B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


II.2.3. Yataqların daxili (həcmi) quruluşunun öyrənilməsi



Yüklə 10,22 Mb.
səhifə17/90
tarix26.05.2022
ölçüsü10,22 Mb.
#88008
1   ...   13   14   15   16   17   18   19   20   ...   90
Neft-qaz meden geologiyasi

II.2.3. Yataqların daxili (həcmi) quruluşunun öyrənilməsi.
Bu bölmənin əvvəlində yataqların kəsiliş və sahəvi öyrənilmə üsulları verilmişdir. Yataqlara belə yanaşma onların həcminin xarakterizə edilməsinə şərait yaradır. Bu isə neft və qaz yataqlarının işlənilməsini təşkil etmək üçün ən vacib şərt hesab edilir.
Hər hansı bir məhsuldar obyektin həcmində laylaşmanın xarakteri (kollektor və qeyri-kollektor laylaşma, yatma şəraiti), onların tərkibini təşkil edən çöküntülərin litoloji-petroqrafik xüsusiyyətləri və nəhayət, neftlə, qazla və su ilə doyma dərəcələri haqqında məlumatlar olmadan onların işlənilməsini həyata keçirmək mümkün deyil. Bu kimi məlumatlar (seysmik, quyuların kəsilişi və s.) axtarış və kəşfiyyat işlərinin son mərhələlərində əldə edilə bilər ki, bu da yatağın daxili quruluşunu öyrənilməsinə şərait yaradır. Onlar yatağın həcmində rast gələn süxurlar, flüid dəyişmələri, həmçinin tektonikanın əsas elementləri və s. haqqında ilkin məlumatların alınması ilə nəticələnir.
Yataqların həcmində gedən dəyişmələri aşkar etmək üçün üçölçülü riyazi modellərdən (o cümlədən həcmi trend-analizindən) istifadə edilir.
Şəkil II.13-də Bahar mədəninin həcmində suların ümumi mineralizasiyasının həcmi dəyişmələri göstərilmişdir.



a – bütövlükdə b – kəsilməlkə.
Şəkil II.13. Bahar mədənin sularının ümumi mineralizasiyasının həcmi dəyişməsi:
II.3. Lay süxurlarının litoloji göstəriciləri.
Yatağın daxili quruluşu əsaslı surətdə onun kəsilişində rast gələn bütün layların maddə tərkibi ilə səciyyələnir. Maddə tərkibi deyəndə lay çöküntülərinin özlərini təşkil edən süxurlar və onların məsamələrində yerləşən neft, qaz və su yığımları nəzərdə tutulur.
Karbohidrogen yataqlarının böyük əksəriyyəti su hövzələrində əmələ gəlmiş terrigen və karbonat tipli laylarla əlaqədardır. Belə laylar isə əsasən qumdaşı, qum, əhəngdaşı, dolomit və gil süxurlarından təşkil olunur.
Platforma vilayətlərində çökmə süxurlarla səciyyələnən layların qalınlığı nisbətən az, sahəvi dəyişmələri isə kiçik miqyaslarda özünü göstərir. Geosinklinal hövzələrdə isə çöküntülərin qalınlığı çox, geoloji quruluşları isə mürəkkəb olur (laylaşma səlis getmir, tektonik qırılmalar onun bütövlüyünü müxtəlif cür pozur və s.). Bizim maraq dairəmizdə olan Cənubi Xəzər hövzəsində çöküntü süxurların qalınlığı 20 km-ə çatır; burada yerləşən çoxlaylı yataqların quruluşu isə laylaşma, flüidin paylanması və s. ilə kəskin mürəkkəbləşmişdir.
Neft və qaz yığımları çöküntü süxurlarla əlaqədar olduğundan bu süxurlar ətraflı tədqiq olunmalıdır. Belə ki, karbohidrogenlərin həcmi, yerləşmə şəraiti, hərəkətetmə qabiliyyəti məhz süxur mühitində baş verir.
Süxurların qranulometrik tərkibi
Süxurların əmələgəlmə şəraitindən asılı olaraq onların dənələrinin ölçüləri və forması müxtəlif olur. Bu göstəricilərin öyrənilməsi süxurların qranulometrik analizi vasitəsilə həyata keçirilir.
Süxurların qranulometrik analizi ilə tələbələr artıq xüsusi fənlərdə tanış olduğunu nəzərə alaraq, burada yalnız aşağıdakıları qeyd etmək istərdik.
Qranulometrik analizinin əsasını süxur dənələrinin ölçü qiymətləri təşkil edir. Məsələn, süxur dənələrinin ölçüləri (diametri) 0,1 mm və daha çox olduqda onu qum fraksiyasına aid edirlər; ölçülər 0,1-0,01 olduqda – alevrit, və 0,01 dən kiçik olduqda isə pelit fraksiyasına aid edilir.
Qum fraksiyası özü də ölçü qiymətlərinə əsasən aşağıdakı kimi bölünür:
qum dənələrinin diametri 2-1 mm olduqda - kobud dənəli, 1-0,5 mm olduqda - iri dənəli, 0,5-0,25 mm olduqda - orta dənəli, 0,25-0,1 mm olduqda isə xırda dənəli siniflər.
Süxurların məsaməliyi.
Çökmə süxurların həcmi yalnız bərk maddələrdən ibarət deyil: burada müəyyən ölçüdə və formada boşluqlar da olur ki, bunlara da məsamələr deyilir.
Məsamələrin həcmi süxurlarda olan dənələrin forması və çeşidlənməsindən asılıdır: yaxşı çeşidlənmiş (eyni ölçülü) və sementləşməyən süxurlarda boşluqların həcmi böyük olur. Müxtəlif ölçülü dənələrdən təşkil olunmuş süxurların məsaməliyi isə az olur. Belə süxurlarda xırda ölçülü dənələr nisbətən böyük dənələrin arasındakı boşluqları tutaraq məsaməliyin həcmini azaldır. Qeyd etmək lazımdır ki, təbiətdə eyni ölçülü yaxşı çeşidlənmiş süxurlara rast gəlinmir. Bu səbəbdən də onların məsaməliyi də nisbətən az olur.
Bəzi şəraitlərdə çökmə süxurların həcmi kaverna (yuva) və çatlar hesabına da yaranır (şək.II.14).

1

2

3
1 – məsaməli; 2 – kavernalı; 3 – çatlı
Şəkil II.14. Süxurlarda boşluqlar.

Odur ki, çökmə süxurlar boşluqların xarakterinə görə məsaməli, kavernalı və çatlı qruplarda cəmləşdirilir.


Əmələ gəlməsinə görə süxur boşluqları iki cür olur:
- ilkin boşluqlar – süxurəmələgəlmə prosesində yaranır;
- texnogen boşluqlar - yataqların işlənilməsi prosesində onun ilkin təbii şəraiti dəyişir. Belə halda müxtəlif lay parametrləri kimi, süxur məsaməliyinin həcmi də müəyyən qədər azalır.
Süxurları öyrənərkən iki məfhumdan istifadə edilir.
1) Süxurun məsaməliyi faizlə göstərilir.

2) Süxurun məsaməlik əmsalı.

Burada Vməs - süxur nümunəsində olan bütün məsamələrin həcmi;
Vnüm - həmin nümunənin ümumi həcmi.
Süxurların məsamələri bir-biri ilə müxtəlif əlaqə formasında qeydə alınır: əlaqəli və əlaqəsiz. Bununla əlaqədar olaraq məsaməlik üç qrupa bölünür:
1. yüksək kapilyar məsamələr - diametri 2,0-0,5 mm. Belə məsaməli süxurda sərbəst maye axımı baş verə bilər.
2. kapilyar məsamələr - diametri 0,5-0,0002 mm. Bu tip məsamələrdən neft və ya suyun hərəkəti kapilyar qüvvələrin təsiri nəticəsində zəifləyir.
3. subkapilyar məsamələr - diametri 0.0002 mm-dən az. Belə məsaməli mühitdə maye axımı baş vermir.
Süxurlarda mayenin axma dərəcəsinə müvafiq olaraq məsamələr iki tipə bölünür:

  1. Ümumi məsaməlik. Süxurda mövcud olan bütün boşluqların cəmini (yüksək kapilyar, kapilyar və subkapilyar məsamələri) əks etdirir.

  2. Açıq məsaməlik. Bir-biri ilə əlaqədə olan və maye axımına şərait yaradan məsamələri özündə cəmləşdirir (yüksək kapilyar və kapilyar kanallı süxurlar).

Yataqların işlənilməsinin həyata keçirilməsində süxurların məsaməliyi böyük əhəmiyyət kəsb edir: yüksək məsaməli laylarda işlənilmə şəraiti əlverişli olduğu halda, məsaməliyi zəif olan süxurlarda neftçıxarma prosesi müxtəlif çətinliklərlə üzləşir. Onu da qeyd edək ki, məsaməliyi 10 %-dən az olan süxurlardan neft hasilatı mümkün olmur.
Çökmə süxurların məsaməliyini öyrənmək üçün Preobrajenski və geofiziki üsullarından istifadə edilir. Süxur məsaməliyinin qiymətlərindən yataqların işlənilmə prosesində istifadə etmək üçün aşağıdakı əməliyyatlar həyata keçirilməlidir:
1. Yataq sahəsində qazılan (süxur nümunəsi götürülən) quyular, koordinat sistemi göstərilməklə, cədvəl və xəritədə qeyd edilir (cədv.II.1, şək.II.15 ).
2. Məsaməliyin yataq sahəsində paylanma xüsusiyyətini öyrənmək üçün onun statistik göstəriciləri (orta qiymət, dispersiya, orta kvadratik meyl, variasiya əmsalı və s.) hesablanır.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə