Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə98/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   94   95   96   97   98   99   100   101   ...   112

 
345
yeni bir arteriya, yeni bir damar açılacaqdır. Bu yol səkkiz 
və altızolaqlı olacaq, ən yüksək standartlara cavab verəcək 
və beləliklə, Bakının, Abşeronun o yerlərində yerləşən kənd-
ləri bir-biri ilə, şəhərlə və şimal istiqaməti ilə bağlayacaqdır. 
Orada dairəvi yol da tikilir – cənub və  qərb istiqamətini  
şəhərə girmədən birləşdirəcəkdir. Bu, böyük bir layihədir. 
Bu yaxınlarda mən orada işlərin gedişi ilə tanış oldum. Bu 
işlər qrafik üzrə aparılmalıdır. 
İlin sonuna qədər sahibkarlığın inkişafı ilə bağlı qalan 
kreditlər də paylanmalıdır. Bu gün  ölkə iqtisadiyyatının 82 
faizi  özəl sektorda formalaşır. Kreditlərin verilməsi, texni-
kanın, aqrolizinq, gübrə, toxumçuluq məsələlərinin həlli 
diqqət mərkəzində olmalıdır. Mən toxumçuluğu xüsusilə 
qeyd etmək istəyirəm, çünki dediyim başqa məsələlərlə bağlı 
işlər  çoxdan gedir. Bu yaxınlarda Yevlaxda olarkən mən 
yeni toxumçuluq müəssisəsinin – «Azərtoxum»un açılışında 
iştirak etdim. Bu çox vacib məsələdir. Çünki Azərbaycanda 
ilk dəfə belə müəssisə yaradılır. 
Mənə verilən məlumata görə, təkcə o müəssisə Azərbay-
canın toxuma olan tələbatını 15–20 faiz səviyyəsində  təmin 
edəcəkdir. Mən orada göstəriş verdim ki, o müəssisə daha da 
genişlənsin və  Aзərbaycanın başqa yerlərində buna bənzər 
müasir toxumçuluq kombinatları tikilsin ki, biz özümüzü 
toxumlarla 100 faiz təmin edək.  Əgər biz buna nail olsaq, 
onda kənd təsərrüfatında, bitkiçilik sahəsində heç bir prob-
lem qalmayacaqdır. Bunu etmək  üçün göstərişlər verildi. 
Azərbaycan Dövlət  İnvestisiya  Şirkəti bu işlərdə  iştirak 
edəcək, vəsait qoyacaqdır. Elə etməliyik ki, gələn il həm 
mövcud müəssisənin genişlənməsi, həm də ki, yeni müəssi-
sələrin tikintisi ilə bağlı konkret tədbirlər görülsün. 
Soyuducu kameralar tikilir. Hər bir fermer bunun xeyrini 
görür. Taxıl anbarları tikilir. Bir-iki ilə bu sahədə də nəzərdə 
tutulmuş proqramlar başa  çatacaq və beləliklə, bu həm 
qiymətlərin tənzimlənməsinə xidmət göstərəcək, həm də ki, 
məhsul xarab olmayacaqdır. 


 
346
Maldarlıqla, quşçuluqla bağlı ayrıca tapşırıqlar verilmiş-
dir, onlar icra edilir. Quşçuluqda biz hələ tam şəkildə 
tələbatımızı  təmin edə bilmirik. Daxili tələbatı  təqribən 70 
faiz səviyyəsində təmin edirik. Ancaq ət istehsalında olduğu 
kimi, 100 faiz təmin etməliyik. İndi konkret layihələr hazır-
lanır.  Ümid edirəm ki, biz bir-iki ilə bu sahədə  də  tələbatı 
tam  şəkildə  təmin edəcəyik.  Ölkəyə cins mal-qara gətirиlir. 
Beləliklə, bu sahəyə də böyük təkan verilir. 
Energetika sahəsi ilə bağlı bir-iki məsələni də qeyd etmək 
istəyirəm. Birincisi, qazlaşdırma sahəsində müsbət addımlar 
atılır. Biz elə etməliyik ki, Azərbaycanın 90 faizi qazlaşdı-
rılsın, həm əhali, həm də ki, sənaye müəssisələri. Bu, qarşıya 
bir hədəf kimi qoyulub. Bu istiqamətdə  işlər görülür, yeni 
boru kəmərləri, magistral xətlər  çəkilir, kompressor stan-
siyaları tikilir. Bu çox vacibdir. Çünki bizim qaz poten-
sialımız artmaqdadır. Bu gün bizdə olan qaz ehtiyatları 
daxili tələbatdan və xarici ixrac imkanlarından daha da 
çoxdur. Yeraltı anbarlara 2 milyard 500 milyon kubmetr 
qaz doldurulur. Heç vaxt bu olmamışdır. Qaz anbarlarının 
tutumunu 3 milyard, bəlkə  də 5 milyard kubmetrə  çat-
dırmalıyıq, genişləndirməliyik. Amma qazı  hər zaman an-
barlara doldura bilmərik. Müəyyən həddən sonra o qazı 
ixrac etməliyik, ya da ki, ondan daxildə istifadə etməliyik. 
İnsanların sosial məsələlərinin həlli  üçün də qazlaşma  çox 
mühüm rol oynayır. Qazlaşdırma prosesi daha da sürətlə 
getməlidir ki, bu işlər keyfiyyətlə və tezliklə həll olunsun. 
İxrac imkanlarımızı daha da genişləndirməliyik. 2010-cu 
ildə bu sahədə  çox vacib addımlar atılmışdır. Biz ixrac 
imkanlarımızı və ixrac coğrafiyasını da genişləndirdik. Mən 
qeyd etdiyim kimi, Azərbaycan qazı qonşu  ölkələrə  nəql 
edilir. Biz buna gələcəkdə daha da böyük həcmdə nail ol-
malıyıq.  Ümid edirəm ki, bu gün kəşfiyyat aparılan blok-
lardan yaxın zamanlarda yaxşı xəbərlər gələcəkdir. Xüsusilə 
biz «Ümid» yatağından yaxşı  xəbərlər gözləyirik. «Ümid» 
yatağının adı  özlüyündə bunu tələb edir. Bu yatağın işlə-


 
347
nilməsinin xüsusiyyəti ondan ibarətdir ki, uzun fasilədən 
sonra Azərbaycan Dövlət Neft Şirkəti kəşfiyyat işlərini  öz 
hesabına və öz gücü ilə aparır, böyük, dərin laylarda qazma 
işlərini yerinə yetirir. İlkin xəbərlər  ümidvericidir. Səbir-
sizliklə gözləyirik ki, «Ümid» yatağında da böyük kəşfiyyatı 
görək. Belə olan halda Azərbaycanın qaz potensialı daha 
böyük və önəmli olacaqdır. Həm daxili tələbatın təmin edil-
məsi, həm ixracın həcminin artırılması  üçün «Ümid» yata-
ğında gözlənilən kəşfiyyat mühüm bir hadisə olacaqdır. 
Bu gün «Azərenerji»nin prezidenti bərpa olunan enerji 
mənbələrinin layihəsi ilə bağlı görülən işlər barədə məlumat 
verdi. Biz bu sahəyə  böyük  əhəmiyyət veririk. Su mən-
bələrimizdən, resurslarımızdan bu məqsədlə istifadə etmə-
liyik. Bu il işlər görülür, təməl daşını qoyduğumuz stansiya-
lar tikilir. Naxçıvandakı Biləv Su Elektrik Stansiyası böyük 
hadisədir. O, Naxçıvanın enerji potensialını  gücləndirəcək-
dir. Gələn il bütün başqa rayonlarda kiçik su elektrik stan-
siyaları tikilməlidir. Büdcədə kifayət qədər vəsait vardır. Bu 
vəsaitdən səmərəli  şəkildə istifadə etməliyik. Bəzi hallarda 
işlərin yubanmasına bürokratik əngəllər də problem törədir. 
Əgər bürokratik prosedurlardan tezliklə keçə bilsəydik, bəzi 
hallarda bürokratiya, süründürməçilik, gərəksiz  razılaşdır-
malar olmasaydı, xüsusilə ekologiya sahəsində daha da çox 
işlər görülə bilərdi. Ağac əkmək, yaxud da ki, hansısa çirk-
lənmiş gölü təmizləmək üçün aylarla icazə, razılaşdırma göz-
ləməməliyik. Prezident tərəfindən məsələ qoyulub, tezliklə 
həll olunmalıdır. Özü də indi bizdə texniki imkanlar, peşəkar 
mütəxəssislər, hər  şey vardır. Biz bu məsələlərə vaxt sərf 
etməməliyik. O cümlədən, bərpa olunan enerji mənbələrinin 
yaradılması  üçün büdcədə  vəsait vardır. Ancaq bu vəsaitdən 
necə istifadə olunub, indi ona baxmaq lazımdır. Məncə biz 
orada nəzərdə tutulmuş  vəsaitin heç 50 faizini də istifadə edə 
bilməmişik. Belədir. Ona görə bu dözülməzdir. İl başa çatır. İlin 
əvvəlindən qarşıya vəzifə qoyulubdur. İndi biz cəmi 3 su 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə