştirakçı ölkədə istehsalın beynəlmiləlləşməsinin sürətlənməsi, onların ictimai-iqtisadi parametrlərinin tarazlaşdırılmasına şərait yaradır»6 .

Bİİ yaranmasına bariz nümunə kimi bir sıra birlikləri: sərbəst limanları, iqtisadi və ticarət zonalarını, gömrük şuralarını, ümumi bazarı, valyuta sistemləri ittifaqını qeyd edə bilərik.

Təhlil göstərir ki, müasir Bİİ-nin geniş yayılan tipi azad ticarət zonasıdır (ATZ). ATZ-də gömrük sahəsində bütün vergi və ödənişlər, həmçinin tətbiq olunan inzibati qaydalar aradan qaldırılır. ATZ-də istənilən subyektə və dövlətə sərbəst iqtisadi fəaliyyət üzrə tədbirlər ttbiq olunur. ATZ-də iştirak edən bütün dövlətlər üçün malların azad yerdəyişməsi ola bilməz. Bİİ formalarına hazırda fəaliyyətdə olan Avropa Azad Ticarət Assosiasiyasını (AATA) nümunə kimi göstərə bilərik. AATA 1960-cı il tarixində Stokholmda qəbul edilən beynəlxalq sənədə müvafiq olaraq təşkil olunmuşdur və onun əsasını ATZ-ı təşkil edir.

Eyni zamanda, 1961-ci ildə Amerika qitəsi ölkələrinin iştirakı ilə yaradılan Latın Amerikası ATZ-si, 1994-cü ildə formalaşdırılan Şimali Amerika Sərbəst Ticarət Assosiasiyası (NAFTA) geniş iş aparır.

Bİİ-nin təzahür formalarından Gömrük İttifaqlarını (Gİ) misal göstərmək olar. Gİ məhdudiyyətsiz, həm də tam formalaşmamış olur.

Gİ həm də tədiyyə şuraları ilə yekunlaşır və o ümumilikdə valyutalar üzrə aparılan işlərdə vahid tədiyyə vasitəsindən istifadəni təmin olunmasına şərait yaradır .

Müasir iqtisadi əməkdaşlıq təcrübəsində Bİİ-nin ən çoz yayılmış 3 növü mövcuddur:

1. Sərbəst alqı-satqı əraziləri;

2. Gömrük birlikləri və ;

3. Dünya bazarı.

İqtisadi inteqrasiya proseslərinin nəzəri dərkinə sistemli yanaşma 1950-ci illərdən başlanmışdır. Bu mövzuda ilk tədqiqat əsəri Y.Vaynerin Kitabı olmuşdur. Doğrudur, 1950-ci illərə qədər də göstərilən istiqamətdə tədqiqatlar aparılmış və müəyyən mülahizələr irəli sürülmüşdür. Müasir dövrdə, ərazilər üzrə ekonomik qovuşma probleminin nizamlanmasına istiqamətlənən çox miqdarda Qətnamələr vardır. Bazar Konsepsiyasının tərəfdarları. (Vayner, Lipser, Repke, Predolem və s.) iqtisadi idarəetmədə bazarın əlverişlı və faydalı olduğu barədə nəzəriyyəyə əsaslanır. Bu səbəbdən bəzilər Bİİ-ni cəm halında götürülən dövlətlərin ərazilərində vahid ticarət məkanın yaradılması kimi qəbul edir. Belə bazarın yaranması üçün xarici ticarət və valyuta sferalarına hökumətlərin hər-hansı təsiri dayandırılmalıdır. Bİİ üzrə birlikdə iştirak edən dövlətlərin öz aralarında iqtisadi fəaliyyət aparan firmalar üzərində bütün məhdudiyyətlər götürülməli və istehsal olunan əmtəələrin, həm də istehal faktorlarının birlidaxili azad yerdəyişməsi imkanı yaradılmalıdır. Hazırda BT sahəsində yaranan yeni neoklassik nəzəriyyənin müddəalarının prinsiplərini əsas götürməklə, bazar iqtisadi nəzəriyyəsinin müdafiəçiləri, ərazi itneqrasiyanı iqtisadi faktorlarının azad yerdəyişməsinin həyata keçirilməsini, əsaslı təminatçı kimi, çox yararlı bir yol kimi qəbul edirlər. Bu səbədən qeyd olunan sahədə yerinə yetirilən elmi-nəzəri araşdırmalarda düzgün yanaşma gömrük birliyi barədə qəbul edilən nəzəri müddəalar sauıla bilər. Bu konsepsiya Amerikan iqtisadçısı Ç.Vayner tərəfindən hazırlanmış və sonrkı dövrlərdə təkmilləşdirilmişdir.

Beləliklə, gömrük birliyi konsepsiyasına gömrük ittifaqının istehsal və istehlak effekti anlayışları daxil edilmişdir. Lipsey və Midin tədqiqatlarından belə bir nəticə də çıxır ki, gömrük ittifaqı xarici ticarət asılılığı minimum səviyyədə olan və əlaqələrin böyük qismi gələcək partnyorlarla qurulan ölkələr üçün daha sərfəlidir.

1960-cı illərdən başlayaraq dünya iqtisadiyyatında gedən inteqrasiya prosesləri aydın şəkildə göstərir ki, ticarətin liberallaşması nəinki istehsalın optimal yerləşməsini təmin etmir, hətta geniş təkrar istehsal prosesində ümumi gərginlik yaradır. Bu dövrdən başlayaraq nəzəri tədqiqatların ağırlıq mərkəzi inteqrasiyanın yeni formalarının araşdırılması, bütövlükdə prosesin tənzimlənməsi üzərinə keçmişdir.

İnteqrasiya prosesinin bazar institutsional konsepsiyası Bİİ fəaliyyətində bazarın aparıcı rol oynadığını qəbul eair və bu fəaliyyətin faydalı aparılması məqsədilə iqtisadi idarəetmədə komitə və komissiyalarının yaradılmasını diqqətda saxlayır. Birlikdaxili dövlətlər özlərinin sərbəstliklərini qorumaqla və milli maraqlarına xələl gətirmədən tənzimləmə sahəsində bir sıra iılərin yerinə yetirilməsi hüququnu bu birliklərə tapşırırlar. Belə yanaşma mövcud tənzimləmə sistemindən fərqlənərək, eyni zamanda paralel olaraq bəzi məsələlərin də həll edilməsinə yönəldilir:


  1. İqtisadiyyatda durğunluğa yol verməmək;

  2. İqtisadiyyatda tam məşğulluğa nail olmaq;

  3. Zəif inkişaf etmiş regionlarda iqtisadi tərəqqiyə nail olmaq;

  4. Ölkə və beynəlxalq şirkətlərin səmərəli işləməsini nizamlamaq və s.

Dünya təcrübəsi göstərir ki, inteqrasiya prosesi heç də yuxarıda qeyd edilən klassik sxem çərçivəsində baş vermir. Digər tərəfdən, regional iqtisadi inteqrasiyaya qoşulmuş ölkələr ilk növbədə milli mənafelərinin tam ödənilməsinə çalışırlar. Qeyd etdiyimiz kimi, əsas məqsəd hər şeydən əvvəl, resurslardan istifadə səmərəliliyini yüksəltmək və texniki tərəqqini sürətləndirmək əsasında iqtisadiyyatın inkişaf etdirilməsinə nail olmaqdan ibarətdir. Bazar institutsional konsepsiyasının tərəfdarları gömrük birliyi nəzəriyyəsinə statik mövqedən fərqli olaraq dinamik yanaşmanı irəli sürmüşdülər. Beləliklə, inteqrasiya prosesində iqtisadi səmərəliliyin bərqərar olması başlıca olaraq rəqabətin səviyyəsindən asılıdır.

Buna görə də, milli iqtisadiyyatın simasını müəyyən edən istehsal sahələrinin rəqabət qabiliyyətinin yüksəldilməsi obyektiv zərurət kimi meydana çıxır və bu prosesdə dövlət müdaxiləsi mühüm amillərdən birinə çevrilir. Sözün ən geniş mənasında bazar və bazari- institutsional konsepsiyaları arasında elə bir prinsipial fərq yoxdur. Belə ki, hər iki halda dövlət inteqrasiya prosesinə aktiv müdaxilə etmir. Lakin kəskin təzadlar yaranarsa, onda institutsionistlərin fikrincə, dövlət, yaxud üst dövlət qurumları müəyyən tədbirlər həyata keçirməli və bazar mexanizminin tam sərbəst fəaliyyətini təmin etməlidirlər. Qeyd etmək lazımdır ki, hər iki konsepsiya beynəlxalq ticarətin neoklassik nəzəriyyəsinə əsaslanır.

Deyilənlərlə yanaşı daha bir məsələni qeyd etmək zəruridir ki, neoklassik nəzəriyyə, hər hansı bir firmanın trans-milli korporasiyaya çevrilməsi prosesini şərh edə bilmir. Digər tərəfdən, nəzərdən keçirilən konsepsiyalar bir çox mühüm amilləri inteqrasiya prosesindən sərf-nəzər edirlər. Belə ki, göstərilən konsepsiyalar çərçivəsində həyata keçirilən iqtisadi inteqrasiya müxtəlif milli mənsubiyyətli ölkələri vahid iqtisadi məkanda birləşdirərək milli adət-ənənə, tarixi köklər, ümumbəşəri dəyərlərə yanaşma tərzi və s. baxımından millətləri qarşılqlı uyğunluğu və qarşılıqlı dözümlüyünü nəzəri-diqqətdən kənarda qoyur. Eləcə də sosial-siyasət, ilk növbədə gəlirlərin bölüşdürülməsi problemi iqtisadi inteqrasiyanın yuxarıda adları çəkilən konsepsiyalarında əks etdirilməmişdir. Bu amillərin mühümlüyünü əsas götürən iqtisadçıların bir qrupu iqtisadi inteqrasiya prosesində bazar mexanizminin rolunu fərqli formada qiymətləndirməyə cəhd göstərmişlər.

İqtisadi ədəbiyyatda inteqrasiyanın dirijist konsepsiyasının müdafiəçıləri hesab olunan dünyanın bir sıra aparıcı iqtisadçı alimləri sayılan R.Kuper, A.Marşall, Q.Mürdal, Y.Tinberqen və sairləri BT-in tənzimlənməsinə istiqamətlənən müasir neoklassik məktəbin təqdim etdiyi müddəalara qarşı özlərinin mənfi fikirlərini bildiriblər. Onlar brlə hesab edirlər ki, inteqrə edilmiş bazarda əmtəələrin və istehsal faktorlarının azad yerdəyişməsi bu fəaliyyətin müehüm təkanverici amili hesab edilə bilməz. Həmin cərəyanın görkəmli nümayəndələrindən biri olan Q.Mürdal vahd alqı-satqı məkanının olmasının iqtisadi baxımdan yenicə formalaşan ölkələrə vura biləcək zıyanə əvvəlcədən qeyd edərək (neoklassiklərə görə isə əksinə olmalı, yəni həmin təsir mənafelərin tarazlığını, qiymət və gəlirlərin uyğunlaşmasına gətirib çıxarmalı idi) dıgər bütün faktorların inkar olunmasına söykənən «xalis» iqtisadi konsepsiyanın əleyhinə çıxdı. Dirijist konsepsiyasının başqa bir iştirakçısı Y.Tinberqen iqtisadi mexanizminin normal tərəqqiyə çatmağa vasitə olmasının qeyri-mümkünlüyünü göstərərək, «müsbət» və «mənfi» anlayışları dövriyyəyə saldı.

Hazırda Bİİ sahəsində mövcud olan beynəlxalq praktirkaya əsasən dirijist konsepsiya üzrə mütəxəssislərin tutduğu pozisiyaların tədricən zəiflədiyi nəzər çarpır. Lakin, belə bir şərait onu bidirmir ki, Bİİ bütövlükdə iqtisadi mexanizm üzrə reallaşır, yəni bu proseslərə tam dövlət müdaxiləsi edilir. Burada əsas məsələ normal rəqabət mühitinin yaradılmasında müvafiq dövlət orqanının təsir metodlarının seçilməsindədir. Valyuta inteqrasiyası dedikdə, regional səviyyədə valyuta siyasətinin əlaqələndirilməsi mexanizmi, valyuta-kredit və maliyyə qurumlarının yaradılması prosesi başa düşülür. Valyuta inteqrasiyası öz mahiyyəti etibarı ilə regional iqtisadi inteqrasiyanın iqtisadi ittifaq mərhələsində həyata keçirilən prosesdir. Bununla belə, beynəlxalq iqtisadi münasibətlər təcrübəsində yeni valyuta inteqrasiyasına, valyuta zonalarına və birliklərinə rast gəlinir.

Birincisi, valyuta birliyində bura üzv ölkələr regional səviyyədə vahid valyutadan istifadə edirlər.

Ikincisi, valyuta birliyində həm region daxili, həm də region xarici iqtisadi əlaqələrdə üzv-ölkələrin apardığı valyuta-kredit və maliyyə siyasəti regional valyutaya əsaslanır. Valyuta zonasında bu hal müşahidə olunmur.

Üçüncüsü, valyuta zonası valyutaların kurs nisbətlərinin tənzimləyir. Özünün pula olan tələbatını hər bir ölkə nıüstəqil surətdə ödəyir. Valyuta birliyində isə pulun emissiyası vahid mərkəzdən həyata keçirilir.

Yüksək inkişaf etmiş ölkələrin inteqrasiya qruplaşmaları içərisində Avropa İqtisadi Birliyi xüsusi yer tutur. II dünya müharibəsindən sonrakı dövrdə Avropada qarşılıqlı iqtisadi əlaqələrin gücləndirilməsi və iqtisadi əməkdaşlığın inkişafı naminə regional inteqrasiya blokunun yaradılması zərurəti meydana çıxmışdır. Ilkin olaraq 1951-ci ildə funksional-sahəvi inteqrasiyanın təşkili məqsədi ilə Avropa kömür və polad birliyi. 1958-ci ildə isə Avropa atom enerjisi üzrə əməkdaşlıq qurumı formasında sahə qurumları yaradıldı.

Avropa Iqtisadi Birliyi hüquqi baxımdan 1957-ci ildə Roma müqaviləsi ilə təsbit olunmuşdur.

Müqavilə Qərbi Avropanın 6 ölkəsi (AFR, Fransa, İtaliya, Belçika, Hollandiya, Lüksemburq) tərəfindən imzalanmış və aşağıdakıları nəzərdə tuturdu:


  1. Üzv-ölkələr arasında idxal-ixrac əməliyyatlarında gömrük rüsumları və miqdar məhdudiyyətlərinin ləğvi;

  2. Üçüncü ölkələrə qarşı ümumi gömrük və ticarət siyasətinin yeridilməsi:

  3. Blokdaxili iqtisadi məkanda işçi qüvvəsinin, xidmət və kapitalın sərbəst hərəkətinə mane olan məhdudiyyətlərin aradan qaldırılması;

  4. Kənd təsərrüfatı sferası üçün ümumi siyasətin işlənib hazırlanması;

  5. Nəqliyyat-kommunikasiya sferasında ümumi siyasəti tətbiqi;

  6. Üzv-ölkələrin tədiyyə balansları arasındakı uyğunsuzluqların ləğvi və iqtisadi siyasətin əlaqələndirilməsinə imkan verən qaydaların tətbiqi;

  7. Rəqabətin inkişafı və onun «normal xarakter» daşıması baxımından əlverişli mühitin formaşaşdırılması;

  8. Üzv-ölkələrin milli qanunvericiliklərinin müvafiq surətdə uyğunlaşdırılması;

Müqavilə, yuxarıda qeyd olunan tədbirlər sisteminin 12 illik keçid dövrü ərzində 3 mərhələdə (hər mərhələ 4 il olmaqla) həyata keçirməyi nəzərdə tuturdu.

1967-ci ildə həmin ideyaya uyğun olaraq subregional iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə ASEAN və Sakit okean hövzəsi ölkələrinin iqtisadi Şurası (yalnız iri biznesin üzv olduğu qurum) qurumları formalaşdırıldı. 1984-cü ildən «ASEAN dialoqu» tətbiq edilməyə başlandı ki, bununda İ1k iştirakçısı Avstraliya oldu. Ümumiyyətlə, sözgedən regionda inteqrasiya prosesinin surətləndirilməsi məqsədi ilə bir sıra təkliflər irəli sürülmüşdür. Bu qurumlardan başqa bir çox regional qurumlar da mövcuddur ki, onlardan əsasları haqqında aşağıdakı cədvəldə qısa şəkildə məlumat verilmişdir.

Asiya-Sakit Okean hövzəsi ölkələrinin Iqtisadi Şurası (ATES) isə Avstraliyanın baş naziri B.Xoukun təşəbbüsü ilə 1989-cu ildə təşkil edilmişdir. Bu orqanın operativ təşkili əsasən iki amillə şərtlənir:

1) regionun əsas aparıcı dövlətləri olan ABŞ və Yaponiyanın mənafelərinin üst-üstə düşməsi;

2) ASEAN ölkələrinin subregional inteqrasiya prosesindən kənarda qalmaq təhlükəsi.

Artıq 1968-ci ildə ümumbazar yaradılmaqla, qarşıya qoyulan problemlərin böyuk əksəriyyəti öz həllini tapmışdır. 1970-ci illərdən başlayara Avropa iqtisadi Birliyinin tərkibi xeyli genişlənmişdir. Belə ki, 1976-cı ildə Böyük Britaniya, İrlandiya, Danimarka, 1981-ci ildə Yunanıstan. 1986-cı ildə Portuqaliya və İspaniya, 1994-cü ildə Avstriya, İsveç və Finlandiya, 2004-cü ildə Kipr, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Slovakiya və Sloveniya daxil olmaqla üzv ölkələrin sayı 25-ə çatmışdır. 1995-ci ildən Türkiyə Avropa Birliyinin gömrük ittifaqına daxil olmuşdur. Bununla yanaşı, AIB-in assosiativ üzvlərinin sayı hal-hazırda 75-ə çatmışdır. Belə ki, Asiya, Afrika və Karib hövzəsi ölkələri (66ölkə)IvəII Lomeyko Konvensiyası əsasında Avropa iqtisadi Birliyinə kollektiv surətdə assosiativ üzv qəbul edilmişdir. 1993-cu ildə Mərkəzi və Şərqi Avropanın 6 ölkəsi (Polşa, Maçarıstan, Çexiya, Slovakiya, Bolqariya və Rumuniya), eləcə də Pribaltika respublikaları (Estoniya, Latviya və Litva) həmin keyfiyyətdə Birliyə daxil olmuşlar. Bu Birliyinin coğrafiyası və əhatə etdiyi ölkələrin sayı göstərir ki, söhbət artıq regional deyil, beynəlxalq inteqrasiya qruplaşmasından gedir. Birliyin təkamül tarixini 3 mərhələyə bölmək olar:

1. 1958-1968-ci illər. Bu dövrdə üzv ölkələr arasında bütün məhdudiyyətlər aradan qaldırılmış və «ümumbazar» formalaşdırılmışdır:

2. 1969-1992-ci illər. «Ümumbazar» öz mahiyyəti etibarı ilə iqtisadi ittifaqa çevrilir ki, bu da Birlik daxilində vahid siyasi-iqtisadi məkanın təşəkkülü üçün əlverişli zəmin yaradır. Bu prosesdə 1987-ci ildə qəbul edilmiş Vahid Avropa aktı xüsusi rol oynayır. 1991-çi ilin dekabr ayında bağlanan Maastrixt sazişi Avropa Birliyinin inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu saziş Birliyin funksiyalarını və səlahiyyətlərini hədsiz dərəcədə genişləndirməklə İqtisadi İttifaqın hüquqi təsbitini həyata keçirir. Sazişə görə Birliyin səlahiyyətlərinə aşağıdakılar aid edilir:



  1. Vahid valyutanın yaradılması və idarəedilməsi.

  2. Vahid iqtisadi siyasətin formalaşdırılması, gücləndirilməsi və onun üzərində nəzarətin həyata keçirilməsi.

  3. Azad və ədalətli rəqabət prinsipi əsasında vahid bazarın təşəkkülü.

  4. İnkişaf etmiş və iqtisadi cəhətdən geri qalmış ölkələr arasında vəsaitlərin yenidən bölgüsü və artım templərinin uyğunlaşdırılması.

  5. Qanunçuluğun mühafizəsi.

  6. Ayrı-ayrı vətəndaşların fundamental insan hüquqlarının mühafizəsi və inkişafı.

Göründüyü Kimi, Maastrixt sazişi Avropada super regioial dövlətin yaradılması prosesini xeyli gücləndirmişdir. Avropa İqtisadi Birliyinin 3-cü mərhələsi 1993-cü ildən başlayır. Məhz bu mərhələdə valyuta ittifaqının yaradılması və vahid vatyutaya keçidlə əlaqədar yeni dövlətin formalaşması prosesi başa çatmışdır. 1993-cü il noyabr ayının 1-dən etibarən (Masstrixt sazişi qüvvəyə minmişdir) Avropa iqtisadi Birliyi Avropa ittifaqı adlanır. Yüksək inkişaf etmiş ölkələrin ikinci böyük interasiya qruplaşması - NAFTA (Şimali Amerika Azad Ticarət Assosiasifyası) ABŞ-ı, Kanadanı və Meksikanı özündə birləşdirir. NAFTA ilkin formada ABŞ və Kanada arasında 1988-ci ildə imzalanmış Amerika-Kanada azad ticarət sazişi əasında yaradılmışdır. Analoji şərtlərlə tərtib edilmiş saziş Meksika ilə 1992-ci ilə bağlanmış və 380 mln. nəfər əhaliyə, 7 trln. dol. iqtisadiyyata malik nəhəng regional qruplaşma meydana çıxmışdır.





Qurumlar

Üzv olan ölkələr

Yaran

ma

tarixi

Ticarət blokları

1

And paktı

Boliviya, Venesuela, Kolumbiya, Peru, Çili, Ekvador

1969

2

Ərəb ümumi bazarı (ASM)

İordaniya, Suriya, İraq, Liviya, Sudan, Misir

1964

3

Cənub-Şərqi Asiya dövlətləri Assosiyasiyası (ASEAN)

İndoneziya, Malaziya, Sinqapur, Tailand, Filippin, Bruney

1967


4

Şərqi - Afrika Birliyi (EAS)

Keniya, Tanzaniya, Uqanda




5

Karib birliyi (KARIKOM)

Antiqua və Barbuda, Barbados, Beliz, Qayana, Qrenada, Dominika, Sent-Lyusiya, Trindidad və Tobaqo, Yamayka, Montserrat, Sent-Kristofer-Nevis

1973


6


Latın Amerikası interqasiya assosiyasiyası (LAI)


Argentina, Boliviya, Brazilya, Venesuela, Kolumbia, Meksika, Paraqvay, Peru, Uruqvay, Çili, Ekvador


1980


7

Ərəb dövlətləri Liqası (LAQ)

Əlcəzair, Bəhreyn, Cibuti, İordaniya, İraq, Yəmən, Qətər, Küveyt, Livan, Liviya, Mavritaniya, Marokko, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı, Suriya, Somali, Sudan, Tunis

1945



8

Məqrib IqtisadiBirliyi (KGM)

Əlcəzair, Mavritaniya, Marokko, Tunis

1983

9

Ümumi afromavrikiya qurumı (OKAM)

Benim, Fil Sümüyü Sahili, Yuxarı Volta, Mavrikiya, Niger, Ruanda, Seneqal, Toqo, MAR

1974


10

İqtisadi Əməkdaşlıq Qurumı

İran, Türniyə, Pakistan, Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Qazaxıstan, Əfqanıstan

1964


11


Fars Körfəzi ölkələrinin əməkdaşlıq Şurası (SSPZ)

Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Səudiyyi - Ərəbistanı

1981


12


Razılıq Şurası


Benin, BurKina-Faso, Kot-Rivuar, Niger, Toqo, Yuxarı Volta

1959


13

Mərkəzi Afrika dövlətləri ittifaqı (YUEAK)

Zair, Çad

1984


14

Mərkəzi Afrika iqtisadi və GömrÜl ittifaqı (YUDEAK)

Qabon, Kamerun, Konqo, MAR, Çad, Ekvatorial Qvineya


1964


15

Mərkəzi Amerila Ümumi bazarı (MSSA)

Qvatemala, Nilaraqya, Salvador, Kosta - Rila, Honduras

1960


16

Qərbi Afrika dövlətlərinin iqtisadi Birliyin (EKOVAS)

Benin, Kot-Divuar, Brukina-Fasol, Qambia, Qana, Qvineya, Qvineya - Bisau, Liberiya, Mavritaniya, Mali, Niger, Nigeriya, Kabo-Verde, Seneqal-Leona, Toqo



1975


17

Qərbi - Afrika iqtisadi Birliyi (KEAO)

Kot-Divuar, Burnika-Fasol, Mavritaniya, Niger, Seneqal

1972


18

Böyük göl ölkələrinin iqtisadi Birliyi (SEPQL)


Brundi, Zair, Ruanda

1975


19

Şərqi və Cənubi Afrika ölkələri iqtisadi Birliyi (SVAEK)

Anqola, Botsvana, Zambia, Zimbabve, Keniya, Komor Adaları, Lesoto, Mavriqiya, Madaqaskar, Malavi,

Mozanbiq, Svazlend, Seyşel Adaları, Somali,

Tanzaniya, Uqanda, Həbəşistan


1982


20

LiptakO - Qruma rayonunun inteqrasiyası idarəsi (ADİRL)

Yuxarı Volta, Mali, Niger, Toqo

1970




Regional iqtisadi qurumlar

Beləliklə, NAFTA həm inteqrasiya proseslərinin subyektləri və məzmunu baxımından, həm də dinamikliyi və sürətinə görə Avropa İttifaqını ötüb keçmək imkanına malikdir. NAFTA çərçivəsində imzalanmış Saziş 10 il müddətində qarşılıqlı ticarətdə mövcud olan bütün məhdudiyyətlərin ləğvini nəzərdə tutur.

Amerika iqtisadçıları Şimali Amerika inteqrasiya toplaşmasının gələcəyini bütün qitəni əhatə edəcək və ya öz-özünü təmin etmək iqtidarında olan panamerika ticarət bloku kimi görürlər.

Sakit okean regional inteqrasiyası inkişaf etmiş ölkələrin yaxından iştirak etdiyi 3-cü iqtisdi qruplaşmadır. Asiya-Sakit Okean regionunda dünya əhalisinin 40%-i məskunlaşmışdır. Qlobal milli məhsulun və xarici ticarət dövriyyəsinin 50%-ə qədəri bu regionun payına düşür. Bölgədə inteqrasiya ideyası hələ 1960- cı illərdə Amerika və Yapon tədqiqatçılarının Sakit okean azad ticarət zonasının yaradılması haqqında fikirləri ilə əlaqədar meydana çıxmışdır.

1.3. İqtisadi əməkdaşlığın tənzimlənməsinin əsas alətləri

Tədqiqatlar göstərir ki, iqtisadi proseslərin beynəlxalq səbviyyədə nizamlanması, müasir iqtisadi proseslərdə dünya dövlətləri arasında biri-birindən asılılıq vəziyyətinin getdikcə artması, qlobal dünya iqtisadi məsələlərin ortaya çıxması və onların daha da kəskin xarakter alması nəticə etibarı ilə dünyada dövlətlərarası iqtisadi əlaqələrin məqsədəuyğun nizamlanmasını həyati bir tələbata döndərmişdir.

BİM-in hökumətləarası niamlanması dedikdə dövlətlərin tam öz iradələri ilə qəbul etdikləri vəzifələ və funksiyalarıın, beynəlxalq iqtisadi münasibətlər sahəsində qəbul edilmiş fəaliyyət və hərəkət nizam-intizam üsullarının kompleksi başa düşülməlidir.

XX əsrin 2-ci yarısından başlayaraq beynəlxalq iqtisadiyyatın tərəqqisi təcrübəsinə əsaslanaraq göstərmək olar ki, BİM-in hökumətlərarası nizamlanma mexanizminin yaranması, inkişaf və təkmilləşməsinin əsas hərəkətverici faktorları kimi bunlar çıxış edirlər.



  1. Gömrük rüsum və yığımlarının azaldılması vasitəsilə BT əməliyyatlarının sərbəstləşdirilməsinin vacibliyi. 1940-cı illərdə məlum hadisələr nəticəsində bərbad vəziyyətdə olan dünya təsərrüfatının təcili şəkildə bərpası həyati məsələyə çevrildi. Bu isə öz növbəsində, ilk növbədə beynəlxalq alqı-satql proseslərinin sürətləndirilməsi, beynəlxalq investisiyaların azad yerdəyişməsinin təmin edilməsi, ölkələrarası məhsul göndərişinə görə tədiyyə mexanizminin nizamlanması kimi vacib fəaliyyəti zəruri edirdi. Bu faktor beynəlxalq Bretton-Vuds yığıncağının qətnaməsinin qəbulunda, ÜTT, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və s. belə təşkilatların formalaşmasında vacib təsiredici rola malik olmuşdur

  2. Dünyada müstəmləkəşiıik təzahürünün aradan qaldırılması və müstəqillik əldə etmiş dövlətlərin sosial-iqtisadi tərəqqisinə imkanlar yaradılması. Bu inkişaf öz növbəsində, keçən əsrin 70-ci illərindən başlayaraq BİƏ-rin təzədən formalaşdırılmasını və prinsipial qaydada yeni iqtisadi nizamlama metodların tətbiqini zəruri etdi. Bu proses həm də yeni qiymətlər üzrə təbii xammal bazarlarının durumunun stabilləşməsini, iqtisadi inkişafda olan dövlələrdə himayədarlığın ləğvini, qabaqcıl texnika-texnologiyaların verilməsinə əlverişli şəraitin yaradılmasını, həmin ölkələri fiskal dəstəyin gücləndirilməsini və sair işləri zəruri edir.

  3. Keçən əsrin 70-80-ci illərində təbii xammal və yeyinti məhsulları üzrə krizislərin dərinləşməsi. Həmin krizislərin OPEC-in üzv dövlətlərinin qərarlarının təsiri ilə dərinləşməsinə səbəb oldu və bu ağır vəziyyətdən çıxmaq üçün digər dövlətlərin öz aralarında uzlaşdırılmış siyasət aparılmasını həyati məsələyə çevirdi.

  4. İqtisadi qloballaşma şəraitində dünya dövlətləri arasında müəyyən asılılıq yarandı və nəticədə də onlar arasında ticarət-iqtisadi münasibətlərin daha da güclənməsi prosesi baş verdi. Keçən əsrin sonlarında iri dövlətlər arasında mütəmadi baş verən ticarət-iqtisadi münaqişələrin aradan qaldırılması məqsədilə BİM-in dövlətlərarası razılaşdırılmış mexanizm vasitəsilə nizamlanması həmin dövdə beynəlxalq ticarət-iqtisadi aləmdə yaranan gərginliklərin uğurlu həllinin qarantı kimi çıxış etdi. Bu məsələnin daha səmərəli həllinin təmin etmək üçün 1961-ci ildə yaradılmış şərti olaraq «Böyük yeddilik» adlanan birlik özündə ABŞ, Yaponiya, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya kimi iri və güclü iqtisadiyyata malik dövlətləri birləşdirdi. Hazırda müntəzəm olaraq bu dövlətlərin rəhbərləri növbə ilə görüşlər keçirir və dünyada ən mühüm iqtisadi problemlərin həllində öz siyasətlərinin əlaqələndirməyə və uzlaşdırmağa çalışırlar.

  5. Transnasional korporasiyaların öz qüdrətlərini daha da artırması. Məlumdur ki, həmin korporasiyalar milli əraziləri aşaraq artıq dünyanın bir çox ölkələrində fəaliyyət göstərirlər. Eyni zamanda, bu fəaliyyət prosesində obyektiv olaraq onların olduqları ölkələrin maraqları ilə milli maraqları arasında müəyyən ziddiyətlər yarana bilir. Belə bir vəziyyət BİT-lər tərəfindən bu problemin həlli istiqamətində bu şirkətlərin fəaliyyətlərinin nizamlanmasının daha mütərəqqi forma və üsullarının işlənməsinə ciddi ehtiyac yaranır. Misal olaraq Birləşmiş Millətlər Təşkilatının nəzdində yaradılan müvafiq mərkəzi göstərmək olar.

  6. Ərazi iqtisadi inteqrasiyası sahəsində işlərin dinamik və süətli şəkildə genişlənməsi bu problemi səmərəli idarə etmək üçün ərazi nizamlayıcı qurumların yaradılmasını zəruri etdi. Beləliklə. İqtisadi tərəqqini ərazi nizamlayıcı qurumların formalaşması nəticədə BİM-in hökumətlərarası səviyyədə nizamlanmasını daha səmərəli aparılmasına gətirib çıxardı.

BİM-in hökumətləarası səviyyədə nizamlanması prosesi üçün müqavilə-hüquqi baza rolunu bu sənədlər oynaya bilər:

  • iki subyektin iştirakı ilə imzalanan beynəlxalq sazişlər;

  • ərazi strukturlar səviyyəsində bağlanan ərazi xüsusiyyətli 2-dən çox dövlətin iştirakı ilə imzalanan sazişlər;

  • iri təşkilatların iştirakı ilə formalaşdırılan geniş əhatəli xüsusiyyətə malik çox sayda dövlətlərin imzaladığı müqavilələr.

Hökumətlərarası səviyyədə və 2 dövlətin iştirakı ilə formalaşan ticarət-iqtisasdi əlaqələr də müvafiq beynəlxalq razılaşmalar vasitəsilə nizamlanır. Bu razılaşmalar tərəflərin hökumətləri tərəfindən müqavilələr şəklində imzalanır və sonradan onu imzalayan hər bir tərəfdə müvafiq hökumətdaxili prosedurdan keçirilməklə hüquqi qüvvəyə mindirilir. Yalnız bundan sonra müqavilə fəaliyyətə başlayır. Hər müqavilənin sonunda onun icra müddəti (adətən 5-15 il) və bu müddətin başa çatacağı halda müqavilənin uzadılması mexanizmi göstərilir.

BİM-in hökumətlərarası nizamlanma mexanizmində bu prosesin prinsipləri, obyekt, subyekt, vasitələri öz əksini tapır.

Dünya təcrübəsinə əsasən söyləmək olar ki, hər bir BİT onun tərkibində olan dövlətlər arasında bağlanan müvafiq müqavilə üzrə formalaşdırılr, bu müqaviləni bağlayan dövlətlərin razılaşdırdığı hüquqlara, mükəlləfiyyətlı strukturlara, nizamnaməyə, vəzifə və funksiyalara və digər zəruri sayılan səlahiyyətli beynəlxalq səviyyəli birliklərdir. Məhz həmin sazişlər üzrə müvafiq təşkilatlar BİT səlahiyyətlərini alır.

Ümumiyytlə, BİT-lər fəaliyyət xüsusiyyətlərindən asılı olaraq fərqli şəkildə adlanırlar. Məsələn, beynəlxalq təşkilat, fond, bank, itifaq və s.

Müasir təcrübəyə əsasən qeyd etmək olar ki, BİT-in formaları bir sıra əlamətlərə və ölçülərə əsasən müəyyənləşdirilir.

Eyni zamanda, iştirakşıların tərkibi ilə bağlı ümumi, yaxud da dar əhatəli təşkilatlar formalaşır. Ümumi, yaxud da çoxprofili təşkilatlara isə iştirakçılar kimi tam şəkildə hər-bir ölkə üzv ola bilər

Mükəlləfiyyət xüsusuyyəti ilə bağlı bütün təşkilatlar ümumi,yaxud da xüsusi mükəlləfiyyətli təşkilatlara paylanırlar. Üümumi mükəlləfiyyətli təşkilatlarda bu konkret iş sferası ilə yekunlaşmır və buna misal kimi Birləşmiş Millətlər Təşkilatını göstərə bilərik. BMT səviyyəsində hər-hansı bir məsələ baxıla bilər. Lakin, bu işdə onun təkibində olan və xüsusi səlahiyyətlərə malik strukturların həll etdiyi məsələlərin istisna etdiyi qeyd edilməlidir. Belə geniş əhatəli mükəlləfiyyətər çoxprofilli təşkilatların işində nəzərə çarpmalıdır.

Təşkilatların bir çoxu yalnşz hökumətlərarasıdır və onlarınbundan daha yüksək hökmü yoxdur. Həmin təşkilatlara daxil olan ğlkələr bu qurumlara onların özlərinə aid olan mükəlləfiyyətəri bu qurumlara ötürmürlər. Belə təşkilatların əsas fəaliyyəti beynəlxalq iqtisadi münasibətlərin nizamlnmasını aparmaqdır.

Həmçinin, ölkəüstü təşkilatlar da formalaşdırıla bilər. Beləki, bəzi hallarda hökumətlər, onlara məxsus bir sıra müstəqil mükəlləfiyyətərinin reallaşdırılması vəzifəsini həmin təşkilatlara həvalə edirlər. BİT-lər bir sıra problemlərin həllində üzv ölkənin iqtisadi subyektlərinə münasibətdə dolayı şəkildə icbari sayılan qətnamə qəbul edə bilər. Həmin təşkilatların verdikləri hökmlərin icbari yerinə yetirilməsi ilə bağlı xüsusi icra sistemi yaradılıb. Deyilənlərə misal kimi AB-nin tərkibində olan iştirakçıların hökumətləarası qurumlarını qeyd etmək mümkündür.

Qeyd etmək lazımdır ki, həmin təşkilatların işinin mühüm hissələri müəyyən problemin araşdırılması, ona münasibətdə konkret hökmün verilməsi və qəbul olunan qərarların icrasına nəzarətin aparılması sayılır. Bütün bunların nəticəsində BİT-in 3 mühüm vəzifəsi formalaşır: nizamlama, kontrol, nailolma.

Nizamlama vəzifəsi müasir şəraitdə qerinə yetirilən funksiyaların ən mühümü sayılır. Həmin vəzifə təşkilata daxil olan ölkənin amalını, fəaliyyət üsullarını və s. təyin edən müəyyən hökmlərin verilməsindən ibarətdir. Belə hökmlər təkcə mənəvi-siyasi gücə malik olsalar da hər-hansı bir ölkənin bu hökmlərin əlehinə getməsi beynəlxalq aləmdə olduqca çətin qəbul olunan bir hərəkət sayılır.

Kontrol vəzifəsi beynəlxalq aləmdə ölkənin hərəkətlərinin müvafiq hüququn qaydalarına, qəbul edilmiş qərarlara müfafiq gəlməsinin və düzgün həyata keçirilməsinin təmin edilməsini bildirir.

Məqsədə nailolma vəzifəsi qarşıya qoyulan amallara yalnız təşkilatların şəxsi imkanları ilə nail olunması kimi qəbul edilir. Eyni zamanda, hazırda bir şox zaman təşkilatlar bu vəzifənin həllinə üzv-hökumətlərin imkanları ilə nail olurlar.

1950-ci illərdən sonra yaranmış BİM-in üstdöblətlər formada nizamlanması prosesində 2 mühüm məsələni qeyd etmək lazımdır:

1. BİM-in ölçülərinin və amillərinin (çeşidlərin miqdarı, tədiyyələr, alqı-satqı, yatırım, əməkdaşlığın qaydaları və s.) nizamlanması;

2. Beynəlxalq iqtisadi əlaqələrin reallaşdırılması üsullarının təşkilatın bütün üzvləri üçün uyğunlaşdırılması (bütün qəbildən olan sazişlərin, həmçinin, təsərrüfat-texniki sahələrdə əlaqələrin, tədiyyə fəaliyyətinin və s.).

BİM-in reallaşması sahəsində metod-üsulların uyğunlaşdırılması vasitəsi kimi BİT-lərin müvafiq yollarla rəhbərliyə istiqamətləndirdiyi, onların özlərinin qüvvəyə mindidiyi sazişlər, qətnamələr, əsasnamələr, nümunəvi nizamnamələr götürölə bilər.

Dövlətlərarası alqı-satqı sazişləri ümumilikdə alqı-satqı proseslərinin iqtisadi-hüquqi prosedurlarını müəyyənləşdirir, vergi əməlıyyatlarının problemlərini həll edir, təsərrüfat subyektlərinin vəziyyətini əks etdirir, logistika məsələlərinin səmərəli həllinin təmin edir bu sahədə mövcud qaydaları təsbit edir. Qeyd etmək lazımdır ki, müvafiq müqavilələr yalnız ölkələrarası əməkdaşlığın kifayət qədər stabil və anlaşıqlı olduğu halda imzalanır və bir qayda olaraq BİM-in səmərəli inkişafına güclü təkan veririlər. Məlum tələbata görə istənilən alqı-satqı sazişləri dövlət və ya hökumət rəhbərləri tərəfindən imzalanır və mütləq dövlədaxili prosedurlardan keşirilir. Bu müqavilələr sonradan müvafiq və daha dəqiq məzmunlu iki və çoxtərəfli beynəlxalq sənədlərdə öz əksini tapmış olur.

Alqi-satqının prosesləri barədə hökumətlər arasında imzalanan müqavilə həmin dövriyyəni təşkil edən malların tərkibini də müəyyənləşdirir. Bir qayda olaraq bu iş, malların tərkibinin yaradılması şəklində reallaşdırılır. Bu kontekstdə də malların gətirilməsi və ölkədən çıxarılması ilə bağlə müvafiq razılq sənədləri alınır. Beynəlxalq təcrübədə bu tipli müqavilələrdə adətən tədiyyə məsələlərinin tənzimlənməsi ilə bağlı maddələr də ayrıca olaraq verilir. Bu maddələrdə təkcə alqı-satqı əməliyyatlarına görə ödəniş üsulları deyil, həm də bu işlərin aparılması ilə əlaqədar məsrəflərin tədiyyəsi, logistika, sığortalanma, nəqliyyat vasitələrinin icarəyəgötürülməsi və s. məsələlər razılaşdırılır.

Ticarət-iqtisadi və elmi-texniki əlaqələrin qurulması barədə beynəlxalq müqavilələr adətən 3 ildən 5 ilə qədər olan müddətə nəzərdə tutulur. Bu müqavilələrdə ölkələrarası alqı-satqı minasibətlərinin inkişafı, daha çox həcmdə elm tutumlu malların hazırlanması problemlərinin həlli üzrə imzalanır. Onlarda qarşıya qoyulan məsələlərin səmərəli həlli istiqamətində müvafiq proyektlərin reallaşdırılması üzrə sazişin hər bir iştirakçısının üzərinə düşən vəzifələri müəyyənləşdirilir. Bir qayda olaraq müqavilə iştirakçılarından hər-hansı birisi qarşılıqlı razılığa əsasən saziş üzrə hər-hansı tikilinin inşasına köməklik etmək, onları zəruri texnika və qurğularla təmin etmək, mütəxəsis kadr təminatını aparmaq və s. bu kimi işlərin görülməsi ilə bağlı öz üzərinə müəyyən vəzifə götürə bilər.

Beynəlxalq təcrübəyə əsasən hazirda BİM-də maliyyə köməkliyi barədə beynəlxalq müqavilələr geniş tətbiq olunur. Belə müqavilə bir dövlətin başqa dövlətə razılaşdırılmış həcmdə uzunmüddətli kreditin (bir qayda olaraq borcverən dövlətin mallarını alnmaq məqsədilə) verilməsi ilə əlaqədar əldə olunan razilaşmanın müvafiq qaydada rəsmiləşdirilməsidir. Beynəlxalq müqavilələrin bir növü olmaqla bu sazişlər bir qayda olaraq iqtisadi cəhətdən güclü dövlətlərlə inkişaf etməkdə olan dövlətlərlərin BİM-də nisbətən çox tətbiq olunur. Bu sazişlər adətən yeni inkişaf yoluna qədəm qoyan dövlətlərin iqtisadi cəhətdən güclü dövlətlərlərdən müxtəlif təyinatlı texnologiyaların idxalını təmin erməyə istiqamətlənir.

1966-cı ildə dünyada yaranan obyekyiv real təlabat əsasında yeni bir beynəlxalq qurum - Birləşmiş Millətlər Təşkilatının nəzdində Beynəlxalq ticarət hüququ üzrə Şura (YUNSİTRAL) formalaşdırıldı. Bu təşkilatın formalaşdırılmasında başlıca istək dünya üzrə alqi-satqı üsul və metodlarının üzlaşdırılması və bu sahədə razılaşdırılmış siyasətin reallaşdırılmasının hüquqi əsasının formalaşdırılmasınə əsaslı zəmin yaradılmasıdır.

Bütün bu qeyd olunanlar sübut edir ki, müasir dünya iqtisasdiyyatında BİƏ-in nizamlanması qlobal təşkilatlar, ərazi, dövlətləarası müəssisələrarası səviyyələrdə yerinə yetirilir və mahiyyət etibarı ilə onun demək olar ki, bütün sahə və sferalarını əhatə edir.

FƏSİL II. AZƏRBAYCAN RESPUBLİKASININ COXTƏRƏFLİ TƏNZİMLƏMƏ

SİSTEMİNDƏ REGİONAL İQTİSADİ TƏŞKİLATLARLA

FƏALİYYƏTİNİN TƏNZİMLƏNMƏSİNİN HÜQUQİ TƏMİNATI.


2.1. Azərbaycan Respublikasının beynəlxalq və regional iqtisadi

münasibətlərinin müasir vəziyyətinin və tənzimlənməsinin

hüquqi təminatının kompleks təhlili
BİM-in dinamik genişlənməsi ilk öncə dəvlətlərarası iqtisadi münasibətlərin inkişafını həuati zərurətə çevirir. Belə olan halda idarəetmə sahəsində mühüm fəaliyyət növlərindən ən mühümü BİƏ-rin inkişaf əviyyəsinə uyğun olaraq onları nizamlayan BİT-lər arasında əlaqələri daha da təkmilləşdirmək və genişləndirmək sayılmalıdır. Azərbaycan Respublikası iqtisadi müstəqilliyinin əvvəllərindən başlayaraq BİT-lə faydalı münasibətlər formalaşdırmaq istiqamətində məqsədyönlü fəaliyyət aparmış və onların daha da genişləndirməyə səy göstərmişdir.

Azərbaycanın üzv olduğu əsas beynəlxalq qurumları sxematik olaraq Sxem 2.1.-dən görmək olar:



c:\users\rahimn~1\appdata\local\temp\finereader12.00\media\image2.png

Sxem 2.1. Azərbaycan Respublikasının qoşulduğu BİT-lar.

Müasir dövrdə Azərbaycanın çox sayda BİT-lə milli maraqların tələblərinə cavab verəcək səviyyədə faydalı əlaqələrin formalaşdırılmasını aşağıdakı ardıcıllıqla əks etdirmək mümkündür:

Ölkəmiz 1992-ci il 2 mart tarixindən BMT-nin tam hüquqlu həqiqi üzvü sayılır. 1992-ci ildən hazırkı dövrədək Azərbaycan Birləşmiş Millətlər Təşkilatının çox sayda strukturlarının işində fəal şəkildə təmsil edilir. Beləki, BMT-nin Baş Assambleyasının fəaliyyətində ölkəmiz müxtəlif səviyyələrdə (müxtəlif komissiyalarda, ekspert qruplarında, işçi strukturlarda) iştirak etmişdir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatına daxil olduqdan sonra 06.05.1992 tarixində həmin qurumun tərkibində Azərbaycanın Daimi Nümayəndəliyi fəaliyyətə başlamışdır. Birləşmiş Millətlər Təşkilatı ilə əlaqələrin yaranmasının ilk tarixindən ölkəmiz bu qurum səviyyəsində zorla cəlb olunduğumuz ədalətsiz hərbi münaqişənin bütün regiona və hətta, dünyaya vura biləcəyi zərərin nəticələrinə beynəlxalq aləmin diqqtinin yönəltməyə çalışmışıq.

1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (TŞ) tərəfindən Ermənistanın hərbi təcavüzünün aradan qaldırılması ilə bağlı 822, 853, 874, 884 nömrəli müvafiq sənədlər qüvvəyə minmişdir. Hər bir qətnamə Azərbaycanın böyük ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı qəbul edilmişdir. Bu qətnamələr beynəlxalq hüquqa əsasən bütüm Azərbaycan ərazilərinin kənar qüvvələrdən toxunulmaz olduğunu bir daha təsdiqləmiş və təcavüzkar Ermənistan hərbi qüvvələrinin qeyd-şərtsiz ölkəmizin torpaqlarından kənarlaşdırılmasını qəti tələb etmişdir.

Hər bir ölkədə hümanitar problemlərin səmərəli həllinin zəruriliyini olduqca vacib olduğunu diqqətdə saxlayaraq dövlətimiz Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm, Mədəniyyət Təşkilatı (YUNESKO) ilə geniş əməkdaşlıq edir və bu məqsədlə 1994-cü ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasının Təhsil, Elm və Mədəniyyət Təşkilatında Milli Şurası təsis edilmişdir.

Göstərmək lazımdır ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Azərbaycan Respublikasının Bərpa və Yenidənqurma Agentliyinin (ARRA) və ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) fəaliyyətinin genişləndirilməsi və onuın resurslarının gücləndirilməsi istiqamətində bu qurumların maliyyələşdirilməsi yolu ilə münaqişədən sonrakı bərpa prosesinə böyük yardım göstərmişdir. BMT-nin İnkişaf Proqramı Azərbaycan Respublikasının Bərpa və Yenidənqurma Agentliyinin fəaliyyətinə köməklik etməklə Dünya Bankı, BMT-nin Qaçqınların işi üzrə Ali Komissiyası (UNHCR), Avropa Birliyinin (AB) Müstəqil Dövlətlər Birliyinə Texniki Yardımı (TACİS) layihəsini, həmçinin sair işləri reallaşdırır.

BİM-in genişlənməsi və ölkəmizin Birləşmiş Millətlər Təşkilatının müxtəlif strukturlarına qovuşması nöqteyi-nəzərindən bu qurumun TRASECA layihəsini, Xüsusi İnkişaf Layihəsini, Birləşmiş Millətlər Sənaye və İnkişaf Təşkilatını (UNİDO), Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya ölkələrinə Dəstək Layihəsini məxsusi göstərmək olar.

BMTİP Azərbaycanda 1993-cü ildən fəalliyət göstərir. Azərbaycan üzrə 3 Ölkə Əməkdaşlıq Çərçivə sənədi qəbul edilmişdir. 2000-2004-cü illəri əhatə edən 2-ci Ölkə Əməkdaşlıq Çərçivə sənədi bitdikdən sonra, müvafiq olaraq 2005-2009-cu illərə 3-cü yeni sənəd hazırlanaraq həyata keçirilmişdir ki, bu sənədin əsas prioritet istiqamətlərini də aşağıdakılar təşkil etmişdir:

- İqtisadi tərəqqi, yoxsulluq səviyyəsinin aşağı salınması, demokratik dəyərlərin qorunması və inkişafına geniş imkanlar yaratmaq üçün ölkədə idarəetmə proseslərinin və onun səmərəli işləyzn mexanizminin yaradılaraq daha da təkmilləşdirilməsi;

- Humanitar sahələrdə (səhiyyə, elm və s.) xalqın artan tələbatının tam ödənilməsi.

Bütün bunlara baxmayaraq, yeni bir layihə, 2011-2015-ci illər üzrə İnkişafa Yardım Çərçivəsi (UNİDAF) hazırlanaraq reallaşdırılmışdır.

Araşdprmalar göstərir ki, respublikamız 1993-cü ildən Birləşmiş Millətlər Təşkilatının Sənaye və İnkişaf Qurumına (UNİDO) tam hüquqlu üzv qəbul olunub. Bu təşkilatla ölkəmiz 05.06.2000 tarixində «Sənaye inkişafı sahəsində əməkdaşlıq haqqında Memorandum» bağlamışdır. 2005-ci ildə həmin təşkilatla dövlətimiz arasında «2005-2010-cu illər üzrə Əməkdaşlıq haqqında Çərçivə Proqramı» da qəbul edilmişdir. UNİDO respublikamızda bəzi problemlər üzrə, xüsusilə də enerji faydalılığının yüksəldilməsi, ölkə üzrə statistik layihlərin hazırlanması və reallaşdırılması, sahibkarlığa köməklik göstərilməsi, ekologiyanın qorunması və sair proqramlar yerinə yetirilir.

Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Azərbaycan BMT-nin XXI əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün BMT çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir.

Həmçinin, ölkəmiz Dünya Bankınin beş mühüm təşkilatına, 18.09.1992 tarixdə BYİB-yə, 23.09.1992 tarixdə Çoxtərəfli İnvestisiya Zəmanətləri Agentliyinə, 18.10.1992 tarixdə Beynəlxalq İnvestisiya Mübahisələrinin Tənzimlənməsi Mərkəzinə, 31.03.1995 tarixdə Beynəlxalq İnkişaf Birliyinə, ən nəhayət 11.10.1992 tarixdə Beynəlxalq Maliyyə Şirkətinə daxil edilmişdir.

Dünya bankının icrada olan layihələrinə aşağıdakılar aiddir:



  • «Milli su təchizatı və kanalizasiya xidmətləri - II» layihəsi;

  • «Magistral avtomobil yolu - III» layihəsi;

  • «Kənd investisiya» layihəsi;

  • «II Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi» layihəsi;

  • «Elektrik ötürücü sisteminin bərpası» layihəsi;

  • «Korporativ və büdcə sektorunun hesabatlılıq» layihəsi;

  • «Bərk məişət tullantılarının vahid idarəçiliyi» layihəsi;

  • «Təhsil sektorunun inkişafı - II» layihəsi;

  • «Pensiya və sosial təminat» layihəsi;

  • «Sosial müdafiənin inkişafı» layihəsi;

  • «Ədliyyə sisteminin müasirləşdirilməsi» layihəsi;

  • «Səhiyyə sektorunda islahatlar - II» layihəsi;

  • «Məcburi köçkünlərin iqtisadi inkişafına yardım» layihəsi(əlavə maliyyələşdirmə);

  • «Daşınmaz əmlakın qeydiyyatı» layihəsi;

  • «Dövlət investisiyaları üzrə kadr potensialnın gücləndirilməsi» layihəsi;

  • «Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi» layihəsi.

Təhlil göstərir ki, respublikamız AYİB-ə 25.09.1992 tarixində qəbul edilib. Avropa Yenidənqurma və İnkişaf Bamkının Azərbaycanın verdiyi etibarnamə əsasında ayırdığı vəsaitlər üzrə reallaşdırılan proyektlər bunlardır:

  • Yenikənd SES-nin inşası;

  • Mingəçevir SES-nin rekonstruksiyası;

  • Hava naviqasiya şəbəkəsinin yeniləşdirilməsi;

Azərbaycan-Transqafqaz dəmir yolu şisteminin rekonstruksiyası;

  • Bakı şəhərinin su təminatı üzrə mövcud şəbəkənin təkmilləşdirilməsi;

  • Hacıqabul-Kürdəmir avtomagistralının rekonstruksiyası.

Azərbaycan və AYİB arasındakı əməkdaşlıqla bağlı olaraq icrada olan layihələrə isə aşağıdakılar aiddir:

  • Bakı-Samur avtomagistralının rekonstruksiya proyekti;

  • Azərbaycan İstilik Elektrik Stansiyasının reabilitasiyası.

Hələlik ölkəmiz samballı bir qurumda - Ümumdünya Ticarət Təşkilatında həqiqi üzv deyil, müşahidəçi kimi iştirak edir. Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına daxil olması istiqamətində geniş fəaliyyət həyata keçirilir. Bu məqsədlə hazırda Ümumdünya Ticarət Təşkilatı ilə Azərbaycan Respublikasının Əlaqələndirici qurumu formalaşdırılıb və həmin qurum bu problemin uğurlu həlli üzrə razılaşmalar işini yerinə yetirir.

23.06.1997 tarixində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbulu istəyi ilə bağlı sənəd bu təşkilatın İşçi qurumuna verilmişdir. 16.061997 tarixində Ümumdünya Ticarət Təşkilatının İcra orqanına müvafiq Katibliyin formalaşdırılması barədə tapşırıq verilmişdir. 22.041999 tarixində Azərbaycanın xarici ticarət rejimi haqqında Memorandum ÜTT Katibliyinə təqdim olunmuşdur. 19.11.1999 tarixində AR Hökumətinin 226s nömrəli Qərarına əsasən bu işin tezləşdirilmiş icrası üzrə Koordinasiya Qrupu yaradılmışdır.

03-07.06.2002 tarixində Koordinasiya Qrupunun 1-ci yığıncağı keçirilmişdir. 22.08.2003 tarixində Hökumətin 175s nömrəli Qərarına əsasən problemin həllinin sürətləndirilməsi üzrə Komissiya yaradılmışdır.

Respublikamızın Ümumdünya Ticarət Təşkilatına daxil olmaq niyyəti Azərbaycan hökuməti tərəfindən reallaşdırılan xarici iqtisadifəaliyyətdən doğur. Burada başlıca məram milli iqtisadiyyatın beynəlxalq iqtisai sistemə, uğurlu və faydalı inteqrasiyasının təmin rdilməsidir.

Deyilən məqsədlərə tezliklə çatmaq üçün aşağıdakı vacib məsələlərin səmərəli həlli tələb olunur:


  • Milli məhsulların beynəlxalq bazarlarda ölkə üçün sərfəli şərtlərlə hərəkətinin təmin edilməsi;

  • Azərbaycanın xarici bazarlara mal çıxarmaq imkanlarının genişləndirilməsi, o cümlədən onun quruluşunun daha da yeni tələblərə uyğunlaşdırılması;

  • Ümumdünya Ticarət Təşkilatının müəyyənləşdirdiyi şərtlər və tələblərdən bəhrələnərək «açıq» iqtisadi sistem mühitində milli sahibkarların mənafelərinin müdfiəsini təmin etmək.

Araşdırmalar göstərir ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması aşağıdakı müsbət imkanlar yarada bilər:

  • beynəlxalq iqtisadi münasibətlərin səmərəli reallaşdırılmasında ölkə üçün faydalı, diskriminasiyasız bir fəaliyyət mühitinin formalaşdırılması;

  • təşkilata daxil olan ölkələrin iqtisadi mənafelərinin mənfi təsirlərdən müdafiəsinin Ümumdünya Ticarət Təşkilatı tərəfindən yaradılan daha mükəmməl və faydalı sistemlərdən istifadə əsasında təmin edilməsi;

  • Ümumdünya Ticarət Təşkilatının BİM-nin nizamlanması üzrə metod və üsullarının ölkə təcrübəsində tətbiqinin uğurlu tətbiqi məqsədilə əlkənin milli qanunveici aktlarının mütərəqqi beynəlxalq hüquq normalarına uyğunlaşdırılması.

Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına daxil olmasında başlıca amal aşağıdakılardan ibarətdir:

  • Ümumdünya Ticarət Təşkilatında olan dövlətləri arasında qarşılıqlı şəkildə tətbiq olunan imtiyazlardan tam istifadə etmək;

  • Ümumdünya Ticarət Təşkilatının müəyyənləşdirdiyi metod və üsullar üzrə bir çox ölkələrlə ticarət-iqtisadi əlaqələrin genişlənməsi əsasında beynəlxalq aləmə uğurlu qovuşma işini daha da tezləşdirmək və bu sahədə zəruri tələb olunan tədbirləri reallaşdırmaq;

  • Azərbaycanda aparılması davam edilən köklü reformalara dünya təşkilatlarının və dövlətlərinin köməkliyinin daha da gücləndirilməsi;

  • Ümumdünya Ticarət Təşkilatının nizamlama mexanizminə əsaslanmaqla ölkə iqtisadiyyatına daha iri kapital yatırımlarını təmin etmək;

  • Ümumdünya Ticarət Təşkilatının formalaşdırdığı mexanizmdən istifadə etməklə BİM-də yarana biləcək bütün mübahisəli problemlərin səmərəli həll olunması imkanlarına malik olmaq.

Tədqiqatlar göstərir ki, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına daxil olmasında xüsusi rol oynayan problem ölkənin milli bazarının hansı şəkildə müdafiəsi deyil, hansı formada sərbəstləşdirilməsi məsələsinin uğurlu həllidir. Bu nöqteyi-nəzərdən belə saymaq olar ki, milli məhsullar bazarında digər ölkələrin iqtisadi subyektlərinin mövcudluğu milli sahibkarları səmərəli işə həvəsləndirəcəkdir.

Ümumdünya Ticarət Təşkilatına üzv olmaqla bu imkanları əldə etməyə şərait yaradacaqdır:



  • dünya bazarına rəqabətədözümlü məhsullar çıxarılması və ölkə istehsalçılarının hömin bazarlara uğurlu çıxışının təmin edilməsi;

  • «ən əlverişli rejim» üzrə və heç bir təzyiq göstərilmədən səmərəli işləyən nizamlama mexanizmindən istifadə;

  • ölkəyə başqa dövlətlərin sıxışdırılma xüsusuyyətli təsirlər göstərmələrindən daha inamlı şəkildə qorunma.

Müstəqilliyinin ilk illərindən başlayaraq Azərbaycan Respublikası dağılmış iqtisadiyyatını bərpa etmək məqsədilə dünya ölkələri ilə qarşılıqlı iqtisadi əlaqələr qurmağa çalışmışdır. İlk olaraq Azərbaycan qonşu dövlətlərlə dostluq və əməkdaşlıq münasibətləri qurmaq niyyətini bildirmiş, müxtəlif beynəlxalq iqtisadi qurumlarda və regional iqtisadi qurumlarda təmsil olunmağa başlamışdır. İnkişaf etməkdə olan ölkələrin əsl siyasi müstəqilliyi yalnız onlar tərəfindən iqtisadi müstəqilliyə nail olmaqla möhkəmkləndirildiyi üçün Azərbaycan Respublikası bu mərhələdə iqtisadi müstəqilliyə nail olmaq üçün mübarizə aparmışdır.

Təhlil güstərir ki, hazırda ölkəmiz idxal-ixrac əməliyyatlarının ümumi həcminə əsasən Qafqaz ölkələri içərisində aparıcı mövqedədir. Başqa sözlə, hazırda digər 2 qonşu Qafqaz dövlətlərinin il ərzindəki xarici əmtəə idxal-ixracının ümumi məbləği təxminən 7 mlrd.$ təşkil edir. Müqayisə üçün göstərmək olar ki, həmin dövrdə ölkəmizin idxal-ixrac əməliyyatlarının həcmi bu göstəricidən təqribən 5,0 dəfə artıqdır.

«Göründüyü kimi, regionun xarici ticarət döriyyəsinin əhəmiyyətli hissəsi Azərbaycanın payına düşür.»7

Azərbaycan müstəqilliyini bərpa etdikdən dərhal sonra çoxtərəfli əməkdaşlıq çərçivəsində regional iqtisadi bloklar və qurumlarla aktiv əməkdaşlığa başlamışdır. Azərbaycanın üzv olduğu əsas regional iqtisadi qurumları Sxem 2. 2-dən görmək olar.



c:\users\rahimn~1\appdata\local\temp\finereader12.00\media\image3.png


Sxem 2.2. Azərbaycan Respublikasıın daxil edildiy ərazi

iqtisadi təşkilatlar

İqtisadşı alim M.Колосничeнко öz tədqiqatında qeyd edir: «Hazırda belə demək olar ki, postsovet məkanında bir çox müxtəlif istiqamətli inteqrasiya prosesləri və «regional inteqrasiya adaları» mövcüddür. Hər bir müstəqil ölkə, çoxşaxəli inteqrasiya istiqamətləri içərisində öz yerini və rolunu müəyyənləşdirib. Onlar «qlobal cəmiyyətə» qovuşma yollarını görmə mövqeyindən hərəkət edərək, özləri üçün ən optimal saydıqları variantları tapıb seçməyə çalışırlar və müttəfiqlər və partnyorlar axtarışını da məhz bu seçim əsasında aparır.»8




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə