B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


Geoloji müxtəlifliyin regional tədqiqi



Yüklə 10,22 Mb.
səhifə21/90
tarix26.05.2022
ölçüsü10,22 Mb.
#88008
1   ...   17   18   19   20   21   22   23   24   ...   90
Neft-qaz meden geologiyasi

Geoloji müxtəlifliyin regional tədqiqi.
Regional sahələrdə yerləşən strukturların geoloji quruluşu eyni dərəcədə öyrənilmir: bəzi strukturlarda kəsilişlər kifayət qədər geoloji-geofiziki üsullarla ətraflı tədqiq olunmuşsa, digərlərində isə belə tədqiqatlar az aparılmış və ya tamamilə aparılmamışdır. Belə hallarda hövzəyə xas olan ümumi geoloji qanunauyğunluqlara istinad edərək parametrlərin müxtəliflik dərəcələrini həmin strukturlar üçün proqnozlaşdırmaq olar.
Qeyd olunanları Fatmai-Bahar antiklinal xətti hüdudlarında təsvir edək (şək.II.21).

Şəkil II.21. Fatmayı-Bahar antiklinal xətti üzrə struktur qalxımların
yerləşmə sxemi.

Bu antiklinal xətt şimali-qərb, cənubi-şərq istiqamətində Abşeron yarımadasını kəsərək dəniz akvatoriyasına uzanır. Burada Balaxanı-Sabunçu-Ramanı, Suraxanı, Qaraçuxur və s. yataqlar geoloji cəhətdən ətraflı öyrənilmişsə də, qalxımları bir-birindən ayıran yəhərvari sahələrdə və yeni açılmış strukturlarda belə tədqiqatlar çox az aparılmışdır. Burada çatışmamazlığın aradan qaldırılması isə reğional tədqiqatların aparılmasında istifadə edilə bilər. Qeyd edilənləri antiklinal struktur xətdə qırməki üstü qumlu (QÜQ) lay dəstəsinin timsalında baxaq.


Bu lay dəstənin ümumi qalınlığının sahəvi paylanılmasında qeyri-səlislik qeyd olunur. Burada şimali-qərbdən cənubi-şərq istiqamətində bu parametrin qiyməti 35-45 m-dən 60-65 m-ə qədər artır. Bütün antiklinal xətt üçün QÜQ lay dəstəsinin həqiqi qalınlığının paylanılma xəritəsini qurmaq üçün burada yerləşən strukturlarda qazılmış quyuların 88-nin məlumatlarından istifadə edilmişdir. Məsələnin həlli trend analizinin istifadəsi ilə həyata keçirilmişdir. Nəzərə almaq lazımdır ki, trend xəritələrinin etibarlılığı onun tənliyinin dərəcəsindən asılıdır (trend tənliyinin dərəcəsinin artımı ilə onun dəqiqliyi də artır).
Trendin 1-ci dərəcəli tənliyi belə olmuşdur:
y1=82,3+0,15x1- 1,63x2 .
Bu tənliyə görə qurulmuş xəritənin dəqiqlik dərəcəsi aşağıdır: ά1=56,7%. Odur ki, lay dəstəsinin qalınlığının yalnız ümumi dəyişmə tendensiyasını göstərir (şək. II.22.).
Trendin 2-ci dərəcəli tənliyi aşağıda verilmişdir:
y2=108,47 - 4,88 x1- 3,56 x2 – 0,25 x12 + 0,32 x1 x2 + 0,02 x22.
Bu tənliyə əsasən qurulmuş xəritə şəkil II.22-də verilmişdir. Bu xəritənin də dəqiqliyi kifayət qədər yüksək deyil (ά2=59,7%).
Trendin 3-cü dərəcəli tənliyi aşağıdakı kimidir:
y3=213,99 - 57,98 x1- 10,28 x2 + 3,44 x12 + 5,06 x1 x2 - 0,06 x22 +
+0,29 x13 – 0,29 x12 x2 – 0,08 x1 x22 + 0,007 x23 .
Bu tənliyə istinadən tərtib olunmuş xəritə II.22-də verilmişdir.
Qeyd edək ki, bu xəritə əvvəlki xəritələrdən fərqli olaraq qalınlığın dəyişmə xarakterini daha etibarli əks etdirir, belə ki onun dəqiqlik dərəcəsi ά3=76,8% çatır.
4-cü dərəcəli tənliyin əsasında müvafiq trend xəritəsi qurulmuşdur ki, bunun da dəqiqliyi 84,3% təşkil etmişdir (şək.II.22).
y4=262,74 - 91,52 x1 - 18,56 x2 + 12,75 x12 + 8,47 x1 x2 + 0,52 x22 -
-0,75 x13 – 1,02 x12 x2 – 0,15 x1 x22 - 0,01 x23 + 0,05 x14 +
+0,07 x13 x2 +0,02 x12 x22 – 0,001 x1 x23 +0,0004 x24 .

Şəkil II.22. Fatmayı-Bahar antiklinal xətti üzrə qırməki üstü qumlu lay dəstəsinin həqiqi qalınlığının trend xəritələri.
Qeyd etmək lazımdır ki, trend tənliklərinin dərəcələrinin sonrakı artırılmaları (5, 6 və s.) xəritələrin dəqiqliyini çox cuzi artımına gətirdiyinə görə 4-cü dərəcəli trend xəritəsi baxılan məsələ üçün ən optimal hesab edilir. Bu xəritədə QÜQ lay dəstəsinin qalınlığının Fatmayi-Bahar antiklinal xəttində dəyişmə xarakteri əks etdirildiyindən təcrübi işlərdə istifadə edilə bilər.
Beləliklə, geoloji müxtəlifliyin region miqyasında öyrənilməsində trend analizinin tətbiqi müsbət nəticələr vermişdir. Bu üsul lay parametrlərinin sahəvi paylanılmasının öyrənilməsində etibarlı nəticələr almağa imkan verir (B.Ə.Bağırov, 1981).



Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə