B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010



Yüklə 10,22 Mb.
səhifə13/90
tarix26.05.2022
ölçüsü10,22 Mb.
#88008
1   ...   9   10   11   12   13   14   15   16   ...   90
Neft-qaz meden geologiyasi

S t r u k t u r l a r d a k ə s i l i ş l ə r i n ö y r ə n i l m ə s i. Hər hansı bir strukturu öyrənmək üçün onun sahəsində qazılmış hər bir quyunun geoloji və geofiziki üsullarla kəsilişi öyrənilməli və müqayisəli təhlil edilməlidir.
Quyular qazılarkən baltanın keçdiyi hər bir layın yatma dərinliyi, qalınlığı, litoloji tərkibi, neft-qazlılığı və s. göstəricilər haqqında məlumatlar əldə edilməli və xüsusi cədvəl və qrafiklərdə əks etdirilməlidir. Bütün bu məlumatları əyani göstərmək üçün hər bir quyu üçün şaquli kəsiliş sütunu tərtib edilir. Sütun müəyyən miqyasla (məsələn, 1:500, 1:1000) qurulur və ardıcıl olaraq aşağıdakı əməliyyatların yerinə yetirilməsini nəzərdə tutur: lay dəstələrinin, horizontların və nəhayət layların ayrılması və geoloji-geofiziki məlumatlarının şərhi. Burada müxtəlif stratiqrafik çöküntü komplekslərinin geoxronoloji yaşı, ümu və effektiv qalınlığı, neftliliyi, qazlılığı və s. göstəricilərinin geoloji-petrofiziki (kern) və geofiziki qiymətlərinin alınması və təhlili nəzərdə tutulur.
Strukturda (onun müxtəlif sahələrində) sonralar ikinci, üçüncü və s. quyular qazıldıqda da eyni yanaşmalarla onların geoloji-geofiziki kəsilişləri tərtib olunur və bir-biri ilə müqayisə olunur. Bu kəsilişlərin müəyyən istiqamətlərdə (eninə və uzununa) izlənilməsi isə son nəticədə öyrənilən strukturun daxili quruluşu haqqında məlumatların alınmasına kömək edir.
Strukturda qazılmış quyuların kəsilişlərinin bu cür müqayisəsinə mədən geologiyasında korrelyasiya əməliyyatı deyilir. Bu əməliyyat qoyulan məsələnin mahiyyətindən asılı olaraq aşağıdakı üsullarla həyata keçirilir.
1. Regional korrelyasiya. Adından göründüyü kimi bu əməliyyat region (hövzə) miqyasında aparılır və buranın geoloji quruluşunun ilkin öyrənilməsində istifadə edilir. Regionun müxtəlif strukturlarında qazılan quyuların kəsilişlərinin stratiqrafiq bölünməsi, çöküntü komplekslərinin lay dəstələrinə (bəzən laylara) ayrılması, onların qalınlıqları və dəyişmə intervalları haqqında ən ümumi məlumatlar əldə edilir.
Regional korrelyasiya materiallarından əsasən axtarış və kəşfiyyat işlərində istifadə edilir.
2. Ümumi korrelyasiya. Korrelyasiyanın bu üsulu konkret strukturlarda qazılmış quyuların kəsilişlərinin müqayisəsini təmin edir ki, bu da həmin strukturun quruluşu haqqında məlumatlar almağa imkan verir. Bu mərhələdə strukturun kəsilişində gedən laylaşmanın xarakteri, neft-qazlılıq imkanları və s. haqqında ilkin məlumatların alınması təmin olunur.
Bu dövrdə yataq üçün normal və tipik kəsilişlər tərtib edilir. Nəzərə almaq lazımdır ki, neft yataqlarının böyük əksəriyyəti müxtəlif yatma bucaqları ilə səciyyələnən laylarla əlaqədardır. Bu səbəbdən və quyu gövdəsinin əyilməsi üzündən layların quyulardakı qeyd olunmuş (görünən) qalınlığı ilə onların həqiqi qalınlığı arasında müəyyən fərqlərə təsadüf olunur (şək.II.6). Layın şaquli kəsilişindən həqiqi qalınlığa keçmək üçün sadə hesablama üsulundan istifadə edilir.
h = b·cos
burada h – layın həqiqi qalınlığı, m; b – layın görünən qalınlığı, m; – layın yatma bucağı (inklinoqramma vasitəsi ilə ölçülür).



h - həqiqi qalınlıq, m
b – şaquli (görünən) qalınlıq, m
- layın yatma bucağı
Şəkil II.6. Layın qalınlıqlarının təyini.

3. Müfəssəl korrelyasiya. Bu üsulun tədbiqi strukturlarda axtarış və kəşfiyyat mərhələsinin son dövrlərində quyuların sayının nisbətən çox olduğu halda mümkündür. Məhz bu mərhələdə kəsilişlərin tədqiqi nəticəsində həmin strukturanın ilkin geoloji modeli yaradılır. Bu modeldə laylaşma sərhədləri, sahələri, məhsuldar layların ayrılması, qırılmalar və s. öz əksini tapmalıdır (şək.II.7).



Şəkil II.7. Strukturun korrelyasiya sxemi.
Neft-qaz mədən geologiyasında müfəssəl korrelyasiya üsulu əsas öyrənilmə vasitəsi olduğundan onun əsas elementlərinə nəzər salaq.
a) Reper (istinad) layların ayrılması.
Tutaq ki, strukturun müxtəlif sahələrində bir neçə quyu qazılmış və kəsilişləri geoloji-geofiziki üsullar ilə tədqiq olunmuşdur. Onları müəyyən istiqamətdə (məsələn, şimaldan cənuba, şərqdən qərbə və s.) yerləşdirərək kəsilişlərinə nəzər yetirək. Onlarda laylaşmanın müxtəlifliyi fonunda qalınlığı və geoloji quruluşu sabit qalan (və ya az dəyişən) laylara da rast gəlinir. Belə laylara reper laylar deyilir.
Reper laylar özündən yuxarıda və aşağıda yatan çöküntü komplekslərindən kəskin fərqləndiyindən, onların ayrılma xəttinə reper sərhədi deyilir.
Reper laylar paylanılma xüsusiyyətlərinə görə üç kateqoriyaya bölünür:
sərt reper laylar. Belə laylara yatağın bütün sahəsində rast gəlinir. Onların litoloji tərkibi sabit, qalınlıqları isə dəyişmir (və ya az dəyişir). Belə laylar əsasən gillərdən təşkil olunur;
qeyri sabit reper laylar. Strukturda qazılmış bütün quyuların kəsilişində qeyd edilən, lakin litoloji-fasial göstəriciləri sahəvi dəyişmələrə məruz qalan laylar bu tip reperlərə aiddir;
sahəvi reper laylar. Bu tip reperlər strukturun yalnız bəzi sahələrində qazılmış quyuların kəsilişində qeyd olunur və əsasən az qalınlığa malik təbəqələrdən təşkil olunur.
b) İstinad kəsilişin tərtibi.
Bu proses yatağın geoloji quruluşunun ümumi göstəricilərini özündə cəmləşdirir və aşağıdakı ardıcıllıqla aparılır: sahədə qazılmış bütün quyularda kəskin və qeyri sabit reperlərin sərhədləri (alt və üst), qalınlıqları və litoloji quruluşu geoloji-geofiziki sütunda (sahə böyük olduqda-sütunlarda) yerləşdirilir. Bundan sonra onlardan üstdə və altda yatan laylar və horizontların mövqeyi ardıcıl olaraq müəyyənləşdirilir və sütunda yerləşdirilir. Beləliklə, yatağın müfəssəl kəsilişi tərtib olunur və laylara geoxronologiyaya müvafiq adlar (indekslər) verilir. Məsələn, bizim üçün maraq doğuran Cənubu Xəzər çökəkliyi yataqlarında alt pliosen yaşlı çöküntü kompleksinin kəsilişində (stratiqrafiq dərinliklər artdıqca) suraxanı, sabunçu, balaxanı, fasilə lay dəstələri, qırməki üstü gilli və qumlu, qırməki, qırməki altı və qala lay dəstələri ayrılır (şək.II.8). Onu da qeyd etmək lazımdır ki, hövzənin müxtəlif qalxımlarında özünəməxsus istinad kəsilişləri tərtib olunmuş və müxtəlif cür indeksləşdirilmişdir.

Məhsuldar Qat

Üst şöbə

Suraxanı lay dəstəsi

Sabunçu lay dəstəsi

Balaxanı lay dəstəsi

Fasilə lay dəstəsi

Alt şöbə

Qırməki üstü gilli lay dəstəsi (QÜG)

Qırməki üstü qumlu lay dəstəsi (QÜQ)

Qırməki lay dəstəsi (QD)

Qırməki altı lay dəstəsi (QAD)

Qala lay dəstəsi (QaD)

Şəkil II.8. Cənubi-Xəzər hövzəsində məhsuldar qat çöküntülərinin
stratiqrafik bölgü sxemi.

c) Quyu kəsilişlərinin ardıcıl müqayisəsi (korrelyasiyası).


Strukturda qazılmış hər hansı bir yeni quyunun kəsilişini geoloji-geofiziki cəhətdən təhlil etmək üçün əvvəlcə onun kəsilişində reper laylar aşkar edilir. Sonra onlardan altda və üstdə yatan stratiqrafik komplekslər təyin edilir və indeksləşdirilir (bu əməliyyat əsasən kompleks quyu geofiziki məlumatların tədqiqi ilə həyata keçirilir). Daha sonra yeni quyunun kəsilişi istinad kəsilişlə və digər quyu kəsilişləri ilə müqayisə edilir və yatağa xas olan ümumi və spesifik geofiziki göstəricilər aşkar edilir və ətraflı öyrənilir. Məhsuldar qatların qalınlığı, kollektor xassələri, neftlə-qazla doyma dərəcələri haqqında məlumatlar da müqayisəli təhlil ilə ətraflı öyrənilir.
d) Quyu kəsilişlərinin sahəvi korrelyasiyası.
Yuxarıda qeyd edildiyi kimi strukturun bütün sahəsində çox vaxt laylaşma müxtəlif xarakterli olur. Belə hallarda strukturun daxili quruluşunu ətraflı öyrənmək üçün onun müxtəlif zonalarında quyu kəsilişləri ayrılıqda korrelyasiya edilməlidir. Bu zaman qalxımın sahəsində gedən fasial dəyişmələr, onların paylanılma arealları və səciyyələri (lay və layçıqların növbələşməsi və kəsilişdə pazlaşması və s.) ətraflı öyrənilməlidir. Alınan nəticələr müvafiq xəritə və profillərdə öz əksini tapmalıdır.
Strukturun bütün zonaları üçün aparılan sahəvi korrelyasiya əməliyyatlarının nəticələri sonradan bir-biri ilə müqayisə edilir və son nəticədə həmin yatağın daxili quruluşunun öyrənilməsini təmin edir.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə