B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


Neft-qaz mədən geologiyasının tədqiqat istiqamətləri



Yüklə 10,22 Mb.
səhifə10/90
tarix26.05.2022
ölçüsü10,22 Mb.
#88008
1   ...   6   7   8   9   10   11   12   13   ...   90
Neft-qaz meden geologiyasi

Neft-qaz mədən geologiyasının tədqiqat istiqamətləri






1




2




3




4




5




6




7




8




9

Layların struktur elementlərinin dəqiqləşdirilməsi (xəritələrin tərtibi, tektonik qırılmaların funksiyalarının təyini)

Lay parametrlərinin (effektiv qalınlıq, məsaməlik, keçiricilik və s.) cari vəziyyətinin təyini və qiymətləndirilməsi



Lay enerjisinin cari göstəriciləri və tükənmə dərəcəsinin öyrənilməsi

Neft ehtiyatının (ilk və cari) hesablanması, differensiasiyası və realizəsinin qiymətləndirilməsi

Geoloji-işlənilmə göstəricilərinə görə təsnifat modellərinin yaradılması və tətbiqi

Yataqların iki və üçölçülü işlənilmə modellərinin yaradılması

Yataqlarda tətbiq olunan işlənilmə proseslərinin tənzimlənməsi

Neftvermə modellərinin yaradılması

İşlənilmənin başa çatdırılması üçün çoxfunksiyalı geoloji-riyazi və iqtisadi modellərin yaradılması

Şəkil I.4. Neft yataqlarının işlənilməsinin geoloji-texnoloji modelinin sxematik quruluşu


II. Neft və qaz yataqlarının işlənilməsinə qədər aparılan kompleks tədqiqatlar.

Neft və qaz yığımlarına müxtəlif dərinlikdə yatan özünə məxsus strukturlarda rast gəlinir. Buradakı karbohidrogen ehtiyatlarından səmərəli istifadə etmək üçün onların təbii şəraitindəki (işlənilməyə verilmə dövrünədək) geoloji quruluşu öyrənilməlidir. Bu məqsədlə kompleks geoloji, geofiziki, geokimyəvi və hidrodinamiki üsullarla tədqiqatlar aparılır. Onlardan alınan bütün məlumatlar yataqda işlənilmə prosesini başlamaq üçün informasiya bazasında cəmləşdirilir və geoloji əsasların yaradılmasında istifadə edilir.


Müasir dövrdə işlənilmənin geoloji əsaslandırılmasına tələbat olduqca artmışdır. Burada yataqda işlənilmənin əsaslandırılması üçün lazım gələn bütün məsələlər öz həllini tapmalıdır. Strukturun statik vəziyyətində öyrənilmə kompleksinə ənənəvi geoloji, geofiziki üsullarla yanaşı riyazi-statistika və ehtimal nəzəriyyəsinin müvafiq yanaşma və qoyuluşlar da əlavə edilməlidir ki, bu da məlumat qıtlığı şəraitində yatağı daha da düzgün qiymətləndirməyə imkan verir.


II.1 Karbohidrogenlərin yer təkində toplanılmasının
təbii şəraiti və paylanma sərhədləri.
Dünya neft yataqlarının böyük əksəriyyəti çöküntü mənşəli olmaqla antiklinal, braxiantiklinal, monoklinal və s. quruluşlarla əlaqədardır. Onlar müxtəlif geoloji dövrlərdə əmələ gəlsələr də, litoloji-stratiqrafik və tektonik baxımından qeyri-bircinsliliklə səciyyələnirlər: keçirici kollektor laylar qeyri-keçirici süxurlu laylarla növbələşir. Çöküntü kompleksində qeyd edilən dəyişmələr sərhədlərlə ifadə olunaraq laylaşma xüsusiyyətini əks etdirir. Strukturun kəsilişində rast gələn kollektor layların bəziləri məhsuldar, digərləri isə sulu ola bilər. Burada məhsuldar layların işlənilməsi üçün yalnız onların öyrənilməsi kifayət deyil: mədənin kəsilişində rast gələn bütün layların tədqiq olunması tələb olunur. Tədqiqatlar sistem baxımından həyata keçirilməlidir. Belə olduqda çoxlaylı strukturu “geoloji sistem”, onun ayrı-ayrı laylarını isə “geoloji cisimlər” kimi adlandırmaq olar. Təbii ki, “geoloji sistemin öyrənilməsi” “geoloji cisimlərin” tədqiqi ilə başlanılmalıdır.
Geoloji cisimlər olmaqla laylar özləri də sadə və mürəkkəb quruluşlu ola bilər. Hərgah sadə quruluşlu layların həcmində heç bir sərhəd keçirmək mümkün deyilsə, mürəkkəblərdə isə bir və ya bir neçə sərhəd keçirilir ki, onlar da bu laya məxsus fasial, tektonik və s. dəyişmələri əks etdirir.
Neft-mədən geologiyasında sərhədlərin mahiyyəti və aşkar edilməsi üsullarına xüsusi diqqət yetirilir. Sərhədlərin keçirilməsi üçün layların səthində (və ya həcmində) öyrənilən parametrin (məsələn, qalınlığın, məsaməliyin və s.) müəyyən dəyişmələri mövcud olmalıdır.
Lay parametrlərin paylanılmasında baş verən dəyişmələri təsvir etmək üçün sərhədlərin aşağıdakı kimi təsnifatını vermək olar.
Kəskin sərhədlər. Mədənin kəsilişi və ya sahəsi üzrə baş verən kəskin litoloji-fiziki xassələri (məsələn, qumlu layın gilli laya keçməsi; yataqda neftli hissənin sulu və ya qazlı hissə ilə əvəz olunması və s.) əks etdirmək üçün belə sərhədlərdən istifadə edilir (şək.II.1).

Şəkil.II.1. Yataq kəsilişinin kəskin sərhədləri.

Qırılma (dizyunktiv) sərhədlər. Əvvəlcə onu qeyd edək ki, təbiətdə çox nadir hallarda tektonik qırılmalarla mürəkkəbləşməyən sadə formalı neftli strukturlara təsadüf edilir. Ölkəmizin yataqlarının böyük əksəriyyəti bu baxımdan istisna deyil: strukturların uzunu və eni istiqamətində müxtəlif amplitudalı qırılmalar qeyd edilir. Onlar funksiyasından asılı olaraq iki növə bölünür:



  1. Ekran xassəli qırılmalar. Bu qırılmalar yatağın struktur və hidrodinamik bütövlüyünü pozaraq, onu bir-birindən təcrid edilən tektonik sahələrə bölür. Belə sahələr arasında flüid axımı bir qayda olaraq qeyd edilmir. Bu səbəbdən də onların ehtiyatları ayrıca hesablanır və müstəqil işlənilmə sistemləri tətbiq edilir (şək.II.2).


Şəkil. II.2.Ekran funksiyalı tektonik qırılmalar.

b) Keçirici xassəli qırılmalar. Yataq sahəsində qeyd edilən belə qırılmalar atılma amplitudasından asılı olmayaraq laydaxili maye axımının qarşısını almır: belə qırılmaların mövcudluğu şəraitində yatağın bir blokundan digərinə (qonşu bloka) neftin, qazın və suyun (o cümlədən laya vurulan) sərbəst axımı müşahidə olunur. Odur ki, belə qırılmalara keçirici xassəli qırılmalar deyilir (şək.II.3).


Onu da qeyd etmək lazımdır ki, qırılma sərhədləri neft yataqlarının əmələgəlmə və formalaşmasında çox mühüm rol oynayır. Azərbaycanın neft və qaz strukturlarının tədqiqindən məlumdur ki, onlar bəzi yataqların əmələ gəlməsində (karbohidrogenlərin toplanılmasında) müsbət, digərlərində isə dağıdıcı rol oynamışlar.

Şəkil. II.3.Keçirici funksiyalı tektonik qırılmalar.
c) Şərti sərhədlər. Neftli-qazlı strukturun geoloji-fiziki xassələri onun sahəsi üzrə müxtəlif dəyişmələrə məruz qalır. Məsələn, layın yatma dərinliyi, süxur məsaməliyi və s. qiymətləri müəyyən istiqamətdə artır və ya azalır. Belə dəyişmələri təsvir etmək üçün şərti sərhədlərdən istifadə edilir ki, onlara da horizontallar deyilir (şək.II.4 ).

Şək.II.4. Strukturda şərti sərhədlər.
d) Sərbəst sərhədlər. Neft yataqlarının işlənilməsi prosesində bəzən belə sərhədlərdən istifadə edilir ki, bunların da geoloji cisimdə gedən dəyişmələrlə heç bir əlaqəsi yoxdur. Onlar xəritələrdə sahənin məlumatlarla öyrənilmə dərəcəsini (dolğunluğunu), ehtiyatın kateqoriyalarını təsvir etmək üçün istifadə edilir. Məsələn, hər hansı bir yataqda neft ehtiyatının öyrənilmə dərəcəsinə görə A, B, C1 kateqoriyaları ayrılmışsa, onda bu tip sərhədlərdən istifadə edilə bilər (şək.II.5).

Şəkil II.5. Neft ehtiyatların kateqoriyalarının ayrılmasının sərbəst sərhədləri.

Yuxarıda qeyd edilən sərhədlərdən geoloji cisimləri bir-birindən ayrılması üçün istifadə edilir. Yuxarıda qeyd edildiyi kimi, geoloji cisimlərin iki forması mövcuddur: sadə və mürəkkəb.


Sadə geoloji cisimlərin səthində (və ya daxilində) hər hansı bir göstəriciyə görə heç bir təbii və şərti sərhədlər keçirmək mümkün deyil. Mürəkkəb geoloji cisimlərin quruluşunda isə əksinə - hər hansı lay parametrinin paylanılmasına görə sərhədlər (ən azı bir sərhəd) keçirilməsi tələb olunur.
Bu laylar neft və qaz mədənlərinin tərkib hissəsi olmaqla geoloji sistemləri təşkil edir.



Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə