B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010



Yüklə 10,22 Mb.
səhifə27/90
tarix05.10.2023
ölçüsü10,22 Mb.
#125826
1   ...   23   24   25   26   27   28   29   30   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

Suların fiziki xüsusiyyətləri.
Suların fiziki xassələri onlarda həll olmuş duzların tərkibindən asılıdır. Neft yataqlarının sularında, adətən, xeyli miqdarda natrium-xloridə, az miqdarda isə başqa duzlar və kimyəvi birləşmələrə rast gəlinir.
Sıxlıq suyun kütləsinin həcminə olan nisbətidir. Sıxlıq vahidi distillə olunmuş suyun 40C -dəki sıxlığı qəbul edilir və q/sm3 ilə ölçülür. Suların sıxlığı onların temperaturu, minerallaşma dərəcəsi, təzyiqi, həll olmuş qazların miqdarından asılıdır.
Özlülük suların minerallaşma dərəcəsindən və temperaturdan asılıdır. Minerallaşma dərəcəsi artdıqca özlülük də artır, temperatur artdıqda isə özlülük azalır. Məsələn, suyu 150C –dən 1000C -ya qədər qızdırıldıqda onun özlülüyü altı dəfə azalır.
Temperatur. Yeraltı suların temperaturu bir sıra geoloji amillərdən asılıdır. Sular temperatura görə çox soyuq (0-50C), soyuq (4-200C ), ilıq (20-370C), isti (37-420C), çox isti (42-1000C) və qaynar (1000C - dən çox) qruplara bölünür.
Dad. Dadlarına görə sular duzlu, acı, şirin və turş sulara ayrılır. Bəzən sular az da olsa xlor və metal dadı da verir.
Qoxu. Sular, onlarda həll olan maddələrdən asılı olaraq müxtəlif iyə malikdirlər. Məsələn, suda kükürd olduqda lax yumurta iyi verir. Iyin kəskinliyi xüsusi şkala ilə təyin edilir.
Şəffaflıq sularda həll olan, yaxud asılı halda olan mineral və üzvi maddələrin növlərindən asılıdır. Neft yataqları sularının şəffaflığı naften turşusu, neft və qaz qarışıqlarının miqdarından asılıdır. Şəffaflıq hündürlük sütunu ilə (sm ilə) ifadə edilir.
Rəng. Tərkibində dəmir olan sular pas rəngində, kükürd olan sular mavi, və s. rənglərdə olur.
Elektrik keçiriciliyi. Yeraltı suların elektrik keçiriciliyi onların minerallaşma dərəcəsindən asılıdır. Distillə olunmuş su elektrik cərəyanını keçirmir. Suyun minerallaşma dərəcəsi artdıqca onun elektrik axınına müqaviməti azalır.
Xüsusi elektrik müqaviməti təbii məhlullar üçün müvafiq düsturla hesablanır.



Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə