B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010



Yüklə 10,22 Mb.
səhifə14/90
tarix26.05.2022
ölçüsü10,22 Mb.
#88008
1   ...   10   11   12   13   14   15   16   17   ...   90
Neft-qaz meden geologiyasi

Geoloji profilin tərtibi üsulu.
Geoloji profillər yatağın daxili quruluşu haqqında qiymətli məlumatlar verir. Onlar yatağın müxtəlif hissələrindəki kəsilişlərdə laylaşmanın xarakterini (qalınlıqlarını, litofasial xüsusiyyətlərini və s.) əks etdirir. Bu məlumatlara istinadən struktur xəritələr qurulur, müxtəlif təminatlı quyuların qazılması üçün layihələr tərtib edilir və s. Geoloji profillər strukturun uzununa və eninə istiqamətləndirilir və strukturun geoloji-tektonik səciyyəsindən asılı olaraq quyuların yerləşdirilmə sxemi əsaslandırılır.
Geoloji profillərin miqyası geoloji xəritənin miqyasına uyğun seçilməlidir.
Profillərin tərtibi aşağıdakı ardıcıllıqla həyata keçirilir:

  • quyuların qazıldığı strukturun geoloji quruluşu haqqında ilkin tədqiqatlar aparılır;

  • dəniz səviyyəsi (Baltik dənizinin səviyyəsinə müvafiq) müəyyən edilir və hər bir quyuda onun yeri qeyd edilir;

  • qazılmış hər bir quyunun gövdəsinə parallel ikinci şaquli xətt çəkilir və onlarda stratiqrafik-litoloji məlumatlar qeyd olunur (regionda qəbul edilmiş şərti işarələrlə);

  • geoloji izləmə üsulu ilə eyni adlı layların korrelyasiyası aparılır.

II.2.2. Yataqların sahəvi öyrənilməsi.
Qeyd edildiyi kimi, məhsuldar çöküntü komplekslərinin öyrənilməsi onun kəsilişi ilə yanaşı sahəsində də gedən bütün struktur-fasial, tektonik və s. dəyişmələrin aşkar edilməsini tələb edir.
Çoxlaylı yatağın sahəvi öyrənilməsi müəyyən ardıcıllıqla getməlidir: kəsilişin bütün laylarının sahə üzrə yatma dərinliyi, struktur forması, qırılmalarla bölünmə xüsusiyyətləri və s. tədqiq olunmalıdır. Qoyulan məsələnin effektli həlli üçün belə öyrənilmələr əvvəlcə reper laylar üçün aparılmalıdır. Məhz reper layların sahəvi tədqiqi, onlardan altda və üstdə yatan laylar üçün də analoji öyrənilmələr daha əsaslı aparıla bilər.
Qeyd edək ki, korrelyasiya sxemləri və profillərin əsasında qurulacaq struktur xəritələrin tərtibatında reper layların strukturları qalan layların strukturları üçün əsas kimi götürülür. Kompüterdə müasir proqramlarda bu reper layların strukturu yuxarı (və ya aşağı) layların strukturları üçün trend kimi götürülür.
Layların sahəvi dəyişmələrini öyrənmək üçün onların tavan və dabanına görə struktur xəritələr qurulmalıdır.
Struktur xəritə topografik xəritələr kimi tərtib olunur. Fərq yalnız ondadır ki, topografik xəritələr geodeziya və aerokosmik ölçü qiymətləri vasitəsilə yer səthinin formasını tam əks etdirir; hər hansı bir layın struktur xəritəsi isə onun səthinin (tavan və daban) quyu qiymətlərinə görə formasının təsvir edilməsini nəzərdə tutur. Onu da qeyd etmək vacibdir ki, hərgah müasir topoqrafiya xəritələri ilə yer səthinin modeli onun sahəvi dəyişmələrini tam əks etdirirsə, layın struktur xəritələrində bu tip nəticələrin alınması nəzəri cəhətdən belə mümkün deyildir. Burada layın yatma dərinliyinin qiymətləri onun yalnız müəyyən sahələrində qazılmış quyulardan alınır. Bu qiymətlər isə layın yatımının bütövlükdə deyil, yalnız onun müxləlif nöqlərindəki dərinliyini əks etdirir. Təbii ki, quyuların sayının artması müşahidə nöqtələrinin artımı deməkdir. Bu da yatağın strukturunun öyrənilmə dərəcəsinin yüksəltməsinə gətirir. Lakin quyuların sayını sonsuz artırmaq mümkün olmadığından layın yatma formasını da tam təsvir etmək mümkün olmur.
Daha bir məqama diqqət yetirək.
Qeyd edildiyi kimi, lay səthini keçən quyular onun həmin nöqtədə yatma dərinliyinin qiymətini göstərir. Qalan sahədə bu dərinliyi əks etdirmək üçün ekstrapolyasiya üsullarından istifadə edilir. Bu səbəbdən də qurulan xəritələr lay səthini müəyyən ehtimallıqla əks etdirir. Odur ki, lay səthinin öyrənilməsi iki baxımdan həyata keçirilməlidir.
1   ...   10   11   12   13   14   15   16   17   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə