B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010



Yüklə 10,22 Mb.
səhifə86/90
tarix26.05.2022
ölçüsü10,22 Mb.
#88008
1   ...   82   83   84   85   86   87   88   89   90
Neft-qaz meden geologiyasi

KRAYGING ANALİZİ. Bu üsul geoloji obyektlərin xəritəalma üsullarından daha əlverişli hesab olunur. Krayqinq üsulunun üstünlüyü, obyektin sahəsində parametrlərin dəyişməsini əks etdirən zaman onun nəinki müstəsna çevikliyidir, hətta sahənin hər bir hissəsində həmin dəyişənləri qiymətləndirərkən, kəmiyyət göstəricilərini vermə imkanlarıdır.
Xəritəalma zamanı fərziyyələrdən azad olan krayqinq, bütün müşahidə nöqtələrdə də parametrin çəkisini ciddi olaraq nəzərə alır. Bununla belə, yataq sahəsində bizi maraqlandıran parametrin nəinki dəyişmə xəritələri, heləcə də, xəritənin qurulması zamanı yol verilmiş xətanı əks etdirən xəritələr təmin olunur. “Krayqinq” faktiki olaraq “nöqtənin ən yaxşı xətti yeri dəyişdirəlməmiş qiymətləndirmə” yaxud “ ən yaxşı çəkiyə nəzərən ortalaşdırılmış sürüşən qiymət” kimi daha mürəkkəb terminlərin ifadə olunması üçün nəzərdə tutulmuşdur. Bu termin 1966 ildə Fransada C.Materon tərəfindən işlənilmiş üsulu ifadə edilməsi üçün istifadə edilmişdir. Üsulun adı cənubu-afrikalı dağ mühəndisi D.E.Krayq tərəfindən ilk dəfə xətti ehtiyatların hesablanmasında tətbiq etdiyindən onun şərəfinə qoyulmuşdur.
Ortalaşdırılmış orta qiymətin bu və yaxud digər üsullarına əsaslanan modellər xəritəyə alınan dəyişənin qiymətinin ona yaxın olan nöqtələrinə görə qiymətləndirilməsi ilə bağlıdır. Burada fərz olunur ki, daha uzaq nöqtələrin təsiri yaxında olan nöqtələrin təsirindən azdır.
Krayqinqin daha elementar prosedurası, xəritəyə alınan sahənin ehtimal strukturu haqqında bəzi fərziyələrə əsaslanır. Müşahidələrin təhqiqi, istənilən iki nöqtədə müşahidələrin fərqinin riyazi gözləməsi sıfıra bərabər olan və müşahidə nöqtələri arasında yalnız məsafədən asılı olan fərqlərin dispersiyasının realizəsi kimi edilir. Dəyişənin fəzada dəyişgənlik dərəcəsi varioqram vasitəsilə ifadə edilə bilər.Varioqramın forması məlumdursa, onda baxılan sahədə istənilən nöqtədə parametrin qiymətini müəyyən etmək olar. Burada iki xəritə tərtib olunur: birinci, ayrı-ayrı nöqtələrdə (quyularda) qiymətlərin özlərinə əsaslanır və xəritəyə alınan parametrlərin öncədən təsviri olunan konfiqurasiyasının ən yaxşısıdır. Ikincisi isə - xəritənin xətasıdır və qiymətləndirmənin dəqiqliyini ifadə edən etibarlılıq səthini göstərir.
Krayqinq, çəkilərin optimal çoxluğunu tapmaq, sınanma nöqtələrindən fərqli olan nöqtələrdə səthin qiymətləndirilməsi məqsədilə informasiyanı yarımvarioqramlardan istifadə edir. Yarımvarioqram, müşahidələr arasında məsafə funksiyasını daşıdığından, çəkilər sınanma nöqtələrin coğrafi vəziyyətinə müvafiq dəyişilir.
Adi xəritəalma üsullarından fərqli olaraq, krayqinq statistik optimal xassələrə malikdir. Ən vacib odur ki, bu üsul izoxətlərlə təsvir olunan səthin xətasının ölçülməsini təmin edir.
Umumiyyətlə desək, krayqinqin hər hansı qoyulmuş məsələyə aid praktiki tətbiqi yalnız kompüter texnologiyasının köməyi ilə mümkün olur, çünki hər hansı bir sahədə regionlaşdırılmış dəyişənin dəyişməsini səciyyələndirmək üçün qiymətləndirmə müxtəlif nöqtələr üçün təkrarən həyata keçirilməlidir.
Krayqinq analizi artıq müasir proqlarımların tərkib hissəsinə daxil olunur.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə