B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


Q =Dl+Alexp(-B1 exp(-c1(t-z1))) + D2+ A2



Yüklə 10,22 Mb.
səhifə88/90
tarix26.05.2022
ölçüsü10,22 Mb.
#88008
1   ...   82   83   84   85   86   87   88   89   90
Neft-qaz meden geologiyasi

Q =Dl+Alexp(-B1 exp(-c1(t-z1))) + D2+ A2 exp(-B2 exp(-c2(t-z2)))+... +Dn +..+
+Anexp(-Bnexp(-cn(t-zn))),
burada An Bn -hər bir diaqnoz edilən sahənin asimptotik qiyməti;
Cn - eksponentin sönmə əmsalı
Dn- hasil edilmiş neft həcmlərinin ilk qiymətləridir.
ŞUXART «NƏZARƏT XƏRİTƏLƏRİ». Məlumdur ki, yataq işlənilməyə başlayan anda ondan maye çıxarılması buradakı müvazinət halını pozur və dinamik sistemə çevirir. Bu dəyişikliyin fonunda yatağı xarakterizə edən təbii-geoloji və texnoloji parametrlər də dəyişməyə məruz qalır. Odur ki, işlənilmə prosesinin effektivliyini artırmaq üçün nizamlana bilən yataq parametrlərinin һәr birinin qiymətlərinin optimallaşdırılması lazımdır.
Nizamlana bilən yataq parametrlərinin optimallaşdırılması dedikdə, həmin parametrlərin optimal işlənilmə prosesinə nail olmağa imkan verən sərhəd qiymətlərinin təyin olunması nəzərdə tutulur. Qeyd edilən tənzimləmə sərhədlərinin təyin edilməsinin riyazi əsası Şuxart tərəfindən verilmiş və bu sərhədlər daxilində optimal işlənilmə prosesinin aparılmasını təşkil etmək üçün nəzarət xəritələrinin qurulmasını təklif etmişdir.
Şuxart xəritələrinin tərtibi zamanı müvafiq dəqiqlik səviyyələrində alt və üst tənzimləmə sərhədləri təyin edilir. Əgər nəticələr həmin sərhədlər hüdudunda olarsa proses statistik idarə olunan, əks təqdirdə isə idarəetmə pozulmuş hesab olunur. Nəzarət xəritələri üsulu prosesin dinamikliyi haqqında məlumatı onun inkişafı zamanı verir. Bununla yanaşı nəzarət olunan yataq parametrlərinin tənzimləmə zonasından çıxma vaxtını və səbəblərini müəyyən etməyə imkan verir. Yəni sistemin dinamikliyinin pozulma səbəbini təyin etməyə və prosesin nizamlanması məqsədilə müvafiq tədbirlər kompleksinin həyata keçirilməsinə imkan verir.
Şuxart nəzarət xəritələrinin tərtibi zamanı alt və üst tənzimləmə sərhədləri aşağıdakı kimi tapılır:
Xalt= - ; Xüst= +
burada, Xalt və Xüst - uyğun olaraq alt və üst tənzimləmə sərhədləri;
- dinamikası müşahidə olunan parametrlərin orta qiyməti;
- parametrlərin amplitudlarının orta qiyməti;
d - əmsaldır və qiyməti xüsusi əmsallar cədvəlindən götürülür.
Öuxart nəzarət xəritələri illik neft hasilatı, illik su hasilatı, istismar quyularının sayı və bir quyuya düşən illik neft hasilatına görə qurulur. Onu da qeyd edək ki, bizim hal üçün d-nin qiyməti 1,128-ə qədər bərabərdir.
Bu xəritələr statistik üsulun bir forması olub və aşağıdakı kimi realizə edilir. Yatağın işlənilməsinin əsas göstəricisindən biri onun illik neft hasilatıdır. Bu göstərici yataq işə salındıqdan sonra müxtəlif dəyişmələrə (əvvəlcə artmağa, sonralar isə müxtəlif intensivliklərlə azalmağa) məruz qalır. O da məlumdur ki, hasilatın dəyişməsinə müxtəlif amillər öz təsirini göstərir. Beləliklə, neftçıxarma prosesini qiymətləndirmək üçün onun dəyişən göstəricilərinin illər üzrə variasiya hüdudlarının müəyyən edilməsi məsələsi qarşıya çıxır. Nəzərə almaq lazımdır ki, bu hüdudların yuxarı (maksimum) və aşağı (minimum) sərhədlərinin qiyməti lay parametrlərinin illər üzrə optimal inkişafı haqqında əsaslandırılmış fikir söyləməyə imkan verir. Belə ki, bu qiymətlərdən kənara çıxan bütün hallar prosesin optimallığının pozulmasını sübut edir. Tənzimlənmənin yuxarı və aşağı sərhədləri müvafiq əhəmiyyət səviyyələrinə görə təyin olunur. Əgər alınmış nəticələr verilən hüdudlarda təsadüf edilirsə, bu halda proses optimal idarə edilən sayılır. Əgər alınmış nəticələr verilən hüdudlardan kәnara çıxırsa, bu halda neftçıxarma prosesinin optimal olmadığı sübut olunur.
Qeyd etmək lazımdır ki, neft yataqlarının işlənilmə prosesinin zaman sırasında qiymətləndirilməsi yalnız neft hasilatının yatağın potensial imkanları çərçivəsində optimallılığı haqqında mülahizələrlə bitmir. Burada yataq hasilatının optimal zonadan çıxmaq səbəblərinin müəyyən edilməsi və belə halda müvafiq qərarlar qəbul edilməsi ön plana çıxır. Odur ki, burada neft hasilatı ilə yanaşı bəzi parametrlərin də (su hasilatı, istismar quyuların sayı və bir quyuya düşən neft hasilatı və s.) əyriləri analiz olunmalıdır.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə