B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


Yatağa qazılmış quyularda süxut məsamələrinin qiymətləri



Yüklə 10,22 Mb.
səhifə18/90
tarix26.05.2022
ölçüsü10,22 Mb.
#88008
1   ...   14   15   16   17   18   19   20   21   ...   90
Neft-qaz meden geologiyasi

Yatağa qazılmış quyularda süxut məsamələrinin qiymətləri
Cədvəl II.1.

sıra
№-si

quyuların
№-si

koordinatlar

məsaməlik,
Xi ,%-lə





x

Y

1

1

3.8

2.2

14

-5

25

2



2

4.3

3.2

16

-3

9

3


3

1.1

1.4

26

7

49

4



4

4.5

1.6

17

-2

4

5

5

5.9

4.6

23

4

16

6

6

6.0

4.0

19

-

-

7

7

2.9

2.8

18

-1

1

8

8

4.6

4.3

19

-

104


















104


Şərti işarələr:
2 – qazılmış quyuların nömrələri;
18 – quyularda süxur məsaməliyin qiymətləri (% -lə);
– neft-su konturu

– məsaməliyin dəyişmə izoxətləri


Şəkil II.15. Layın sahəsi üzrə süxur məsaməliyinin dəyişmə xəritəsi.


3. Xəritə almaq üçün istifadə olunan müasir proqramlardan birinin tətbiqi ilə layın məsaməlik xəritəsi tərtib edilir.
4. Alınan nəticələr araşdırılır və tövsiyyələr əsaslandırılır.
Qeyd olunan öyrənilmə prinsipini konkret misalda şərh edək.
Tutaq ki, strukturda qazılan quyulardan səkkizi öyrənilən layı açmış və onlardan süxur nümunələri götürülmüşdür. Onların məsaməliyinin qiymətləri aşağıdakı cədvəldə verilmişdir. Məsaməliyin sahəvi dəyişməsi isə xəritədə əks etdirilmişdir (şək.II.15).
Alınan ilkin məlumatlara istinad edərək riyazi statistikanın tətbiqi ilə aşağıdakı əməliyyatlar yerinə yetirilir:
1. seçmə çoxluğun orta qiyməti
= Xi /n= 152/8=19;
2 dispersiya

3. orta kvadratik meyl

4. variasiya əmsalı
.
Beləliklə, tərtib olunmuş xəritəyə və müvafiq statistik qiymətlərə istinad edərək bu layda məsaməliyin paylanması haqqında aşağıdakıları qeyd etmək olar: layda məsaməliyin orta qiyməti 19%, dispersiyası 14,8, orta kvadratik meyl 3,8, variasiya əmsalı isə 20% təşkil edir. Statistik baxımdan bu seçmə çoxluğu eynibircinslidir.
Süxurların neftlə və qazla doyma dərəcəsi

Qeyd edildiyi kimi, neft və qaz yataqları əsasən su hövzələrində əmələ gəlmiş laylarla əlaqədardır. Odur ki, həmin layların məsamələri ilkin olaraq yalnız su ilə doymuş olur. Sonralar - yataq əmələgəlmə prosesində laya miqrasiya edən karbohidrogenlər qravitasiya qanununa müvafiq tədricən onun yuxarı hissələrinə doğru hərəkət etmişdir. Burada məsamələrdə olan su yığımları isə tədricən layın aşağı hissəsinə sıxışdırılmışdır. Nəticədə müxtəlif formalı neft və qaz yataqları əmələ gəlmişdir. Bu formaları sxematik olaraq aşağıda təsvir edilmişdir (şək.II.16).



Şəkil II.16.Strukturda flüid paylanmasının sxematik təsviriş

Qeyd etmək vacibdir ki, neft və qaz strukturun yuxarı hissələrinə hərəkət edərkən məsamələrdə olan suyu tam sıxışdıra bilmir. Bu səbəbdən də, məsamələrin səthinə yapışan müəyyən həcmdə su da mövcud olur. Bu sulara “qalıq” və ya “əlaqəli” su deyilir. Beləliklə, neftli, qazlı layların məsamələrinin həcmində qaz və neftlə yanaşı müəyyən qədər su da yerləşir. Bu baxımdan məhsuldar layı öyrənərkən aşağıdakı əmsalların qiymətlərindən istifadə edilir.



  1. Neftlə doyma əmsalı (kn). Məsamələrdə yerləşən neftin həcminin məsamələrin ümumi həcminə olan nisbətini göstərir.

Kn= 1-Ksu
burada Ksu –məsamələrdə olan qalıq suyun həcmi.

  1. Qazla doyma əmsalı (Kq). Məsamələrdə yerləşən qazın həcminin məsamələrin ümumi həcminə nisbətidir.

Qeyd etmək lazımdır ki, bu əmsallar bəzən faizlə də göstərilir.
Məhsuldar layların “qalıq” su həcminin təyini neft və qaz ehtiyatlarının hesablanılmasında nəzərə alınmalıdır. Bu məqsədlə müvafiq laboratoriyalarda xüsusi analizlər aparılır.
Yaxşı öyrənilmiş neft yataqlarının məlumatlarının təhlili göstərir ki, məhsuldar laylarda su ilə doyma əmsalı 20-30% təşkil edir.
Süxurların keçiriciliyi.
Lay süxurlarının məsamələrində yığılmış neftin və qazın həcmi özü-özlüyündə onların sənaye əhəmiyyətini səciyyələndirmir. Belə ki, yalnız yataqda neftin quyuətrafı zonaya hərəkəti baş verdikdə hasilat imkanları da yaranır. Lay flüidlərin hərəkəti isə süxurlarda keçirici mühitin mövcudluğu şəraitində mümkündür. Belə olduqda süxurların keçiriciliyi neft, qaz və suyun axma qabiliyyətini nəzərdə tutur. Qumlar, qumdaşları keçirici olduğundan onlarda aktiv maye axımı baş verə bilər. Sıx əhəngdaşı və xüsusilə gillər keçirici olmadığından laylarda maye süzümünün qarşısını alır.
Yataqların işlənilməsinin effektivliyinə süxurların keçiriciliyi əhəmiyyətli təsir edir. Odur ki, onun öyrənilməsinə xüsusi fikir verilir. Bütün hallarda alınan nəticələr yataqların işlənilmə layihələrində istifadə edilir. Müəyyən olunmuşdur ki, süxur keçiriciliyi lay flüidlərinin hərəkətinə eyni dərəcədə təsir etmir. Mayelərin hərəkətini məhdudlaşdıran bəzi keçirici mühit qazlar üçün əhəmiyyətli rol oynamır (lay təzyiqinin aşağı enməsi dərhal quyudibi zonaya qaz axımına səbəb olur).
Qeyd olunan mülahizələri nəzərə alaraq süxurların keçiriciliyinin öyrənilməsində aşağıdakı göstəricilərdən istifadə olunur.

  1. Mütləq keçiricilik. Bu göstərici lay süxurlarının fiziki xassələrini səciyyələndirir. Onu təyin etmək üçün quyudan götürülmüş süxur nümunəsindən qaz axımının həcmi hesablanır. Burada nəzərdə tutulur ki, qaz, neftə nisbətən, məsaməli mühitdə daha aktiv hərəkət edə bilər. Odur ki, süxurların ən kiçik keçiricilik qiymətində baş verən qaz axımı qeyd olunursa, həmin qiymətə süxurun mütləq keçiriciliyi deyilir.

  2. Faza keçiriciliyi. Layda yerləşən flüidlər (neft, su, qaz) süxurun eyni keçiriciliyində müxtəlif axım göstəriciləri ilə səciyyələnirlər. Neftin özlülüyünün dəyişməsi onun süzülmə dərəcəsinə kəskin təsir edir: yüksək özlülü neftlərin axmadığı keçirici mühitdə az özlülü neftlər süzülə bilir. Faza keçiriciliyi isə süxurun konkret fazasını (flüidi) özündən keçirməsini səciyyələndirir. Beləliklə, faza keçiriciliyinin qiymətini təyin etmək üçün süxurların fiziki xassələri ilə yanaşı lay flüidlərinin fiziki-kimyəvi xassələri və onların doyma dərəcələri müəyyən olunmalıdır.

  3. Nisbi keçiricilik. Süxurların bu göstəricisi faza keçiriciliyinin onun mütləq keçiriciliyinə olan nisbətini göstərir. Süxur keçiriciliyinin bu qiymətinin alınma tələbatı onunla əlaqədardır ki, yataqların böyük əksəriyyətində işlənilmə prosesində üç fazanın - neftin, qazın və suyun lay mühitində süzülməsi baş verir. Belə bir mürəkkəb dinamik prosesi aktiv idarə etmək üçün nisbi keçiriciliyin qiymətlərindən də istifadə edilir.

Mayenin süxur məsamələrinin sahəsində hərəkət etdiyini nəzərə alaraq, keçiriciliyin ölçü vahidi m2 qəbul olunmuşdur.
Süxurların keçiriciliyinin ölçü vahidi aşağıdakı qoyuluşla əsaslandırılmışdır: əgər süxur nümunəsinin sahəsi 1m2, uzunluğu 1metr, təzyiq düşküsü 1Pa olduqda, özlülüyü 1 Pa·s-ya bərabər olarsa mayenin axımı 1 m3/s təşkil edir.
Süxurların keçiriciliyi laboratoriya şəraitində və hidrodinamik hesablama üsulları ilə təyin edilir.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə