Hindistan etnoqrafiyası
9
5. “Aqamalar” populyar müqəddəs mətnlərdir, Vedaların nü-
fuzuna söykənməsələr də, vedalara əks deyillər. İbadətin hansı
şəkildə yerinə yetiriləcəyinə dair teoloji yaddaş kitablarıdır. Hin-
duizmdə ən çox yayılmış üç məzhəb, yəni, “Şhaivism” (şivaizm),
“Shaktism” (şaktizm) və “Vaishnavism”in (vişnuizm) ehkamla-
rını “Aqamalar” ilə əsaslandırmışlar.
6. “Darşanalar” hərfən işıq və ya baxış mənasındadır. Bu
altı Şaddarşana aşağıdakılardır: 1. “Nyaya”, 2. “Vayşeşika”, 3.
“Samkhya” (Sankya), 4. “Yoqa”, 5. “Mimansa”, 6. “Vedanta”.
Hər bir Darşana həqiqətə baxışın bir yolunu göstərir. Onlar həyat
yolu və həyat forması sayılırlar. Əsasən “Vedalar”, “Upanişad-
lar”, “Bhaqavad-Qita” və “Şaddarşanalar” hind dini fəlsəfəsinin
fundamental müqəddəs mətnləridir.
“Veda” sözü “bilmək”, “bilik” deməkdir, bu söz xüsusi ali
elm və mərifət mənasında işlədilir. Vedaya “Apaverşiya”, yəni
“fövqəl-insan” da demişlər. Veda təlimində dörd dini kitab vardır.
Birinci kitab olan “Riq Vеdа”nın əsаs himnlərinin yаrаnmаsını
е.ə. II minilliyin sоnunа, vаhid vеdаlаr məcmuəsinin tərtibаtını
е.ə. II-I minilliklərə аid еdirlər. Vedalar əvvəllər kahinlər vasitə-
silə ustad-şagird üslubunda və şifahi şəkildə söylənərək sonrakı
nəsillərə ötürülürdü. Hindusların inancına görə, bu nəğmələr heç
bir məxluq, şair təfəkkürünün məhsulu deyil və onlar yalnız qey-
ri-adi bir varlıqdan, vəhydən qaynaqlanır.
Vedaların ən qədimi və önəmlisi olan “Riq Veda”da (bilik,
himnləri bilmə) tanrılara 1028 nəğmə (himn, ilahi) həsr olunmuş-
dur. “Riq Veda”nın himnləri müdriklərin (rişi) vasitəsi ilə atadan
oğula, müəllimdən şagirdə, qocadan gəncə ötürülür. İlahilər on
kitaba (Mandala) ayrılır. Ən uzun olanı 191 ilahidən ibarət birinci
və 43 ilahidən ibarət olan onuncudur. “Riq Vеda”nın digərlərin-
dən fərqi onun yüksək səslə oxunması və burada olan şükr, arzu
və bəddua tərzindəki duaları əhatə еtməsidir. Bu nəğmələr ən çox
Veda dövrünün tanrıları İndra, sonra Aqni və daha sonra isə Va-
Bəhmən Əliyev-Ayvazalı
10
runaya ünvanlanır. Hinduslar müasir dövrdə də veda nəğmələrini
sübh və axşam çağları, toy mərasimlərində xeyir-dua məqsədi ilə
oxuyurlar.
Tanrılara ibadət və onlara nəzir-niyaz etmək üçün lazım olan
dua və ilahilərdən təşkil olunmuş “Sama Veda” nəğmə oxumaq
anlamına gəlir. Qurban əsnasında söylənən, yüksək səslə oxunan
ilahilər “Riq Veda”dan götürülmüşdür.
“Yacur Veda”da Riq Veda nəğmələrinin bir çoxunun məz-
munu əks olunmuşdur. Bu kitab qurbanlıq mərasimlərində təkrar-
lanan zikrlərdən ibarətdir. Hər iki veda Riq Vedadan sonra yaran-
mışdır.
“Asarva Veda” (Acur Veda və ya Atharve Veda) vedaların
dördüncü və sonuncu kitabıdır. E.ə VII-VI əsrlərə aid olan “At-
harve Veda” digər üç kitabla müqayisədə fərqli üsluba malikdir.
730 himndən ibarət olan kitab sehr və cadugərlik məsələlərində
şər qüvvələrinə qələbə çalmaq məqsədi ilə yazılmış müxtəlif ma-
gik nəğmələr toplusundan ibarətdir.
Bu dörd vedadan hər biri öz növbəsində iki müstəqil hissəyə-
“Samhita” və “Brahmana”ya bölünür. “Samhita” dedikdə,
müxtəlif mərasimlərdə, xüsusilə qurbanlıq mərasimlərində veda
kahinləri tərəfindən oxunan nəğmələr toplusu nəzərdə tutulur.
Qurbanlıq mərasimlərində adətən əsas aparıcı kahin olan “brah-
man” əvvəlcə “Asarva Veda”dan bir parçanı oxuyur, sonra “hu-
teri” adlı başqa kahin Riq Vedadan müəyyən nəğmələri ifa edir.
Bundan sonra, üçüncü kahin, yəni “adqateri” Sama Vedadan bəzi
nəğmələri əzbərdən deyir, dördüncü kahin “adhuvariyu” qurban-
lıq hədiyyələri oda qurban edərək “Yacur Veda”dan dualar oxu-
yur və ibadət mərasimi sona çatır.
“Brahmana” veda kahinlərinin dua və qurbanlıq mərasi-
minin keçirilməsi ilə əlaqədar şərh və söhbətlər toplusudur. Dini
göstəriş və hökmlər, dini başçıların borc və vəzifələri, hökmlərin,
duaların, qurbanlıq mərasimində oxunan nəğmələrin mənaları
Hindistan etnoqrafiyası
11
“Brahmana” söhbətlərinin əksəriyyətini təşkil edir. Brahmana iki
ümumi hissədən- “Aranyaka” və “Upanişad”dan ibarətdir.
“Aranyakalar” bəzən “meşə kitabları” adı ilə məşhurdur və
meşələrdə asketik həyat tərzi keçirən tərki-dünya zahidlərə həsr
olunmuşdur. “Upanişad”lar (Vedanta) vedaların son hissələri he-
sab olunur, nəfsini saflaşdıranlar üçün nəzərdə tutulur.
“Upanişad” sözü üç hissədən ibarətdir: “upa” - yaxın, “ni” -
aşağı, “şad” isə oturmaq mənasını daşıyır. Müəllimlərin (“quru”)
dizi yanında oturan şagird anlamına gəlir. Şeir və nəsr şəklində
olan “Upanişadlar” brahmanizmin əsas istiqaməti və vedanın
ən mühüm təfsirlərindən biri sayılır. “Aranyaka” (aryanka) və
“Upanişadlar” nəticə etibarı ilə brahmanizmin formalaşmasına
gətirib çıxarmışdır. Bu dəyişikliyin mühüm xüsusiyyətlərindən
birini tanrılara sitayişdə ruhani başçıların və kahinlərin rollarının
azalması, brahmanların rolunun güclənməsi ilə xarakterizə etmək
olar.
“Vedanta” yəni, “Vedaların sonu” adlandırılan “Upanişad
Vedanta” vedaların daxili mahiyyətini açıqlayır və insanları za-
hiri yayınmalara deyil, mənəvi böyüklüyə və batini məzmunlara
diqqət yetirməyə çağırır. Bu kitab Baburşahlar zamanı, Şah Ca-
hanın oğlu Daraşukuhun zamanında fars dilinə tərcümə olunmuş,
onu “Böyük sirr” adlandırmışlar. Avropalı tədqiqatçıların Upa-
nişadla ilk tanışlığı da elə bu kitabın köməkliyilə baş tutmuşdur .
Sual və tapşırıqlar:
1.“Sanatana dharma” nə deməkdir?
2. Dörd Veda-Riq Veda, Yacur Veda, Sama Veda və Atharva
Veda haqqında təqdimat hazırla.
3. Şrutilər, Smiritilər, İtihasalar, Puranalar, Aqamalar, Dar-
şanalar.
4. Nyaya, Vayşeşika, Samkhya (Sankya), Yoqa, Mimansa, Ve-
danta kimi dini-fəlsəfi məktəblər haqqında danış.
Dostları ilə paylaş: |